Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   2   3   4   5   6   7   8   9   ...   16

2015-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 

məlumatına  əsasən qəsdən adam öldürmə  və ona cəhdin 52,2%-i 

ailə-məişət münaqişələri zəminində baş vermişdir 

(http://mia.gov.az/index.php?/az/content/29873/). 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr 

tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında 

insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda və 

Azərbaycan Respublikası Prezidentinin 24.11.2011-ci il tarixli 537 

nömrəli Fərmanının 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrasının təmin 

edilməsi üzrə Səhiyyə Nazirliyinin 15.02.2012-ci il tarixli 13 nömrəli 

əmri ilə təsdiq edilmiş “ Məişət zorakılığının qarşısının alnması üzrə 

Azərbaycan Respublikası  Səhiyyə Nairlyinin Tədbirlər Planı”nada 

zorakılıqla mübarizənin gücləndirilməsi, zorakılıq qurbanları üçün 

hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, 

reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu 

sahədə geniş maarifləndirmə işinin təşkili nəzərdə tutulmuşdur.  

Həmçinin 2000-ci ildən qüvvəyə minmiş Ailə  Məcəlləsində 

valideynlik hüququndan məhrumetməyə  əsas olan halların siyahısı 

genişləndirilib (Əlavə  1). Məcəlləyə  əsasən, məhkəmə belə  işlərə 

baxarkən valideynlər tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi

alimentin qəsdən ödənilməməsi, valideynlik hüququndan sui-istifadə 

edilməsi, uşaqlara qarşı məişət zorakılığının törədilməsi, uşaqların və 

ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş 

cinayətin törədilməsi və s. halları nəzərə almalıdır. 

III. Zorakılığın növləri

Zorakılığın aşağıdakı növləri ayırd edilir:  

 Gizli və aşkar

 Hal-hazırda və keçmişdə baş verən

 Dəfələrlə təkrar olunan və ya tək-tək təsadüf edilən

 Hadisənin baş verdiyi yerdən və mühitindən asılı olaraq:

ailədə, cəmiyyətdə, təhsil və cəzaçəkmə müəssisələrində baş

verən.


Bundan  əlavə zorakılığın yuxarıda sadalanan hər bir növü 

aşağıdakı formalarda özünü büruzə verə bilər: 




 Fiziki

 Psixoloji (emosional)

 Cinsi

 İqtisadi



 Sosial

 Uşaq istismarı

 Etinasızlıq

Fiziki zorakılıq  fiziki güc və ya silahdan istifadə edərək uşağa 

qəsdən vurulan zədə  və ya travmadır. Bura daxildir: qətl; fiziki 

hücum (müxtəlif  əşyalardan istifadə edərək və ya onlardan istifadə 

etmədən döymək, təpikləyərək döymək, soyuq və odlu silahla hücum 

etmək); işgəncə (buz vannası, siqaretlə  dərini yandırmaq, yaraların 

üzərinə duz səpmək); fiziki olaraq yuxudan, qidadan, işıqdan, vacib 

istifadə  əşyalarından məhrum etmək; fiziki məhdudiyyətlərlə (ip, 

qandal, zəncir) və  hərəkətlərlə (yerdəyişmə) azadlıqdan məhrum 

etmək; tibbi və digər əsas xidmətlərin alınmasında maneə yaratmaq. 

Uşağın spirtli içkilər, narkotik maddələr, zəhərləyici maddələr və 

ya tibbi bihuşedici (məsələn, həkim tərəfindən təyin olunmayan 

yuxugətirən dərmanlar) vasitələrin zorla qəbuluna cəlb edilməsi də 

fiziki zorakılığa daxildir.  

Psixoloji (emosional) zorakılıq – uşaq üzərində onu təcrid və ya 

təhqir etməklə  nəzarətdir. Psixoloji zorakılıq özünü daimi tənqid, 

təhqir, alçaldılma ilə ifadə edir; özünə, zərərçəkmiş  və ya digər 

şəxslərə qarşı zorakılıq təhdidləri; ev heyvanlarına qarşı zor tətbiq 

etmək və ya əşyaları  sındırmaqla hədə-qorxu gəlmək; təqib; 

zərərçəkənin üzərində  nəzarət, o cümlədən gün rejiminə  nəzarət

zərərçəkənin sosial dairəsi üzərində  nəzarət; zərərçəkənin müxtəlif 

vasitələrə  çıxışına nəzarət (sosial və tibbi yardım alınmasına, 

dərmanlara, nəqliyyata çıxış, dostlarla ünsiyyətə, təhsil almağa və s.); 

zərərçəkəni onu alçaldan hərəkətləri etməyə təhrik etmək və s.  



Cinsi zorakılıq – uşağın razılığı olduqda və ya olmadıqda, onun 

özləri ilə cinsi həzz almaq və ya qazanc əldə etmək məqsədilə 

(fahişəlik) cinsi hərəkətlərə  cəlb edilməsidir.  Uşağın cinsi əlaqəyə 

razılıq verməsi bunun zorakılıq olmamasına əsas vermir, çünki: 

böyükdən asılı olan uşaq sərbəst qərar verə bilmir



uşaq cinsi xarakterli hərəkətləri dərk etmir

uşaq belə  hərəkətlərin onun üçün mənfi nəticələrindən



xəbərsizdir


11 

Təcavüzkar qurbanlarını aşağıdakı yollarla razılığa gətirir: 

uşaqla və onun valideynləri (qəyyumları) ilə dostluq



əlaqələri yaratmaqla 

uşağın özünə  və onun fəaliyyətinə çox maraq göstərməklə



(“heç kim səni mənim qədər çox istəmir”) 

uşağa müxtəlif hədiyyələr (geyim, şirniyyat), o cümlədən



arzuolunmaz hədiyyələr (alkoqol, tütün məhsulları, narkotik 

maddələr də daxil olmaqla), həmçinin oyunlar, gəzintilər, 

şənliklər, pul təklif etməklə 

heç bir pis iş baş vermədiyinə uşağı əmin etməklə (“bu hamı



ilə baş verir”) 

uşağı  və ya onun yaxınlarını  hədələmə  və qorxutmaqla, o



cümlədən evdən getməyi ilə qorxutmaqla 

uşağın günahkar olduğunu boynuna qoymaqla (“sən məndə



ehtiras oyatmısan”) 

təminat və köməkdən məhrum etməklə



internetin anonimliyi böyük insanlara özlərini uşaq və ya

yeniyetmə kimi təqdim etməyə imkan yaradır və asanlıqla

əlaqə yaratmağa kömək edir. Nəticədə internet şəbəkəsindən

istifadə edərək uşağı razılığa gətirib özünün əxlaqsız

şəkillərini, seksual xarakterli mətnləri ona göndərərək,

görüşməyə razı salır.

Cinsi zorakılığa daxildir: 

vaginal, oral və ya anal cinsi əlaqəyə məcbur etmək



qrup şəklində zorlamaq

ləyaqəti alçaldan cinsi hərəkətlər, fahişəliyə təhrik etmək



qorunmamış cinsi əlaqəyə təhrik etmək

arzuolunmaz hamiləlik, abort, təhlükəli aborta məcbur etmək



cinsi alçaldılma, zorla soyundurmaq

oral kontraseptivlərdən və digər kontrasepsiya üsullarından



sui-istifadəyə məcbur etmək

seksual xarakterli hərəkətləri müşahidə etmək və ya onlara



baxmağa məcbur etmək

insest



uşağı pornoqrafiyaya cəlb etmək

ekshibisionizm



vuayerizm




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə