Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

 
68 
 
Ə
DƏB YYAT 
1.
  Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması 
haqqında [Mətn]: Azərbaycan Respubliksı Prezidentinin Sərəncamı, 20 
aprel, 2007//Azərbaycan. – 2007.-  21 aprel 
2.
  smayılov  X.  .,  Məmmədov  Ə.M.  Azərbaycanın  kitabxana 
mütəxəssisləri 
FLA-nın  konfransında  //  Kitabxanaşünaslıq  və 
biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal. -2001. -2. – S. 133-139. 
Saytlar 
1.
  http://www.ala.com.-Amerika Kitabxanaçılıq Assosiasiyası 
2.
  http://www.slis.alabama.edu/degrees/mis/- Alabama Universiteti 
3.
 http://www.simmons.edu/gslis/academics/courses/ms.shtml-
Simmons kolleci
 
4.
 http://www.my.simmons.edu/gslis/techlab/tor.shtml-Simmons 
kolleci
 
5.
  http://www.school.syr.edu/academics/graduate/execim/index/asp
x.-Sirakuza Universiteti. 
 
А
МАМЕДОВА 
УЧЕБНАЯ
 ПРОГРАММА БИБЛИОТЕЧНО-
ИНФОРМАЦИОННЫХ
 ФАКУЛЬТЕТОВ ПЕРЕДОВЫХ 
ЗАРУБЕЖНЫХ
 УНИВЕРСИТЕТОВ 
 
РЕЗЮМЕ
 
В данной статье дана общая информация  об  учебных програ-
мах  библиотечного  образования  в  университетах  Сиракуза  и  Ала-
бама, а также Симмонского колледжы США. 
 
A. MAMMADOVA 
ABOUT EDUCAT ONAL PROGRAMS OF THE 
L BRAR ANSH P  NFORMAT ON FACULT ES OF 
ADVANCED FORE GN UN VERS T ES 
 
SUMMARY 
n  this  article  have  been  given  information  about  teaching  prog-
rams of given high-level library science education of USA as 
Syracuse
 
university, Alabama university and Simmons college educational insti-
tutions. 


 
69 
B BL OQRAF YAŞÜNASLIQ 
__________________________________________________________ 
 
 
 
Zöhrab ƏL YEV 
Ə
məkdar mədəniyyət işçisi, professor 
Ə
minə XƏL LOVA  
Biblioqrafiyaşünaslıq kafedrasının  baş laborantı 
 
AZƏRBAYCANIN BEYNƏLXALQ ƏLAQƏLƏR  
B BL OQRAF K MƏNBƏLƏRDƏ 
 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  bir  çox 
ölkələrlə  xarici  əməkdaşlığını  genişləndirməklə  yanaşı  bir  sıra  beynəl-
xalq  təşkilatlarla  da  əlaqələr  yaratmışdır.  Belə  ki,  ölkəmizin  BMT, 
ATƏT, Avropa Şurası, Avropa  ttifaqı, NATO və s. təşkilatlarla  yarat-
dığı  münasibətlər  respublikamızın  dünya  siyasətinə  inteqrasiya  olu-
masında mühüm əhəmiyyət kəsb etmişdir. Xüsusilə 2001-ci il yanvarın 
25-də Azərbaycanın Avropa Şurasına qəbul olunmasını respublikamızın 
beynəlxalq  əməkdaşlıq  sahəsində  atdığı  çox  mühüm  addım  kimi 
qiymətləndirmək olar. 
Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin genişləndiyi bir vaxt-
da  beynəlxalq  əməkdaşlıq  sahəsində  informasiya  da  durmadan  artır. 
M.F.Axundov adına Azərbaycan Milli kitabxanası bu sahədə ədəbiyya-
tın toplanıb onun biblioqrafik resursunun yaradılması istiqamətində xü-
susi  addım  atmışdır.  Kitabxananın  “Diyarşünaslıq  elmi  biblioqrafiya” 
şöbəsi  bu  məqsədlə  “Azərbaycan  və  Avropa  Şurası”  adlı  tövsiyə  bib-
lioqrafik  göstəricisini  nəşr  etdirmişdir.  Biblioqrafik  göstəricinin  tər-
tibçiləri  G.Hüseynova  və  A.Babayevadır.  Bu  vəsaitdə  1996-cı  ildən 
2008-ci ilin iyul ayına qədər Azərbaycanın bu qurumla beynəlxalq əla-
qələrini özündə əks etdirən ədəbiyyat haqqında biblioqrafik informasiya 
toplanılmışdır.  
Kitabın  ön  sözündə  biblioqrafik  göstərici  haqqında  ümumi  mə-
lumatlar təqdim edilir. 
Biblioqrafik  vəsaitdə  Azərbaycanın  Avropa  Şurası  ilə  beynəlxalq 
əlaqələrini əks etdirən kitablar və digər mətbuat məqalələri ayrıca veril-


 
70 
mişdir.  Ümumilikdə  hər  iki  bölmədə  701  adda  material  haqqında  bib-
lioqrafik məlumat almaq olar.  
“Kitablar”  adlı  I  bölmədə  1998-ci  ildən  2007-ci  ilədək  nəşr  olun-
muş  23  kitabın  biblioqrafik  təsviri  xronoloji  qaydada  əks  etdirilmişdir. 
Vəsaitdən məlum olur ki, bu barədə yazılmış ilk kitab kimi 1998-ci ildə 
nəşr  edilməyə  başlamış  Ümummilli  liderimiz  Heydər  Əliyevin  22 
cildlik  “Müstəqilliyimiz  əbədidir”  kitabının  müvafiq  bölmələrinin 
biblioqrafik  təsviri  əks  etdirilib.  Burada  həmçinin  H.Rəcəbli, 
V. bayevin, A.Vəliyev, Ü. maməliyeva və s. müəlliflərin Azərbaycanın 
Avropa Şurası ilə əlaqələri haqqında yazdığı kitablar barədə biblioqrafik 
məlumat almaq olur. 
Biblioqrafik  göstəricidə  diqqəti  cəlb  edən  məqamlardan  biri 
Ümummilli lider Heydər Əliyevin 22 cildlik “Müstəqilliyimiz əbədidir” 
adlı  kitabının  ayrı-ayrı  cildlərinin  biblioqrafik  təsvirinin  verilməsidir. 
Belə ki, kitabın 7-ci, 12-ci, 14-cü, 15-ci, 20-ci və 21-ci cildlərində Azər-
baycannın AŞPA ilə siyasi əlaqələri, prezidentin bu  mövzu ilə bağlı jur-
nalistlərə  verdiyi  müsahibələr,  həmçinin  AŞPA-nın  nümayəndə  heyəti 
ilə  həyata  keçirdiyi  görüşlər  haqqında  ətraflı  məlumat  toplanmışdır. 
Biblioqrafik  vəsaitin  təhlilindən  məlum  olur  ki,  2007-ci  ildə  müəllifi 
Ü. maməliyevanın  olduğu  166  səhifədən  ibarət  “Azərbaycanın  ASPA 
ilə əlaqələri” adlı monoqrafiya da nəşr olunmuşdur. 
Tövsiyə  ədəbiyyat  göstəricisinin  II  bölməsi  “Dövri  mətbuatda  və 
məcmuələrdə  çapdan  çıxan  məqalələr”  adlanır.  Bu  bölmədən  1996-
2008-ci illərdə çap olunmuş 678 adda məqalə haqqında biblioqrafik mə-
lumat almaq olur. 
Bu  bölmədə  xronoloji  ardıcıllığa  riayət  etməklə  əvvəlcə  Azər-
baycanın  AŞPA  ilə  əməkdaşlığı,  sonra  Azərbaycanın  təşkilata  üzv 
olduqdan sonra qurumla yaranmış siyasi əlaqələr, Azərbaycanın qurum 
qarşısında götürdüyü öhdəliklər, respublikamızı təmsil edən nümayəndə 
heyətinin AŞPA-dakı çıxışları, həmçinin ölkəmizdə səfərdə olan AŞPA 
nümayəndələri  ilə  görüşləri  və  s.  mövzularda  məqalələr  haqqında  bib-
lioqrafik informasiya verilmişdir. 
Tövsiyə  biblioqrafik  göstəricisinin  biblioqrafik  monitorinqi  nəti-
cəsində müəyyən oldu ki, bu mövzu ilə bağlı məqalələr daha çox Azər-
baycan,  Respublika,  Xalq  qəzeti,  Azadlıq,  Yeni  Azərbaycan  qəze-
tlərində, “Diplomatiya aləmi”, “Qanun” jurnallarında çap olunmuşdur.  
Vəsaitin təhlili zamanı məlum oldu ki, mətbuat səhifələrində dərc 
edilmiş  ilk  sənəd  1996-cı  il  9  iyul  tarixində  Azərbaycan  qəzetində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə