Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

61 

 

D T yanaşmasını kifayət qədər effektiv hesab etmək olar.  



Ancaq eyni zamanda qeyd olunmalıdır ki, D T sistemi vergitutmanın vertikal və 

horizontal  -  yaxud  üfiqi  və  şaquli  bərabərlik  prinsiplərini  pozur.  Bəllidir  ki,  daha 

təminatlı  fərdlər depozitə,  səhmə  və  s.-yə  vəsait  yatıra bilirlər və varlıların gəlirlərinin 

aşağı dərəcə ilə vergiyə  cəlb edilməsi  –  məsələn,  depozit  üzrə  faizlərdən ildə  100  min 

manat gəlir əldə edənin 10%-li dərəcə ilə cəmi 10 min manat vergi ödəməsi, doğrudan 

da,  şaquli  bərabərliyin  pozulması  hesab  oluna  bilər.  Çünki  depozitə  vəsait  yatırmaq 

imkanı olmayan və ildə cəmi 20  min  manat gəlir  -  əmək  haqqı  alan fərdsə,  20-35%-li 

dərəcələrlə vergiyə cəlb olunur.  

Beləliklə,  vergitutmanın  ədalətliliyi  pozulur,  ancaq  bu  cəhət  hələ  D T-in 

yararsızlığını  təsdiq  etmir  və  vergitutmanın  ədalətlilik  –  effektivlik  balansı  başqa  bir 

müstəvidə  də  həll  oluna  bilər.  Kapitaldan  gəlirlərin  proqressiv  vergitutmaya  cəlb 

olunmamasında yaranan neqativ effektlər əmlak vergisindən, aksizlərdən effektiv istifa-

də ilə minimallaşdırıla bilər.   Yəni, varlı sərbəst vəsaitlərini depozit, səhm alqısına və 

s.-yə yönəldib, yüksək gəlir əldə edəndə, vergi «cəzasına» məruz qalması əvəzinə bahalı 

ə

mlak  əldə  edəndə,  vergi  «cəzası»  çəkməlidir və bu yanaşma  həm  ədalətliliyi,  həm  də 



effektivliyi təmin edir. 

Korporativ kapitala vergi güzəşti və ya ACE sistemi kapitalın bazar faizi normasına 

uyğun həcmdə vəsaiti mənfəət vergisi bazasından çıxmağa imkan verir. Xarici ölkələrin 

vergi qanunvericiliyinə görə, korporasiyalar həm xalis mənfəətdən vergi, həm də səhm-

darlar  dividend  ödənişlərindən  vergi  ödəyirlər.  Bundan  başqa,  kapitalın  artımına, 

məsələn,  bir  il  öncə  biri  100  dollara  qiymətləndirilən  səhmin  bu  il  120  dollara 

qiymətləndirilməsindən yaranan artıma da vergi ödənilir. ACE sistemi kapital artımına 

faizlərin,  bölünmüş  mənfəətin  (dividendlərin)  vergiyə  cəlb  edilməsi  zamanı  bazar 

norması  səviyyəsində  güzəşt  nəzərdə  tutur.  Yəni  bazarda  orta  gəlirlilik  norması  10% 

olubsa, faiz gəliri 15%-dirsə, vergi 5%-lik fərqə tətbiq edilir. 

Ə

lbəttə ki, bu sistemi tam təkmil hesab etmək mümkün deyil, bazar norması kimi 




62 

 

nisbətən  yayğın  meyar  əsasında  verilən  güzəştlər  vergitutmanın  kifayət  gədər  təhrif 



olunmuş nəticələrinə səbəb ola bilər. Bu və başqa cəhətlərə görə ACE sisteminin dünya 

ölkələrində praktik tətbiqi faktik olaraq hələlik  reallaşmayıb. Bu gün banklar, bir qayda 

olaraq, korporativ formada təşkil olunduğundan, bank əməliyyatları zamanı faiz gəlirləri 

ödənilir  və  bu  baxımdan,  ACE  sisteminin  bank  əməliyyatlarının  vergiyə  cəlb 

edilməsinin  metodoloji  əsaslarından  biri  kimi  qəbul  edilməsini  məqsədəuyğun  saymaq 

olar. 


 

2.3. Azərbaycan Respublikasında bank  əməliyyatlarından   vergitutmanın 

xüsusiyyətləri 

Bütün  dünyada  bankların  rolu  iqtisadiyyatın  inkişafında  çox  böyük  rol  oynayır. 

Banklar  həmçinin iqtisadi  fəaliyyətdə  də  stimullaşdırıcı  təsirə  malikdir.  Digər  tərəfdən 

bank fəaliyyətinin vergiyə cəlb olunması amili vergi daxilolmalarında böyük əhəmiyyət 

kəsb etdiyindən, büdcənin formalaşmasında bankların rolu danılmazdır. Banklar ölkənin 

iqtisadi  inkişafında  təkanverici  rol  oynayır.  Son  illərdə  ölkəmizdə  büdcə 

daxilolmalarında bankların rolu artmaqdadır. Qeyd edək ki, vergi orqanları ilə qarşılıqlı 

münasibətdə banklar üç  mövqedən  çıxış  edirlər: birinci,  müstəqil vergi ödəyicisi kimi; 

ikinci,  dövlət  və  vergi  ödəyicisi  arasında  vasitəçi  kimi.  Burada  vergi  ödəyiciləri 

tərəfindən  vergilərin  dövlət  büdcəsinə  banklar  vasitəsilə  ödənilməsi  və  ya  banklar 

tərəfindən  vergi  ödəyicisi  haqda  vergi  orqanının  tələb  etdiyi  məlumatların  verilməsi 

prosesi  nəzərdə  tutulur.  Və  nəhayət,  sonuncu  vergi  agenti  kimi  (ödəmə  mənbəyində 

vergilərin hesablanıb dövlət büdcəsinə köçürülməsi və s.).  

Göründüyü  kimi,  Banklarla  vergi  orqanları  arasında  qarşılıqlı  əlaqələr  vergi 

sistemində  özünə  məxsus  yer  tutur.  Bu  münasibətlərin  özünə  məxsusluğu  həm  də 

ondadır ki, qarşılıqlı münasibətlər nəinki bankların, həm də onların müştərilərinin-vergi 

ödəyicilərinin maraqlarına toxunur.  



63 

 

Banklar və digər kredit təşkilatları büdcəyə ödənilən vergiləin böyük bir hissəsini 



verir.  Vergi  ödəyicilərinin  ümumi  sayında  onların  xüsusi  çəkisinin  çox  da  böyük 

olmamasına baxmayaraq onlar iri vergi ödəyiciləri hesab olunurlar. Banklar üçün vergi 

şə

rtləri  digər  vergi  ödəyiciləri  ilə  müqayisədə  nə  üstün,  nə  də  əlverişsiz  olmamalıdır. 



Onlar  üçün  vergi  qanunvericiliyindən  prinsipial  əhəmiyyət  kəsb  edən  məsələ  bank 

xidmətlərinin  maya  dəyərinə  və  vergitutma  bazasına  aid  olan  gəlir  və  mənfəətin  və 

xərclərin müəyyən olunmasındakı adekvatlıqdır.  

Doğrudur, müasir mərhələdə vergi yükünün bankların üzərinə köçürülməsini tam 

təsdiq  etmək  olmaz.  Belə  ki,  Azərbaycan  bank  sistemində  depozit  faizləri  də,  kredit 

faizləri də kifayət qədər yüksəkdir. Aydındır ki, 2004-cü ildə Fransada depozitlər üçün 

faizin 2,3%, kreditlər üçün 6,6% təşkil etməsi müvafiq göstəricilərin Almaniyada 2,7% 

və  9,7%-ə  bərabər  olması  və  s.  bu  kimi  göstəricilərlə  müqayisədə  Azərbaycanın  bank 

ə

məliyyatları  bazarında  kifayət  qədər  bahalıqdır.  Hətta  Mərkəzi  Bankın  son  dövrdə 



yürütdüyü siyasət –uçot dərəcələrinin 2%-ə qədər,məcburi ehtiyat normalarının 0,5%-ə 

qədər  azaltması  da  ciddi  dəyişmələrə  səbəb  olmayıb.  Kreditlər  üzrə  orta  faiz  dərəcəsi 

13,97%-ə   bərabərləşib.Yəqin ki, bu bahalığı yaradan əsaslı məsələlər həllini tapsaydı, 

vergi effekti də öz təsirini göstərə bilərdi.  

01  yanvar  2013-cü  il  tarixinə  respublikada  43  bank  fəaliyyət  göstərir.  Onlardan 

biri dövlət, 35-i kollektiv, 4-ü xarici və 4-ü isə birgə mülkiyyətdə olan banklardır. 2012-

ci ildə bank sektorunun aktivlərinin gəlirliliyi (vergi ödənilənədək xalis  mənfəətin orta 

aktivlərə nisbəti kimi hesablanmış - ROA) 0.8%, kapitalın gəlirliliyi (vergi ödənilənədək 

xalis  mənfəətin  orta  kapitala  nisbəti  kimi  hesablanmış  -  ROE)  7.1%  təşkil  etmişdir. 

Bankların əldə etdikləri mənfəət (vergi ödənilənədək) 169.9 mln. manat olmuş, vergilər 

ödənildikdən  sonra  isə  xalis  mənfəətin  həcmi  ötən  illə  müqayisədə  2  dəfə  artaraq  130 

mln. manat təşkil etmişdir.  

Vergi,  rüsum  və  digər  dövlət  büdcəsinə  ödənişlərin  ödəniş  kartları  ilə 

aparılmasının  stimullaşdırılması  məqsədilə  büdcə  ödənişləri  üzrə  aşağı  xidmət  haqqı 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə