Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

 
41 
Əvvəlki  kitabxanada  yer  məhdudiyyəti  yeni  kitabların  alınması  və 
başqa planların yerinə yetirilməsinə  imkan vermirdi. Buna görə də 1990-
cı ildə  Mərkəzi kitabxananın yeni binasının tikintisi başlandı və 2008-ci 
ildə  başa  çatdı.  lbəil  Mərkəzi  kitabxananın  maddi-texniki  bazası  xeyli 
yaxşılaşır.  Yeni  binada  kitabsaxlayıcı  üçün  ayrılan  yerin  genişlənməsi 
yeni kitabların alınmasına şərait yaratmışdır (7,8). 
Kitabxana  fondu  əvvəllər  bilavasitə  Onluq  Təsnifat  əsasında  for-
malaşmışdır.  Bu  kitabxanada  və  həmçinin  fakültə  kitabxanalarında 
Amerika  Konqres  kitabxanası  (LC)  təsnifatından  istifadə  edilir.  Həm-
çinin  fondun  məzmununu  açmaq  üçün  kitabxana  kataloqlarının  tərtib 
edilməsinə  də  xüsusi  diqqət  yetirildi.  Mərkəzi  kitabxana  universitetin 
elmi-tədqiqat və texnologiya şöbəsinin nəzarəti altında xidmət edir. 
Təbriz  Universitetinin  Mərkəzi  kitabxanası  əvvəllərdə  öz  məlumat 
bazalarını Təbriz Universitetinin veb saytında əks etdirirdi. 2009-ci ildən  
Mərkəzi  kitabxana  nternetdə  öz  fəaliyyətini  əks  etdirən  xüsusi  veb 
saytını  yaratmışdır. Həmin veb sayt vasitəsilə geniş elmi ictimaiyyət və 
kitabxana ictimaiyyəti kitabxananın fəaliyyəti ilə ətraflı tanış ola bilərlər
.
 
2010-cu ildən Təbriz universitetinin rəqəmli kitabxanası işə başladı 
və Təbriz universitetinin portalı  10 fakültə portalı ilə birliklə təsis olun-
du. Beləliklə, “Pars Azərəxş” proqram təminatının Veb versiyası vasitə-
silə  Mərkəzi  kitabxananın  fondunda  və  bütün  fakültə  kitabxanalarının 
fondunda  axtarış  aparmaq  mümkündür.  Həmçinin  bu  versiya  vasitəsilə 
kitabxanaçılar bütün sənədlərin və kataloqların informasiylarını  bu proq-
ram təminata daxil edə və ya silə bilərlər.   
Mərkəzi  kitabxananın  veb  saytının  sol  tərəfində  elektron  nəşrlərin 
siyahısı  yerləşir. Birinci sətirdə abonementdə olan informasiya bazaları-
nın  üzərində  kilik  etmək  lazımdır.  Sonra  açılan  səhifədə  verilənlər 
bazalarının siyahısı ekranda təqdim olunur.  
Kitabxanada 16 verilənlər bazaları mövcuddur ki, onlar da aşağıda-
kılardan ibarətdir: 
1.
  ScienceDirect: ScienceDirect tam mətnli verilənlər bazasıdır ki, 
2.500-dən  artıq  jurnal  məqalələrini  kitab  fəsilləri  və  11.000  artıq  kitabı 
təqdim edir. Hal-hazırda onda 9.5 milyondan çox məqalə, fəsil var və hər 
il demək olar ki onun sayı 0,5 milyon artırılır. Science Direct, Elsevierin 
bir  hissəsidir.  Elsevier  dünyanın  ən  böyük  elmi,  texniki  və  tibbi  infor-
masiya  provayderidir  və  2.000-dən  artıq  jurnal,  kitab  və  verilənlər 
bazasını nəşr edir (9). 


 
42 
2.
  EBSCO:  Dünyada  çox  məşhur  məlumat  bazasıdır  ki,  onun 
vasitəsilə tam mətnli e-jurnal, e-kitablar, verilənlər bazaları və s. istifadə 
etmək  olar.  Bu  jurnallardan  ən  kütləvi  və  oxunaqlı  səciyyə  daşıyanları 
CD-ROM-larda  təqdim  edilir.  Bütün  başqa  məlumatlar  isə  nternet 
şəbəkəsi  vasitəsilə  əldə  olunur.  EBSCO  bütün  bunlarla  bərabər,  təkcə 
ABŞ  və  Avropada  deyil,  kontingentin  başqa  yerlərində  də  nəşr  olunan 
sənədlərin  elektron  variantlarını  oxucularımıza  təqdim  edir  və  81.000-
dən artıq naşir ilə əlaqəsi var. Ümumilikdə EBSCO məlumat bazası 20-
dən  artıq  mövzunu  özündə  birləşdirmişdir.  Buraya  «Dil  və  dilçilik», 
«Ədəbiyyat və ədəbi tənqid», «Fəlsəfə», «Fizika», «Astronomiya, astro-
fizika», « qtisadiyyat, biznes, menecment», «Kimya», «Tarix, arxeologi-
ya»,  «Hüquq,  kriminalogiya»,  «Psixologiya,  psixiatriya»,  «Coğrafiya», 
«Geologiya»,  «Riyaziyyat»,  «Biologiya  və  biologiya  elmləri»,  «Tibb», 
«Kompüter  və  proqramlaşdırma  texnologiyaları»,  «Kənd  təsərrüfatı», 
«Ətraf mühit», «Sosiologiya, sosial elmlər», «Təhsil», «Politologiya, si-
yasi elmlər» və s. mövzular daxildir.  Bütün universitetlər  EBSCO Host 
məlumat bazasından sərbəst şəkildə istifadə edə bilərlər.(10) 
3.
  ProQuest: Dünyada ən böyük elektron kitabxana Ann-Arborda 
(ABŞ. Miçiqan ştatı) yerləşmiş “ProQuest”şirkətinə məxsusdur. Bu elek-
tron  kitabxana  minlərlə  dövri  nəşri,  dissertasiyanı,  kitab  və  digər  çap 
əsərini özündə əks etdirir. Bu məlumat bazası müxtəlif mövzularda, mə-
sələn, menecment, hüquq, iqtisadiyyat, kompüter, siyasi elmlər, ticarət və 
s. sahələr üzrə 6500-dən artıq Amerika qəzetlərinin xülasəsini əhatə edir. 
16 verilənlər bankı var ki, onlar da aşağıdakılardan ibarətdir: 
a)
  ABI/ INFORM Global (iqtisadiyyat, bank, ticarət və s. mövzu-
larda).  
b)
  Academic  Research  Library  (humanitar  elmlər,  hüquq,  qanun, 
uşaqlar, incəsənət, qadınlar, psixologiya və s. mövzularda).  
c)
  Banking Information Source və s. 
ProQuestin  dissertasiya  verilənlər  bazasında  700  universitet  iştirak 
edir və hər il 60.000-dən arıq yeni dissertasiya ora əlavə olunur. 1861-ci 
ildən  dünyada  dissertasiyaların    biblioqrafik  informasiyası  və  xülasəsi 
mövcüddür və 1997-ci ildən magistratura və doktorantura pilləsində olan 
dissertasiyaların əvvəlki 24 səhifəsi onda əks edilib 11). 
4.
  Wliey – BlackWell: 2007-ci ildə iki böyük naşir “John Wiley” 
və  “Blackwell  birləşdi  və  Wliey-BlackWell  verilənlər  bazası  yarandı. 
Hazırda o  dünyanın ən məşhur universitet və professional naşirlərindən 
biridir. O, 1400 etibarlı elektron jurnalları,  fizika elmləri, tibb və səhiy-


 
43 
yə, mühəndislik, humanitar və ictimai elmlər və s.  mövzusunda dünyada 
ən çox müraciət olunan elektron kitabları əhatə edir (12). 
5.
  MathSciNet: Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən tanınan 
verilənlər bazasıdır ki, onda riyazi elmlər sahəsində məqalələr, istinadlar, 
xülasələr və s. biblioqrafik informasiyalar diqqətlə saxlanır və rahatlıqla 
axtarış aparılır. Hər il 100.000-dən artıq  yeni riyazi mövzular təsnifatda 
yerləşdirilir,  əlavə  edilir.    MathSciNet-nin  2  milyondan  çox  mənbəni 
özündə saxlayır və 1 milyon orijinal məqalələrin biblioqrafik informasi-
yasını əldə etməyə  imkan verir. 400-dən artıq jurnalın istinad siyahısını 
toplayır və jurnallar, müəlliflər, məqalələr və icmallar üçün sitat informa-
siyasını  təmin  edir.  Bu  verilənlər  bazasının  əsas  mövzuları  riyaziyyat, 
kompüter elmləri, statistika və tətbiqi statistikadır (13). 
6.
  Sage Journals Online: Hazırda 450 tam mətnli jurnaldan istifa-
dəni təmin edir. Bu jurnallar elmin müxtəlif sahələrini, məsələn, humani-
tar, dilçilik, texnologiya, tibbi  və s. əhatə edir (14). 
7.
  Scopus: Ən böyük verilənlər bazasıdır ki, keyfiyyətli elmi-təd-
qiqat və veb mənbələrin xülasələrini və sitatını özündə əks edir və elmi-
tədqiqatı  izləmək,  analiz  və  aydın  təsəvvür  etmək  üçün  yaxşı  vasitədir. 
Scopusda 500-dən artıq beynəlmiləl kitabxana iştirak edir.  Bu verilənlər 
bazası hər gün yenilənir və 4 000-dən artıq  naşirin 15.000 jurnalın xüla-
sələri  və  istinadlarını  əks  etdirir.  Bu  verilənlər  bazası  vasitəsilə    1000 
açıq girişli jurnalların tam mətnli məqalələrindən istifadə etmək olar. Bu 
verilənlər bazası ən məşhur naşir “Elsevier” vasitəsilə yaradılır (15). 
8.
  ISI Web of Knowledge: Bu verilənlər bazası humanitar elmlər, 
incəsənət,  ictimai  elmlər  mövzusunda  güclü  informasiya-axtrış  vasitəsi-
dir.  Bu  platforma  dünyanın  sitat  gətirilən  verilənlər  bazalarına  girişi  tə-
min edir. 23.000 jurnal, 192000 konfrans materialı, 5500 veb saytı, 5000 
kitabı və s. əhatə edir. Thomson Reuterin nəzarəti altında işləyir (16). 
9.
  EndNotWeb:  Hazırda  şəxsı  informasiyanın  menecmenti 
tədqiqatçılara  problemlər  yaradır.  “Thomson”  şirkəti  tədqiqatçıların  ra-
hatlığı üçün Endnote proqram təminatını təmin edir. Bu proqram təminatı 
vastəsilə tədqiqatda informasiyanın menecmenti, istinadlarını yazmaq və 
biblioqrafiyaları yaratmaq üçün ən yaxşı vasitədir. Endnote tədqiqatçılara 
və  elmi  məqalələr  yazan  yazıçılara  istinadların  menecmenti,  məqalə 
yazmaq və müxtəlif beynəlxalq naşirlərin standartına müvafiq məqalələri 
nəşr  etməkdə  böyük  köməklik  edir.  WOK  portalında  bu  proqram  təmi-
natı  veb  sayt  vasitəsilə  tədqiqatçılar,  müəllimlər  və  tələbələrin  istifa-
dəsinə  verilib.  stifadəçilər  axtarış  zamanı,  axtarışın  nəticələrini  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə