Ümummilli lider Heydər Əliyev – 90 265 Tarix və onun problemləri, №2 2013



Yüklə 393,87 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix05.08.2023
ölçüsü393,87 Kb.
#120354
1   2   3   4   5   6   7
seh.265-271

Ümummilli lider Heydər Əliyev – 
90
267
 
Tarix və onun problemləri, № 2 2013 
İrqi saflıq və onun uğrunda mübarizənin labüdlüyü Adolf Hitlerin “Mein Kampf”ın bi-
rinci hissəsinin “Xalq və irq” adlanan on birinci fəsli həsr edilmişdi. “İnsan mədəniyyətinin zir-
vəsi” - arilər “ac siçovullar sürüsünə”- yəhudilərə qarşı qoyulurdular. Bütün qalan xalqlar bu 
irqçi ehramında müxtəlif yeri tuturdu. Bu anlamdan asılı olaraq kimlərinsə assimilyasiya edil-
məsi ehtimal olunur, kimlər isə ya qismən, ya da tamamilə məhv edilməli idi. Hitlerin Rusiyada 
yaşayan ruslara münasibəti belə idi: “Bolşevik rejimi şeytani bir üsulla bu rusları yox etmiş və 
ya Sibirə sürmüş və rus xalqını irqən yox edib asiyalaşdırmaq üçün planlı olaraq monqolları Av-
ropa Rusiyasına yerləşdirmişdir” (8, 40). Qafqazlılar və Türk-tatarlara münasibətdə nasistlərin 
irqçi baxışlarına gəldikdə isə, onlar “düşük dəyərli asiyalılığı” təmsil edirdilər və slavyanlardan 
da aşağıda dayanırdılar.
Alfred Rozenberq 1941-ci il iyunun 20-də yazırdı ki, “Rusiya heç vaxt milli dövlət ol-
mamışdır,o həmişə çoxmillətli dövlət kimi mövcud olmuşdur… Bütün xalqlar ruslara düşmən 
olaraq qalırlar… Bizim xarici siyasətimizin məsələsi mənə belə görünür: ağıllı və məqsədyön-
lü şəkildə bu xalqların bütün azadlığa meyllərini nəzərə almaq və onları dövlət quruluşunun 
müəyyən formasında birləşdirmək. Deməli: Sovet İttifaqının böyük ərazisində dövlət qurum-
ları yaratmaqla onları Moskvaya qarşı yönləndirmək lazımdır ki, yaxın yüzilliklərdə alman 
reyxini Şərqdən gələn yaramaz təsirdən xilas edilməsi mümkün olsun”. Lakin nasist liderləri-
nin əksəriyyəti Sovet İttifaqının III Reyx tərəfindən fəth edilmiş ərazisində hər hansı müstəqil 
milli dövlətlər haqqında ideyalara mənfi münasibətdə idilər. 
Alman-faşist işğal siyasətinin formalarından biri əhalinin milli əlamətə görə bölünməsi 
idi. Üçüncü reyxdə almanların başqa xalqlar üzərində irqi üstünlüyü nəzəriyyəsinə əsaslanaraq 
bir növ “millətin təmizliyi” məktəbi yaradılmışdı. Lakin o sabit deyildi. Hərbi və siyasi şə-
raitin dəyişməsi ilə bu və ya digər milləti “təmiz irq” və əksinə tanıya bilərdilər. Bütövlükdə, 
bu siyasət müharibənin hər hansı konkret mərhələsində alman komandanlığının planlarının 
müvəffəqiyyətli icrasına tabe edilmişdi. Təbliğat xidmətlərinin fəaliyyətini çətinləşdirən əsas 
amillərdən biri işğal altında olan xalqlarının maraqları ilə Almaniyanın maraqlarının üst-üstə 
düşməməsi idi. Bütün müharibə dövründə Qebbelsin təbliğat nazirliyi ən kiçik fürsətdən 
istifadə edərək nasizm ilə mübarizə aparan qüvvələri “milli mənzillər” üzrə ayırmağa çalışırdı. 
“Mədəni Avropanın millətin təmizliyi üçün Səlib yürüşünün” zirvəsi 1942-ci ildə SS-in 
təbliğat-təşviqat idarəsinin nəşr etdiyi “Untermenş” kitabçası oldu. Bu irqçi kitabça şərqdə 
bütün xalqlara nifrətin qızışdırılmasına yönəldilmişdi. “Yəhudi başlı slavyan-tatar əjdahası”, 
“hun güruhları”, “qətlə susamış çəpgöz gözlər”, haqqında yürüdülən fikirlər nəinki, praqmatik 
düşüncəli alman təbliğatçılarının, həm də Reyxin ən böyük Asiya müttəfiqi olan Yaponiyada 
mənfi reaksiyaya səbəb olmuşdu. Təbliğatçılar belə hesab edirdilər ki, bu çap işi ilə rusların 
tanış olmasından sonra onların bütün fəaliyyət yekunları heçə enəcəkdir Hərbi əsir düşərgələ-
rində xüsusi olaraq təşkil olunan yoxlamalarda onların milliyyəti haqqında soruşurdular.
1941-ci ilin yayından etibarən Rusiyanın işğal edilmiş ərazisində nasist idarə etmə 
strukturlarının yaradılması prosesi başlandı. Yerli əhalidən ilk növbədə “bolşeviklərdən zərər 
çəkmiş ailələr”dən istifadə olunması nəzərdə tutulsa da, üstünlük əsasən “ucqar dövlətlərin sa-
kinlərinə”, yəni, Baltikyanı və Ukrayna sakinlərinə verilirdi. Kadrlar bir qayda olaraq milli az-
lıqlardan olan əsirlərin azad olması yolu ilə toplanırdı. Lakin ilk əvvəl onların hamısı nasist-
lərə loyal münasibət baxımın-dan ciddi yoxlamaya məruz qalırdılar. (9,132) 
Moskva yaxınlığında vermaxtın məğlubiyyətindən sonra nasistlər “Yeni mil-li siyasət” 
xəttini həyata keçirməyə başladılar. Bu siyasət ilk növbədə nasistlərin işğal olunmuş ərazi-
lərini insan ehtiyatlarından hərbi məqsədlərlə istifadə olunması ehtiyacından yaranmışdı. Hələ 
1941-ci ilin yayından başlayaraq nasistlər antirus təbliğatını genişləndirərək işğal altında olan 



Yüklə 393,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə