26
S.A. KHALAFOVA
L BRARY FUND FORMAT ON: TS DEA, CONCEPT AND
DEVELOPMENT
SUMMARY
The article is about the creation of idea of library fund formation,
its concept and development and it makes comments on the innovations
brought to this field by the outstanding researcher of the library fund
studies Y.V.Grigoriev and his successors’ attitude and existing prob-
lems of the fund studies.
27
Oruc QUL YEV
Xətai rayon MKS-in direktoru
NFORMAS YALAŞDIRMA CƏM YYƏT NDƏ
XƏTA RAYON MKS- N FƏAL YYƏT HAQQINDA
Tarixi-mədəni, ədəbi-bədii və elmi fəlsəfi irsin toplanıb sax-
lanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-
nəslə çatdırılmasında, cəmiyyətin intellektual mənəvi potensialının inki-
şafında əvəzsiz rol oynayan və xalqın milli sərvəti olan kitabxanalarımız
çox qədim bir tarixə malikdir.
Azərbaycan ərazisində ilk kitabxanalar həmin ərazidə ən erkən döv-
lət qurumlarının mövcud olduğu dövrdə yaranmışdır. V əsrdə Albanların
yazılı dili yarandıqdan sonra Qafqaz Albaniyasında kilsə və məktəblərdə
bu dilə tərcümə edilmiş kitablardan ibarət kiçik kitabxanalar yaradıl-
mışdır. VII əsrdə (bu dövrdə Azərbaycan ərəblər tərəfindən istila edil-
mişdi) məscidlərin və mədrəsələrin nəzdində kitabxanalar yaradılmışdı.
Orta əsrlərdə Azərbaycanda saray kitabxanaları ilə yanaşı, dini,
xüsusi elmi və şəxsi kitabxanalar mövcud idi.
XIX əsrin ikinci yarısında Azərbaycanda kütləvi kitabxana və
qiraətxanalar, əsrin sonunda isə neft sənayesi işçiləri üçün texniki
ədəbiyyat fonduna malik olan kitabxanalar yaradılmağa başlanmışdı.
XX əsrdə respublikanın ən böyük kitab xəzinələri yaradılmış, bütün
bölgələri əhatə edən geniş kiabxanalar şəbəkəsi qurulmuş və mərkəz-
ləşdirilmiş kitabxanaların maddi-texniki bazası möhkəmləndirilmiş və
kitab palatası təşkil olunmuşdur.
Bu gün Azərbaycanda geniş kiabxana-informasiya şəbəkəsinə malik
12 mindən artıq müxtəlif tipli kitabxana mövcuddur.
Müasir informasiyalaşdırılmış cəmiyyət şəraitində kitabxanaların
qarşısında əhalini yüksək kitabxana və informasiya xidməti ilə təmin
etmək, Respublikanın sosial-iqtisadi, siyasi və mədəni inkişafında, müs-
təqilliyin irəli sürdüyü tələblərə uyğun yeni insanın yetişdirilməsində,
ictimai-siyasi həyatın humanistləşdirilməsində, demokratiyanın və milli
özünüdərkin inkişafında, azərbaycançılıq ideologiyasının təbliğində in-
sanların ümumbəşəri sərvətləri olan kitabxanalardan istifadə etmək
hüququnu təmin etmək vəzifələri qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin son illər kitabxana sahə-
sinin inkişafı ilə bağlı bir-birinin ardınca qəbul etdiyi çoxsaylı qərarlar, o
28
cümlədən ilk dəfə Azərbaycan Respubliksaında kitabxana informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafi üzrə Dövlət proqramı Azərbay-
can Dövlətinin bu sahəyə prioritet bir məsələ kimi baxdığını və kitabxana
ictimaiyyətinin bu qərarlardan irəli gələn məsələlərin həyata keçirilməsi
üçün çox böyük məsuliyyət daşımasının vacibliyini ortaya qoymuşdur.
Bu və ya digər vəzifələrin həyata keçirilməsində digər kitabxanalar
kimi, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də öz töhfəsini
verməyə çalışır.
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1974-cu ildə
Keçmiş SSR hökümətinin ölkədə kitabxana işinin inkişafında yeni
keyfiyyət mərhələsi olan kitabxanaların mərkəzləşdirilməsi haqqında
qərarından sonra Bakıda eksperiment olaraq ilk və yeganə sistem kimi
1975-ci ildə yaradılmışdır.
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxa-
na və 4 filialı özündə birləşdirir və yarandığı gündən kitabxana işinin bü-
tün forma və metodlarından istifadə edərək əhaliyə kitabxana-biblioqrafi-
ya və informasiya xidməti göstərmiş, MKS-in maddi-texniki bazasının
möhkəmləndirilməsi, digər kitabxanalarla əlaqələrin qurulması, zamana
uyğun kitabxana işində baş verən yeniliklərin MKS-də tətbiqi və s. isti-
qamətdə iş aparmışdır ki, nəticədə Xətai rayon MKS hal-hazırda öz sə-
mərəli fəaliyyəti ilə digər kitabxanalardan fərqlənir.
Mərkəzləşdirilmiş Kitabxana Sistemi fondunda müxtəlif məzmunlu
170 min nüsxədən artıq ədəbiyyat qoruyub saxlamaqla 20 mindən artıq
oxucuya xidmət göstərir ki, bunlar da müxtəlif kateqoriyaya (müəllim,
həkim, mühəndis, fəhlə, tələbə və şagird, təqaüdçü, istehsalatda çalı-
şanlar, mütəxəssislər və s.) aid oxuculardan ibarətdir.
l ərzində kitabxanaya ayrı-ayrı elm sahələri üzrə, milli və digər
dillərdə təxminən 4 minə qədər yeni ədəbiyyat daxil olur ki, bunların
kitabxana qaydasında işlənib kitabxanalara verilməsi və oxucuların isti-
fadəsinə çatdırılması üçün operativ şəkildə iş aparılır.
Dövri mətbuata abunə ilə yanaşı Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin Mərkəzi Kitabxanasında internet vasitəsi ilə oxuculara xidmət
işi təşkil olunmuşdur ki, bu da son vaxtlar kitabxanaya müraciətləri xeyli
artırmış, kitabxanaya gəliş il ərzində 100 mindən artıq olmuş, oxuculara
kitab verilişi isə 200 mindən çox olmuşdur.
Mərkəzləşdirilmiş Kitabxana Sistemində kataloqlarla aparılan iş-
ədəbiyyatın kataloqlaşdırılması, kataloqlara düzülmüş kartoçkalar, kata-
loqların redaktə olunması; məlumat-biblioqrafiya işi - oxuculara verilən
Dostları ilə paylaş: |