Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

 
29 
yazılı və şifahi arayışlar, biblioqrafik kartotekaların və onlara daxil edil-
mış  yeni  kartoçkalarin  işlənməsi;  kütləvi  tədbirlərin  keçirilməsi  -  sər-
gilər, biblioqrafik icmallar, oxucu konfransları, kitab təqdimatları, ədəbi-
bədii  gecələr,  görüşlər,  məruzə  və  mühazirələr,  stendlərin  təşkili;  təşki-
latı-metodik iş - filiallara gedişlər, metodiki məktubların və tövsiyələrin 
hazırlanması, kitabxana işçilərinə verilən məsləhətlər, seminarların keçi-
rilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan yeni ədəbiyyat 
haqqında informasiya bülletenlərinin hazırlanması və digər metodiki təd-
birlər; kadrlarla iş- işçilərin ixtisasının artırılması üçün müxtəlif kurslara 
o cümlədən  kompüter  kurslarına göndərilməsi, işə qəbul zamanı təhsilli 
və təcrübəli işçilərə üstünlük verilməsi, təcrübə mübadiləsi üçün müxtəlif 
kitabxanalara  ezamiyyələrin  təşkili  və  s.  xüsusi  diqqət  mərkəzində  ol-
muşdur ki, nəticədə oxuculara verilən rədd cavabları  xeyli azalmışdır. 
l  boyu  ayrı-ayrı  şöbələrin  fondla  aparılan  sistemli  işi  nəticəsində 
fondun  düzülüşü  və  ondan  istifadə  işi  yaxşılaşmış,  fonddakı  lazımsız 
ədəbiyyat  silinmiş,  lazımlı,  lakin  az  istifadə  olunan  ədəbiyyat  depozitar 
fonda verilmişdir. 
nformasiya texnologiyalarının tətbiqi və istifadəsinə xüsusi diqqət 
yetirilmiş  kitabxanada  beynəlxalq  təşkilatların  köməyi  ilə    resurs  infor-
masiya mərkəzi yaradılmış, və mərkəz kömpüter, sürətçıxarma apatarı və 
digər  lazımi  avadanlıqlarla  təmin  olunmuş  yüzlərlə  oxucu  həmin  mər-
kəzdə pulsuz kömpüter kursları keçərək biliklərə yiyələnmişlər. 
Mərkəzkəzləşdirilmiş Kitabxana Sisteminin saytı yaradılmış (Xətai-
MKS.az)  və  oxucuların  istifadəsinə  verilmişdir,  eyni  zamanda  M.F. 
Axundov  adına  Milli  Kitabxananın  dəstəyi  ilə  VTLS-Virtua  proqramı 
əsasında  Mərkəzləşdirimiş  Kitabxana  Sisteminin  fondunda  olan  ədəbiy-
yatın elektron kataloqunun yaradılması üzərində bir neçə ildir iş aparılır 
və hal-hazırda fondda olan ədəbiyyatın 50%-ə qədəri kömpüterin yadda-
şına verilmişdir ki, bu da  oxucuların kitabxanadan istifadəsinin xeyli ya-
xşılaşdırmışdır. 
Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  kollektivi  öz  işini  günün 
tələbləri  səviyyəsində  qurmaq  üçün  kitabxana  işinin  müxtəlif  forma  və 
metodlarından istifadə edir, ətrafdakı təhsil ocaqları və istehsalat müəssi-
sələrinə gedişlər edir, oxucular üçün səyyar xidmətlər təşkil edir, açıq rəf 
üsulundan  istifadə  edir,  müxtəlif  mövzularla  əlaqədar  məqalələr  hazır-
lanır  ki,  bütün  bunlar  oxucuların  kitabxanadan  istifadəsini  asanlaşdırır, 
diyarşünaslıq  işi,  ekologiya,  gənclərlə  iş,  ölkəşünaslıq,  vətənpərvərlik, 


