Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma
51
Orta əsrlərdə
ictimai- siyasi həyat
Əvvələrdə yazdığımız kimi Azərbaycanın əlverişli
təbii-coğrafi şəraiti, o cümlədən tarixi inkişafın xüsusiy-
yətləri nəinki erkən orta əsrlərdə, hətta sonrakı dövrlərdə
də işğalçı tiranları, o cümlədən onların özləri ilə köç kimi
gətirdikləri qəbilə, tayfa və nəsillərini də bu gözəl guşəyə
cəlb etmişdi.
III-IX əsrlərdə Sasani və ərəblərin işğalı və köçürmə
siyasəti, V-XII əsrlərdə oğuz-türk tayfalarının Azərbaycan
torpaqlarında yerdəyişməsi, XIII-XIV əsrlərdə monqol--
türk köçləri, XV-XVI əsrlərdə qaraqoyunlu, ağqoyunlu və
qızılbaşlar, XVII-XIX əsrlərdə isə şahsevənlərlə bağlı yeni
türk etnonimlərinin meydana çıxması Azərbaycanın etnik
xəritəsində bəzi dəyişikliklər yaradır.
***
Hələ monqolların Azərbaycanı işğal etdikləri zaman
onların diqqət mərkəzində olan ərazilərdən biri də Muğan
idi. Monqol yürüşləri və idarəçiliyi dövründə Azərbay-
cana yeni köç axınları baş verdi. Köçüb gələnləri monqol--
türk qəbilələri adlandırırdılar. Bir sıra
tədqiqatlara görə bu
dövrdə köçürülənlərin sayının 1,5, hətta 2 milyona çatdığı
güman edilir. M.Baharlı Azərbaycanın təbii-coğrafi və
etnik tərkibindən bəhs edərkən göstərir ki, “XIII əsrin
ortalarında İranda hakimiyyət monqollardan olan
Elxanilərə keçdikdə, Hülakü xan öz mövqeyini möhkəm-
ləndirmək üçün 200 min türk ailəsini köçürüb İranda