Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

 
26 
S.A. KHALAFOVA 
L BRARY FUND FORMAT ON:  TS  DEA, CONCEPT AND 
DEVELOPMENT 
                             
SUMMARY 
                              
The article is about the creation of idea of library fund formation, 
its concept and development and it makes comments on the innovations 
brought  to  this  field  by  the  outstanding  researcher  of  the  library  fund 
studies  Y.V.Grigoriev  and  his  successors’  attitude  and  existing  prob-
lems of the fund studies. 
 


 
27 
Oruc QUL YEV  
Xətai rayon MKS-in direktoru    
 
NFORMAS YALAŞDIRMA CƏM YYƏT NDƏ 
XƏTA  RAYON MKS- N FƏAL YYƏT  HAQQINDA 
 
     Tarixi-mədəni,  ədəbi-bədii  və  elmi  fəlsəfi  irsin  toplanıb  sax-
lanılmasında,  bəşər  mədəniyyətinin  qazandığı  nailiyyətlərin  nəsildən-
nəslə çatdırılmasında, cəmiyyətin intellektual mənəvi  potensialının inki-
şafında əvəzsiz rol oynayan və xalqın milli sərvəti olan kitabxanalarımız 
çox qədim bir tarixə malikdir. 
Azərbaycan ərazisində ilk kitabxanalar həmin ərazidə ən erkən döv-
lət qurumlarının mövcud olduğu dövrdə yaranmışdır. V əsrdə Albanların 
yazılı dili yarandıqdan sonra Qafqaz Albaniyasında kilsə və məktəblərdə 
bu  dilə  tərcümə  edilmiş  kitablardan  ibarət  kiçik  kitabxanalar  yaradıl-
mışdır.  VII  əsrdə  (bu  dövrdə  Azərbaycan  ərəblər  tərəfindən  istila  edil-
mişdi) məscidlərin və mədrəsələrin nəzdində kitabxanalar yaradılmışdı. 
Orta  əsrlərdə  Azərbaycanda  saray  kitabxanaları  ilə  yanaşı,  dini, 
xüsusi elmi və şəxsi kitabxanalar mövcud idi. 
XIX  əsrin  ikinci  yarısında  Azərbaycanda  kütləvi  kitabxana  və 
qiraətxanalar,  əsrin  sonunda  isə  neft  sənayesi  işçiləri  üçün  texniki 
ədəbiyyat fonduna malik olan kitabxanalar yaradılmağa başlanmışdı. 
XX əsrdə respublikanın ən böyük kitab xəzinələri yaradılmış, bütün 
bölgələri  əhatə  edən  geniş  kiabxanalar  şəbəkəsi  qurulmuş  və  mərkəz-
ləşdirilmiş  kitabxanaların  maddi-texniki  bazası  möhkəmləndirilmiş  və 
kitab palatası təşkil olunmuşdur.  
Bu gün Azərbaycanda geniş kiabxana-informasiya şəbəkəsinə malik 
12 mindən artıq müxtəlif tipli kitabxana mövcuddur. 
Müasir  informasiyalaşdırılmış  cəmiyyət  şəraitində  kitabxanaların 
qarşısında  əhalini  yüksək  kitabxana  və  informasiya  xidməti  ilə  təmin 
etmək, Respublikanın sosial-iqtisadi, siyasi və mədəni inkişafında, müs-
təqilliyin  irəli  sürdüyü  tələblərə  uyğun  yeni  insanın  yetişdirilməsində, 
ictimai-siyasi  həyatın  humanistləşdirilməsində,  demokratiyanın  və  milli 
özünüdərkin  inkişafında,  azərbaycançılıq  ideologiyasının  təbliğində  in-
sanların  ümumbəşəri  sərvətləri  olan  kitabxanalardan  istifadə  etmək 
hüququnu təmin etmək vəzifələri qoyulmuşdur. 
Azərbaycan  Respublikası  Prezidentinin  son  illər  kitabxana  sahə-
sinin inkişafı ilə bağlı bir-birinin ardınca qəbul etdiyi çoxsaylı qərarlar, o 


 
28 
cümlədən  ilk  dəfə  Azərbaycan  Respubliksaında  kitabxana  informasiya 
sahəsinin  2008-2013-cü  illərdə  inkişafi  üzrə  Dövlət  proqramı  Azərbay-
can Dövlətinin bu sahəyə prioritet bir məsələ kimi baxdığını və kitabxana 
ictimaiyyətinin bu qərarlardan irəli gələn məsələlərin  həyata keçirilməsi 
üçün çox böyük məsuliyyət daşımasının vacibliyini ortaya qoymuşdur. 
Bu və ya digər vəzifələrin həyata keçirilməsində digər kitabxanalar 
kimi,  Xətai  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi  də  öz  töhfəsini 
verməyə çalışır. 
Xətai  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi  1974-cu  ildə 
Keçmiş  SSR   hökümətinin  ölkədə  kitabxana  işinin  inkişafında  yeni 
keyfiyyət  mərhələsi  olan  kitabxanaların  mərkəzləşdirilməsi  haqqında 
qərarından  sonra Bakıda eksperiment olaraq  ilk və yeganə sistem kimi 
1975-ci ildə yaradılmışdır. 
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxa-
na və 4 filialı özündə birləşdirir və yarandığı gündən kitabxana işinin bü-
tün forma və metodlarından istifadə edərək əhaliyə kitabxana-biblioqrafi-
ya  və  informasiya  xidməti  göstərmiş,  MKS-in  maddi-texniki  bazasının 
möhkəmləndirilməsi,  digər  kitabxanalarla  əlaqələrin  qurulması,  zamana 
uyğun kitabxana işində baş verən yeniliklərin MKS-də tətbiqi və s. isti-
qamətdə iş aparmışdır  ki, nəticədə Xətai rayon MKS hal-hazırda öz sə-
mərəli fəaliyyəti ilə digər kitabxanalardan fərqlənir. 
Mərkəzləşdirilmiş Kitabxana Sistemi fondunda müxtəlif məzmunlu 
170  min  nüsxədən  artıq  ədəbiyyat  qoruyub  saxlamaqla  20  mindən  artıq 
oxucuya  xidmət  göstərir  ki,  bunlar  da  müxtəlif  kateqoriyaya  (müəllim, 
həkim,  mühəndis,  fəhlə,  tələbə  və  şagird,  təqaüdçü,  istehsalatda  çalı-
şanlar, mütəxəssislər və s.) aid oxuculardan ibarətdir. 
l  ərzində  kitabxanaya  ayrı-ayrı  elm  sahələri  üzrə,  milli  və  digər 
dillərdə  təxminən  4  minə  qədər  yeni  ədəbiyyat  daxil  olur  ki,  bunların 
kitabxana  qaydasında  işlənib  kitabxanalara  verilməsi  və  oxucuların  isti-
fadəsinə çatdırılması üçün operativ şəkildə iş aparılır. 
Dövri  mətbuata  abunə  ilə  yanaşı  Mərkəzləşdirilmiş  Kitabxana 
Sisteminin Mərkəzi Kitabxanasında internet vasitəsi ilə oxuculara xidmət 
işi təşkil olunmuşdur ki, bu da son vaxtlar kitabxanaya müraciətləri xeyli 
artırmış, kitabxanaya gəliş il ərzində 100 mindən artıq olmuş, oxuculara 
kitab verilişi isə 200 mindən çox olmuşdur. 
Mərkəzləşdirilmiş  Kitabxana  Sistemində  kataloqlarla  aparılan  iş-  
ədəbiyyatın  kataloqlaşdırılması,  kataloqlara  düzülmüş  kartoçkalar,  kata-
loqların redaktə olunması;  məlumat-biblioqrafiya işi - oxuculara verilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə