Ümummilli lider Heydər Əliyev – 90 265 Tarix və onun problemləri, №2 2013



Yüklə 393,87 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix05.08.2023
ölçüsü393,87 Kb.
#120354
  1   2   3   4   5   6   7
seh.265-271



Ümummilli lider Heydər Əliyev – 
90
265
 
Tarix və onun problemləri, № 2 2013 
 
RÖVŞƏN HƏTƏMOV 
BDU-nun Avropa və Amerika ölkələrinin
yeni və müasir tarixi kafedrasının dosenti, t.ü.f.d, 
E-mail:rovshanhatamov@gmail.com 
 
SSRİ-NIN IŞĞAL OLUNMUŞ ƏRAZILƏRINDƏ NASISTLƏRIN MILLI SIYASƏTI 
 
Acar sözlər:
 SSRİ, Almaniya, milli siyasət, İldırımsürətli müharibə,
kollabo-rasionist 
Ключевые слова:
СССР, Германия, национальная политика, молниеносная война, колла-
борационист 
Key words:
USSR, Germany, national policy, blitzkrieg, collaborasionist 
 
İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı müharibəsi olması ilə bərabər, həm də 
özündən sonrakı tarixi hadisələrin axarını müəyyənləşdirmişdir. Müharibələrin tarixi hər za-
man qalib və “məğlub” tərəflərin baxışları prizmasından araşdırılır, onun bağlı səhifələri təd-
qiqata cəlb olunur, konsepsiyalar formalaşır və s. Lakin müharibənin elə səhifələri də vardır 
ki, onların açılması zəruri şərait, səbir, iradə və sözün əsl mənasında elmi fədakarlıq tələb edir. 
Belə mövzulardan biri də müharibə illərində meydana çıxmış sovet kollaborasionizmi, yəni, 
SSRİ-nin çoxmillətli əhalisinin bir hissəsinin Almaniyanın işğal hakimiyyət orqanları, ver-
maxtı və siyasi təsisatları ilə hərbi və siyasi əməkdaşlığı məsələsi ilə bağlıdır. 
Sovet tarixşünaslığında bu məsələ ciddi şəkildə təhrif olunur və onun elə də mühüm 
elmi əhəmiyyət kəsb etməməsi qeyd edilirdi. Nasist Almaniyasının hərbi hissələrində əsasən 
hərbi əsirlərdən ibarət 700000 min nəfərdən çox sovet vətəndaşının vuruşması, əslində sovet 
hakimiyyətinin müharibə ərəfəsində yürütdüyü milli siyasətin kifayət qədər nöqsanlı olmasına 
dəlalət edir. Sovet dövlətinin göstərdiyi bütün cəhdlərə baxmayaraq, minlərlə əsgər və zabit 
mövcud rejimdən, hərbi qaydalardan narazı qalaraq Almaniya qoşunlarının tərkibinə daxil 
olur, bolşevizmə qarşı vuruşmağa üstünlük verirdilər. Yalnız 1941-ci ildə alman əsirliyində 
3,8 milyon Qızıl Ordu əsgəri, zabit, siyasi işçi və general vardı. Bütövlükdə müharibə illərində 
isə bu rəqəm 5,24 milyon göstərilirdi. (3,6) Eyni zamanda, Sovet dövləti yürütdüyü allahsız-
lıq, dinsizlik siyasətinin arzuolunmaz nəticələr verdiyini gördükdən və dinin güclü bir təsir va-
sitəsi olduğunu qəbul etdikdən sonra gec də olsa, əvvəlki münasibətini dəyişmək məcburiyyə-
tində qaldı. 
Stalin dövründə kollaborasionizm məfhumu qeyri-adi dərəcədə geniş şərh edilirdi. Ali 
Baş Komandanlıq Qərargahının 16 avqust 1941-ci il tarixli № 270 və xalq müdafiə komissarı-
nın 26 avqust 1941-ci il tarixli № 0321 əmrlərinə əsasən “əsir düşənlərin bütün vasitələrlə 
məhv edilməsi”, “əsir düşmüş qırmızı ordu əsgərlərin ailələrinin dövlət maddi vəsaitindən və 
yardımından məhrum etməyi”, “andı pozmuş komandirlərin və siyasi işçilərin ailələrini “Vətə-
ni satmış fərarilərin ailələri kimi” həbs etmək tələbi irəli sürülürdü (1, 504). Kollaborasionist-
lərin sırasına alman ordusuna və polis birliklərinə daxil olmuş hərbi əsirlər və mülki şəxslər, 
həmçinin müəssisələrdə və işğal administrasiyasının bir sıra müəssisələrində işləmiş sovet və-
təndaşları daxil edilirdilər. 
Vətəndaş kollaborasionizmi ümumiyyətlə məcburi xarakter daşıyırdı, çünki sovet in-
sanları, xüsusilə şəhər əhalisi üçün, ailələrinin dolanışığının təmin edilməsində başqa yaşayış 
vasitələri mövcud deyildi. Heç bir halda bütün hərbi əsirlərin Vətən xainləri sırasına daxil et-
mək üçün məntiqi əsas yoxdur, çünki onların əksəriyyəti əsirliyə öz iradələri ilə duşməmişdi-



Yüklə 393,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə