Ümummilli lider Heydər Əliyev – 90 265 Tarix və onun problemləri, №2 2013


 Ümummilli lider Heydər Əliyev –



Yüklə 393,87 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix05.08.2023
ölçüsü393,87 Kb.
#120354
1   2   3   4   5   6   7
seh.265-271

266
 Ümummilli lider Heydər Əliyev – 
90 
Tarix və onun problemləri, № 2 2013 
lər: yaralanma, düşdükləri qeyri-müəyyən şərait, öz hərbi hissəsi ilə əlaqəni itirməsi, mühasirə 
və s. (2, 293).
İşğalçılarla sovet vətəndaşlarının əməkdaşlığı müxtəlif formalarda təzahür edirdi: hərbi, 
siyasi, təsərrüfat, inzibati. Onları bu addıma sürükləmiş səbəblər mü-rəkkəb xarakterə malik 
olmuşdur: məişət, psixoloji və dünyagörüşü səviyyəsində yaranmış şərait ilə bağlı amillər. 
Şübhəsiz ki, bu insanların arasında elə bir qatı an-tisovet düşüncəli təbəqə var idi ki, işğalçıla-
ra vicdanla və sədaqətlə xidmət edirdi. Qolçomaqlar, cinayətkarlar, qorxaqlar və repressiya 
olunmuşlar ilə yanaşı, faşistlərə xidmətə, müharibəyə qədər mötəbər vəzifələri tutmuş, keçmiş 
kommunistlər də keçirdilər. 
Müharibə illərində milyonlarla sovet vətəndaşının alman qoşunlarının işğal etdikləri 
ərazilərdə qalaraq yeni hakimiyyət strukturları ilə əməkdaşlıq etmələri isə müharibə ərəfəsində 
sovet-partiya təbliğat siyasətinin gerçək əksini göstərirdi. Bu insanların əməllərinin sadəcə xə-
yanətkarlıq kimi izah edilməsi problemin ciddi şəkildə sadələşdirilməsi və primitivləşdirilmə-
sinə səbəb olardı. Bu problemin tədqiqatçılarının arasında nasistlərlə əməkdaşlıq etmiş sovet 
vətəndaşlarının sayı haqqında ümumi fikir yoxdur (4, 49; 5).
Almaniyaya qarşı vuruşan və ya vermaxtın işğal etdiyi ölkələrin əhalisinin bir hissəsi-
nin düşmən tərəfə keçməsinin motivasiyasının və xarakteristikasının səbəblərini elə müharibə 
dövründə ayrı-ayrı məsul şəxslər verməyə çalışmışlar. Vermaxtın Şərq legionlarının rəhbərlə-
rindən biri olan general Ralf fon Haygendorf belə hesab edirdi ki, “almanlara tərəf keçmənin 
əsas motivi idealizm deyil, məhz materializmdir” (1, 297). Digər alman müəllifi Hans-Verner 
Noylenin fikrincə, müxtəlif ölkələrin qarşılaşdığı milli problemlər, milli ideyanın və millətçili-
yin inkişafı kollaborasionizmin əsas motivlərindən biri olmuşdur. Müharibə dövründə çoxmil-
lətli ölkələrdə ayrı-ayrı siyasi dairələr və simalar milli məsələnin natamam və ya ədalətsiz həll 
olunmasını əsas tutaraq hərbi əməliyyatların dinamikasından yararlanıb özlərinin milli prob-
lemlərini həll etmək istəklərini bariz nümayiş etdirir-dilər. Bu istiqamətdə milli dövlətçiliyin 
dirçəldilməsi və ya yaradılması, milli dövlət müstəqilliyinin bərpası ideyaları əsas yer tuturdu. 
Alman-sovet müharibəsinin ilk illərindən hərbi əsirlər və mülki əhali də daxil olmaqla 
könüllü dəstələr yaradılmağa başladı. Müharibənin ilk aylarında həmin könüllülərdən, əsasən, 
arxa cəbhədə müxtəlif sahələrdə istifadə edirdilər. Könüllülərə münasibət Almaniya hökumə-
tində heç də birmənalı deyildi. Üçüncü reyxin liderləri bolşevik rejimində böyümüş insanlara 
tam etibar etmirdilər (6, 311). Alfred Rozenberq isə belə bir ideya ilə çıxış edirdi ki, Ukrayna 
və Pribaltika xalqlarını xüsusi olaraq ayırmaq, onlara mədəniyyət mərkəzləri və universitetlər 
açmaq, torpağa sahiblik hüququ vermək, kommunistlərə qarşı könüllü hərbi birlik-lərini for-
malaşdırmaq üçün imkan yaratmaq lazımdır (6, 331). Rozenberq 1942-ci ilin fevralın 15-də 
şərq xalqlarının din sitayişini təmin edən qərar layihəsini təqdim etdi.
Almaniyanın işğal siyasəti onun SSRİ-ə qarşı müharibəsinin məqsədləri ilə müəyyən 
edilirdi. Onlardan ən əsası - tükənməz maddi ehtiyatlar verə biləcək “həyati məkanın” tutul-
ması idi (7, 39). Alman xalqının dəstəyini təmin etmək üçün, müharibənin onun rifahının yax-
şılaşdırılması üçün aparıldığı fikri təlqin edilir və buna nail olmanın başlıca şərti kimi şərqdə 
kənd təsərrüfatı və sənayesi ilə birlikdə torpaqların işğalı vacib hesab olunurdu. Hitler “Mənim 
mübarizəm” kitabının son fəsillərində yazırdı ki, Almaniyaya lazım olan torpaqlar məhz Rusiya-
dadır, orada “yəhudi bolşevizmi” Rusiyanı zəiflətmişdir və ölkə uçub-dağılmağa hazırdır. 
Bütün işğal siyasəti Sovet İttifaqının insani və maddi sərvətlərindən istifadəyə yönəl-
dilmişdi. Buna hələ Almaniyanın SSRİ-yə hücumuna qədər hazırlanmış hərbi, siyasi, ideoloji 
və təsərrüfat tədbirləri tabe edilmişdi.



Yüklə 393,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə