Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

 
38 
raq hər iki ixtisas üzrə müxtəlif şöbələr fəaliyyətə başladı. Kitabxanaçılıq 
şöbəsində  228  nəfər,  mədəni-maarif  işi  şöbəsində  isə  250  tələbə  təhsil 
alırdı. Tələbə kontingentinin çoxalması ilə əlaqədar olaraq hər iki ixtisas 
üzrə müxtəlif şöbələr fəaliyyətə başladı. Kitabxanaçılıq şöbəsində qəbul 
qaydası  belə  idi.  Şöbəyə  qəbul  orta  və  natamam  orta  təhsil  bazasından 
qəbul olunan  2 il, natamam orta təhsil bazasından qəbul olanlar isə 2 il 
10 ay təhsil alırdılar. Təhsil müddəti başa çatdıqdan sonra mövcud tədris 
planlarına  əsasən  məzunlara  kütləvi  kitabxanalarda  işləmək  hüququ  ilə 
kitabxanaçı  ixtisası  verilirdi.  Ümumiyyətlə,  1982-ci  ildən  başlayaraq 
şöbəyə  tələbə  qəbulu  planı  Respublika  Təhsil  Nazirliyi  tərəfindən 
müntəzəm  olaraq  ildən-ilə  artırılmağa  başlandı.  Əyani  şöbəyə  1982-ci 
ildə 90 nəfər tələbə qəbul edildi. Onlardan 30 nəfəri natamam orta təhsil 
bazasından,  60  nəfəri  isə  orta  təhsil  bazasından  qəbul  edilmişdir.  1983- 
cü  il  tələbə  qəbulu  planı  bu  şöbədə  bir  qədər  də  artırılır.  Belə  ki, 
natamam  orta  təhsil  bazasından,  60  nəfər  yəni  2  qrup,  orta  təhsil 
bazasından isə 90 nəfər,   yəni 3 qrup qəbul edilmişdir. Dağlıq Qarabağ 
Muxtar  Vilayətində  ərazinin  profilliyinə  uyğun  olaraq  erməni  dilli 
əhalinin  tələblərini  nəzərə  alan  Respublika  hökuməti  1984-cü  ildə 
məktəbin  əyani  şöbələrində  hər  iki  ixtisas  üzrə  ayrıca  erməni  şöbəsi 
yaradılmasına  göstəriş  verdi  və  ilk  qəbulda  hər  ixtisasdan  25  nəfər 
olmaqla 50 nəfər tələbədən ibarət erməni şöbəsi fəaliyyətə başladı. 1989-
cu ildə bu şöbə Qarabağ hadisələri ilə bağlı olaraq Xankəndinə köçdü və 
1990-cu  ilə  kimi  Şuşa  Mədəni-Maarif  texnikumunun  büdcəsindən 
maliyyələşərək hər il müstəqil tələbə qəbulu keçirtməyə nail oldu(4). 
Beləliklə, respublikada kitabxanaların sayının artması və mövcud 
kitabxanaların  maddi-texniki  bazasının  güclənməsi  ixtisaslı  kadrların 
yetişdirilməsinə diqqəti artırdı. Artıq 40-cı illərin sonlarından başlayaraq 
respublikada  ali  təhsilli  kitabxanaçı  kadrların  hazırlanması  prosesi 
başlandı.  
 
Ə
DƏBIYYAT 
 
1.  Cəbrayılov  F.  Mədəniyyətə  xidmət  edən  təhsil  ocağı.  Bakı: 
Vətən nəşriyyatı, 2005, 223 s. 
2.  Xələfov.A  Azərbaycanda  kitabxana  işinin  tarixindən.-
Bakı,1986.-50s 
3.  Xələfov.A  Azərbaycanda  kitabxanaçılıq  təhsilinin  inkşafı. 
Bakı:Maarif, 1987, 130 s. 


 
39 
 
4. Quliyev T. Azərbaycanda kitabxanaçılıq işi. Azərbaycan Dövlət 
Universiteti. 1986, 85 s. 
5.  Nəcəfov  Ə.  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 
Muxtar  Vilayətində  kitabxana  işi  tarixindən  (1923-1990-cı  illər).-Bakı: 
Səda, 2000, 232 s. 
Rus dilində 
6. Културная политика в Азербайджане. Министерство культу-
ры Азербайджанской Республики, Баку: «Нагыл еви» 2003, 252 с. 
         
     Р.ГАРДАШОВ 
ВОЗНИКНОВЕНИЕ
 И РАЗВИТИЕ СРЕДНЕГО 
БИБЛИОТЕЧНЕГО
 ОБРАЗОВАНИЯ  В 
АЗЕРБАЙДЖАНЕ
 
 
РЕЗЮМЕ
 
Библиотечное  образование  в  Азербайджане  прошло  очень 
длинный путь. В нашей статье освещается о библиотечных курсах, 
которые в первые прошли путь для создания библиотечных кадров. 
В  подготовление  кадров  средних  образовательных  специальности 
средней школы играет большую роль Просветительные Техникумы 
Баку,  Шушинский  Гуманитарный  Колледж.  В  статье  также  были 
перечислены имена некоторых школ и их деятельность, также было 
широко раскрыто их направление.   
 
 
 
 
 
R.QARDASHOV 
The ARISING and DEVELOPMENT of the EDUCATION of 
MIDDLE PROFESSION  for LIBRARY in AZERBAIJAN  
 
SUMMARY 
Education of library science has passed a long way in Azerbaijan. 
A long way which arising from librarian courses to the middle speciality 
schools  has  been  lightened  in  the  article.  There  are  its  role  of  Shusha 
humanitarian college and Baku cultural and educational technical school 
In the preparing of the secondary education librarian cadres.  There is has 
been talked about the way which they passed and activities directions of 
these schools in the article.  
                                                


 
40 
Mitra DADAŞ  NASR N  
Kitabxana resursları və informasiya axtarış sistemləri 
 kafedrasının aspirantı 
       
TƏBR Z UN VERS TET  K TABXANALARININ SƏNƏD-
NFORMAS YA RESURSLARI 
 
Təbriz  Universitetinin  Mərkəzi  kitabxanası  ölkənin  ən  zəngin  ali 
məktəb kitabxanalarından biridir. Təbriz Universiteti 1967-ci ildə  yeni-
dən  yaradılmış  və  həmin  ildə  də  onun  strukturunda  önəmli  yeri  olan 
kitabxana təşkil olunmuşdur. Təbriz Universiteti bərpa edildikdən dərhal 
sonra  rəhbərlik  ali  məktəbin  bir  nömrəli  laboratoriyası  hesab  olunan 
universitet kitabxanasının yaradılmasına başladı.  lk növbədə universitetə 
ayrılmış  binanın  birinci  mərtəbəsində  kitabxanaya  yer  verildi.  Kitab-
xananın fondunu yaratmaq üçün 1967-ci ildə universitetin keçmiş fakül-
tələrinin bazasında yaranmış institutlardan kitablar köçürüldü və Mərkəzi 
kitabxananın fondu yaradıldı. Azərbaycanda fəaliyyətə başlayan ilk elmi 
kitabxana Təbriz Universitetinin Mərkəzi Kitabxanası olmuşdur  (1).     
Universitetlərdə  fakültə  kitabxanaları  ilə  yanaşı  mərkəzi  kitabxana 
fakültə kitabxanalarının işlərini harmonikləşdirmək, eyni işlərin yenidən 
təkrar olunmaması, vaxtı itirməmək, xərcdə qənaətçilik, başqa kitabxana-
lara  texniki  xidmətlər  (yeni  kitab  və  sənədlərin  sifarişi,  alınması  və  s.  
vermək və oxucuların kütləvi tələbatını təmin etmək məqsədilə yaradılır. 
Deyilən  məqsədlərə  görə  1967-ci  ildə  ədəbiyyat  və  tibb  kitabxanaları 
birləşdi və Təbriz Universitetinin Mərkəzi kitabxanası yarandı.  
Universitetin Mərkəzi kitabxanası tələbələrin və professor-müəllim 
heyətinin mədəni və mənəvi mərkəzidir. Təbriz Universitetinin  Mərkəzi 
kitabxanası  şəxsiyyətin  formalaşması  üçün  mədəniyyət  fenomenidir.  O, 
yaradılan mədəni sərvətləri və informasiya resurslarını toplayır, qoruyur, 
eyni  zamanda  onların  istifadəsini  və  yayımlanmasını  təmin  edir.  Bu 
kitabxana 2008-ci ilə qədər Təbriz Universitetinin içindəki binada xidmət 
göstərirdi. 
Əvvəlki  binanın  üç  mərtəbəsi  vardı.  Zirzəmidə  dövri  nəşrlər  (300 
adda),  dissertasiya,  xəritə,  nadir  və  əlyazma  kitablar,  əvvəlki  mətbuatın 
arxivi  yerləşmişdir.  Birinci  mərtəbədə  uçot  şöbəsi,  kitabişləmə  və 
kataloqlaşdırma, təsnifat şöbəsi, sənədlərin sifariş şöbəsi, məlumat fondu 
yerləşmişdir.  kinci  mərtəbədə  kitabların  bazası,  abonement  şöbəsi  və 
kitabxana rəhbərinin otağı vardı (1,2,3,4,5,6). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə