Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

 
50 
Günel  SƏFƏROVA  
Kitabxana resursları və informasiya axtarış sistemləri 
kafedrasının magistrantı 
 
MÜSTƏQ LLIK DÖVRÜNDƏ AMEA MEK-in FONDUNUN 
TƏŞK L  VƏ  DARƏ ED LMƏS  
 
Azərbaycanın  müstəqilliyi  şəraitində,  bir  sıra  sahələrdə  irəliləyiş 
olduğu kimi, xalqımızın mədəni, təhsil və elmi səviyyəsinin də yüksəl-
məsində  müşahidə  olunan  uğurlar  gözdən  qaçmamaqdadır.  Bu  tarixi 
dövr məhz informasiyalaşdırma əsrinə təsadüf etdiyindən kitabxanaların 
qarşısında cəmiyyətin elmə, biliyə olan tələbatını ödəmək, oxuculara da-
ha yüksək səviyyəli xidmət göstərmək kimi ümdə vəzifələri qoymuşdur.  
Kitabxanalar bəşəriyyətin mədəni elmi irsinin qoruyucusu, yaradı-
cısı və ən əsası müasir informasiya sistemi ilə birbaşa əlaqə yarada bilə-
cək mərkəz olmağa başlamışdır. Cəmiyyət gələcək kitabxanaları yalnız 
müxtəlif növ çap məhsullarının saxlayıcısı kimi deyil, həm də avtomat-
laşdırılmış    xidmət  komplekslərini  özündə  cəmləşdirən  informasiya 
müəssisəsi  kimi  görmək  istəyir.  Azərbaycan  kitabxana  şəbəkəsində 
AMEA  MEK  çox  əhəmiyyətli  və  əsas  yerlərdən  birini  tutur.  Buna  bir 
səbəb  də  Azərbaycan  Respublikası  Prezidentinin  4  yanvar  2003-cü  il 
tarixli fərmanı ilə təsdiq edilmiş AMEA nizamnaməsinin 5-ci maddəsi-
nin  54-cü  bəndinə  əsasən  Mərkəzi  Elmi  Kitabxananın  elmi  status 
almasıdır.(4,2003-cü il, s.2) Bundan əlavə Azərbaycan Respublikasının 
Prezidenti  cənab  lham  Əliyevin  Azərbaycanda  kitabxanaların  fəaliy-
yətinin  yaxşılaşdırılması  haqqında  imzaladığı  sərəncamda  AMEA-nın 
MEK-a  dünya  standartlarına  cavab  verən  yeni  binanın  tikilməsi,  bu  və 
digər  kitabxanaların  modernləşdirilməsi,  müasir  informasiya  texnolo-
giyaları ilə təmin edilməsi və maddi texniki bazasının möhkəmləndiril-
məsi kimi əhəmiyyətli məsələlər öz əksini tapıb. Hazırki dövrdə MEK-ı  
nəinki akademiya, hətta, dünya və ölkə səviyyəsində elmi informasiya, 
kitabxana  biblioqrafiya  və  sosial  mədəni  funksiyaları  yerinə  yetirəcək 
müasir informasiya mərkəzinə çevirmək üçün bir imkan yaranmışdır.  
Kitabxana Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haq-
verdiyev,  T.Şahbazi  və  başqalarının  təşəbbüsü  və  yaxından  köməyi  ilə 
Azərbaycanın  tarixini,  təbii  sərvətlərini,  incəsənətini  və  s.  öyrənmək 
məqsədi ilə 1923-cü ildə təşkil edilmiş “Azərbaycanı Tədqiq və Tətəbbö 
Cəmiyyəti”nin əsasında 1925-ci ildə  yaradılmışdır. Kitabxana  yaranan-


 
51 
dan  fondun  da  təməli  qoyulmuşdur.  Hər  bir  ictimai  siyasi  müəssisənin 
əsasını təşkil edən bir sistem olduğu kimi kitabxananın da əsasını fond 
təşkil  edir.  MEK  fondları  kitabxana  kollektoru,  kitab  ticarəti  müəs-
sisələri,  nəşriyyat  orqanları,  poliqrafiya  müəssisələri,  abunə,  məcburi 
nüsxə,  beynəlxalq  kitab  mübadiləsi  və  hədiyyələr  yolu  ilə  komplekt-
ləşdirilir. Azərbaycan,  rus, türk, fars, ərəb, ingilis, alman, fransız və b. 
dillərdə olan kitabların xronologiyası böyük bir dövrü əhatə etdiyindən 
AMEA MEK fondu çox zəngindir. 
Kitabxananın fondları əsas, ixtisaslaşdırılmış və yardımçı  fondlar-
dan  ibarətdir  (1,  s.6-7).  Əsas  fondun  tərkibinə  Azərbaycan,  rus,  qərbi 
avropa  dillərində  kitab  fondları,  Sovet  dövrünə  qədərki  dövri  mətbuat 
fondu,  görkəmli  alimlərin  şəxsi  kolleksiyaları  dissertasiya  və 
avtoreferatlar fondları, dövri və nəşri davam edən ədəbiyyat fondu, foto-
sənədlər fondu, qəzetlər fondu və s. daxildir.  xtisaslaşdırılmış  fondlara 
şərq dillərində ədəbiyyat fondu, nadir və qiymətli nəşrlər fondu,  məlu-
mat biblioqrafiya ədəbiyyat fondu daxildir. Yardımçı fondlar –kitabxa-
nanın  ümumi  və  dövri  mətbuat  zallarında  açıq  rəf  üsulu  ilə  oxucuların 
istifadəsinə  verilmiş  ədəbiyyat  fondlarıdır.  Azərbaycan  dilində  ədəbiy-
yat  fondu,  Azərbaycan  ədəbiyyatı  fondu,  Azərbaycan  ədəbiyyatı  klas-
siklərinin  əsərlərindən,  xarici  ölkə  klassiklərinin  tərcümələrindən  iba-
rətdir. Bundan əlavə, Azərbaycan tarixinə, ədəbiyyatına və incəsənətinə 
aid elmi-tədqiqat əsərləri, müxtəlif lüğətlər, məlumat kitabları fondun ən 
qiymətli hissəsidir. 
1998-ci  ildə  yeni  yaranmış  nadir  nəşrlər  şöbəsinin  (9  min)  fondu 
əsas  fondun  ədəbiyyatından  seçilmişdi.  Nadir  nəşrlər  bölməsinə  elmi 
əhəmiyyətinə,  nəşr  tarixinə  görə  qiymətli  sayılan  nümunələr  daxildir. 
Nadir nüsxələr 3 minə yaxın rus dilində, 500 nüsxə Azərbaycan dilində, 
500  nüsxə  xarici  dillərdə  ədəbiyyat,  ensiklopedik  materiallardan  və  s. 
ibarətdi. 
Şərq  ədəbiyyatı  fondu  yaranarkən  onun  tərkibində  şərq  dillərində 
cəmi 300 nüsxə ədəbiyyat toplanmışdır. Həmin dövrdə bu fondun xeyli 
hissəsini ərəb, fars və türk dillərində olan kitab, jurnal və qəzetlər təşkil 
edirdi.  Hazırda  fond  əsasən  şərq  ölkələrindən  mübadilə  yolu  ilə  alınan 
ədəbiyyatla zənginləşdirilib. 
Kitabxana  fondunun  komplektləşdirilməsi,  təşkili  bilavasitə  onun 
idarə  edilməsi  ilə  üzvi  surətdə  bağlıdır.  Oxucu  tələbatının,  sorğusunun 
artması,  peşə  ixtisas  təhsil  dairəsinin  genişlənməsi  komplektləşdirmə 
prosesində  idarəetmə  məsələlərinin  yüksəldilməsinə  ciddi  təsir  göstə-


 
52 
rir.(3, s.48) AMEA MEK fondunun komplektləşdirilməsi ənənəvi üsulla 
və internet vasitəsi ilə həyata keçirilir. Ənənəvi üsul deyərkən nəşriyyat-
ların  işini  xüsusi  qeyd  etmək  yerinə  düşər.  Müasir  dövrdə  komplekt-
ləşdirmə şöbəsi MEK-ın kitab fondunun formalaşmasını aşağıdakı üsul-
larla təmin edir: 
1.
  Kitab  fondunun  sistematik  yeni  ədəbiyyatla  operativ  təmin 
olunması; 
2.
  Əlavə  komplektləşdirmə-  az  nüsxədə  olan  və  ya  tələb  olunan 
köhnə ədəbiyyatla zənginləşdirilməsi;  
3.
  Dövri nəşrlərin komplektləşdirilməsi. 
Dövrləri  xronoloji  ardıcıllıqla  müqayisə  edərkən  1991-ci  ildən  bu 
günə kimi  bir sıra  dəyişikliklərin şahidi  oluruq. Bu gün kitabxanalarda 
qazanılan nailiyyətin əsası həmin dövrdə, yeni müstəqillik qazandığımız 
ilk illərdə  qoyulmuşdur. 1991-ci ildə kitabsaxlama şöbəsi rus  və Azər-
baycan dilləri üzrə 31562 nüsxə kitab və jurnal qəbul etmişdir.  l ərzin-
də oxucular 113500 kitab və eləcə də 25000 nüsxə jurnallardan, bununla 
yanaşı,  162000  qəzetdən  istifadə  etmişdir.  Bu  illə  müqayisədə  2001-ci 
ildə  95950  nüsxə  kitab  və  jurnal,  116540  qəzet  oxucuların  istifadəsinə 
verilmişdir.  Əvvəlki  illərə  nisbətən  2001-ci  ildə  sərgilərin  çox  təşkil 
edilməsi ilə əlaqədar olaraq daxildə 21440 nüsxə kitab və jurnaldan isti-
fadə edilmişdir. Bir ildə kitabxanaya daxil və xaric olunmuş qəzet, jur-
nal  və  kitablar  haqqında  kartoçkalarda  qeydiyyat  aparılmışdır.  Kitab-
xana  həmin  ildə  aşağıdakı  nəşriyyatlar  vasitəsi  ilə  komplektləşdiril-
mişdir: Azərnəşr, Yazıçı, Ayna, Gənclik, Qanun. 
Beynəlxalq  kitab  mübadiləsi  kitabxanalararası  əlaqələrin  bərpası 
və  genişləndirilməsində  elmi  məlumatların  yayılmasında    və  istifadə 
olunmasında əsas yerlərdən birini tutur. Kitabxana 2001-ci ildə Ukrayna 
(1180  jurnal,  102  kitab),  Belarusiya  (27  nüsxə  ədəbiyyat),  Qazaxıstan 
(19  nüsxə  ədəbiyyat),  Litva  (13  nüsxə),  Türkiyə  (6  nüsxə)  və  başqa 
ölkələrdən  kitablar  və  dövri  mətbuat  qəbul  etmişdir  (4,  2001-ci  il  s.2).  
2003-cü ildə kitabxananın fondu, əsasən, hədiyyə,  yeni nəşriyyatlardan 
alınan  məcburi nüsxələr və əlavə komplektləşdirmə  yolu ilə zənginləş-
dirilmişdir.  Hədiyyə  edilmiş  kitablar  məşhur  şair  və  yazıçılarımızın  öz 
əsərlərindən,  siyasi  xadimlərin  şəxsi  kolleksiyalarından  və  bəzi  təş-
kilatların ədəbiyyatlarından ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbay-
can Respublikasının Prezidenti  lham Əliyevin Azərbaycan dilində latın 
qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında  12  yanvar 
2004-cü il tarixli sərəncamı ilə nəşr olunub, ölkə kitabxanalarına hədiy-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə