Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   2   3   4   5   6   7   8   9   10   ...   46

 
23 
keyfiyyəti və böyüklüyü isə kitabxananın sonrakı fəaliyyətini şərtləndi-
rir.  
1960-cı  illərdə  yeni  informasiya  texnologiyalarının  meydana 
gəlməsi və sürətlə tətbiqi nəticəsində kitabxana fondları və bütövlükdə 
kitabxanalar üzərində ciddi təhlükə yarandı.  nformasiyanın telekommu-
nikasiya vasitələri ilə ötürülməsi imkanı, qeyri-ənənəvi sənədlərin inki-
şafı “kitablarsız kitabxana” konsepsiyasını ortaya çıxardı ki, bu da son-
radan  “kitablarsız,  oxucularsız,  kitabxanaçılarsız  kitabxana”  iddiasına 
qədər yüksəldi. Zamanın yeni çağırışına bir çox kitabxanaçılar çap yara-
dıcılığı ilə işləməyin prinsipial xüsusiyyəti və sənəd növü olaraq kitabın 
üstünlüklərini əldə əsas tutaraq kitabxanaları kompüterləşmədən kənar-
da qoymaq cəhdi ilə cavab verdilər. 
Bunun  nəticəsi  olaraq  kitabxanalara  alternativ  sənəd-kommunika-
siya institutları meydana çıxdı. Yeni yaradılmış informatika elminin nə-
zəriyyəçiləri kitabxanaşünaslığın arxaikliyini sübut etməyə çalışırdılar. 
nkişaf  etmiş  ölkələrdə  isə,  xüsusən  ABŞ-da  bu  cür  kəskin  kon-
frontasiya yox idi, diskussiyalar kitabxanaşünasların öz aralarında aparı-
lırdı. Onlar yeni informasiya texnologiyalarının üstünlüklərini yetərincə 
tez qiymətləndirərək, onları səylə tətbiq etməyə başladılar, nəzəri səviy-
yədə  isə  inteqral  kitabxana-informasiya  elmi  anlayışını  işləyib  hazır-
ladılar. 
Sovet  kitabxanaşünaslığında,  xüsusən  fondşünaslığında  isə  vəziy-
yət  daha  dramatik  şəkildə  inkişaf  edirdi.  Fondşünaslar  informatiklərin 
tənqidlərindən  konstruktiv  nəticələr  çıxardılar.  Bu,  hər  şeydən  əvvəl 
fondyaradıcı  element  haqqında  təsəvvürlərin  genişlənməsinə  aid  idi. 
Onlar  1970-ci  illərdən  başlayaraq  kitabxanaşünaslığın  predmeti  və 
obyekti  haqqında  müzakirələrin  gedişində  sənəd  anlayışını  qəbul 
edərək, onu həm termin dövriyyəsinə, həm də ümumi kitabxanaşünaslıq 
leksikasına daxil etdilər. 
Məlum  olduğu  kimi,  kitabxana  fondşünaslığında  fondların 
formalaşma sisteminə aşağıdakı prosesləri daxil etmək qəbul edilmişdir: 
1) Fondun modelləşdirilməsi;  
2) Fondun komplektləşdirilməsi; 3) Fonda daxil olan və ya çıxarı-
lan sənədlərin uçotu; 4) Sənədlərin xüsusi işlənməsi; 5) Sənədlərin fond-
da  yerləşdirilməsi;  6)  Fondun  düzülüşü;  7)  Onun  qorunmasının  təşkili; 
8) Fondun istifadə edilməsi; 9) Fondun idarə edilməsi və s.  
Bu  zaman  fondun  idarə  olunması  başlıca  yer  tutur.  O,  iki  aspekti 
özündə birləşdirir:  


 
24 
1) Fondun formalaşmasının və inkişafının idarə olunması (həcmin-
də, tematikasında, dolğunluğunda və s.-də əks olunur);  
2)  Fondun  istifadəsinin  idarə  olunması  (kitab  verilişi,  sorğu,  rədd 
cavabı, uyğunluq indeksi, sitat-analiz və s.-də əks olunur).  
Beləliklə,  fondun  idarə  olunması  onun  formalaşması  strategiyası-
nın  müəyyənləşdirilməsini,  həmçinin  onun  inkişafı  və  istifadəsinə  uçot 
və nəzarət olunmasını əks etdirir (7). 
1990-cı  illərdə  fondun  formalaşması  məsələlərinə  dair  silsilə  mə-
qalələr  nəşr  olunur.  Bu  məqalələrdə  əsas  diqqət  aşağıdakı  problemlərə 
ayrılırdı:  prioritet  oxucu  kateqoriyalarının  informasiya  tələbatlarının 
dolğun və operativ təmin olunması; fondun  nüvəsinin formalaşması və 
fonda daxil etmək üçün sənədlərin seçim və qiymətlilik kriteriyalarının 
müəyyənləşdirilməsi;  komplektləşdirmə  proseslərinin  avtomatlaşdırıl-
ması  (naşir  və  kitab  ticarəti  təşkilatlarının  verilənlər  bazasının  yaradıl-
ması,  perspektiv  və  cari  informasiya  əsasında  ədəbiyyat  sifarişlərinin 
verilməsi);  termin  sisteminin  işlənməsi;  komplektləşdirmə  prosesində 
kitabxanaçının rolu və s.  
Bu  gün  fondların  formalaşması  ilə  bağlı  kitabxanaların  qarşısında 
bir çox əngəllər dayanır: kəskin maliyyə çatışmazlığı, daxilolmaların hə-
cminin azaldılması üçün texnoloji hazırlıqsızlıq, komplektləşdirmə üsul 
və  metodlarının  konservativliyi,  əməyin  qeyri-mükəmməl  təşkili,  milli 
depozitar  mühafizə  sisteminin  dağılması,  nəhəng  milli  kitabxanaların 
fondlarına yeni daxilolmaların natamamlığı, buraxılışa hazırlanan və ye-
ni  nəşr  olunmuş  ədəbiyyatlar  haqqında  tam  və  dolğun  informasiyanın 
olmaması,  məcburi  pulsuz  nüsxələrdə  boşluqların  mövcudluğu  və  s. 
(11) 
 
Ə
DƏB YYAT 
 
Azərbaycan dilində 
1.
  Əliyev A. Kitabxana fondunun formalaşmasının yeni prinsip-
ləri  və  onlara  müasir  baxışlar  //  Kitabxanaşünaslıq  və  biblioqrafiya: 
Elmi-nəzəri və təcrübi jurnal.- 2001,  2 (9).- 56-66 
2.
  Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik: (üç hissədə). 
B., 2001.- 798 s. 
3.
  Həsənov M. Kitabxana fondunun yaranması, formalaşması və 
idarə edilməsi: Dərs vəsaiti.- B.: BDU, 2004.- 143 s. 
 


 
25 
 
Rus dilində 
4.
  Библиотечные  фонды:  Учебник  для  библ.  фак.  ин-тов 
культуры
педин-тов и ун-тов / Ю.НСтоляров и дрМ.: Книга
1979. С. 27—33.  
5.
  Васильченко Н.ПФормирование библиотечных фондов // 
Научные
 и технические библиотеки 1996.  5. С. 22—28;  
6.
  Григорьев  Ю.В.  Теоретические  основы  формирования 
библиотечных
 фондовУчпособиеМ.: Книга, 1973. С. 47.  
7.
  Жданова  Т.А.  Проблематика  научных  исследований  в 
области
 формирования фондов библиотекнекоторые акценты // 
Научные
 и технические библиотеки 1999.  6. С. 3—14  
8.
  Пилко И.СФормирование библиотечного фондао тер-
минологии
  и  технологии  //  Научные  и  технические  библиотеки 
1997.  10. С. 16-25. 
9.
  Столяров  Ю.Н.  Библиотечный  фонд:  Учебник  для  библ
фак
.  ин-тов  культуры,  ун-тов  и  пед.  вузов.  М.:  Кн.  палата,  1991. 
271 с.  
10.
  Столяров Ю.НСто лет библиотечного фондоведения. // 
Научные
 и технические библиотеки .- 2001.- 6.- C 16-46 
11.
  Шилов  В.В.,  Эйдемиллер  И.В.,  Тихонова  О.В.  и  др
Проблемы
  формирования  фондов  на  современном  этапе  // 
Библиотековедение
. 1996.-  3.-С.65-
78. 
 
С
.А.ХАЛАФОВА 
ФОРМИРОВАНИЕ
 БИБЛИОТЕЧНОГО ФОНДАИДЕЯ
ПОНЯТИЕ
 И РАЗВИТИЕ 
 
РЕЗЮМЕ
 
 
В статье рассказывается о возникновении идеи формирования, 
понятии  и  развитии  библиотечных  фондов,  новшества,  внесенные 
выдающимся 
представителем 
библиотечного 
фондоведения 
Ю.В.Григорьевым  в  эту  область,  комментарии  по  отношению  к 
Григорьеву  его  продолжателями  и  существующие  проблемы  фон-
доведения. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə