Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

Ələsgər Mirzəzadə 
 
38
genişlənir.  Bu  günkü  Azərbaycan  əraziləri,  o  cümlədən 
Muğan  düzü  də  Göytürk  tayfalarının  otlaq  və  yaşayış 
məskənlərinə çevrilir. 
  Bu  günkü  Muğanın  toponimikası  mük,  muq,  muğ, 
maq  və  başqa  adlara  gedib  çıxırsa,  adı  Muğan  olan  türk 
xaqanı haqqında da düşünmək lazımdır. Bəlkə bu xaqanın 
vaxtında  və  yaxud  ondan  sonrakı  dövrlərdə  yaylağı  və 
qışlağı  olan  Muğan  düzü  onların  daimi  məskəni  olaraq, 
elə Muğan xaqanın adı ilə Muğan adlandırılmışdır? Alim-
lərimizin və tədqiqatçılarımızın bu fikrə olan münasibətini 
bilmək istərdik.   
  Muğan  düzündə  qədimlərdə  bir  neçə  tayfaların 
yaşaması tarixdən bizə məlumdur. Ön və orta Asiyada baş 
verən  iqtisadi,  siyasi  ab-hava  və  bu  hadisələrin  nəticəsi 
kimi şimali və cənubi Qafqazda etnik dəyişikliklər ərazidə 
müxtəlif tayfaların məskunlaşmasına səbəb olurdu. Bunlar 
əsasən, irandilli, qafqazdilli və türkdilli xalqlar idi. Mənim 
qənaətimə görə,  qədim dövrlərdə Muğanın  bir  sıra  topo-
nimləri  irandilli  (farsdilli  yox!),  bir  çox  toponimləri  isə 
yerdəyişmələr  nəticəsində  türk  və  qafqazdilli  leksikaya 
mənsub olmuşlar. Mənbələrin təhlili göstərir ki, Sasanilər 
dövründə  imperiyanın  vilayətlərindən  biri  olan  Alba-
niyadan  fərqli  olaraq  özünün  müstəqil  inzibati–idarə 
sistemi  olmayan  Adurbadaqanın  ərazisi  əsasən  türkdilli 
və irandilli tayfalarla məskunlaşmışdı. Əhalinin bir hissəsi 
İran  dilləri  qrupunun  ləhcə  və  dialektlərində  danışsa  da, 
həmin dil qruplarından olan hakim orta fars-pəhləvi dili ge-
niş xalq kütlələrinin danışıq dili ola bilməmiş, yalnız kargü-
zarlıqda işlədilmiş və ancaq hakim təbəqənin dili olmuşdur. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
39
  X  əsrin  sonlarında  Azərbaycanda  olmuş  əl-Müqəddəsi 
Azərbaycan  əhalisinin  bir  hissəsinin  danışdığı  dilin  İran 
dilləri qrupuna (fars-pəhləvi dillər qrupuna yox!-Ə.M) daxil 
olduğunu  etiraz  etməsə  də,  onun  çətin  anlaşıldığını,  bəzi 
sözlərin isə xorasanlılarkına oxşadığını təsdiq edir. Bu türk 
dili  idi.  Əl-Müqəddəsi  bu  fikri  söyləyərkən  Səlcuqlular 
dövləti  hələ  yox  idi.  Yəni  bu,  onu  sübut  edir  ki,  səlcuq-
lulardan çox-çox əvvəl Azərbaycanda – Muğanda türklər 
yaşamışlar. Ərəb alimi əl-Cahiz təsdiq edir ki, “türklər və 
xorasanlılar  mahiyyətcə  eyni  xalqdır,  oxşar  xasiyyətə 
malikdirlər,  özləri  də  bir  hüdudda  yaşayırlar”.  Tarixdən 
məlumdur  ki,  XI  əsrdə  Xorasan  oğuz  Səlcuq  türklərinin 
məskəni  olmus,  imperiya  olaraq  mövcud  olduğu 
müddətdə  Nişapuru,  Reyi,  İsfahani,  Həmədani  özlərinin 
paytaxtları seçmişlər.   
  Görkəmli  tarixçi  alim  Sara  Aşurbəyli  Muğan  haq-
qında  fikirlərini  ərəb  müəlliflərinə  istinad  edərək  belə 
ifadə  edir:  “Muğan  əyalətində  körfəzdən  aralı  maqların 
yaşadığı  böyük  bir  kənd  var  idi...  Burada  qədim  maqlar 
yaşamış, Sasanilər dövründə və daha əvvəl onların arasın-
da kahinlər təbəqəsi yaranmışdı. Muğan sözü bir çox şərq, 
o  cümlədən  Muğan  düzü,  Muğan  şəhəri  toponimik 
terminlərinin əsasını təşkil edir” (S.Aşurbəyli, “Şirvanşah-
lar dövləti”, səh.26).   
  Mənbə və xəritələrə əsasən, Muğan düzünün müəy-
yən  dövrlərdə  Kaspilər-Kaspiana,  Balasakan,  Paytakaran 
vilayətləri adlanması məlumdur. 
  Kaspilər  Qafqaz  Albaniyasının  cənub-şərq  və  Atro-
patenanın  Xəzər  sahilində  (Muğan  düzü)  yaşamış  tayfa-


Ələsgər Mirzəzadə 
 
40
lardan biri olmuşdur. İlk dəfə bu ada Herоdotun “Tarix” 
əsərində  rast  gəlinir.  Məşğuliyyətləri  əsasən  maldarlıq, 
balıqçılıq  və  toxuculuq  olmuşdur,  o  cümlədən  hərbi  işi 
sevmiş, döyüşkən xalq kimi tarixə düşmüşlər. Onlar Ma-
kedoniyalı İsgəndərin qoşunlarına qarşı döyüşlərdə iştirak 
etmişlər.  Kaspiana,  Kaspi  dənizi  və  Kaspi  keçidi  adı  da 
kaspilərlə əlaqədardır. E.ə. II-I əsrlərdə tarixi Albaniya və 
Atropatenanın tərkibində bir neçə əlavə tayfaları özlərinə 
birləşdirməklə  Kaspiana  adlanmışlar.  Şərqi  Avropanın 
cənubunu Yaxın Şərq ölkələri ilə birləşdirən ticarət karvan 
yolu da Kaspiana ərazisindən keçmişdir. Kaspilər Midiya 
şahlığı dövründə – e. ə. VII-əsrin 2-ci yarısı - e.ə.VI əsrin 
ortalarında  Muğan  düzü  də  daxil  olmaqla  Xəzərsahili 
boyu böyük bir əraziyə malik olmuşlar. Bu dövrdə Azər-
baycanin cənubu, o cümlədən Muğan vilayəti Midiya şa-
hlığından, sonra isə Əhəməni şahlığından (e.ə.VI - IVəsr) 
asılı vəziyyətdə idi. 
  Balasakan adı III əsrdən, Sasani hökmdarı I Şapurun 
kitabələrindən məlum olub. Balasakan toponiminin birinci 
komponenti – “bala”, yaxud “bağa” –Allah, səcdəgah, ikin-
ci  kompanenti  -  “sakan”  isə  fars  dilində  cəm  halda  “sa-
klar”(tayfa) deməkdir. Balasakan sakların Allahı, səcdəgahı 
mənasını bildirir. 
  Aparılan  araşdırmalar  da  sübut  edib  ki,  Balasakan--
Muğan vilayəti dinin, Zərdüştlüyün ibadət mərkəzi olmuş-
dur.  Digər  mənbələr  Balasakanı  “Sakların  düzü”  adlan-
dırmışdır.  S.Aşurbəyliyə  görə,  erməni  və  alban  mənbə-
lərində  “Balasakan  çölü”  toponiminin  adı  çəkilir.  Mənası 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
41
“sakların allahının çölü” demək olan Dəşti-Balasakan Mu-
ğan çölündə yerləşdirilir.   
  Paytakaran  isə  bir  vilayət  olmaqla,  erkən  orta  əsr-
lərdə Muğanın da bir hissəsini öz ağuşuna alıb. Əl-Məsu-
diyə görə IV-V əsrlərdə Abşeron yarımadası, Şirvanın Xə-
zərsahili  boyunca  cənub-şərq hissəsi  və Muğanın  bir  his-
səsi (şimal-şərq) Paytakaran əyalətinə daxil idi. S.Aşurbəy-
liyə  görə  Paytakaran  2  komponentdən  ibarət  olmaqla 
(paytak-paytaxt (fars), Arran-Albaniyanın yerli adı) “Arra-
nın  paytaxtı”  deməkdir.  Ərəblərin  dövründə  bu  şəhər 
Beyləqan adlandırılıb.   
  Bütün bu məlumatları verməkdə məqsədimiz, ayrı--
ayrı  dövrlərdə  Muğana  aid  bilgiləri  araşdırmaqla  dəqiq 
nəticəyə gəlməkdir.   
  Mülahizə  və  reallıqlar,  yəni  ərazilərdə  tapılan  mad-
di-mədəniyyət  abidələri  Azərbaycanın  bir  parçası  olan -
Muğanın  tarixini  miladdan  əvvəlki  minilliklərə  aparıb 
çıxarır. Təkçə Muğanın Cəlilabad ərazisindəki tarixi abidə-
lərinə nəzər yetirsək və onları qaynaqlarla müqayisə etsək
bu ərazinin nə qədər qədim dövrə malik olduğunu, mən-
bələrdə  yazılanların  əksəriyyətinin  bu  bölgədə  cərəyan 
etdiyini görərik. 
  Şimali  Azərbaycanın  cənub-şərq  bölgəsində,  Muğa-
nın  isə  mərkəzində  yerləşən  Cəlilabad  bölgəsi  eyni  za-
manda  qədim  tarixə  malik  atəşpərəstliyin,  Zərdüştlüyün 
də  vətənidir.  Göstərilən  mənbələrə  və  ərazidə  tapılan 
tarixi nümunələrə əsaslanaraq deyə bilərik ki, Zərdüştlük 
bu ərazilərdə xalqın dini inancına çevrilmiş, ətraf ərazilərə 
də  buradan  yayılmışdır.  Muğanın  Cəlilabad  ərazisində 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə