Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə12/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

Ələsgər Mirzəzadə 
 
46
onların müqəddəsliyindən xəbər verir. Onlar Zərdüştlüyün 
qəbilə mənsubiyyətinə aiddir. İt, qəbilə və müqəddəs odun 
qoruyucusu  olduğuna  görə,  xoruz  isə  səhərin  açılmasını  – 
işığın  zülməti  üstələməsini,  qəbilələrin  təsərrüfat  işlərinə 
tələsmək lazım olduğunu xəbər verdiyinə görə müqəddəs 
sayılmışdır.  Bu  da  atəşpərəstliyin  həmin  ərazilərdə  geniş 
fəaliyyətini  sübutlandıran  faktlardan  biridir.  Ərazilərdən 
tapılan cürbəcür boyalı və şirli qab nümunələri, iri həcmli 
(1,87 x 0,68 m) saxsı qablar, tunc qılınclar, xəncərlər, döyüş 
yabaları,  cürbəcür  həvəngdəstələr,  zoomorflar  və  s. 
(Uzuntəpə  maddi-mədəniyyət  nümunələri)  müəmmalı 
şəhərin  izlərindən  xəbər  verir.  Uzuntəpə  ərazisində  eyni 
zamanda, yüksək mənsəbli şəxslərin basdırıldığı bir neçə 
kurqan da aşkarlanıb.   
  Bu gün kurqanların, tarixi təpələrin dağılmaq təhlü-
kəsi var. Bunların qarşısını almaq məqsədilə həmin ərazi-
lərə  ayrı-ayrı  vaxtlarda  AMEA-nın  Tarix  və  Etnoqrafiya 
institutunun elmi əməkdaşları arxeoloq dr. T. Axundovu, 
arxeoloq  A.Ələkbərovu  və  arxeoloq  A.  Ağalarzadəni 
dəvət  etdik.  Həmin  ərazilərə  baxış  keçirildi.  Kəşfiyyat  – 
tədqiqat  işləri  aparan  alimlərin  fikirlərinə  görə  “bu  tarixi 
təpələr  və  ərazilər  Azərbaycan  tarixi  üçün  çox  qiymətli 
mənbədir. Görünür, bu ərazilər həm antik, həm ilkin, həm 
də  sonrakı  orta  əsrlər  dövrünün  yaşayış  məskəni  olub.  Bu 
“ayağa  dolaşan”  məişət  əşyaları,  mədəniyyət  nümunələri 
buranın  nəinki  xırda  yaşayış  məskəni,  hətta  şəhər  tipli 
olmasından xəbər verir”. Onların dediyinə görə, bu yer çox 
ciddi  surətdə  araşdırılmalı  və  qazıntı  işləri  aparılmalıdır. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
47
Çox  təəssüf  ki,  bu  cür  tarixi  abidələr  qorunmaq  əvəzinə, 
müəmmalı şəkildə dağıdılır və məhv olub gedir.   
  Ümumiyyətlə,  Muğan  şəhərinin  yeri  ilə  bağlı  istər 
mənim,  istərsə  də  tarixçi  həmkarlarımın  gəldiyi  qənaət 
tam  dəqiq  olmasa  da,  amma  həqiqətə  uyğundur.  Araş-
dırdığım  mənbələr,  o  cümlədən  mülahizələrim  məni  bu 
qənaətə gəlməyə vadar edir. İnanıram ki, elmi mərkəzlər, 
mütəxəssislər,  arxeoloqlar  nə  vaxtsa  Muğan  haqqında 
əsaslı  tədqiqatlar  apararaq,  Muğan  şəhərinin  dəqiq  yeri 
haqqında məlumat əldə edəcək, öz fikirlərini bildirəcəklər. 
   
Orta əsr Muğan şəhərləri   
haqqında 
   
  Muğan  şəhərinin  orta  əsr  şəhərlərindən  biri  də 
Bəcrəvan  şəhər-qalası  olmuşdur.  Bu  şəhər  V-VII  əsrə  aid 
xəritələrdə  Baqavan,  VIII-IX  əsr  xəritələrində  Badjravan 
kimi  qeyd  edilmişdir.  Ərəb  tarixçisi  əl-İstəxri  Bəcrəvan 
şəhərini  Azərbaycanın  Təbriz,  Bərzənd,  Muğan  və  digər 
şəhərləri ilə bərabər sayaraq qeyd edir ki, Bəcrəvan şəhəri 
böyüklüyünə  görə  yuxarıda  adları  çəkilən  şəhərlərə 
bənzəyir.   
  A.A.Bakıxanov  “Gülüstani-İrəm”  əsərində  qədim 
mənbələrə əsaslanaraq,  Muğanda olan  bir  çox şəhərlərin, 
o cümlədən Həməşərə, Bərzənd, Bəcrəvan və digərlərinin 
adlarını  çəkir.  Muğanda  iki  Bəcrəvan  tarix  səhnəsinə 
çıxmışdır. Biri Güneydə, vaxtilə Ucarud adlanan mahalda, 
Xoruzlu dağının ətəyində böyük bir şəhər olmuş (Səid Əli 
Kazımbəyoğlu “Cəvahirnameyi-Lənkəran”, səh: 38-39) və 


Ələsgər Mirzəzadə 
 
48
hal-hazırda  xarabalıqları  qalmış,  digəri  isə  Cəlilabad 
rayonunun  indiki  Bəcrəvan  (Böyük  Bəcirəvan,  Kiçik 
Bəcirəvan)  kəndidir  ki,  Göytəpə  çayı  sahilində  yerləşir. 
Tədqiqat  və  araşdırmalar  burada  da  şəhər  qalıqlarının 
olduğunu gündəmə gətirir. 
  Əhməd  ibn-Asam  əl-Kufi  “Müharibələrin  tarixi” 
əsərində  xəbər  verir  ki,  “739-cu  ildə  Səid  ibn  Həşərə 
özünün etibar etdiyi adamlarını çağırıb Bəcrəvan qalasını 
qorumağı, qalanın qapılarını bağlamağı əmr edir. Özü isə 
çoxlu ordu (58 min nəfər) ilə Xəzərlərə qarşı hücuma keçir, 
döyüşdə qalib gəlir. Əldə etdiyi qəniməti Bəcrəvana gətirir.   
  Bunlarla  yanaşı  Muğan  vilayətinin  Varsan,  Mahmu-
dabad,  Bərzənd,  Şəhriyar  kimi  iri  şəhərləri  orta  əsr  mən-
bələrində tarixə düşmüş və xəritələrdə öz əksini tapmışdır.   
  İlk orta əsr şəhəri olan Şəhriyar (Biləsuvar rayonu əra-
zisində,  Muğan  düzündə)  ərəblərin  Azərbaycana  hücumu 
zamanı  işğal  edilmiş,  sonralar  burada  həyat  sönmüşdür. 
Şəhər,  öz  yerində  ilkin  quruluşu  olduğu  kimi  qalmışdır. 
Şəhərin qala divarları 39 ha. ərazini əhatə etmişdir. Şəhər 
kvadrat  planda  tikilmişdir.  Hər  divarın  orta  hissəsində 
darvaza  olmuşdur.  Darvazalardan  şəhərə  gedən  küçələr 
mərkəzdə,  feodalın  qəsri  yerləşən  yerdə  qovuşaraq,  bu 
şəhəri 4 bərabər hissəyə bölmüşdür (S.Aşurbəyli, “Şirvan-
şahlar dövləti”).   
  Arxeoloji  qazıntı  işlərində  aydın  olmuşdur  ki,  Muğan 
düzlərində  ilk  orta  əsrlərdə  şəhərlərin  qala  divarlarının 
tikintisində ən çox torpaqdan köbər (dik) tökmə üsulundan, 
çiy  kərpic  hörgüsü  və  möhrədən  istifadə  olunmuşdur. 
Bişmiş kərpic ilk orta əsrlərdə hələ az tətbiq olunurdu.   


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
49
  Şəhər  yeri  ərazisindən  kəşfiyyat  xarakterli  axtarış 
zamanı anqoblanmış şirsiz saxsıdan qazan qapağı, səhəng 
tipli qab, gen boğazlı saxsı qab, kasa, küpə və s. qırıqları 
tapılmışdır.  Şəhriyar  şəhər  yeri  sahəsinin  böyüklüyünə, 
planına,  bürclərin  coğrafi  cəhətlərinə  görə  Beyləqana 
(Ürənqala) oxşardır (bax: ASE, X cild, səh.526 ).   
  Biləsuvar rayonu ərazisində Şəhriyar şəhər-qalası ilə 
yanaşı,  Köhnə  Ağdam,  Yeni  Ağdam  qalalarının,  Nərgiz 
təpəsinin qalıqları da bu gün mövcuddur.   
  A.A.Bakıxanov  Mahmudabadın  “dəniz  kənarında, 
Kür  çayının  iki  qolu”  arasında  olduğunu  göstərmişdir. 
Tədqiqatçıların bir qisminin fikrincə Mahmudabad indiki 
Masallı  rayonu  ərazisində  olub.  Lakin  aparılan  növbəti 
tədqiqatlar Bakı-Salyan avtomobil yolunun 115 kilometrli-
yində  “Qırx  çıraq”  adlanan  yerdə  arxeoloji  axtarışlar 
zamanı (1978-ci il) aşkar edilən yaşayış yerinin (sah.16 kv. 
km) Mahmudabad şəhər yerinin qalıqları olduğu ehtimal 
edilir (ASE, VI c. səh. 395).   
  Karvan  yolları  qovşağında  yerləşən  Mahmudabad 
Güştasfu mahalının sənətkarlıq və ticarət mərkəzi olmuş-
dur.  1394-cü  ildə  Əmir  Teymurun,  1468-69-cu  illərdə 
Ağqoyunlu  Uzun  Həsənlə  müharibəyə  hazırlaşan  Tey-
muri hökmdarı  Əbu Səidin  (Mahmudabad vuruşması bu 
zaman  baş  vermişdi),  1500-cü  ildə  isə  I  Şah  İsmayılın 
qoşunları  Mahmudabad  yaxınlığında  qışlamışdı.  1555-ci 
ildə  Mahmudabadın  hakimi  Şərəfxan  Bidlisi  idi.  Mah-
mudabad  zərbxanasında  Şirvanşahlar  adından  pul  kəsil-
diyi də tarixdən məlumdur. XVII-XVIII əsrlərdə feodal ara 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə