Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

 
44 
proqram  təminatına  daxil  edib,  formalaşdırıb  və  çıxış  edə  bilərlər.  Bu 
proqram  təminatı  2300-dən  artıq  məqalə  nəşr  etmək  standartları  və 
müxtəlif  formatları  beynəlxalq  istinad  yazma  tərəfindən  qəbul 
olunmuşdur  (17).  
10.
  IEEE  (Institute  of  Electrical  and  Electronics  Engineers): 
nformasiya  texnologiya,  elektronika,  kompüter,  fizika,  tətbiqi  fizika  və 
işıq  mühəndisliyi  və  s.  mövzularında  ən  böyük  verilənlər  bazasıdır. 
1988-ci  ildən  jurnallar,  standartlar,  konfransların  informasiyalarını  əks 
etdirir.  XXI  əsrə  qədər  38  cəmiyyətə  və  üzvlərinə  130  jurnal,  300-dən 
artıq illik  konfrans və 900 aktiv standart ilə xidmət edir (18). 
11.
  ACM (Association for computing Machinery): Hesablayıcı 
maşınların  assosiasiyası  1947-cı  ildən  işə  başlamışdır.  Hazırda  ACM 
assosiasiyasının 92000 üzv və kompüter-riyaziyyat, kompüter-biologiya, 
kompüter-dilçilik, kompüter-ticarət və iqtisadiyyat, kompüter şəbəkələri, 
kompüter  proqram  təminatı,  nternet  və  s.  mövzularda  37    jurnal    nəşr 
edir.  ACM  bir  elmi  təşkilatdır  və  ( T)  nformasiya  Texnologiyalarının 
ixtisasındadır. Hazırda bu assosiasiya elektron kitabxanasının fəaliyyətini 
genişləndirib  və  ACM  e-jurnalları,  6  illik  onlayn  konfrans  hesabatının 
arxivi  və  1985-ci  ildən  verilənlər  bazalarının  biblioqrafik  informasi-
yalarından  istifadə  etməyi  mümkün  edir.  Bu  elektron  kitabxananın 
imkanlarından istifadə etmək pulsuzdur (19). 
12.
    ACS  (American  Chemical  Society):  Amerika  Kimya 
Cəmiyyəti  1875-ci  ildən  kimyəvi  elmlərin  inkişafı  məqsədilə  fəaliyyətə 
başladı.  Hazırda  o  dünyanın  ən  böyük  elmi  cəmiyyətidir  ki,  onun 
158.000-dən  artıq  üzvü  var.  Hazırda    ACS  35  jurnal  vasitəsilə  geniş 
xidmət  edir  və  mühəndislər  və  elmi-  tədqiqat  işçilərini  informasiya  ilə 
təmin  edir.  Bu  informasiyalardan  kimyəvi  cəmiyyətlər  və  kimyəvi 
ekspertlərin istifadəsinə imkan yarardır  (20). 
13.
  AIP (American Institute of physics):  1931-ci ildən Amerika 
Fizika  nstitutu  fəaliyyətə  başladı.  AIP-in  məqsədi  fizika  elminin  isti-
fadəsini  genişləndirmək  və  inkişafıdır.  Bu  institut  və  ona  bağlı  cəmiy-
yətlər  dünyanın  dörddə  bir  elmi-tədqiqat  mətnlərini  nəşr  edir.  125.000 
alim, mühəndis və tələbə ondan istifadə  edir (21). 
14.
  APS (American physics Society): Amerika Fizika Cəmiyyəti 
1899-cu  ildən  fizika  elmlərinin  inkişafı  məqsədilə  fəaliyyətə  başladı. 
APS fizika elmi üzrə dünyanın ən məşhür jurnallarını nəşr edir.(22) 
15.
   ASME (American Society of Mechanical Engineers): Ame-
rika Mexanika Mühəndisləri Cəmiyyəti 1880-cı ildə öz fəaliyyətinə baş-


 
45 
ladı  və  hazırda  dünyanın  ən  qabaqcıl  və  tanınmış  Mühəndislik  cəmiy-
yətlərindən  biridir.  ASME  100  ildən  artıq  təcrübəsi  var  və  127.000-dən 
artıq    dünyanın  mexanika  mühəndisləri  olan  üzvləri  ilə  öz  fəaliyyətini 
davam  etdirir.  ASME  hər  il  30  konfrans  təşkil  edir  və  mexanika 
mühəndislik ixtisasında texnika üzrə ən böyük naşirlərdən biridir. 1980-
ci ildən jurnalları, 1999-ci ildə e-kitabları, 2002-ci ildən konfransların in-
formasiyasını əks etdirir.(23) 
16.
  ASCE  (  American  Society  of  Civil  Engineers):  Amerika 
nşaatçılar Cəmiyyəti 1852-ci ildə fəaliyyətə başladı və hazırda 123.000 
üzvü var. ASCE onlayn tədqiqat kitabxanası  1995-ci ildən 630.000-dən 
artıq  səhifədən  ibarət  73.000  jurnalın  185.000-dən  artıq  tam  mətnli 
məqalələrini əks etdirir. Hər il  4000 yeni səhifə ona əlavə olur. (24)  
randa  çap  olmuş  jurnallardan  istifadə  etmək  üçün  Təbriz  Uni-
versiteti  “Magiran”  verilənlər bazasından istifadə edir. Magiran 1990-cı 
ildən fəaliyyətə başlamış və hazırda 1300 jurnalın tam mətnli məqalələ-
rindən istifadə etməyə imkan verir. O, jurnallar haqqında informasiyaları, 
cildin dizaynını, mündəricatını göstərir. Həmçinin əlifba, mövzu siyahısı 
vasitəsilə məqalələri axtarış etmək olar. Təbriz Universiteti bu verilənlər 
bazasının abonenti  olmuş və beləliklə, oxucular  randa çap olmuş istəni-
lən  jurnal və məqalələri e-jurnal formasında axtarış  və pulsuz əldə edə 
bilərlər.(www. magiran.com) 
Yuxarıda  qeyd  etdiyimiz  kimi    Təbriz  Universitetinin  Mərkəzi 
Kitabxanasının yeni binası 2008-ci ildə dövlət həftəsində işə başladı. Bu 
kitabxananın  14000    kv.metr  ərazisi  var  və  3  mərtəbəlidir.  Oxu  zalında 
900  nəfər  yerləşə  bilər.  Oxu  zalı  birinci  mərtəbədədir.    Kitabxananın 
oxucuları Təbriz Universitetinin tələbə, müəllim və köməkçi işçi heyəti-
dir.  Həmçinin  birinci  mərtəbədə  dissertasiya  şöbəsi  yerləşir.  Bu  şöbədə 
10.000-dən  artıq  magistratura  və  doktorantura  pillələrində  yazılmış  dis-
sertasiyalar saxlanılır. Dissertasiyaları yalnız bu şöbənin zalında mütaliə 
etmək olar və onun surətini çıxarmaq qadağandır.  Həmçinin   bu  mərtə-
bədə muzey üçün də yer ayrılmışdır. 
Birinci  mərtəbədə  kitabxananın  elektron  kataloqlarından  istifadə 
etmək məqsədilə 20 kompüter oxucuların xidmətinə verilmişdir. Oxucu-
lar elektron kataloqdan istifadə etməklə, istənilən kitabın  şifrəsini  yazıb 
və abonement şöbəsinə müraciət edə bilirlər. 
2-ci  mərtəbədə  abonement  şöbəsi,  kataloqlaşdırma  şöbəsi,  sifariş 
şöbəsi, informatika şöbəsi və  nternet şöbəsi yerləşir. Həmçinin bu mər-
təbədə elektron kitabxana, indeksləşdırmə otaqları var. 


 
46 
Abonement şöbəsində Fars və Latın kitabxanaları ayrıca iki salonda 
yerləşir  və  kitablar  rəflərdə  Amerika  Konqres  kitabxanasının  təsnifatı 
əsasında  düzülmüşdür.  Bu  şöbə  açıq  rəf  üsulu  ilə  idarə  olunur  və  tələ-
bələr  özləri  rəflərə  yaxınlaşıb  istənilən  kitabı  şifrə  üzrə  tapırlar  və  əgər 
lazım olsa kitabxanaçının köməyindən də istifadə edə bilirlər. Bu şöbədə   
37.391 nüsxə Fars kitabı və və 46.330 nüsxə Latın kitabı var ki, hər gün 
onların  sayı  artırılır.  Həmçinin  bu  şöbədə  oxucular  haqqında  informasi-
yalar  proqram  təminatına  daxil  olur,  oxucu  bileti  çap  olunur  və 
oxucuların ştrix kodu biletin arxasına yazılır.  
Kataloqlaşdırma  şöbəsinin  iki  bölməsi  var:  Fars  və  Latın  kitab-
larının kataloqlaşdırması. Bu  şöbədə kitablar proqram təminatı vasitəsilə 
kataloqlaşdırılır.  Beləliklə,  kitab  haqqında  biblioqrafik  informasiya 
proqram təminata daxil olur və elektron kataloqda yerləşdirilir. Həmçinin 
burada kitabın ştrix kodu çap edilir və kitabın arxasına yerləşdirilir. 
Sifariş  şöbəsi  iki  yerə  bölünür:  Fars  və  Latın  kitabları,  jurnallar, 
qəzetlər və s. bölməsi. Məsələn, Fars bölməsi yalnız sifariş olunmüş Fars 
kitablar, jurnallar və qəzetlərlə təmin edir. Bu şöbə kitablar, jurnallar və 
qəzetlərin siyahısını fakültələrə göndərir və seçilən sənədləri naşirlərdən 
və ya kitab sərgilərindən alır. 
nformatika  şöbəsi  Mərkəzi  kitabxana  və  fakültə  kitabxanalarının 
proqram təminatına nəzarət edir və yaranmış problemləri aradan qaldırır. 
Həmçinin oxuculara verilənlər bazalarından necə istifadə etməyi öyrədir. 
nternet  şöbəsində  20  kompüter  var.    Bu  şöbədə  oxucular  nternet 
vasitəsilə  e-kitab,  e-jurnal  və  müxtəlif  verilənlər  bazalarından  istifadə 
edirlər. 
ndeksləşdirmə  şöbəsində  1994-cü  ildən  jurnalların  indeksləri  CD 
formada  təmin  olunur  və  oxuculara  təqdim  olunur.  1988-ci  ildən 
jurnalların indeksləri kompüterdə mövcuddur. 
Mərkəzi kitabxananın 3-cü mərtəbəsində  məlumat fondu, nəşriyyat,  
jurnal fondu, əlyazma və nadir kitabların fondu, doktor Notqının hədiyyə 
etdiyi kitabların fondu, Əlqədir layihəsi və ictimai əlaqələr otağı, kitab-
xana  rəhbərinin  (rəis),  köməkçisinin,  makinaçının  otağı  və  uçot  şöbəsi 
yerləşir. 
Məlumat fondunda ensiklopediyalar, lüğətlər, salnamələr,  məlumat 
kitabları,  statistikaya  aid  kitablar,  biblioqrafik  göstəricilər  və  s.  Toplan-
mışdır. Kitabxananın  məlumat-biblioqrafiya şöbəsi elmin bütün sahələri 
üzrə yazılı və şifahi arayışlar verir, oxucuların çoxcəhətli sorğularini ödə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə