Ümummilli lider Heydər Əliyev – 90 265 Tarix və onun problemləri, №2 2013



Yüklə 393,87 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix05.08.2023
ölçüsü393,87 Kb.
#120354
1   2   3   4   5   6   7
seh.265-271

Ümummilli lider Heydər Əliyev – 
90
269
 
Tarix və onun problemləri, № 2 2013 
1942-ci ildən etibarən Almaniyada “Şərq xalqlarının kitabxanası” adlı kitablar silsiləsi 
çap olunmağa başladı. Burada SSRİ-nin ayrı-ayrı vilayətləri və rayonları ilə yanaşı, həm də 
ayrı-ayrı xalqlar haqqında kitabçalar da yer almışdı. Elə bu dövrdən etibarən nasist təbliğatın-
da şərq və türk xalqları tədricən “bəraət almağa” başladılar. Bunu Almaniyanın nasist rəhbərli-
yinin SSRİ ilə müharibənin uzanması şəraitində özlərinə yeni müttəfiq tapmaq və 1942-ci ilin 
yazı-yayında vermaxtın cənub istiqamətində planlaşdırılan əməliyyatları ilə əlaqələndirirlər.
Vermaxtın Qafqaza hücumu dövründə alman komandanlığı 1942-ci ilin yayında, sovet 
cəmiyyətini milli əlamətlərə görə parçalamağa çalışaraq, yerli qeyri-rus əhalisi ilə almanların 
münasibətlərini tənzimləyən bir sıra sərəncam və təlimatlar dərc etmişdi.
Hərbi vəziyyətin SSRİ-in xeyrinə əsaslı şəkildə dəyişməsi özündə təcavüzkarın və onun 
qurbanının mənəvi potensiallarının müqayisə olunmaz dərəcədə qeyri-mütənasibliyini nüma-
yiş etdirdi. Əsarət altına alınmış xalqlarla bağlı insanlığa zidd irqçilik və soyqırım ideologiya-
sına qarşı sovet tərəfi milli müstəqillik, həm-rəylik və xalqların dostluğu, ədalət, humanizm 
kimi ümumbəşər ideyaları qoyurdu. Baxmayaraq ki, SSRİ-də bu prinsiplərin həyata keçiril-
məsi praktiki olaraq siyasi ideallardan xeyli uzaq idi, onların daimi rəsmən elan edilməsi qələ-
bədən sonra onların həyata keçiriləcəyinə ümidi saxlayırdı. Həmin pafos xaricdəki demokratik 
ictimaiyyətin SSRİ-ə qarşı rəğbətinin güclənməsinə zəmin yaradır və faşizmlə mübarizədə 
onun yardımının genişlənilməsini təmin etmişdir. 
Müharibə illərində ideoloji sahədə vətənpərvərlik və SSRİ xalqlarının millətlərarası bir-
liyinin bərkidilməsi istiqamətində siyasi xətt yürüdülürdü. Sovet Ordusuna bütün milliyyət-
lərin vətəndaşları çağırılırdılar, cəbhədə onlar ümumi Vətən üçün vuruşurdular. Müharibədən 
əvvəlki ordu əslində düşmən tərəfindən məhv edildiyi, Ukrayna və Belarusiya ərazisinin işğal 
olunduğu ən ağır vaxtlarda, SSRİ-in qeyri-slavyan xalqlarının demoqrafik potensialından ən 
böyük ölçüdə istifadə etmək zərurəti yarandı.
Milli məsələ alman faşizminin ideologiyasında ilk günlərdən mühüm yer tuturdu. Müs-
təsna hüquqlarla yalnız alman millətinin malik olması müddəasının əsas yer tutduğu ifrat mil-
lətçilik, işğal edilmiş ərazilərdə millətlərarası münasibətlərdəki problemin həllinə münasibətdə 
nasistlərin riyakar yanaşmasına səbəb olmuşdur. SSRİ-in ərazisinin bir hissəsini işğal etdikdən 
sonra nasistlər müxtəlif millətlərin nümayəndələri arasında nifaq yaymağa çalışırdılar. Bu bir 
tərəfdən, işğalçılara qarşı müqavimətin zəifləməsi, digər tərəfdən yerli əhalinin bir hissəsinin 
fiziki cəhətdən məhv edilməsi məqsədi ilə həyata keçirilirdi. Bütün bunlar, faşistlərin fikrincə, 
“Böyük Almaniyanın” həyati sahəsinin arzu edilməyən milli elementdən azad olmasına imkan 
yaratmalı idi (10, 72-73). 
Xalqların qardaşlıq birliyinin möhkəmləndirilməsi onlarla aparılan sovet-partiya təbli-
ğatın əsas mövzularından biri idi və bu öz bəhrəsini verirdi. Hərçənd, müharibə illərində müx-
təlif millətlərin nümayəndələri arasında xəyanət və satqınlıq əməlləri də baş verirdi ki, bu da 
öz növbəsində, görünür, bəzi xalqlara qarşı etimadsızlıq hissləri yaradırdı. Bütün bunlara bax-
mayaraq, SSRİ xalqlarının dostluğu, bütovlükdə, ağır sınağa dözdü. 

Yüklə 393,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə