Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   2   3   4   5   6   7   8   9   ...   46

 
11 
 Mütəxəssislərin  bu  sahədə  eyni  fikirli  olmaları    başa  düşüləndir, 
ona görə ki, kitabxana  mütəxəssisləri  belə düşünürlər ki, kitabxanaların 
metodik təminatı, metodiki köməklik, metodiki yardım olduqca vacibdir.  
Kitabxana  işçilərinin  eyni  fikirli  olmaları  başa  düşülən  və  qəbul 
olunandır.  
Hazırda  kitabxana  yeniliklərinin  həddindən  çox  artması  və  onların 
kitabxana  rəhbərlərinin  qarşısında  çox  mühüm  bir  vəzifə  kimi  durması 
ciddi  və  yeni  tədbirlərin  həyata  keçirilməsini  tələb  edir.  Həmçinin 
idarəetmənin  konseptual,  iqtisadi,  marketinq,  sosioloji,  psixoloji  tərəf-
lərini,  həmçinin,  idarəetmənin  xüsusi  forma  və  metodlarının,  kitabxana  
işinin  metodik  vasitələrinin  metodik  təminatın  fəaliyyətinə  olduqca 
böyük təsiri vardır. Ona görə ki, kitabxanalarda metodiki fəaliyyətə çox 
mühüm tələblər qoyulur və bu tələblər professional düşüncəyə görə bir- 
mənalı  olaraq  yenilik  xarakteri  daşıyır.  Daha  doğrusu,  mütərəqqi 
problemlərin tətbiqi ilə bağlı həyata keçirilir, yeniliklərin qəbul olunması 
ilə başa çatır.  
Qeyd  etmək  lazımdır  ki,  bu  problemlər  təhlil  edilib  işlənilərkən 
geniş  kitabxana  ictimaiyyətini,  təcrübəli  mütəxəssisləri,  həmçinin,  mər-
kəzi  kitabxanalarda  çalışan  metodistləri  cəlb  etməklə  diqqəti  cəlb  edən 
yeniliklərin müzakirəsinə həsr olunmuş araşdırma və polemika aparmaq-
la qərarlar qəbul etməlidirlər. Bu məsələlər müzakirə edilərkən “metodiki 
işin”  əhatə  dairəsi  və  müasir  mərhələdə  ona  verilən  tələblər  müəyyən-
ləşdirilməlidir.  ndiki  zamanda  “metodiki  iş”  nəzərə  çarpan  dərəcədə 
genişlənmiş,  əhatə  dairəsi  və  tətbiqi    xeyli  zənginləşdirilmiş,  müxtəlif 
istiqamətlərdə  yeni  funksiya  və  istiqamətləri    özündə  əks  etdirmişdir. 
Metodik  fəaliyyətin  spesifik  cəhətləri,  yəni  ənənəvi  prinsipləri,  xüsusilə 
təşkilati, informasiya, tədqiqat və pedaqoji funksiyaları artıq öz forma və 
üsullarını dəyişmiş, yeni və müasir cəhətlər kəsb etmişdir. 
Artıq  dünyanın  kitabxanaşünas  alimləri,  təcrübi  kitabxana  işçiləri 
kitabxana  işinin  metodik  təminatında  yeniliklərin  tətbiqi  ilə  bağlı 
yeniləşmə  prosesinin  dünya  təcrübəsinə  əsaslanan  yeniliklərlə  əlaqəli 
inkişafına ciddi cəhd göstərirlər. Bununla bağlı müxtəlif ölkələrin aparıcı 
kitabxanalarında məqsədli konsepsiyaların işlənməsi və perspektivli me-
todiki  tədbirlərin  həyata  keçirilməsi  gündəlikdə  duran  əsas  məsələ-
lərdəndir.  Metodik  təminatın  yeniləşməsində  bir  sıra  müxtəlif    fikirlilik 
hökm sürür. Bu  müxtəlifliyi şərti olaraq iki istiqamətdə nəzərdən keçir-
mək olar. Birinci istiqamətdə böyük əksəriyyətin qəbul etdiyi  tədqiqatçı-
lar metodik fəaliyyətin ənənəvi formalarının təkmilləşdirilməsinə diqqət 


 
12 
yetirilməsinə məqsədli proqramlaşdırma və planlaşdırmaya yeniləşmə və 
innovasiya  fəaliyyətinin  yüksəldilməsinə,  menecmentin  əsaslarının  tət-
biqinə üstünlük verirlər.  kinci qrup iştirakçılar isə  əvvəlkilərdən fərqli 
olaraq  metodiki  fəaliyyətin daha radikal formada dəyişməsini, metodik 
xidmətin kökündən yeniləşməsi və marketinq fəaliyyəti ilə əlaqələndiril-
məsini və yenidən qurulmasını nəzərdə tuturlar.  
Bunlardan başqa bir sıra görkəmli kitabxanaşünas alimlər  müxtəlif 
dövrlərdə metodik fəaliyyətin perspektivlərinə dair elmi fikirlər söyləmiş 
və  göstərmişlər  ki,  metodik  fəaliyyət  elmi  əsaslara  söykənən  məqsədli 
proqramlaşma  əsasında  inkişaf  etməlidir.  Əvvəllər  görkəmli  kitab-
xanaşünas  alimlərdən  S.A.Basov,  sonralar  isə  A.F.Xorunjiy  məqsədli 
proqramlaşmaya  dair  məqalələr  yazmışlar  və  bu  fikri  bir  daha  təsdiqlə-
mişlər. Onlar sübut etmişlər ki, məqsədli proqramlaşdırma ilə həm uzun  
müddətli,  həm  də  qısa  müddətli  məsələləri  keyfiyyətli  və  səmərəli  həll 
etmək mümkündür, bu metod aşağı idarəetmə  orqanlarının rolunu artırır, 
işçilərin  yaradıcılıq  fəallığını  aktivləşdirir.  Ən  başlıcası  isə  metodiki  iş, 
təşkilatçılıq  formasından  tədqiqatçılıq  fəaliyyətinə  keçir,  ənənəvi  istiqa-
mətlər qorunub saxlanılır, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, 
kitabxana işçilərinin ixtisasının artırılması, ayrı-ayrı kitabxana  işçilərinə 
köməklik təmin olunur.  
Artıq  XX  əsrin  90-cı  illərində  kitabxanaların  metodik  təminatının 
marketinq fəaliyyəti ilə əlaqələndirilməsi çox geniş vüsət almışdır. Mar-
ketinq fəaliyyətinin tətbiq olunması kitabxanaların fəaliyyətində həlledici 
stimul olmaqla yeni proqressiv forma və metodlardan biri kimi kitabxana 
ictimaiyyəti tərəfindən birmənalı qarşılandı. Hətta Rusiyanın bir sıra apa-
rıcı kitabxanalarında metodiki işin həyata keçirilməsində əsasnamələr ha-
zırlandı, bu sahədə tədqiqatlar həyata keçirildi. 
Metodiki işin tətbiqi ilə bağlı marketinq fəaliyyətinin müxtəlif isti-
qamətləri  üzrə  konsepsiyaların  işlənməsi  90-cı  illərdə  daha  geniş  vüsət 
aldı.  
Beləliklə, kitabxana fəaliyyətində marketinq  tətbiqi həlledici stimul 
yaratmaqla yeni və proqressiv marketinq və metodiki  işin yeni forma və 
metodlarını  müəyyənləşdirdi.  Elə  həmin  vaxtda  kitabxanaların  metodiki 
fəaliyyətində marketinqin  tətbiqi ilə bağlı  yeni əsasnamələr işlənilməyə 
başlandı. Xüsusilə “Şöbədə kitabxana marketinqinin tətbiqi və metodiki 
işin  yeniləşdirilməsi” M.A. Nekrasov adına  MDEK-da (Mərkəzi Dövlət 
Elmi Kitabxanası) marketinq fəaliyyətinə həsr  olunmuş bir sıra metodiki  
işləmələri buna misal göstərmək olar.  


 
13 
 Metodiki  təminatın  müxtəlif  aspektlərinin  öyrənilməsi  və  tədqiq 
edilməsi, tələbələr və təcrübi kitabxana işçiləri ilə aparılan problem mə-
sələlərin  müzakirəsi  və  təhlili  zamanı  metodiki  işlə  bağlı  bir  sıra  yeni 
konsepsiyalar, o cümlədən, məsləhət verən bir qurum kimi  metodşöbə-
lərin  rolunun  artdığı  müəyyən  oldu.  Metodşöbələrin  məsləhət  verən  bir 
qurum kimi müstəqil fəaliyyət növü kimi meydana çıxması professional 
kitabxana fəaliyyətində, xüsusilə, idarəetmə  sahəsində  geniş perspektiv-
lər açır, metodiki işin yeniləşməsinə xidmət edir.  
Müasir dövrdə belə bir fakt özünü doğruldur ki, “elmi- metodiki tə-
minat anlayışı “uzun illər formalaşaraq elə bir mərhələyə çatmışdır ki, ki-
tabxana fəaliyyətinin inkişafı ilə müqayisədə bugünkü tələbatdan çox ge-
ri qalır. Odur ki, respublikamızda kitabxanaların metodiki fəaliyyəti dün-
ya  standartlarına  uyğun  olaraq  yeni  kitabxana  texnologiyalarını  özündə 
əks  etdirməklə  aparılmalıdır.  Metodiki  təminatın  yeniləşdirilməsi  prob-
lemi  uzun  illərdir  ki,  kitabxana  ictimaiyyətini  həmişə  narahat  etmiş  və 
düşündürmüşdür.  Xüsusilə  metodik  təminatın  rolu,  funksiyaları,  inkişaf 
istiqamətləri  metodik  təminatın  kitabxana  işində  rolu,  kitabxanaların 
strukturu, yeni şəraitdə diskusiyaların aparılması və s. tədbirlərin keçiril-
məsi hələ də vahid qənaətə gəlməyə imkan verməmişdir.  
Metodiki  işin  formalaşması  və  inkişafı  ərzində  onun  metodları  və 
funksiyaları  nəzərə  çarpacaq  qədər  genişlənmiş,  müxtəlif  istiqamətlərdə 
təşkilati  ənənələri  və  formaları  dəyişmiş,  tədqiqatçılıq  və  informasiya, 
həmçinin, pedaqoji fəaliyyəti xeyli zənginləşmişdir.  
Bütün  bu  keyfiyyətləri  özündə  birləşdirən  metodiki  işdə  bir  sıra 
idarə, müəssisə və təşkilatların fəaliyyəti birləşməli, qarşılıqlı fəaliyyətdə 
iş qurulmalıdır. Xüsusilə kitabxanaların informasiya və təşkilati işləri el-
mi-tədqiqat  institutları  ilə,  pedaqoji  fəaliyyətdə  təhsil  müəssisələri  ilə, 
təşkilati məsələlərdə idarəetmə orqanları ilə əməkdaşlığın qurulması me-
todiki  işin  əhatəli  aparılmasını  təmin  edər.  Nəticədə  aparılan  metodiki 
işin  həm  məzmunu,  həm  də  struktur  quruluşu  müasir  tələbləri  ödəmiş 
olar. Odur ki, uzun illər metodiki işlə bağlı həm rus, həm də Azərbaycan 
müəlliflərinin  əsərlərində  metodik  təminatla  əlaqədar  onun  kitabxana 
fəaliyyətinin  bütün  proseslərini  hərtərəfli  əhatə  etməsinə  həsr  olunmuş 
məsələlər xüsusi qeyd olunur və bu da olduqca əhəmiyyətlidir. 
 Demək  olar ki, kitabxana ictimaiyyətinin böyük əksəriyyəti  meto-
diki  işdən  danışarkən  kitabxana  fəaliyyətində  onun  başlıca  məqsədini- 
bütün  istiqamətlərinin  təkmilləşdirilməsi,  forma  və  metodların  yeniləş-
dirilməsi kimi qəbul edirlər. Xüsusilə görkəmli rus kitabxanaşünas alim-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə