Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

 
32 
О
КУЛИЕВ 
О
 ДЕЯТЕЛЬНОСТИ ЦБС ХАТАИНСКОГО РАЙОНА В 
ИНФОРМАТИЗАЦИИ
 ОБЩЕСТВА 
 
РЕЗЮМЕ
 
 
В  статье  рассматривается  деятельность  Хатаинского  ЦБС  г. 
Баку,  особенности  обслуживания  читателей,  модернизация  работы 
библиотеки, процесс создания электронной библиотеки. 
 
O.GUL YEV 
ABOUT CONTEMPORARY ACTIVITY OF 
CONTRALISED LIBRARY SYSTEM OF KHATAI REGION 
 
SUMMARY 
 
The  article  reviews  the  activities  of  Khatai  CLS  of  Baku, 
particularly  service  to  readers,  the  modernization  of  the  library,  the 
process of creating an electronic library. 
 


 
33 
Rəşad QARDAŞOV 
Kitabxana resursları və informasiya 
axtarış sistemləri kafedrasının müəllimi 
 
AZƏRBAYCANDA K TABXANAÇILIQ ÜZRƏ ORTA 
XT SAS TƏHS L N N YARANMASI VƏ  NK ŞAFI 
 
Azərbaycanda  orta  ixtisas  təhsili  məktəblərinin  yaranma  tarixi 
XIX  əsrin  80-ci  illərinə  təsadüf  etsə  də,  bu  təhsil  şəbəkəsinin  geniş 
şəkildə inkişafı XX əsrin 20-ci illərində başlanır. Sovet hakimiyyəti döv-
ründə  texnikumların  açılması  dövrün  zəruri  tələblərindən  irəli  gəlirdi. 
Sosialist təsərrüfat sistemi elm, maarif, mədəniyyət və istehsalat sahələri 
üçün sovet ideologiyasının daşıyıcıları olan ixtisaslı kadrlar hazırlanma-
sına  xüsusi  diqqət  yetirirdi.  Belə  kadrların  hazırlanması  üçün  açılan 
müxtəlif profilli texnikumlar çox sürətlə artıb çoxalırdı.  
1920-ci  illərin  axırlarına  yaxın  respublikada  39  orta  ixtisas  mək-
təbi fəaliyyət göstərirdi. 1930-cu illərin ortalarında onların sayı artıq 89 
idi.  Savadsızlığın  elliklə  ləğv  edilməsi  işinə    ölkənin  bütün  imkanları 
səfərbərliyə  alınmışdı.  Bu  sahədə  təhsil  müəssisələri  ilə  yanaşı 
kitabxanalar və klublar da mühüm işlər görürdülər. 1930-cu illərdə bütün 
cəbhə  boyu  yeni  ideoloji  əsaslar  üzərində  qurulan  mədəni-maarif  işləri 
Sovet ideologiyasının böyük həssaslıqla  yanaşdığı bir iş sahəsi idi. Ona 
görə də bu istiqamətdəki quruculuq işləri ilə xüsusi peşə-ixtisas hazırlığı 
olan  adamların  məşğul  olmasına  böyük  siyasi  əhəmiyyət  verilirdi.  Bakı 
Mədəni-Maarif  texnikumu  da  məhz  bu  zərurətdən  yarandı.  Azərbaycan 
Xalq Komissarları Sovetinin 5 mart 1938-ci il tarixli qərarı ilə yaradılan 
bu  təhsil  ocağı  1938-ci  ilin  sentyabr  ayında  Bakı  şəhər  sovetinin 
kitabxanaçılıq məktəbi adı ilə fəaliyyətə başlayır (6, s.18).     
Fəaliyyət  göstərdiyi  dövrdə  onun  adı  bir  neçə  dəfə  dəyişsə  də, 
uzun  illər  profili  dəyişməmişdir.  stər  sovet  Azərbaycanında,  istərsə  də 
müstəqillik  əldə  etmiş  Azərbaycanımızda  kitabxana  və  klub 
şəbəkələrinin  inkişaf  edib  formalaşmasında  bu  təhsil  müəssisəsinin 
hazırladığı orta ixtisas təhsilli kadrların əvəzsiz rolu olmuşdur.  
Təkcə,  1920-1927-ci  illərdə  Respublikada  15  pedaqoji  texnikum 
açılır.  Bakıda  onların  sayı  xüsusilə  sürətlə  artır.  Rəssamlıq  texnikumu 
(1920),  Neft  texnikumu,  Sovet  Ticarət  texnikumu  (1921),  Bakı 
Məktəbəqədər  Pedaqoji  texnikumu  və  s.  tədris  müəssisələri  ixtisaslı 
kadrlar  hazırlayırlar.  1926-1927-ci  tədris  ilində  respublikada  artıq  39 


 
34 
pedaqoji, kənd təsərrüfatı, sənaye-texniki, sənaye-iqtisad, nəqliyyat, tibb, 
bədii və s. sahələr üzrə orta ixtisas təhsil ocaqları var idi. Bu məktəblərdə 
7,1  min  nəfər  təhsil  alırdı.  1930-cu  ildən  başlayaraq  ikinci  dərəcəli 
məktəblərin  yuxarı  siniflərinin  (8-9-cu  siniflərin)  ixtisas  texnikumlarına 
çevrilməsi  prosesinə  başlanılır.  Birinci  beşilliyin  sonu  (1920-1925-ci 
illər) üçün artıq respublikada 14,8 minə yaxın tələbə kontingentinə malik 
olan 85 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. Orta pillə üçün ixtisaslı 
kadrların  hazırlanmasında  əhəmiyyətli  rol  oynamış  bu  təhsil 
ocaqlarından hər birinin özünəməxsus inkişaf yolu, ömür tarixçəsi vardır. 
Onların  inkişaf  mərhələləri  Azərbaycanın  siyasi,  sosial-iqtisadi,  mədəni 
və təsərrüfat həyatının inkişaf mərhələlərini əks etdirir. 
Belə  orta  ixtisas  məktəblərindən  də  biri  70  ilə  yaxın  fəaliyyət 
göstərən Bakı Mədəni Maarif texnikumudur.  
Mədəni  quruculuğun  kitab  nəşri,  mətbuat,  kitabxanaçılıq  və  klub 
işi kimi vacib ideoloji sahələrinə sovet hökuməti xüsusi həssaslıqla yana-
şır.  1920-ci  ildən  başlayaraq  kağız  ehtiyatı  və  mətbəələrin  milliləş-
dirilməsinə başlanılır. Yeni dövlət nəşriyyatları yaranır.  
Kitabların  mövzu  və  mündəricəsi  yeni  quruluşun  tələblərinə 
uyğun  olaraq  dəyişdirilir.  lk  sovet  kitabları  dövrün  vacib  ideoloji 
məsələlərinə,  partiya  və  dövlət  sənədlərinə,  siyasətə,  xalq  təsərrüfatına, 
mədəni  quruculuq  məsələlərinə  həsr  olunmuş  kütləvi  nəşrlər  idi.  Eyni 
zamanda  kitab  nəşrinin  dinamik  inkişafında  nəzərə  çarpacaq  canlanma 
yaranır. Əgər 1920-ci ildə Azərbaycanda vur-tut 3 adda 63 min nüsxədə 
kitab  nəşr  olunmuşdursa,  1938-ci  ildə  artıq  ümumi  tiraj  həcmi  9774,0 
min nüsxəni təşkil edən 1030 adda kitab məhsulatı buraxılmışdı. (4, s.7). 
1923-cü  ildə  Azərbaycan  Dövlət  kitabxanasının,  1925-ci  ildə 
Azərbaycan  Dövlət  Kitab  Palatasının  açılması  Azərbaycanın  mədəni 
həyatında mühüm hadisə oldu.  
Mədəni  quruculuq  işində  mədəni-maarif  müəssisələrinin  təşkil 
edilməsi  dövrün  vacib  və  təxirəsalınmaz  vəzifələrindən  idi.  Kütləvi 
savadsızlığın  ləğvi,  əhali  arasında  siyasi-maarif  işinin  gücləndirilməsi 
üçün  mədəni-maarif  müəssisələri  mühüm  əhəmiyyətə  malik  idi.  Bunun 
üçün yerlərdə kitabxanalar, klublar, qırmızı çadrlar, qiraət komaları təşkil 
edilir,  mədəni-maarif  müəssisələrinin  geniş  şəbəkəsi  yaradılırdı.  Bütün 
bunlar  isə  bir  tərəfdən  sovet  hökumətinin  əhaliyə  göstərdiyi  qayğının 
təbliği idisə, digər tərəfdən sovet quruluşunun prinsiplərini müdafiə edən 
ideologiya  bazarlarının  yaradılması  idi.  Təkcə,  1921-ci  ildə  Bakıda  və 
onun  ətrafında  40  klub  açılmışdı.  1922-ci  ilin  sonuna  yaxın  isə  onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə