Ümummilli lider Heydər Əliyev – 90 265 Tarix və onun problemləri, №2 2013


 Ümummilli lider Heydər Əliyev –



Yüklə 393,87 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix05.08.2023
ölçüsü393,87 Kb.
#120354
1   2   3   4   5   6   7
seh.265-271

268
 Ümummilli lider Heydər Əliyev – 
90 
Tarix və onun problemləri, № 2 2013 
ərazilərdə sovet müqaviməti ilə mü-barizə üçün müxtəlif cəza dəstələri yaratmağa başlamış-
dılar. İşğal olunmuş ərazi-lərdə alman ordusu və yaradılmış hərbi administrasiya ali koman-
danlığın əmrlərinə əsasən, antisemit siyasəti həyata keçirir və SS-in operativ qruplarına yar-
dım göstərirdilər. 
İşğalçıların sərt milli siyasəti sovet müqavimət qüvvələrinə Sovet İttifaqında müxtəlif 
xalqların dinc və qardaşlıq şəraitində birgə yerdə yaşamaları barəsində təbliğatı daha da ge-
nişləndirmək imkanı yaradırdı. Əhaliyə nasistlərin yəhudilərə münasibətinin nümunəsində 
inandırıcı olaraq göstərilirdi ki, əgər indi işğalçılara qətiyyətlə müqavimət göstərilməzsə, mü-
haribədən sonra rus xalqını da belə bir münasibət gözləyir.
1941-ci ilin dekabrında nasistlər yenidən əsirlərin arasında milli düşmənçiliyin güclən-
dirilməsi istiqamətində fəaliyyətlərini genişləndirmişdilər. Şəhərlərdə ruslara nisbətən ukray-
nalılara üstünlüklər verilməsinə yönəlmiş nasist təbliğatı guya Ukraynada milli Ukrayna hö-
kumətinin yaradılması və tezliklə bütün arzu edənlərin evlərinə qayıdaraq “həyatlarını yeni 
qaydada qurmaları” üçün göndəriləcəklərini bildirirdi. Bu halda hər bir ukraynalının birinci 
vəzifəsi kimi müstəqil Ukrayna dövlətinin əsas düşmənləri olan “yəhudi-bolşevizmlə və 
Moskva imperializmi ilə amansız mübarizə”nin aparılması tələb olunurdu.
Reyxslyayter Alfred Rozenberq 1942-ci il iyunun 20-də tabeliyində olan məmurlarına 
bildirdi ki, “ukraynalıların milli şüurununu oyatmaq üçün onların müba-rizə tarixləri haqqında 
ədəbiyyatın yaranmasına imkan yaratmaq lazımdır. Həmçinin onların milli qəhrəmanlarının-
getman Xmelnitski, Mazepa, ideallaşdırılması sahəsində iş aparmaq lazımdır” (9, 274). 
1942-ci ilin martında Rozenberqin nazirliyinin himayəçiliyi ilə Berlində “Şərqdə elmin 
vəzifələri” mövzusunda konfransı keçirildi. Konfransda bu üzrə “Şərqin xalqlarının problem-
ləri” mövzusunda geniş məruzə ilə çıxış edən professor Herhard Mende bildirdi ki, Sovet İtti-
faqına qarşı müharibə alman elmi qarşısında əvvəlkilərdən tamamilə fərqli, yeni vəzifələr qoy-
muşdur. Belə ki, işğal edilmiş ərazilərdə alman ordu və mülki hakimiyyəti müharibəyə qədər 
abstrakt rəqib kimi qiymətləndirilən əhali ilə qarşılaşdı. Bu əhalinin milli tərkibi haqqında mü-
cərrəd olaraq nəyi isə demək mümkün idi. SSRİ müharibəyə qədər Almaniyada ya yekcins rus 
əhalisinin yaşadığı, ya da milli ziddiyyətlərin kəskin forma aldığı bir ölkə kimi qiymətlən-
dirilirdi.
İşğal edilmiş ərazilərdə “Yeni qaydaların” tətbiq edilməsi və möhkəmləndirilməsində 
yerli özünüidarə orqanlarına mühüm əhəmiyyət verilirdi. Bu məqsədlə işğal olunmuş ərazilə-
rin inzibati cəhətdən yenidən qurulması həyata keçirildi. İdarəetmə sisteminə alman inzibatçı-
lığı və antisovet ideologiyası tətbiq edildi (8, 30). İşğal administrasiyasının aparatında xidmət 
göstərən keçmiş sovet vətəndaşlarına istinad edərək nasistlər öz siyasi, iqtisadi və hərbi tədbir-
lərinin həyata keçirilməsinə yerli əhalini cəlb etməyə çalışırdılar. 
İşğal edilmiş rayonların mülki əhalisi və hərbi əsirlər içərisindən sovet əhalisinin müəy-
yən hissəsi köməkçi polisdə xidmətə cəlb olunmuşdu. Köməkçi polisin vəzifəsinə alman ko-
mandanlığının əmrlərinin icrasına və onların müəyyən etdiyi qaydalara riayət olunmasına nə-
zarət etmək, yaşayış məntəqələrində sakinlərin yenidən qeydə almasını həyata keçirmək, yeni 
gələn şəxsləri aşkar etmək və tutub saxlamaq, kommunistləri, partizanları və onlara rəğbət 
göstərənləri ələ keçirmək, əhalini təsərrüfat işlərinə cəlb etmək, kənd təsərrüfatı məhsullarının 
alman hərbi idarələrinə vaxtında çatdırmaq və s. 
Yerli polis nasistlərin işini əhəmiyyətli dərəcədə yüngülləşdirirdi, çünki şəhər və kənd 
fəallarını yaxşı tanıdıqlarından mütəmadi olaraq onları ələ keçirirdilər. Onlar həmçinin, parti-
zanların sığınacaq tapdıqları yaxınlıqdakı meşələrə yaxşı bələd idilər və bu səbəbdən onun 
nümayəndələri cəza əməliyyatlarının vacib istirakçıları idilər. 



Yüklə 393,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə