64
tarifi müəyyən edilmiş və “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart
təşkilatları və onların prinsipal üzvü olan banklarla razılaşdırılaraq tətbiqinə
başlanılmışdır.
“Banklar haqqında” Qanunun 32-ci maddəsinə əsasən, banklar Milli Bankdan
aldığı bank lisenziyasında qadağan edilməyibsə, aşağıdakı bank əməliyyatlarını və bank
sövdələşmələrini həyata keçirə bilərlər. Hüquqi nöqteyi-nəzərdən bank əməliyyatları və
bank sövdələşmələri ayrılıqda nəzərdən keçirilməlidir. Çünki vergitutma bazasının
formalaşması baxımından bu iki proses arasında xeyli fərq var. Beləliklə, bank
ə
məliyyatlarına - tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan
vəsaitlərin cəlb edilməsi, kreditlərin (təminatlı və ya təminatsız) verilməsi, o cümlədən
istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan
faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri, fiziki və hüquqi
şə
xslərin hesablarının, o cümlədən bankların müxbir hesblarının yazılması və
aparılması, klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və
ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə
vekselləri) buraxılması və qanunla qadağan olunmayan digər xidmətlər aiddir.
Bank sövdələşmələrinə isə - öz hesabına və ya müştərilərin hesabına maliyyə
vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit
sertifikatlarının), xarici valyutanın, qiymətli metalların və daşqaşların, valyuta və faiz
vəsaitlərinin,səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının,
svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara,
qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və
satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi,öhdəliklərin
icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi, öz hesabına və ya
müştərilərin hesabına akkreditivlərin açılması; qiymətli kağızlar bazarında peşəkar
fəaliyyət; maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin
göstərilməsi; kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya
65
verilməsi və xidmətlər göstərilməsi; sənədləri və qiymətliləri,o cümlədən pul vəsaitlərini
saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq); qiymətlilərin,
o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi, lizinq, və s.
xidmətlər aiddir.
Ümumiyyətlə, mikroiqtisadi səviyyədə hər bir müəssisə özünün təsərrüfat
fəaliyyəti zamanı bank xidmətlərindən istifadə edir. Bununla belə, bank xidmətlərinin
müxtəlifliyi təcrübədə çoxsaylı problemlərin yaranmasına gətirib çıxarır ki, bunlar da
ə
sasən mühasibat uçotunun dürüst aparılması və belə xidmətlərin vergiyə cəlb edilməsi
incəlikləri ilə bağlı olur. Vergi münasibətləri çərçivəsində banklar və digər kredit
təşkilatları iki məzmunda həm vergitutma subyekti (vergi ödəyicisi), həm də vergi
nəzarətini həyata keçirən agent kimi çıxış edir.
Fəsil 3. Azərbaycan Respublikasında banklar və bank əməliyyatlarından
vergilərin tətbiqinin təkmilləşdirilməsi
3.1. Bank əməliyyatlarının ayrı-ayrı növlərinə vergi güzəştləri və vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyətin artırılması yolları
lk növbədə, biz bankların vergi ödəyicisi kimi vergi münasibətlərində iştirakına
nəzər salaq. Məlum olduğu kimi, "Azərbaycan Respublikasında banklar və bank
fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bank təşkilatlarının
həyata keçirə biləcəyi fəaliyyət növlərinin sayı məhdudlaşdırılmışdır. Ona görə də
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank əməliyyatlarının ayrı-
ayrı növlərini həyata keçirən kredit təşkilatları həyata keçirə biləcəkləri fəaliyyət
növlərinin xüsusiyyətindən asılı olaraq Vergi Məcəlləsində nəzərdə tutulan 9 növ
vergidən, yalnız 4 vergi növünün - mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak və torpaq
66
vergilərinin ödəyiciləri ola bilərlər. Banklar ilk öncə mənfəət vergisinin ödəyicisidir.
Vergi Məcəlləsinə əsasən mənfəət vergisini rezident və qeyri-rezident hüquqi şəxslər, o
cümlədən banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit
təşkilatları (Azərbaycan Respublikasının Milli Bankı və onun qurumları istisna
olunmaqla) ödəyirlər. Mənfəət vergisi üzrə vergitutma obyekti hüquqi şəxsin hesabat ili
ə
rzində əldə etdiyi mənfəətdən ibarətdir.
Bank və başqa kredit təşkilatları əmlaka – binaya, əsas vəsaitlərə, 2005-ci ilədək
mövcud qanunvericiliyə uyğun əmlak vergisi obyekti kimi baxılan avtomobilə malik
olduqlarından Vergi Məcəlləsinin XIII fəsli ilə müəyyən edilən əmlak vergisini
ödəyirlər. Aydındır ki, banklar Vergi Məcəlləsinin XIV fəslinin tələblərinə də riayət
etməli və torpaq vergisi ödəməlidirlər. Maliyyə xidmətlərinin ƏDV-dən azad olmasına
baxmayaraq kredit təşkilatları aldıqları bir çox mal və xidmətlərə görə ƏDV də ödəməli
olurlar.
Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində maliyyə xidmətlərinin çeşidi əks
etdirilir və bildirilir. Bu xidmətlərə aşağıdakılar aiddir:
-
kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit
ə
məliyyatlarında hər hansı girov və ya lombard təminatlarının tərtib edilməsi (yaxud
verilməsi) və qaytarılması, o cümlədən kredit və ya təminat təqdim etmiş şəxsin
kreditləri və kredit təminatlarının idarə edilməsi;
-
depozitlərin və hesabların idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri
və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar;
-
valyutanın, pul vəsaiti və əskinasların tədavülü ilə bağlı əməliyyatlar;
-
qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar;
-
törəmə maliyyə vasitələri ilə əlaqəli əməliyyatlar;
-
investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
-
sığorta və təkrar sığorta əməliyyatları.