Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   2   3   4   5   6   7   8   9   ...   46

 
17 
rulması və kitabxana xidmətinin dünya standartlarına uyğun həyata keçi-
rilməsi təmin olunmalıdır.  
Azərbaycan  Respublikasının  Prezidentinin  2008-ci  il  6  oktyabr  ta-
rixli 3072 saylı sərəncamı iə təsdiq edilmiş 2008-2013-cü illər üçün Döv-
lət  proqramının  tələblərinə  uyğun  olaraq  Respublikamızda  kitabxana  işi 
sahəsində çox qlobal məsələlərin həll olunması durur. Prezidentin sərən-
camında kitabxana işi sahəsində ciddi nöqsanların olduğu göstərilir. Gös-
tərlir  ki,  beynəlxalq  əlaqələr  sahəsində  kitabxanaların  fəaliyyəti  müasir 
tələblərə  cavab  vermir.  Ölkədə  milli  biblioqrafiyanın,  milli  formatın, 
elektron kitabxananın, toplu kataloqun, koorporativ kitabxana şəbəkələri-
nin olmaması, dünya informasiya məkanında layiqli təmsil edilməyə im-
kan vermir.(1) 
Bütün  bu  kimi  çatışmazlıqların  aradan  qaldırılması  işində  metodik 
mərkəzlərin üzərinə çox ciddi vəzifələr düşür. Xüsusilə M.F.Axundov adına 
Milli Kitabxana onun elmi metodiki şöbəsi, həm kütləvi kitabxanalar, həm də 
digər  kitabxana  şəbəkələri  və  sistemləri  üçün  metodiki  əlaqələndirmə 
mərkəzi kimi bu sahədə xüsusi proqnozlar, elmi tədqiqatlar və əməli tədbirlər 
həyata keçirməlidirlər.  
Bunun  üçün  Dövlət  proqramının  icrasının  əsas  istiqamətlərində  çox 
ciddi məsələlərin həlli qarşıya qoyulur. Xüsusilə kitabxana fondlarının müasir 
komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya 
daşıyıcıları  ilə  təmin  edilməsi,  kitabxanaların  kompüter  və  informasiya 
proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana informasiya 
şəbəkəsinin  yaradılması  və  inkişafı,  metodik  mərkəz  olan  M.F.Axundov 
adına  Azərbaycan  Milli  Kitabxanasının  modernləşdirilməsi,  müasir  infor-
masiya  texnologiyaları  ilə  təmin  edilməsi  və  madii-texniki  bazasının 
möhkəmləndirilməsi  və  s.  bu  kimi  problemlərin  həlli  bütövlükdə  kitabxana 
işinə və elmi-metodik təminat işinin inkişafına güclü təkan verəcək. 
 
Ə
DƏB YYAT 
Azərbaycan dilində 
1.
  Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı//Kitabxaşünaslıq və 
biblioqrafiya.- 2008.-   2.-  S.12 
2.
 
smayılov.  X. .  Kitabxana  menecmentinin  əsasları:  Dərs 
vəsaiti.- B., 2005.-196 s. 
3.
 
smayılov.  X. .  Kitabxana  informasiya  texnologiyaları:    Dərs 
vəsaiti.-  B.: Nurlar, 2009.- 312 s. 


 
18 
4.
 
smayılov.  X. .  Kitabxana  işinin  təşkili  və  idarə  eilməsi:  
Dərslik.- B.: Nurlar, 2009 .- 392 s. 
5.
  M.F.Axundov  adına  Azərbaycan  Milli  kitabxananın  illik 
hesabatları: 2005-2009-cu illə
Rus dilində 
6.
  Бибика ННе люблю быть проверяющим//Библиотекарь.-
1991.-II.-С.22-23. 
7.
  Библиотечное делотерминолог . словар М.,1986.-С.87 
8.
  Будецкая  О.Управленец?  Методист?  Консультант!// 
Библиотекарь
.-1990.-5.-С.41-42. 
9.
  Высоцкая Е.К,Семенова Г.А.Методической службе разви-
ваться
 // Сов.библиотековедение.-1991.-1С.-46. 
10.
  Тюлина  Н.И.  О  развитии  интеграционных  пропессо  в 
библиотечном
 деле // Сов.библиотековедение.-1986.  4.-С.3-14 
11.
  Фенелонов  Е.А.  Актуальные  вопросы  совершенствования 
теории
  практики  организация  методической  работы  в  биб-
лиотечном
 деле.-М.,1984.-23 с
 
Х
И.ИСМАИЛОВ 
НОВЫЕ
 НАПРАВЛЕНИЯ МЕТОДИЧЕСКОГО 
ОБЕСПЕЧЕНИЙ
 БИБЛИОТЕЧНОГО ДЕЛА 
 
РЕЗЮМЕ
 
В  статье  рассматриваются  новые  направления  методического 
обеспечения  библиотек  в  соответствии  Государственной  програм-
мой развитии библиотек Азербайджана. Здесь также особое внима-
ние удаляется работе методических центров в этом направлении. 
 
Kh. . SMA LOV 
THE NEW DRECTION S of METHODICAL PROVISION of  
LIBRARY 
 
SUMMARY 
Given article describes new directions of methodical provision of 
libraries in accordance with State Program of Azerbaijan Republic on 
Library Development. Special attention was paied also to the activity of 
methodical centers on the direction.   
 


 
19 
Sevda XƏLƏFOVA 
Kitabxana resursları və informasiya axtarış sistemləri 
 kafedrasının baş müəllimi 
tarix üzrə fəlsəfə doktoru 
 
K TABXANA FONDUNUN FORMALAŞMASI: 
DEYASI, ANLAYIŞI VƏ  NK ŞAFI 
 
Kitabxana  fondunun  formalaşması-  fondşünaslığın  son  illər  yeni 
elmi təhlil tələb edən əsas problemlərindən biridir. Bu mövzu həm nəzə-
riyyəçilərin, həm də praktiklərin diqqətini özünə cəlb etmişdir. Çünki bu 
sahədə  təxirə  salınmadan  baxılmasını  tələb  edən  bir  sıra  suallar  yaran-
mışdır. Fondun formalaşmasının tədqiqat problemlərinin işıqlandırıldığı 
və analiz olunduğu icmal xarakterli ümumiləşdirici işlərin az olması ki-
tabxana  işçilərinin  informasiya  alma  səviyyəsini  əhəmiyyətli  dərəcədə 
azaldır (7). 
1920-40-cı  illərdə  A.A.  Pakrovski,  L.B.Xavkina,  V.N.Denisyev, 
A.N. Barabaşov və s. alimlər tərəfindən fondşünaslıq fikrinin yaranma-
sı, tarixi və inkişaf mərhələləri təhlil edilmiş, ümumiləşdirilmiş və əsər-
lərində öz əksini tapmışdır. 1950-70-ci illərdə kitabxana fondunun for-
malaşması  və  inkişafı  sahəsində  Y.V.Qriqoryev,  T.D.Aydenberq, 
K.L.Varonko,  N.S.Kartaşov  və  başqaları  əvvəlki  fondşünas  alimlərdən 
müəyyən  qədər  irəli  getmiş,  onların  fikirlərinə  əlavələr  etmişlər.  1980-
90-cı illərdə isə uzun müddət kitabxana fondunun formalaşmasının nə-
zəri problemləri ilə məşğul olan müəlliflərdən professor Y.N.Stolyarov, 
V. .Tereşin,  A.V.Markina,  V.V.Şilov,  T.A.  Jdanov,  .S.Pilko,  respubli-
kamızda isə professor A.A.Xələfov, M.M.Həsənov, A.Əliyev və başqa-
ları bu işin təkmilləşdirilməsi sahəsində xeyli işlər görmüşlər. 
Kitabxana fondu haqqında təlimin işlənməsində əsas rol Y.V.Qri-
qoryevə  (1899-1973)  məxsusdur.
  “
Kitabxana  fondunun  formalaşması” 
anlayışı  1960-cı  illərin  sonunda  Y.V.Qriqoryev  tərəfindən  sənədləri 
sistemləşdirilmiş  toplu,  daha  dəqiqi,  kitabxana  fondu  şəklinə  salan 
bütün  texnoloji  prosesləri  özündə  əks  etdirən  ifadə  kimi  düşünülərək 
elmi  dövriyyəyə  buraxılmışdır.  Bu,  kitabxana  fonduna  sistem  şəklində 
yanaşmanın  ortaya  çıxmasında,  eləcə  də  kitabxana  fondunun  forma-
laşması  nəzəriyyəsinin  inkişafında  böyük  rol  oynadı.  Kitabxana  fond-
şünaslığının  görkəmli  banisi  sayılan  Y.V.Qriqoryev  50  ilə  yaxın  müd-
dətdə  kitabxanaşünaslıq  problemlərinin  işlənməsi  ilə  məşğul  olmuş, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə