18
- Bazar konyukturunun dəyişilməsinə çevik, cəld reaksiyavermə
qabiliyyəti;
- Yeni ideyaların sınaqdan keçirilməsinə vaxtında oriyentasiya etmək
imkanı;
- Sərt bürokratik qaydaların yoxluğu.
Kiçik biznes sferasında şirkətlərin işçiləri (bir qayda olaraq, istedadlı
mühəndislər, alimlər, ixtiraçılar) əmək intizamının ümumi qəbul edilmiş
“çərçivəsindən” kənara çıxaraq müəyyən yaradıcılıq azadlığına malikdirlər.
Vençur fondunun öhdəliklərinə cavab verən və ancaq fonda qoyduğu vəsaitin
məbləği həddində risk edən təsisçi məhdud məsuliyyətli tərəfdaş sayılır (limited
partner). Bir qayda olaraq vençur fondunun işçisi şirkətin direktorlar
şuras
ının tərkibinə daxil edilir, lakin bu zaman o, şirkətin icraçı direktoruna
çevrilmir. Onun rolu əsasən vacib strateji qərarların qəbulunda aktiv iştirak
etməklə məhdudlaşır, vençur fondunun rəhbərliyi investorların pul
vəsaitlərindən səmərəli istifadə olunmasında maraqlıdır. Beləliklə, vençur
fondunun idarə heyəti şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə daim nəzarət
etməklə yanaşı onun investisiya cəlbediciliyinin artmasına görə öz təkliflərini
verə bilər. lk biznes-inkubatorlar hələ ötən əsrin 50-ci illərində ABŞ-da
meydana gəlmişlər. Bu gün onlar bütün dünyada mövcuddurlar və böyük
müvəffəqiyyət qazanmışlar. Biznes-inkubator – əsas məqsədi başlanğıc
mərhələlərdə kiçik sahibkarlığın yaranmasını icarə üçün yer verən, məsləhət,
hüquqi, mühasibat və digər xidmətlərlə kömək edən təşkilatdır.Ümumiyyətlə
inkubatorun göstərdiyi xidmətlər aşağıdakı kimi görünürlər:Ofisin mebellə
təmin
olunmasına
kömək; Mühasibat
uçotunun,
kargüzarlığın
aparılması; Müştərilərlə iş üzrə xidmətlər: onların axtarışı, sifarişlərin
rəsmiləşdirilməsi, zənglərin qəbulu və emalı; Heyətin axtarışı; Biznesin
irəliləməsi
strategiyasının
hazırlanmasında
məsləhətlər;
Sərmayə axtarışı; Biznesin aparılması və uğura nail olunması psixologiyası
19
məsələləri üzrə müxtəlif tematik təlimlərin, seminarların keçirilməsi.
Ayrılıqda hər bir inkubatorda bu siyahı fərqlənə bilər və xidmət etdikləri
sektorun xüsusiyyətlərinə uyğun xidmətləri yerləşdirər.
Müasir dövrdə biznesin inkişafı özü ilə bərabər yeniliklər gətirir. Çünki, rəqabətli
şə
raitdə bazar imkanlarının genişləndirilməsi, yeni satış və məhsul buraxılışı
yollarının axtarılıb tapılması hər bir sahibkarlıq subyekti qarşısında başlıca vəzifə
kimi dayanmaqdadır. Qeyd edək ki, istehsal vasitələrinin tam məşğulluğunun
təmin olunduğu Qərb dövlətlərində investorlar və iş adamları keçən əsrin
ə
vvəllərində artıq iqtisadiyyatda eyni sahələrə və təkrarlanan
layihələrə maliyyə vəsaiti yatırmağın onlar üçün səmərəsiz olduğunu dərk
edirdilər. Belə olduğu halda iqtisadiyyatda yeni toxunulmamış sahələrin axtarılıb
tapılması və öz sferalarında yeganəlik xüsusiyyətinə malik olmaq istəyi axtarışların
artmasına gətirib çıxardı. Təbii ki, yeniliklər həmişə olduğu kimi elmdədir. Elə bu
baxımdan da keçən əsrin əvvəllərində elmi-texniki layihələndirmələrə əsaslanan
təkliflər investorların marağını cəlb etməyə başlamışdır. Nəticədə innovasiyaların,
yeniliklərin, elmin, yaxşı əsaslandırılmış ideyaların biznesə transferi ilə yeni
maliyyə aləti olan Vençur sərmayələşməsi formalaşırdı. 1950-ci illərin sonlarında
ABŞ-da meydana çıxan Vençur kapitalı tezliklə özünə geniş fəaliyyət meydanı
ə
ldə etdi. Vençur kapitalı dedikdə, bu bazarda yeni yaranan və özünə müvafiq yer
qazanmaq uğrunda mübarizə aparan firmaların maliyyələşdirilməsi üçün nəzərdə
tutulan investorlar tərəfindən yönəldilən maliyyə vəsaitidir. Vençur sərmayələri
digər investisiyalardan yüksək riskli olması ilə fərqlənirlər. Vençur kapitalı bir çox
hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən xarici
sərmayəçilər tərəfindən həyata keçirilir. Lakin, dövlət qurumları tərəfindən də bu
növ investisiyalar yatırılmaqdadır. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya
müflis olmaq təhlukəsi ilə üzbəüz qalmış şirkətilərin inkişafı üçün həyata keçirilir.
Vençur sərmayəsi sonda çox yüksək gəlir gətirən amma bununla yanaşı yuxarıda
da qeyd etdiyimiz kimi yüksək riskli investisiyalardır. Həmçinin, bu tip
investisiyalar müəssisənin kapitalında pay sahibi olmaq üçün də istifadə olunur.
Vençur sərmayəçisi dedikdə isə bu növ invetisiyaların qoyuluşunu həyata keçirən
20
şə
xs və ya şirkət kimi başa düşülür. Vençur sərmayəçiləri kapitalın yatırılması
forma və şəklinə görə genişmiqyaslı və dar çərçivəli investor olmaqla iki hissəyə
ayrılırlar. Həyat şəraitinin müxtəlif səviyyələrində, çoxsaylı geoiqtisadi regionlarda
və iqtisadiyyatın fərqli sahələrində çalışan vençur invetorları geniş miqyaslı vençur
investoru adlanır. Dar mənada dedikdə isə bu əsasən iqtisadiyyatın götürlmüş bir
və ya iki sferasında həyata keçirilən investisiya fəaliyyəti başa düşülür. Vençur
sərmayəçiləri əsasən firmaların ilkin fəaliyyətinin maliyyələşdirilməsi ilə
xarakterikdirlər. Lakin, şirkətlərin inkişafının müxtəlif səviyyələrində də vençur
investisiyalarının yatırımlarına rast gəlmək olar. Vençur kapitalı müəssisə hələ heç
bir məhsul istehsal etmədən və ya özünün qiymətli kağızlarını buraxmadan şirkətə
yatırıldığından ona çox vaxt start kapitalı adı da verilir. Bununla yanaşı vençur
investisiyası firmanın çətin vəziyyətindən çıxması üçün də yatırılır ki, bu da şirkətə
özünün ağır dövrlərini keçərək bazarda müvafiq yerini tuta bilməsinə böyük
yardım edir. Bir sıra vençur fondları bazarda səhmdar cəmiyyətlərinin
yenidənqurulması və yenidən kapitallaşmasına dəstək göstərməklə bu yolla onların
investorlar üçün cəlb edici hala gətirilməsi istiqamətindəki fəaliyyətlərinə görə də
ixtisaslaşırlar. Qeyd edək ki, vençur sərmayəçiləri üçün başlıca cəzb edici sahə
dünyanın müxtəlif regionlarında əldə edilən elmi-texniki nailiyyətlərin
maliyyələşdirilməsidir. Bununla yanaşı geniş yayılmasa da vençur sərmayəçiləri
tikinti sektoruna, sənaye səhəsinə, xidmət sferasına da maliyyə qoyuluşu edirlər.
Son dövlər isə vençur şirkətləri pərakəndəsatış və sosial məsuliyyət sferası üzrə
işləyən firmalar üzrə də ixtisaslaşaraq buna xeyli vəsait də yatırırlar.Vençur
ş
irkətləri ölçülərinə görə müxtəlif olurlar. Beləki, ailə səviyyəsində kiçik maliyyə
vəsaiti yatıranlar - bunlar da adətən bir neçə milyonlarla dollar vəsait həcmində
olur, orta və daha nəhng sərmayəçilər ki, bu tip investorlar1. nnovasiya
sahibkarlığının maliyyələşməsində Vençur kapitalının rolu da bir neçə yüz
milyonlardan başlayaraq hətta dünya səviyyəsindəki layihələrin həyata
keçirilməsinə milyardlarla dollar vəsait yatırırlar. Vençur sərmayəçiləri dirgər
invetorlardan fərqli olaraq vəsait yatırdıqları şirkətlərin inkişaf etdirlməsi üçün
məsləhətlər verərək onların idarəolunmasında yaxından iştirak edirlər. Bu
Dostları ilə paylaş: |