20
kitabxana fondunun formalaşmasının müxtəlif nəzəri və təcrübi məsə-
lələrinə dair 30-dan artıq iş çap etdirmişdir. Dağınıq tədris qaydalarının
“Kitabxana fondları” mükəmməl ali məktəb kursunda birləşdirilməsində
də onun mühüm xidmətləri olmuşdur (10).
“Kitabxana fondlarının təşkili” anlayışının geniş şəkildə təşəkkül
tapması 1950-ci illərin əvvəlinə təsadüf edir. Həmin vaxtlar Y.V.Qri-
qoryevin indinin özündə də məşhur olan eyni adlı kitabı çapdan çıxmış-
dı. 1955-ci ildə geniş “kitabxana fondları” anlayışı meydana çıxdı. Bu
termin “kitabxana fondunun təşkili” anlayışını “komplektləşdirmə” və
“məzmun” anlayışları ilə birgə ehtiva edirdi.
Bu sahədə keyfiyyətli sıçrayış 1973-cü ildə baş verdi- Y.V.Qri-
qoryev bütün bu prosesləri “formalaşma” anlayışı altında birləşdirdi. Və
onun “Kitabxana fondunun formalaşmasının nəzəri əsaslsrı” kitabı
fondşünaslığın inkişafında əhəmiyyətli təkan oldu, Y.V.Qriqoryev ilk
dəfə olaraq sistemli yanaşmanın tətbiqinin mümkünlüyünü bəyan etdi,
kitabxana fondunun yaradılması və qorunması üzrə bütün proses və
əməliyyatları birgə götürməklə bu yanaşmanı təcrübədə reallaşdırdı.
Y.V.Qriqoryevin əsas nəzəri nailiyyəti fondun komplektləşdiril-
məsi və təşkilinin (onun təbirincə desək, uçot, işlənmə, yerləşdirmə,
qorunma), habelə idarə olunmasının ümumi prinsiplərə əsaslanan və
vahid tələblərə tabe olan vahid sikl olmasını sübut etməsindən ibarətdir.
Bu traktovka sayəsində kitabxana fondu haqqında təlim bütövlük,
mükəmməllik qazandı və qəti olaraq kitabxanaşünaslığın müstəqil böl-
məsinə çevrildi. Y.V.Qriqoryev kitabxana fondunun mahiyyətini müəy-
yənləşdirdi, bu anlayışın geniş və dar planda miqyasını, kitabxana fon-
dunun fərqləndirici cəhət və xüsusiyyətlərini, onun formalaşmasının
ümumi prinsiplərini (o vaxta qədər yalnız komplektləşdirmə prosesinin
prinsipləri işlənmişdi) səciyyələndirdi. Müasir dövrdə onlardan daha
əhəmiyyətlisi ilk dəfə olaraq əsaslandırılmış fondun tərkib və həcminin
kitabxananın vəzifələrinə və onun oxucularının tələblərinə uyğunluğu
prinsipidir. Müəllif bəzən uyğunluq prinsipinə qanun kimi baxırdı.
Kitabxana fondunun formalaşması nəzəriyyəsində daha bir ideya
fondların vahid formalaşma prosesinin bir-biri ilə bağlı olan və dialektik
birlikdə çıxış edən üç mərhələyə (komplektləşdirmə; kitabxananın
komplektləşdirmə üzrə işinin təşkili və idarə olunması; fondların
cəmiyyətin yeni tələblərinə daim uyğunluğunun təmin edilməsi əsasında
təşkili) ayrılması haqda Y.V.Qriqoryevin təklifi oldu (6). aha dəqiq
desək, fondun komplektləşdirilməsi, fondun təşkili və fondun idarə
21
olunması. Bu dəyərləndirmə uzun illər olduğu kimi qəbul edilmiş və ali
məktəb dərsliyinə (Y.N.Ctolyarov, “Kitabxana fondu”, 1979) daxil
edilmişdir (9).
Sonralar bəzi kitabxanaşünaslar (V. .Tereşin, A.V.Markina,
Y.N.Stolarov, V.V.Şilov)
kitabxana fondunun formalaşmasına dair pro-
seslərə daha dərindən, detallı şəkildə və bir qədər də qeyri-ənənəvi baxış
bucağından yanaşsalar da, bu məsələdə hələ də yekdil rəyə gəlinmə-
mişdir.
Y.N.Stolyarovun 1991-ci ildəki “Kitabxana fondu” (9) adlanan ali
məktəb dərsliyində isə kitabxana fondlarının formalaşmasının texnoloji
sistemi aşağıdakı proseslərə bölünmüşdü: kitabxana fondlarının
modelləşdirilməsi, komplektləşdirmə, sənədlərin uçotu, sənədlərin
işlənməsi, sənədlərin yerləşdirilməsi, sənədlərin qorunmasının təmin
olunması, sənədlərin çatdırılması, informasiyanın analizi.
Y.V.Qriqoryevin davamçıları onunla əsasən razılaşsalar da, fondun
formalaşması prosesinin mərhələlərə bölünməsi ideyasından imtina
etdilər. Məsələ ondadır ki, “təşkil” anlayışı bütün bu mərhələləri özündə
birləşdirir: həm komplektləşdirmə, həm də idarə olunma təşkil edil-
məlidir; idarəetməyə həm komplektləşdirmə, həm də fondun formalaş-
masının sonrakı prosesləri aiddir. Beləliklə, idarəetmə özlüyündə ayrıca
mərhələ olmayıb, kitabxana fondunun formalaşmasının bütün proses və
mərhələləri ilə paralel həyata keçirilir. Görünür, problemin həlli bir
qədər də vaxt tələb edir. Y.V.Qriqoryevin təsəvvürlərinə görə, ida-
rəetmə fondun oxucular tərəfindən istifadəsinin nəticələri bəlli olduqdan
sonra başlayır. O, nəticə dedikdə, təkrar seçməni və fondun fasiləsiz
diferensiasiyasını nəzərdə tuturdu. Y.V.Qriqoryev kitabxana fondunun
yoxlanılmasını ikinci mərhələdən üçüncü mərhələyə keçirmişdi. Bunlar
“idarəetmə” bölməsini öz məzmunu ilə tamamlamaq cəhdləri olmaqla
çox qiymətlidir. Baxmayaraq ki, burada bir sıra dəqiqləşdirmələrə də
ehtiyac vardı. Belə ki, ikinci seçməyə təkcə nəticə deyil, həm də
idarəetmə vasitə kimi baxılmalıdır. Eyni ifadələri birinci seçim haqqında
da demək olar. Üstəlik, onları bir-birindən ayırmaq, ayrı-ayrı mərhələyə
aid etmək olmaz. Çünki onlar qarşılıqlı əlaqədə mövcuddurlar.
Xüsusi vurğulamaq gərəkdir ki, Y.V.Qriqoryev fondşünaslıqda
idarəetmə aspektinin işlənməsinin vacibliyini əsaslandırdı, ümumi kitab-
xanaşünaslıqda “kitabxana menecmenti” adlanan konsepsiyanın mey-
dana çıxmasından bir qədər əvvəl bu aspekti işləməyə başladı.
22
“Kitabxana fondlarının formalaşmasının nəzəri əsasları” Y.V.Qri-
qoryevin kitabxana fondşünaslığı sahəsində yaradıcılığının zirvəsi idi.
Bu əsər kitabxanaşünaslığın bu bölümündə əhəmiyyətli nailiyyətləri
ümumiləşdirir, eyni zamanda onun inkişafında keyfiyyətcə yeni mər-
hələnin başlandığına dəlalət edirdi.
Elmi ədəbiyyatda
kitabxana fondlarının formalaşması prosesləri
haqqında bir neçə tərifə rast gəlmək mümkündür. Y.V.Qriqoryevin
tələbəsi və davamçısı hesab edilən Y.N.Stolyarovun “Kitabxana fondu”
dərsliyində aşağıdakı tərif verilmişdir: “Formalaşdırma dedikdə,
kitabxana fondunun yaradılması, daimi inkişafı və işlək vəziyyətdə
saxlanılması nəzərdə tutulur.
Kitabxana işi üzrə terminoloji lüğətdə
(
"Kitabxana işi. Terminoloji
lüğət", М., 1997)
“
Kitabxana fondlarının formalaşması” anlayışına daha
dolğun tərif verilir: “Kitabxana fondunun yaradılmasına və inkişafına
yönəlmiş proseslərin məcmusu komplektləşdirmədən, fondun təşkili və
idarə olunmasından, eləcə də çap məhsullarının və digər materialların
çıxarılmasından ibarət olub, kitabxananın növündən, oxucuların tərki-
bindən, sayından və maraqlarından, oxucu məhsullarının buraxılma-
sından, elm və istehsalın informasiya tələbatlarının inkişafından asılı-
dır”.
Kitabxana fondlarının formalaşması fasiləsiz prosesdir. Bu proses
kitabxana mövcud olduqca davam edir. Fondun formalaşması üzrə iş ki-
tabxananın bir çox əməkdaşlarının fəaliyyətinin əsas məzmununu təşkil
edir. Kitabxana fondunun formalaşması kitabxanaçıdan kitabxana qarşı-
sında duran tapşırıqları dəqiq bilməyi, istifadəçi kontingentini daim öy-
rənməyi, onların tələbatlarını, maraqlarını, ədəbi zövqlərini, stimullarını
və sənədlərə yanaşma motivlərini bilməyi tələb edir.
Kitabxana fondlarının texnoloji cəhətdən formalaşması fondun
ideal obrazının və ya modelinin müəyyənləşdirilməsindən başlayır.
Növbəti mərhələ sənədin əldə olunması, seçilməsi və ya komplektləşdir-
mədir. Daha sonra sənədin uçotu, işlənməsi, yerləşdirilməsi, qorunması
və oxucunun tələbi ilə çatdırılması gəlir. Bu proseslərin gedişində
informasiya daim analiz olunur və analizin nəticələrinə uyğun olaraq
ona korrektələr edilir.
“Kitabxana fondları” sistemi üçün kitabxana fondlarının formalaş-
masının əhəmiyyəti ondadır ki, fondun, demək olar, bütün səciyyəvi cə-
hətləri məhz və yalnız onun formalaşması nəticəsində yaranır. Fondun
Dostları ilə paylaş: |