 
30 
milli bayramlara aid olan işlər, əmək tərbiyəsi, estetik tərbiyə və s. bağlı 
müxtəlif tədbirlər keçirilir. 
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin S. Vurğun adı-
na Mərkəzi Kitabxanası Mədəniyyət və Turizm  Nazirliyinin xüsusi əm-
rinə  əsasən  Mərkəzi  ncəsənət  kitabxanası  statusu  almışdır  ki,  bununla 
əlaqədar Mərkəzi Kitabxanada ayrıca  ncəsənət və Fonoteka şöbəsi fəa-
liyyət  göstərir  və  burada  incəsənətin  bütün  sahələri  ilə  əlaqədar  çeşidli 
tədbirlər keçirilir. 
Kitabxananın  fəliyyətinin  səmərəli  olması  üçün  ən  vacib  işlərdən 
biri  kitabxanaların  maddi-texniki  bazasının  möhkəmlədirilməsi  olması-
nın  əhəmiyyətini  dərk  edərək,  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin 
rəhbərliyi  bu  sahəyə  xüsusi  diqqət  yetirməsi,  Mərkəzi  Kitabxana  və  fi-
lialların  təmirinə,  yeni  avadanlıq  və  inventarların  alınmasına,  xüsusilə 
yeni  texnologiyaların  alınıb  tətbiq  olunmasına  kommunal  təsərrüfat  işi-
nin  düzgün  qurulmasına,  problemlərin  lazımi  instansiyalar  qarşısında 
qaldırılması və həllinə nail olunmasına səy göstərmişdir.  
Mərkəzi  Kitabxana  Sisteminin  kollektivi  eyni  zamanda  şəhər  və 
rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş və bu işə öz töhfəsini 
vermişdir. 
Mərkəzi Kitabxana Sistemində kitabxana fəaliyyətinin vacib hissəsi 
olan  sorğu-biblioqrafiya  və  məlumat  işi  aparılır.  Kitabların  biblioqrafik 
icmalları keçirilir, biblioqrafik sərgilər, kataloqlarla iş, əlamətdar günlərə 
həsr  olunmuş  mövzu  kartotekaları  düzəldilir,  informasiya  bülletenləri 
tərtib  olunur,  biblioqrafiya  dərsləri  keçirilir,  diyarşünaslıqla  əlaqədar 
Azərbaycana həsr olunun kitabların biblioqrafik icmalları: Azərbaycanın 
xoş  gələcəyi  üçün  çalışıb-vuruşmuş,  mərd  qəhrəman  oğullarına  həsr 
olunmuş  kitabların  bibiloqrafik  icmalları,  20  yanvar,  Xocalı  faciəsinə 
həsr olunmuş biblioqrafik icmallar və s. keçirilir ki, bu da əhaliyə daha 
səmərəli xidmət göstərməyə kömək edir. 
XXI  əsrdə  elmin,  texnikanın  inkişafı,  qloballaşma,  informasiya 
bolluğu,  cəmiyyətin  bütün  sahələrində  olduğu  kimi  kitabxanalarda  da 
yeni  texnologiyaların  tətbiqi  dünyada  kitabxana  işinə  yeni  məzmun 
vermiş,  fəaliyyətimizin  bütün  sahələrində  işimizə  tamamilə  yenidən 
baxışı  zəruri  etmişdir.  Bu  mənada  kitabxanalarımızda  maddi-texniki 
bazanın  möhkəmlədirilməsinə  müasir  dövrün  tələblərinə  uyğun  əsaslı 
təmir və yenidənqurma işlərinə,yeni texnika və texnologiyanın tətbiqinə, 
inventar və avadanlıqların müasirləşdirilməsinə və s. ehtiyac vardır. 


 
31 
Rayon  ərazisində  kitabxanaların  səmərəli  yerləşdirilməsi,  kitab-
xanası  olmayan  ərazilərdə  kitabxanaların  yaradılması  məqsədəmüvafiq 
olardı.  Təcrübə  mübadiləsi  üçün  digər  ölkələrə  ezamiyyələrin  təşkili, 
beynəlxalq  konfraslarda  kitabxana  işçilərinin  iştirakı  və  s.  lazımi 
instansiyalarda  bu  işə  daha  çox  diqqət  ayırmağı  zəruri  edir  ki,  bu  da 
dünyada  kitabxana-informasiya  sahəsində  baş  verən  yenilikləri  praktiki 
olaraq  görmək,  bu  işdə  bilavasitə  iştirak    etmək  və  qabaqcıl  təcrübənin 
işimizdə tətbiqinə çox böyük töhfə verərdi. 
Xətai  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi  gələcəkdə 
fəaliyyətini kitabxana “Kitabxana işi haqqında” qanuna uyğun qurmaqla, 
beynəlxalq  təşkilatlar  tərəfindən  həyata  keçirilən  layihələrdə  iştirak 
etməklə,  Azərbaycan  Respublikasında  kitabxana  informasiya  sahəsinin 
2008-2013-cü  illərdə  inkişafı  üzrə  dövlər  proqramının  müddəaları 
əsasında,  kitabxana  işində  yenilikləri  özündə  tətbiq  etməklə  müasir 
dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməyə çalışacaqdır. 
Fikrimi ümummilli liderimiz Heydər Əliyevin kitabxanalar haqqın-
da  aşağıdakı  sözləri  ilə  tamamlamaq  istərdim  “Kitabxana  xalq,  millət 
üçün,  cəmiyyət  üçün  müqəddəs  bir  yer,  mənəviyyat,  bilik,  zəka  mən-
bəyidir, ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini 
nümayiş  etdirən  amillərdən  biridir...Kitabxanaya,  burada  çalışan 
insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. 
Ümid  etmək  istərdim  ki,  yaxın  gələcəkdə  bizim  kitabxanalar  da 
müstəqil Azərbaycanın uğurlarının rəhninə çevriləcəkdir. 
 
Ə
DƏB YYAT 
 
1.
  Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı. 2008-ci il 
2.
  Xələfov.A.-  XXI  əsrin  əvvəllərində  Azərbaycanda  kitabxana 
işinin əsas inkişafı istiqamətləri.:Bakı,2006, 106 s. 
3.
 
smayılov.X.-  Kitabxana  işinin  idarə  edilməsinin  metodiki  və 
təşkilati məsələləri: Dərs vəsaiti.-Bakı,1996, 98 s. 
4.
  Kuzmin.Y.  Azərbaycan  Kitabxanaları.:  Bu  gün  və  Sabah, 
məruzə.: Bakı,2004, 60 s. 
5.
  Məmmədova.L.  Azərbaycan  kitabxanaları:  Modernləşmə  yol-
ları axtarışında.:Bakı,2003, 56 s. 
6.
  Xətai rayon Mərkəzi Kitabxana Sisteminin hesabatları 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə