Microsoft Word Vuqar ders vesaiti 2017


Fərdi profilaktik tədbirlər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   144
386 in.fealxh ders vesaiti

Fərdi profilaktik tədbirlər 
planında aşağıdakılar nəzərə alınmalıdır: 
profilaktik tədbirin məqsədi
– ailə-məişət zəminində cinayət törədə biləcək şəxsə və onun 
yaşadığı mikromühitə (ailə, qohumluq, qonşuluq, dostluq münasi-
bətlərinə) profilaktik təsir tədbirlərinin istiqaməti və onların tətbi-
qi formaları; 
– nəzərdə tutulmuş profilaktik tədbirlərin həyata keçirilməsi 
prosesinə nəzarət; 
– həyata keçiriləcək profilaktik təsir tədbirlərinin tətbiqinə 
cəlb edilmiş qüvvə və vasitələr; 
– tədbirlərin həyata keçirilmə müddəti və s. 


79
VII Fəsil.
POLİSİN NƏZARƏTİ ALTINA VERMƏ VƏ EV
DUSTAQLIĞI QƏTİMKAN TƏDBİRLƏRİNİN TƏTBİQ 
EDİLMƏSİ SAHƏSİNDƏ POLİS ORQANLARININ
İŞİNİN TƏŞKİLİ 
 
§ 1. Polisin n
ə
zar
ə
ti alt
ı
na verm
ə
 v
ə
 ev dustaql
ı
ğ
ı
 q
ə
timkan
t
ə
dbirinin anlay
ı
ş
ı
 v
ə
 hüquqi 
ə
saslar
ı
 
 
Polisin nəzarəti altına verilmiş və ev dustaqlığı qətimkan təd-
biri seçilmiş şəxslər üzərində nəzarət, onların davranışlarına mü-
şahidə etmək, onlar tərəfindən törədilə biləcək cinayətləri xəbər-
dar etmək və onlara lazımi tərbiyəvi təsir etmək üçün həyata keçi-
rilir. Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan təd-
birləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 
163, 169-cu maddələrinə və «Polisin nəzarəti altına vermə və ev 
dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haq-
qında» Təlimata uyğun tətbiq edilir. 
Nəzarət altında olanlar tərəfindən törədilə biləcək cinayətlərin 
xəbərdar edilməsi məqsədilə, onlar üçün müvafiq davranış qayda-
ları müəyyən edilmişdir. Onların həyat tərzində, ailə vəziyyətin-
dən, iş yerindən və nəzarət altında olanların şəxsiyyətini xarakte-
rizə edən digər hallardan asılı olmayaraq təlimatda nəzərdə tutul-
muş nəzarət qaydalarına əməl edilməlidir.
Polisin nəzarəti altına verilmiş və ev dustaqlığı qətimkan təd-
biri seçilmiş şəxslər tərəfindən məhdudiyyətlərə və qaydalara cid-
di əməl etmələri məcburidir. Bu qaydaları pozmağa görə onların 
hərəkətləri polis əməkdvaşı tərəfindən sənədləşdirilir və təxirə sa-
lınmadan polis orqanının rəisinə məruzə olunur. Göstərilən mate-
riallar əsasında polis orqanının rəisi tərəfindən dərhal təqdimat 
hazırlanıb cinayət prosesini həyata keçirən orqana göndərir. Nə-
zarəti müvəffəqiyyətlə həyata keçirmək üçün polis əməkdaşlarına 
nəzarət altında olanların davranışlarına nəzarət etmək, onlarla tər-
biyəvi işlər aparmaq, onların məişət problelmləri barədə cinayət 
prosesini həyata keçirən orqan qarşısında məsələ qaldırmaq, yaşa-


80
yış yeri üzrə yoxlamaların və polis orqanına qeydiyyata gəlmənin 
sayı, vaxtı zəruri hallarda artırıla (azaldıla) bilər.
Nəzarət cinayət prosesini həyata keçirən və məhkəmə orqanla-
rı tərəfindən çıxarılmış qərar əsasında aşağıdakı şəxslərə tətbiq 
edilir: 
– Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şüb-
həli və ya təqsirləndirilən şəxslərə qarşı. 
– Ev dustaqlığı qətimkan tədbiri tətbiq edilən təqsirləndirilən 
şəxslərə qarşı. 
Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq poli-
sin nəzarəti altına vermə qətimkan tədbiri şübhəli və ya təqsirlən-
dirilən şəxsin müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi və 
ya müvəqqəti olduğu yer üzrə polis orqanları tərəfindən həyata 
keçirilir. Nəzarət həyata keçirilən zaman həmin şəxsin əməlinin 
ağırlığı, xarakteri, şəxsiyyəti, yaşı və səhhəti, məşğuliyyəti, mad-
di, sosial və ailə vəziyyəti, məhkumluğunun olub-olmaması və s. 
nəzərə alınaraq, polis orqanında qeydiyyatdan keçməsinə dair 
cədvəl hazırlanıb, polis orqanının rəisinə təqdim edilir. Yaşayış 
yeri üzrə yoxlamaların və polis orqanına qeydiyyata gəlmənin sa-
yı, vaxtı, cinayət prosesini həyata keçirən orqandan daxil olmuş 
əlavə məlumatlar, şəxsin davranışı, həyat tərzi, cinayət əlaqələri 
və yeni cinayət törətməyə meyilli olması nəzərə alınmaqla, zəruri 
hallarda artırıla (azaldıla) bilər. 
Ev dustaqlığı qətimkan tədbirinin tətbiq edilməsi barədə məh-
kəmə qərarının icrası təqsirləndirilən şəxsin faktiki yaşayış yeri 
üzrə polis orqanı tərəfindən həyata keçirilir. Ev dustaqlığı qətim-
kan tədbirinin tətbiqi zamanı polis əməkdaşları, yalnız məhkəmə-
nin qərarında nəzərdə tutulan təqsirləndirilən şəxsin və ya onun 
yaşayış yerinin müşahidə altına alınmasını, habelə evinin, mənzi-
linin və ya yaşaış üçün ona ayrılmış başqa yerin mühafizə edilmə-
sini, yaxud digər hüquqi məhdudiyyətlərə riayət olunmasına nə-
zarəti həyata keçirirlər.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə