Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

 
35 
sayı  artıq  90  idi.  Azərbaycanın  ərazisində  olan  bütün  kitabxanalar 
Respublika  Xalq  Maarif  Komissarlığının  tabeliyinə  keçirilir,  mövcud 
kitabxanaların fondları əsasında ictimai kitabxanalar yaradılır. Yeni-yeni 
kitabxanalar açılır. 1921-ci ildə respublikada ümumi kitab fondu 390 min 
nüsxəni təşkil edən 69 kütləvi kitabxana fəaliyyət göstərdiyi halda, 1940-
cı  ildə  artıq  2  milyon  62  min  nüsxə  kitabı  olan  1383  kütləvi  kitabxana 
oxuculara xidmət edirdi.  
Bu  kitabxanaların  1089-u  kənd  yerlərində  idi.  1940-cı  ildə 
fəaliyyətdə  olan  1633  klub  müəssisəsindən  1399-u  rayon  və  kənd 
yerlərində  iş  aparırdı.  Göründüyü  kimi,  mədəni  quruculuq  illərində 
Azərbaycanda  klub  və  kitabxanaların  sayı  sürətlə  artır.  Şəhər,  rayon  və 
kəndlərdə onların geniş şəbəkəsi yaradılırdı. Təbiidir ki, iş təkcə mədəni 
maarif  müəssisələrinin  sayını  artırmaqla  bitmirdi.  Ən  vacibi  bu 
müəssisələri səriştəli işçilərlə, ixtisaslı kadrlarla təmin etmək idi.  
Lazımi  kadrlar  hazırlamaq  üçün  Bakıda  Respublikanın  digər  iri 
şəhərlərində qısa müddətli seminarlar, kurslar təşkil edilir. Lakin bunlar 
günü-gündən  artan  və  getdikcə  daha  vacib  və  məsul  vəzifələri  yerinə 
yetirməli  olan  klub  və  kitabxanaçı  kadrlarına  olan  ehtiyacı  ödəyə 
bilməzdi.  1930-cu  illərin  axırlarına  yaxın  Azərbaycanda  klub  işçisi  və 
kitabxanaçı  hazırlayan  bir  dənə  də  olsun  tədris  müəssisəsi  yox  idi. 
Azərbaycan  höküməti  1934-cü  ildən  başlayaraq  Moskvanın  kitab-
xanaçılıq institutuna Leninqradın siyasi-maarif institutuna, habelə şəhər-
lərin siyasi-maarif məktəblərinə tələbələr göndərməyə başlayır. Sonralar 
həmin tədris müəssisələrini bitirib Azərbaycana qayıdan məzunlar demək 
olar  ki,  ilk  milli  kadrlar  kimi  mədəni-maarif  işinin  təşkilatçıları  və 
qurucularından  oldular.  Lakin  onlar  ümumən  Respublikada  aparılan 
geniş mədəni-quruculuq işlərinin tələbatını yerinə yetirə bilmirdilər. 
1938-ci  ilin  martında  Azərbaycan  hökuməti  respublika  kitabxa-
nalarını  ixtisaslı  kadrlarla  təmin  etmək  məqsədilə  Bakıda  1938-1939-cu 
dərs ilində kitabxanaçılıq texnikumunun yaradılması ilə bağlı qərar qəbul 
edir.  Qərarda  deyilirdi:    “1938/39-cu  dərs  ilinin  əvvəli  üçün  Bakıda  3 
əsas  şöbədən  ibarət  təhsil  müddəti  3  il  olan  texnikum  açılsın.  Azər-
baycan,  rus  və  erməni  dillərində  kadr  hazırlamaq  üçün  300  nəfərlik  və 
kitabxana işçilərinin ixtisasını artırmaq üçün təhsil müddəti 1 il olan 60 
nəfərlik kurslar təşkil edilsin”. 
Qərarda  Azərbaycanın  rayonlarından  gələn  tələbələr  üçün  200 
nəfərlik və ixtisasartırma kurslarına gələn işçilər üçün 40 nəfərlik – cəmi 
240  yerlik  yataqxana  təşkil  edilməsi,  texnikumu  ixtisaslı  müəllimlərlə 


 
36 
təmin  etmək  üçün  Moskva  və  Leninqradın  Ali  kitabxanaçılıq  ins-
titutlarını bitirənlərdən 5 nəfərini Azərbaycan Xalq Maarif Komissarlığı-
nın  sərəncamına  göndərilməsi,  habelə  həmin  institutlarda  Bakı  kitabxa-
naçılıq  texnikumunu  bitirənlər  üçün  5  yer  ayırması  üçün  RSFSR  Xalq 
Maarif Komissarlığı qarşısında məsələ qaldırılması da nəzərdə tutulurdu.  
Qərar  özlüyündə  çox  geniş  və  əhatəli  idi.  Demək  olar  ki,  burada 
texnikumun  yaradılması  və  normal  işləməsi  üçün  lazım  gələn  bütün 
məsələlərə diqqət yetrilirdi.  
Bakı şəhər sovetinə təklif olunurdu ki, 1938-ci ilin avqust ayının 
1-dək tədris korpusu üçün 360 nəfərlik yataqxana üçün 240 nəfərlik bina 
ayrılsın.  RSFSR-dən  dəvət  olunan  mütəxəssis  müəllimlər  üçün  şərait 
yaratmaq,  onları  mənzillə  təmin  etmək  üçün  Azərbaycan  Xalq  Maarif 
Komissarlığına  göstəriş  verildi.  1938-ci  ilin  iyul  ayında  respublika 
qəzetlərində  texnikuma  qəbul  ilə  əlaqədar  elanlar  dərc  olunur. 
Azərbaycan  Xalq  Maarif  Komissarlığı  Ələsgərov  Əli  Qafar  oğlunu 
Kitabxanaçılıq texnikumuna direktor təyin edir.  
1938-ci  ilin  sentyabr  ayının  15-də  bu  tədris  müəssisəsi 
Azərbaycan Xalq Maarif Komissarlığının Kitabxanaçılıq məktəbi adı ilə 
fəaliyyətə  başlayır.  lk  gündən  müxtəlif  maddi-texniki  çətinliklərlə 
qarşılaşan  məktəb  normal  fəaliyyət  göstərə  bilmir.  Bakı  Xalq  Maarif 
şöbəsinin ayırdığı sinif otaqlarında bütün gün ərzində ümümtəhsil mək-
təblərinin dərsləri keçirildiyi üçün onlardan ancaq üçüncü növbədə - ax-
şamlar istifadə olunurdu ki, bu da çox böyük  çətinliklər yaradırdı.  
1938/39-cu  tədris  ilində  məktəbə  150  nəfər  tələbə  qəbul  olunur. 
Lakin  tələbə  qəbulu  bununla  bitmir  və  bütün  tədris  ili  ərzində  davam 
edir. Məhz buna görədir ki, 1939/40-cı tədris ilində artıq məktəbdə 177 
nəfər  oxuyurdu.  xtisas  fənlərindən  dərs  deyən  müəllimlər  çatışmırdı. 
Azərbaycan  Xalq  Maarif  Komissarlığı  Respublikasının  görkəmli  maarif 
xadimi,  kitabxana  işinin  bilicilərindən  biri  olan  M.H.  Rzaquliyev 
Azərbaycan  bölməsinə,  1933-cü  ildə  Moskva  Kitabxanaçılıq  institutunu 
bitirmiş  S.  Yəhyazadəni  isə  rus  bölməsinə  ixtisas  fənn  müəllimi  təsdiq 
edir.  Fəaliyyətə  başladığı  birinci  tədris  ilində  məktəbdə  işləyən  ilk 
müəllim  kollektivi  və  onların  apardığı  dərslərin  ümumi  mənzərəsi 
aşağıdakı kimi olmuşdur.  
Siyasi Maarif məktəbinin 1 oktyabr 1941-ci il tarixli pedaqoji şu-
rasının  qərarı  ilə  tələbələr  kitabxanaçılıq  və  siyasi  maarif  profili  üzrə 
qruplaşdırılır. Bununla da yeni ixtisas, klub işçisi ixtisası üçün zəmin ya-


 
37 
radılır. Öz fəaliyyətin təşkili üzrə peşəkar, ixtisaslı adamlar müəllim kimi 
dəvət olunurlar.  
1948-ci ildə çağırılmış Azərbaycan respublikası kitabxana işçiləri-
nin  müşavirəsində  ixtisaslı  kitabxana  işçilərinin  hazırlanması  sahəsində 
yeni  vəzifələr  irəli  sürülür.  Təhsilin  səviyyəsini  yüksəltmək  üçün  Azər-
baycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinin  kitabxanaçılıq  şö-
bəsinin ayrıca kitabxanaçılıq fakültəsinə çevirmək və siyasi maarif mək-
təbində  keçirilən  kitabxanaşünaslıq  və  biblioqrafiya  fənlərinə  dair  dərs 
kitabları hazırlamaq siyasi-maarif məktəbində qiyabi şöbə yaratmaq kimi 
vəzifələri mədəni-maarif müəssisələri komitəsi qarşısında qoyur.  
Şuşa  Mədəni-Maarif  məktəbi  1921-ci  ildən  seminariya  kimi 
fəaliyyətə  başlamışdır.  1932-ci  ildən  pedaqoji  (məktəb)  texnikum  kimi 
fəaliyyət göstərmişdir. 1938-ci ildə texnikuma M.Əzizbəyovun adı veril-
mişdir. Texnikumda 1980-81-ci tədris ilinə kimi əsasən orta təhsilli peda-
qoji kadr hazırlanmışdır. 1974-cü ildə Şuşa pedaqoji məktəbinin ilk bura-
xılışının 50 illiyi qeyd edilərkən məktəb fəaliyyətə başladığı dövrdən 50 
il müddətində 5823 nəfər orta ixtisaslı müəllim hazırlanmışdır. 1976-77-
ci dərs ilindən başlayaraq Şuşa pedaqoji məktəbinə əlavə iki ixtisas üzrə 
tələbə  qəbulu  keçirildi:  kitabxanaçılıq  işi  ixtisası  orta  təhsil  bazasından 
30  nəfər,  mədəni-maarif  işi  ixtisası  üzrə  25  nəfər  natamam  orta  təhsil 
bazasından.  
Orta  ixtisas  təhsilli  kitabxanaçı  qismən  də  olsa  aradan  qaldırmaq 
məqsədilə 1981-ci il 13 dekabr tarixində SSR  Alı və Orta ixtisas təhsili 
Nazirliyi  Azərbaycanda  orta  ixtisaslı  kadr  hazırlayan  texnikumların 
təşkili  üçün  93-01-54/109-18  nömrəli  məktubuna  əsasən  Azərbaycan 
Respublikası Ali və Orta ixtisas Təhsili Nazirliyinə xüsusi göstəriş verdi. 
Həmin  məktubu  əsas  götürərək  Azərbaycan  Respublikası  Ali  və  Orta 
ixtisas Təhsili Nazirliyi özünün 11 noyabr 1981-ci il 169 nömrəli əmri ilə 
M.  Əzizbəyov  adına  Şuşa  pedaqoji  məktəbinin  adı  dəyişdirilərək,  Şuşa 
Mədəni Maarif Məktəbi kimi fəaliyyətə başladı. Odur ki, məktəbə ibtidai 
sinif müəllimi ixtisası  üzrə tələbə  qəbulu  dayandırıldı və  məktəbin  yeni 
profilinə  uyğun  olaraq  tələbə  qəbulu  iki  ixtisas:  “Kitabxanaçılıq  işi  və 
mədəni-maarif işi” ixtisasları üzrə aparılırdı.  
1982-ci ildən “Kitabxanaçılıq”  və  “Mədəni-maarif” işi ixtisasları 
üzrə  təhsil  və  tərbiyə  sahəsindəki  işlərin  keyfiyyətini  yaxşılaşdırmaq 
üçün ayrı-ayrı ixtisaslar üzrə şöbələr fəaliyyətə başladı. Artıq bu zaman 
kitabxanaçılıq  işi  şöbəsində  228  nəfər,  mədəni-maarif  işi  şöbəsində  isə 
250 tələbə təhsil alırdı. Tələbə kontingentinin çoxalması ilə əlaqədar ola-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə