Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma
175
Astarxanbazara
aid fotolar
XX əsrin əvvəllərində Astarxan-bazarda
fəaliyyətdə
olan
bazaar
Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma
179
mənbələrinə əsasən, Muğan Azərbaycanda həm bir vila-
yət, həm də o dövrü əks etdirən tarixi bir şəhər olub. Ərəb
mənbələri göstərir ki, bağlarla əhatə olunmuş Muğan
Xəzər dənizi sahilində, Kür çayının mənsəbindən təqribən
100 (yüz) km cənubda, Ərdəbilin 60 – 70 km-liyində, iki
çay arasında yerləşmişdir.
Kitabda orta əsr ərəb mənbələrinin Muğan şəhəri ilə
yanaşı, Muğan vilayəti haqqında da geniş məlumat
verməsindən bəhs olunur. Mənbələr burada qala-şəhər-
lərin və rustaqların (rayonların), bol çayların, otlaqların,
müalicəvi dərman bitkilərinin və s. olması haqqında
məlumatlar verir. Kitabda göstərilən mənbə və faktlarla
bağlı araşdırmalar aparılmış, dəqiq və tədqiqata ehtiyacı
olan
bilgilər əldə edilmiş, bu da əsərin məğzini təşkil edir.
Əsərdə Muğanın yeni dövr tarixinə də toxunulmuş-
dur. Fond materiallarından, yazılı mənbələrdən istifadə
etməklə Azərbaycanın Gülüstan (1813) və Türkmənçay
(1828) müqavilələrindən sonrakı dövrü işıqlandırılmış, çar
Rusiyasının burada apardığı inzibati-ərazi bölgüsü,
müxtəlif dini təriqətlərə mənsub rusların bu ərazilərə
köçürülmə siyasəti və onların yerli əhali ilə toqquşma
məsələləri təhlil edilmişdir. Muğan düzündə yeni yaşayış
məskənlərinin – kaloniyaların, mahalların, şəhər və
kəndlərin adları qismən də olsa açıqlanır.
Kitabda XIX və XX əsr Muğanında yaşayan tayfalar,
xalqlar haqqında da elmi və nəzəri məlumatlar verilir.
şahsevən, diləğarda, alar, moran tayfalarının üstünlüyü
əsərdə özünü göstərir.