Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

28 

 inkişafdan (fiziki, psixi) geri qalma

Uşağa qarşı emosional zorakılığın tətbiq edilməsini ehtimal 

etməyə əsas verən ailə ilə bağlı faktorlar: əgər valideyn daim: 

 uşağı çox sərt cəzalandırır

 olduqca tənqidi yanaşır, günahlandırır

 özünü qəzəbli və qorxuducu aparır: bir uşağın yanında digər

uşaqlara və ya həyat yoldaşına qarşı zorakılıq tətbiq edir

 uşağın yanında onu qorxutmaq məqsədilə ev heyvanlarını

incidir


 uşağın ehtiyacı olduqda ona təsəlli vermir, sakit etmir

 uşağı ətrafındakı insanlar qarşısında alçaldır, günahlandırır

 uşağı nifrət etdiyi və ya sevmədiyi qohuma oxşadır

 öz uğursuzluğunda uşağı günahlandırır

 uşağı sevmədiyini və nifrət etdiyini açıq etiraf edir

İlkin səhiyyə müəssisələrinin  əməkdaşlarının uşaqlarla qarşı 

kobud rəftarın  əlamətlərini aşkarlamaq, uşaqların vəziyyətini və 

fiziki inkişafını qiymətləndirmək üçün xüsusi bilik və bacarıqlara 

malik olmaları vacibdir. 

VII. Zorakılığın qurbanı olan uşaqların vəziyyətlərinin

qiymətləndirilməsi 

Zorakılıq uşağa birbaşa və dolayı təsir göstərə bilər. Birbaşa təsir 

haqqında uşağın özünə qarşı zorakılığın tətbiq olunması hallarında 

danışılır, dolayı  təsir haqqında uşağın yaxınlarına qarşı zorakılığın 

tətbiq olunması hallarında danışılır, yəni uşaq bu haqda eşidə bilər

zorakılığın şahidi ola bilər və ya zorakılıqla üzləşən ailənin üzvü ola 

bilər. Müayinə zamanı uşağın yanında onun güvəndiyi insanın olması 

çox vacibdir. Əgər uşaq cinsi zorakılığa məruz qalıbsa, müayinənin 

videoyazısını aparmaq tövsiyə olunur. Bu digər mütəxəsislər 

tərəfindən əlavə baxışların sayını azalda bilər. Müayinənin özü uşağa 

zorakılığı xatırlada bilər və baxışa qarşı psixoloji böhran şəklində 

spontan protest yarana bilər. Bu zaman baxış daha çox vaxt tələb 

edəcək və professional psixoloqun köməyi lazım olacaq.  

Uşağın vəziyyətini qiymətləndirən tibb işçisinin əsas vəzifələri:  

1. Tibbi baxışın məqsədləri, aparılan müayinənin həcmi, zəruri

hazırlıq tədbirləri haqqında pasiyenti məlumatlandırmaq.




29 

2. Pasiyentin şüurlu razılığı olduqda ona təxirəsalınmaz tibbi baxış

aparmaq.

3. Pasiyentin vəziyyətini qiymətləndirmək (diaqnozunu təyin

etmək).

4. Lazım olduqda ilkin tibbi yardım göstərmək və müvafiq müalicə



təyin etmək.

5. Tibbi göstəriş olduqda əlavə diaqnostik müayinələr və ya

mütəxəssis, o cümlədən yüksək texnoloji tibbi yardım almaq

üçün göndəriş vermək.

6. Tibbi baxış formasını və digər tibbi hesabat sənədlərini vaxtında,

düz və tam doldurmaq.

7. Zorakılıq haqqında qeyd olunmuş fakt barədə  ərazi prokurorluq

orqanlarını  təxirəsalınmaz məlumatlandırmaq;  ərazi daxili işlər

orqanlarını təxirəsalınmaz telefonoqram ilə məlumatlandırmaq və

sonrakı (24 saat ərzində) tibb müəssisəsi rəhbərliyinin imzası və

möhürü ilə  təsdiq olunmuş zorakılıq haqqında məlumatı yazılı

bildiriş şəklində göndərmək.

8. Pasiyentin və ya onun qanuni nümayəndəsini tibbi baxışın

nəticələri barədə məlumatlandırmaq.

9. Hüquq-mühafizə orqanlarına zorakılıq faktı ilə bağlı  ərizə ilə

müraciət etmək hüququ olması və bu orqanların hüquqi ünvanları

və əlaqə nömrələri barədə pasiyenti məlumatlandırmaq.

10. Məhkəmə-tibbi, psixiatrik, psixoloji ekspertizanın keçirilməsinə

hüququ olması barədə pasiyenti məlumatlandırmaq.

Həmçinin keyfiyyətsiz tibbi baxış  və qeyd olunmuş  nəticələrin

əsassızlığı, pasiyentə lazımi yardımın göstərilməməsi, lazımi 

müşahidənin aparılmaması, ümumi xəstəliklər aşkar olduqda və ya 

sağlamlığında pozulmalar olduqda əlavə diaqnostik, müalicəvi və 

reabilitasiya tədbirlərinin aparılması üçün müvafiq xüsusiləşdirilmiş 

tibb müəssisəsinə göndərilməməsi aşkar olunduqda tibb işçisi qanun 

ilə müəyyən edilmiş məsuliyyət daşıyır. 

Uşağa klinik baxışın keçirilməsi zamanı  aşağıdakılar 

qiymətləndirilməlidir:  

uşaqda fiziki zədə  və ya cinsi orqanlarında zədə  əlamətlərinin



olub-olmaması

uşaqda az qidalanma əlamətlərinin olub-olmaması (çəki, boy)




30 

uşaqda qüsur və ya inkişafda geriləmə  əlamətlərinin olub-



olmaması

uşağın yaşına uyğun peyvəndləri alıb-almaması



valideynlərin vaxtında tibbi yardıma müraciət edib-etməmələr

i

Sonra uşaq üzərində kobud və laqeyd münasibət  əlamətlərinin



mövcudluğunu yoxlamaq lazımdır: 

1. Uşağın klinik baxışı zamanı kobud davranmanın əlamətləri kimi

mövcud ola biləcək  şübhəli fiziki zədə  və ya travmalara, cinsi 

orqanlarının zədələnmələrinə diqqət yetirilməlidir.  

2. Valideynlərlə ünsiyyət zamanı belə bir fikir yaranır ki,

valideynlər uşaqda fiziki zədə və ya diskomfort halları müşahidə 

etdikdə tibbi yardıma müraciət etməyə tələsmirlər. 

3. Uşaqlardakı  zədələr haqqında  ətraflı sorğu zamanı valideynlər

bunların yaranma səbəbini aydın şəkildə izah edə bilmirlər və ya 

izahlar travmanın növü ilə, cinsi orqanlardan çıxan ifrazatlarla 

uyğun gəlmir.  

4. Məsləhətləşmə zamanı  uşaqlara az qayğı göstərilməsi

əlamətlərinə diqqət yetirilməlidir:  

uşaqdakı xəstəliklərdən valideynlərin biganə olmalar



ı

uşağa bütün lazımi peyvəndlərin edilməməsi



dəri, dişlər, saç və  dırnaqların səliqəsiz, çirkli vəziyyətdə

olması



uşağın uzun müddət valideyn nəzarətindən kənar qalması



5. Baxış zamanı  uşağın davranış xüsusiyyətlərinə diqqət

yetirilməlidir:

seksual mənalı davranış



aqressiv hiperaktivlik, hiperhərəkətlilik

“donub qalması”, sıxıntılı olması



uşağın valideyndən göz qaçırması

təmizliyə mübtəlalıq, beyindən çıxmayan yuyunma



ilin fəsilinə uyğun olmayan geyim

uşağın oyunlar zamanı özünü aparması



6. Məsləhətləşmə aparıldığı zaman valideynlərin/qəyyumların

davranış xüsusiyyətləri qiymətləndirilməlidir. “Anormal”

davranışın olub-olmamasını qiymətləndirmək, bu halda

valideynlər/qəyyumlar:

biganədirlər




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə