23
keyfiyyəti və böyüklüyü isə kitabxananın sonrakı fəaliyyətini şərtləndi-
rir.
1960-cı illərdə yeni informasiya texnologiyalarının meydana
gəlməsi və sürətlə tətbiqi nəticəsində kitabxana fondları və bütövlükdə
kitabxanalar üzərində ciddi təhlükə yarandı. nformasiyanın telekommu-
nikasiya vasitələri ilə ötürülməsi imkanı, qeyri-ənənəvi sənədlərin inki-
şafı “kitablarsız kitabxana” konsepsiyasını ortaya çıxardı ki, bu da son-
radan “kitablarsız, oxucularsız, kitabxanaçılarsız kitabxana” iddiasına
qədər yüksəldi. Zamanın yeni çağırışına bir çox kitabxanaçılar çap yara-
dıcılığı ilə işləməyin prinsipial xüsusiyyəti və sənəd növü olaraq kitabın
üstünlüklərini əldə əsas tutaraq kitabxanaları kompüterləşmədən kənar-
da qoymaq cəhdi ilə cavab verdilər.
Bunun nəticəsi olaraq kitabxanalara alternativ sənəd-kommunika-
siya institutları meydana çıxdı. Yeni yaradılmış informatika elminin nə-
zəriyyəçiləri kitabxanaşünaslığın arxaikliyini sübut etməyə çalışırdılar.
nkişaf etmiş ölkələrdə isə, xüsusən ABŞ-da bu cür kəskin kon-
frontasiya yox idi, diskussiyalar kitabxanaşünasların öz aralarında aparı-
lırdı. Onlar yeni informasiya texnologiyalarının üstünlüklərini yetərincə
tez qiymətləndirərək, onları səylə tətbiq etməyə başladılar, nəzəri səviy-
yədə isə inteqral kitabxana-informasiya elmi anlayışını işləyib hazır-
ladılar.
Sovet kitabxanaşünaslığında, xüsusən fondşünaslığında isə vəziy-
yət daha dramatik şəkildə inkişaf edirdi. Fondşünaslar informatiklərin
tənqidlərindən konstruktiv nəticələr çıxardılar. Bu, hər şeydən əvvəl
fondyaradıcı element haqqında təsəvvürlərin genişlənməsinə aid idi.
Onlar 1970-ci illərdən başlayaraq kitabxanaşünaslığın predmeti və
obyekti haqqında müzakirələrin gedişində sənəd anlayışını qəbul
edərək, onu həm termin dövriyyəsinə, həm də ümumi kitabxanaşünaslıq
leksikasına daxil etdilər.
Məlum olduğu kimi, kitabxana fondşünaslığında fondların
formalaşma sisteminə aşağıdakı prosesləri daxil etmək qəbul edilmişdir:
1) Fondun modelləşdirilməsi;
2) Fondun komplektləşdirilməsi; 3) Fonda daxil olan və ya çıxarı-
lan sənədlərin uçotu; 4) Sənədlərin xüsusi işlənməsi; 5) Sənədlərin fond-
da yerləşdirilməsi; 6) Fondun düzülüşü; 7) Onun qorunmasının təşkili;
8) Fondun istifadə edilməsi; 9) Fondun idarə edilməsi və s.
Bu zaman fondun idarə olunması başlıca yer tutur. O, iki aspekti
özündə birləşdirir:
24
1) Fondun formalaşmasının və inkişafının idarə olunması (həcmin-
də, tematikasında, dolğunluğunda və s.-də əks olunur);
2) Fondun istifadəsinin idarə olunması (kitab verilişi, sorğu, rədd
cavabı, uyğunluq indeksi, sitat-analiz və s.-də əks olunur).
Beləliklə, fondun idarə olunması onun formalaşması strategiyası-
nın müəyyənləşdirilməsini, həmçinin onun inkişafı və istifadəsinə uçot
və nəzarət olunmasını əks etdirir (7).
1990-cı illərdə fondun formalaşması məsələlərinə dair silsilə mə-
qalələr nəşr olunur. Bu məqalələrdə əsas diqqət aşağıdakı problemlərə
ayrılırdı: prioritet oxucu kateqoriyalarının informasiya tələbatlarının
dolğun və operativ təmin olunması; fondun nüvəsinin formalaşması və
fonda daxil etmək üçün sənədlərin seçim və qiymətlilik kriteriyalarının
müəyyənləşdirilməsi; komplektləşdirmə proseslərinin avtomatlaşdırıl-
ması (naşir və kitab ticarəti təşkilatlarının verilənlər bazasının yaradıl-
ması, perspektiv və cari informasiya əsasında ədəbiyyat sifarişlərinin
verilməsi); termin sisteminin işlənməsi; komplektləşdirmə prosesində
kitabxanaçının rolu və s.
Bu gün fondların formalaşması ilə bağlı kitabxanaların qarşısında
bir çox əngəllər dayanır: kəskin maliyyə çatışmazlığı, daxilolmaların hə-
cminin azaldılması üçün texnoloji hazırlıqsızlıq, komplektləşdirmə üsul
və metodlarının konservativliyi, əməyin qeyri-mükəmməl təşkili, milli
depozitar mühafizə sisteminin dağılması, nəhəng milli kitabxanaların
fondlarına yeni daxilolmaların natamamlığı, buraxılışa hazırlanan və ye-
ni nəşr olunmuş ədəbiyyatlar haqqında tam və dolğun informasiyanın
olmaması, məcburi pulsuz nüsxələrdə boşluqların mövcudluğu və s.
(11)
Ə
DƏB YYAT
Azərbaycan dilində
1.
Əliyev A. Kitabxana fondunun formalaşmasının yeni prinsip-
ləri və onlara müasir baxışlar // Kitabxanaşünaslıq və biblioqrafiya:
Elmi-nəzəri və təcrübi jurnal.- 2001, № 2 (9).- 56-66
2.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik: (üç hissədə).
B., 2001.- 798 s.
3.
Həsənov M. Kitabxana fondunun yaranması, formalaşması və
idarə edilməsi: Dərs vəsaiti.- B.: BDU, 2004.- 143 s.
25
Rus dilində
4.
Библиотечные фонды: Учебник для библ. фак. ин-тов
культуры
, пед. ин-тов и ун-тов / Ю.Н. Столяров и др. М.: Книга,
1979. С. 27—33.
5.
Васильченко Н.П. Формирование библиотечных фондов //
Научные
и технические библиотеки 1996. № 5. С. 22—28;
6.
Григорьев Ю.В. Теоретические основы формирования
библиотечных
фондов: Уч. пособие. М.: Книга, 1973. С. 47.
7.
Жданова Т.А. Проблематика научных исследований в
области
формирования фондов библиотек: некоторые акценты //
Научные
и технические библиотеки 1999. № 6. С. 3—14
8.
Пилко И.С. Формирование библиотечного фонда: о тер-
минологии
и технологии // Научные и технические библиотеки
1997. № 10. С. 16-25.
9.
Столяров Ю.Н. Библиотечный фонд: Учебник для библ.
фак
. ин-тов культуры, ун-тов и пед. вузов. М.: Кн. палата, 1991.
271 с.
10.
Столяров Ю.Н. Сто лет библиотечного фондоведения. //
Научные
и технические библиотеки .- 2001.- №6.- C 16-46
11.
Шилов В.В., Эйдемиллер И.В., Тихонова О.В. и др.
Проблемы
формирования фондов на современном этапе //
Библиотековедение
. 1996.- № 3.-С.65-
78.
С
.А.ХАЛАФОВА
ФОРМИРОВАНИЕ
БИБЛИОТЕЧНОГО ФОНДА: ИДЕЯ,
ПОНЯТИЕ
И РАЗВИТИЕ
РЕЗЮМЕ
В статье рассказывается о возникновении идеи формирования,
понятии и развитии библиотечных фондов, новшества, внесенные
выдающимся
представителем
библиотечного
фондоведения
Ю.В.Григорьевым в эту область, комментарии по отношению к
Григорьеву его продолжателями и существующие проблемы фон-
доведения.
Dostları ilə paylaş: |