Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   2   3   4   5   6   7   8   9   ...   46

 
20 
kitabxana  fondunun  formalaşmasının  müxtəlif  nəzəri  və  təcrübi  məsə-
lələrinə dair 30-dan artıq iş çap etdirmişdir. Dağınıq tədris qaydalarının 
“Kitabxana fondları” mükəmməl ali məktəb kursunda birləşdirilməsində 
də onun mühüm xidmətləri olmuşdur (10). 
“Kitabxana  fondlarının  təşkili”  anlayışının  geniş  şəkildə  təşəkkül 
tapması  1950-ci  illərin  əvvəlinə  təsadüf  edir.  Həmin  vaxtlar  Y.V.Qri-
qoryevin indinin özündə də məşhur olan eyni adlı kitabı çapdan çıxmış-
dı.  1955-ci  ildə  geniş  “kitabxana  fondları”  anlayışı  meydana  çıxdı.  Bu 
termin  “kitabxana  fondunun  təşkili”  anlayışını  “komplektləşdirmə”  və 
“məzmun” anlayışları ilə birgə ehtiva edirdi.  
Bu  sahədə  keyfiyyətli  sıçrayış  1973-cü  ildə  baş  verdi-  Y.V.Qri-
qoryev bütün bu prosesləri “formalaşma” anlayışı altında birləşdirdi. Və 
onun  “Kitabxana  fondunun  formalaşmasının  nəzəri  əsaslsrı”  kitabı 
fondşünaslığın  inkişafında  əhəmiyyətli  təkan  oldu,  Y.V.Qriqoryev  ilk 
dəfə  olaraq  sistemli  yanaşmanın  tətbiqinin  mümkünlüyünü  bəyan  etdi, 
kitabxana  fondunun  yaradılması  və  qorunması  üzrə  bütün  proses  və 
əməliyyatları birgə götürməklə bu yanaşmanı təcrübədə reallaşdırdı. 
Y.V.Qriqoryevin  əsas  nəzəri  nailiyyəti  fondun  komplektləşdiril-
məsi  və  təşkilinin  (onun  təbirincə  desək,  uçot,  işlənmə,  yerləşdirmə, 
qorunma),  habelə  idarə  olunmasının  ümumi  prinsiplərə  əsaslanan  və 
vahid tələblərə tabe olan vahid sikl olmasını sübut etməsindən ibarətdir. 
Bu  traktovka  sayəsində  kitabxana  fondu  haqqında  təlim  bütövlük, 
mükəmməllik qazandı  və qəti olaraq kitabxanaşünaslığın  müstəqil böl-
məsinə çevrildi. Y.V.Qriqoryev kitabxana fondunun mahiyyətini müəy-
yənləşdirdi, bu anlayışın geniş və dar planda miqyasını, kitabxana fon-
dunun  fərqləndirici  cəhət  və  xüsusiyyətlərini,  onun  formalaşmasının 
ümumi prinsiplərini (o vaxta qədər yalnız komplektləşdirmə prosesinin 
prinsipləri  işlənmişdi)  səciyyələndirdi.  Müasir  dövrdə  onlardan  daha 
əhəmiyyətlisi ilk dəfə olaraq əsaslandırılmış fondun tərkib və həcminin 
kitabxananın  vəzifələrinə  və  onun  oxucularının  tələblərinə  uyğunluğu 
prinsipidir. Müəllif bəzən uyğunluq prinsipinə qanun kimi baxırdı.  
 
Kitabxana  fondunun  formalaşması  nəzəriyyəsində  daha  bir  ideya 
fondların vahid formalaşma prosesinin bir-biri ilə bağlı olan və dialektik 
birlikdə  çıxış  edən  üç  mərhələyə  (komplektləşdirmə;  kitabxananın 
komplektləşdirmə  üzrə  işinin  təşkili  və  idarə  olunması;  fondların 
cəmiyyətin yeni tələblərinə daim uyğunluğunun təmin edilməsi əsasında 
təşkili)  ayrılması  haqda  Y.V.Qriqoryevin  təklifi  oldu  (6).  aha  dəqiq 
desək,  fondun  komplektləşdirilməsi,  fondun  təşkili  və  fondun  idarə 


 
21 
olunması. Bu dəyərləndirmə uzun illər olduğu kimi qəbul edilmiş və ali 
məktəb  dərsliyinə  (Y.N.Ctolyarov,  “Kitabxana  fondu”,  1979)    daxil 
edilmişdir (9). 
Sonralar  bəzi  kitabxanaşünaslar  (V. .Tereşin,  A.V.Markina, 
Y.N.Stolarov, V.V.Şilov)
 
kitabxana fondunun formalaşmasına dair pro-
seslərə daha dərindən, detallı şəkildə və bir qədər də qeyri-ənənəvi baxış 
bucağından  yanaşsalar  da,  bu  məsələdə  hələ  də  yekdil  rəyə  gəlinmə-
mişdir.  
Y.N.Stolyarovun 1991-ci ildəki “Kitabxana fondu” (9) adlanan ali 
məktəb dərsliyində isə kitabxana fondlarının formalaşmasının texnoloji 
sistemi  aşağıdakı  proseslərə  bölünmüşdü:  kitabxana  fondlarının 
modelləşdirilməsi,  komplektləşdirmə,  sənədlərin  uçotu,  sənədlərin 
işlənməsi,  sənədlərin  yerləşdirilməsi,  sənədlərin  qorunmasının  təmin 
olunması, sənədlərin çatdırılması, informasiyanın analizi.  
Y.V.Qriqoryevin davamçıları onunla əsasən razılaşsalar da, fondun 
formalaşması  prosesinin  mərhələlərə  bölünməsi  ideyasından  imtina 
etdilər. Məsələ ondadır ki, “təşkil” anlayışı bütün bu mərhələləri özündə 
birləşdirir:  həm  komplektləşdirmə,  həm  də  idarə  olunma  təşkil  edil-
məlidir;  idarəetməyə  həm  komplektləşdirmə,  həm  də  fondun  formalaş-
masının sonrakı prosesləri aiddir. Beləliklə, idarəetmə özlüyündə ayrıca 
mərhələ olmayıb, kitabxana fondunun formalaşmasının bütün proses və 
mərhələləri  ilə  paralel  həyata  keçirilir.  Görünür,  problemin  həlli  bir 
qədər  də  vaxt  tələb  edir.  Y.V.Qriqoryevin  təsəvvürlərinə  görə,  ida-
rəetmə fondun oxucular tərəfindən istifadəsinin nəticələri bəlli olduqdan 
sonra  başlayır.  O,  nəticə  dedikdə,  təkrar  seçməni  və  fondun  fasiləsiz 
diferensiasiyasını  nəzərdə  tuturdu.  Y.V.Qriqoryev  kitabxana  fondunun 
yoxlanılmasını ikinci mərhələdən üçüncü mərhələyə keçirmişdi. Bunlar 
“idarəetmə”  bölməsini  öz  məzmunu  ilə  tamamlamaq  cəhdləri  olmaqla 
çox  qiymətlidir.  Baxmayaraq  ki,  burada  bir  sıra  dəqiqləşdirmələrə  də 
ehtiyac  vardı.  Belə  ki,  ikinci  seçməyə  təkcə  nəticə  deyil,  həm  də 
idarəetmə vasitə kimi baxılmalıdır. Eyni ifadələri birinci seçim haqqında 
da demək olar. Üstəlik, onları bir-birindən ayırmaq, ayrı-ayrı mərhələyə 
aid etmək olmaz. Çünki onlar qarşılıqlı əlaqədə mövcuddurlar.  
Xüsusi  vurğulamaq  gərəkdir  ki,  Y.V.Qriqoryev  fondşünaslıqda 
idarəetmə aspektinin işlənməsinin vacibliyini əsaslandırdı, ümumi kitab-
xanaşünaslıqda  “kitabxana  menecmenti”  adlanan  konsepsiyanın  mey-
dana çıxmasından bir qədər əvvəl bu aspekti işləməyə başladı.
 


 
22 
“Kitabxana  fondlarının  formalaşmasının  nəzəri  əsasları”  Y.V.Qri-
qoryevin  kitabxana  fondşünaslığı  sahəsində  yaradıcılığının  zirvəsi  idi. 
Bu  əsər  kitabxanaşünaslığın  bu  bölümündə  əhəmiyyətli  nailiyyətləri 
ümumiləşdirir,  eyni  zamanda  onun  inkişafında  keyfiyyətcə  yeni  mər-
hələnin başlandığına dəlalət edirdi. 
Elmi  ədəbiyyatda
 
kitabxana  fondlarının  formalaşması  prosesləri 
haqqında  bir  neçə  tərifə  rast  gəlmək  mümkündür.  Y.V.Qriqoryevin 
tələbəsi və davamçısı hesab edilən Y.N.Stolyarovun “Kitabxana fondu” 
dərsliyində  aşağıdakı  tərif  verilmişdir:  “Formalaşdırma  dedikdə, 
kitabxana  fondunun  yaradılması,  daimi  inkişafı  və  işlək  vəziyyətdə 
saxlanılması nəzərdə tutulur.
 
Kitabxana işi üzrə terminoloji lüğətdə
 (
"Kitabxana işi. Terminoloji 
lüğət", М., 1997) 

Kitabxana fondlarının formalaşması” anlayışına daha 
dolğun  tərif  verilir:  “Kitabxana  fondunun  yaradılmasına  və  inkişafına 
yönəlmiş proseslərin məcmusu komplektləşdirmədən, fondun təşkili və 
idarə  olunmasından,  eləcə  də  çap  məhsullarının  və  digər  materialların 
çıxarılmasından  ibarət  olub,  kitabxananın  növündən,  oxucuların  tərki-
bindən,  sayından  və  maraqlarından,  oxucu  məhsullarının  buraxılma-
sından,  elm  və  istehsalın  informasiya  tələbatlarının  inkişafından  asılı-
dır”.
 
Kitabxana  fondlarının  formalaşması  fasiləsiz  prosesdir.  Bu  proses 
kitabxana mövcud olduqca davam edir. Fondun formalaşması üzrə iş ki-
tabxananın bir çox əməkdaşlarının fəaliyyətinin əsas məzmununu təşkil 
edir. Kitabxana fondunun formalaşması kitabxanaçıdan kitabxana qarşı-
sında duran tapşırıqları dəqiq bilməyi, istifadəçi kontingentini daim öy-
rənməyi, onların tələbatlarını, maraqlarını, ədəbi zövqlərini, stimullarını 
və sənədlərə yanaşma motivlərini bilməyi tələb edir. 
Kitabxana  fondlarının  texnoloji  cəhətdən  formalaşması  fondun 
ideal  obrazının  və  ya  modelinin  müəyyənləşdirilməsindən  başlayır. 
Növbəti mərhələ sənədin əldə olunması, seçilməsi və ya komplektləşdir-
mədir. Daha sonra sənədin uçotu, işlənməsi, yerləşdirilməsi, qorunması 
və  oxucunun  tələbi  ilə  çatdırılması  gəlir.  Bu  proseslərin  gedişində 
informasiya  daim  analiz  olunur  və  analizin  nəticələrinə  uyğun  olaraq 
ona korrektələr edilir. 
“Kitabxana fondları” sistemi üçün kitabxana fondlarının formalaş-
masının əhəmiyyəti ondadır ki, fondun, demək olar, bütün səciyyəvi cə-
hətləri  məhz  və  yalnız  onun  formalaşması  nəticəsində  yaranır.  Fondun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə