5
I HİSSƏ
YAXIN VƏ ORTA ŞƏRQ REGİONU BARƏDƏ
ÜMUMİ MƏLUMAT
1.1. Regionun geosiyasi mövqeyi və təbiəti
Asiyanın qərbində yerləşmiş Yaxın və Orta Şərq regionuna
Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əfqanıstan, Ürdün, İraq,
İran, İsrail, Yəmən, Kipr, Küveyt, Livan, Misir, Oman, Səudiyyə
Ərəbistanı, Suriya, Türkiyə və hələ müstəqil dövlət kimi tam
formalaşmamış Fələstin daxildir. İran və Əfqanıstan Orta Şərqə,
digər dövlətlər isə Yaxın Şərqə aid edilir. Regional bölgü, həmçinin
regionun adı şərtidir və müxtəlif müəlliflər
tərəfindən müxtəlif
şəkildə dəyişdirilir
*
.
Geosiyasi, mədəni və coğrafi termin olan Yaxın və Orta Şərq
ingilis dilində də bu anlayışı ilk dəfə ABŞ dəniz donanmasının
admiralı olmuş, politoloq Alfred Mehen (1840-1914) tərəfindən
işlədilmişdir. On səkkiz dövlətin (o cümlədən, 13 ərəb dövlətinin)
daxil olduğu Yaxın və Orta Şərq regionunun ərazisi 7,3 mln. kv.km,
əhalisi 350,0 mln. nəfərdir (əlavə 1).
Yaxın və Orta Şərqin dünya mədəniyyəti, siyasəti və
iqtisadiyyatında mühüm rol oynaması onun geosiyasi mövqeyinin üs-
tünlüyü, maye yanacağı sərvətlərilə zəngin olması ilə izah olunur.
Regionun geosiyasi mövqeyi. Yaxın və Orta Şərq regionu üç
qitə – Asiya, Avropa, Afrika və iki okean hövzəsinin qovşağında
yerləşir. Enlik istiqamətində 4400 km (Pamir dağlarından Aralıq
dənizindəki İmroz adasınadək), meridian boyu 3300 km (Qara
dənizdəki Sinop burnundan Bab-əl-Məndəb boğazınadək) məsafədə
*
Bəzi mənbələrə görə Yaxın və Orta Şərq regionu Misir
və Sudan istisna
edilməklə Cənub – Qərbi Asiya; Kipr, Misir, Sudan istisna edilməklə Ön
Asiya; Levant (bura Yaxın Şərq dövlətləri və bəzi hallarda Balkan
yarımadasının cənubu aid edilir) adlandırılır.
Misirdən Şərqə doğru ərəblərin yaşadıqları ölkələr – Bəhreyn, BƏƏ,
Qətər, Ürdün, İraq, Yəmən, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı,
Suriya, Fələstin Məşriq dövlətləridir.
6
uzanır. Yaxın və Orta Şərq regionunun Aralıq, Xəzər, Qara və
Qırmızı dənizlərə çıxışı vardır. Bu isə bir tərəfdən onun Cənubi
Qafqaz bölgəsinə, Rusiyanın daxili rayonlarına təsirinin artmasına
imkan yaradır, digər tərəfdən regionu Rusiyanın geosiyasi marağının
«hədəfinə» çevirir.
Mesopotamiya ilə Misir arasında quru tranzit keçid əlverişli
coğrafi mövqeyə malik olan sahədir. Bu sahə Anadolu yaylası və
Fərat çayının orta axınından Sinayadək uzanan dağlararası dərələr və
dağ ətəklərini əhatə edir. Üç qitə arasındakı regionun vasitəçilik rolu
«Bərəkətli Aypara» adlanan bu sahədə daha qabarıq nəzərə çarpır.
Dünyanın qədim vasitəçilik – ticarət mədəniyyəti (Finikiya) məhz
burada meydana gəlmişdir. Finikiyalıların ticarət-vasitəçilik və
sələmçilik fəaliyyətindəki məharətini
sonralar Fələstində
məskunlaşmış yəhudilər, levantlılar əxs etmişlər. Coğrafi mövqeyin
əlverişliliyi səbəbindən baş verən müharibələr bu bölgənin sakinlərini
dünyanın digər regionlarına «dərbədər» etmiş, iki əsas qüvvə –
yəhudi və ərəb diasporu yaranmışdır.
Region təbiətinin xüsusiyyətləri. Təbii landşaftın müxtəlifli-
yinə görə Yaxın və Orta Şərq regionu bir neçə hissədən ibarətdir.
Təbii rayon əmələ gətirən areallar – Nil vadisi, Dəclə və Fərat
çaylararası
*
allüvial düzənliyidir. Bu iki massiv qədim suvarma
əkinçiliyinin mövcud olduğu sivilizasiya mərkəzləridir. Hər iki
massiv nisbətən çətin keçilən təbii maneələrlə əhatələnir.
Mesopotamiya şimaldan və şərqdən Anadolu və İran yaylalarının
çıxıntıları ilə əhatə olunmuşdur.
Nil vadisini Məğrib
**
bölgəsindən
məskunlaşmamış Liviya səhrası ayırır. Nil vadisi və
Mesopotamiya
arasında birbaşa əlaqələrin yaranmasına maneçilik törədən səthi
qızmar günəşdən qarsalanmış Ərəbistan səhraları yerləşir. Nil vadisi
və Mesopotamiya yalnız şimalda qədimdən becərilən və nisbətən
əhalisi sıx olan nalabənzər zolaqla birləşir. Bu zolaq Bərəkətli
Aypara adlanır.
Bərəkətli Aypara, Anadolu yaylası və Fərat çayının orta
axınından Sinay yarımadasınadək uzanan dağlararası dərələr və dağ
yamaclarını əhatə edir.
*
Çaylararası düzənlik Mesopotamiya adı ilə də məlumdur. Mesopotamiya
yunan sözüdür. «Mezos» - orta, mərkəz «potamos» - çay deməkdir.
**
Məğrib (ərəbcə günbatan) qərb mənasını bildirir. Məğrib ölkələrinə
Mərakeş, Əlcəzair, Tunis, Mavritaniya, Qərbi Səhra və bəzən Liviya aid edilir.
7
Yaxın və Orta Şərq regionu təbiətinin mühüm xüsüsiyyəti
səhra (Rub-əl-Xali, Böyük Nəfud, Kiçik Nəfud, Dəşt-e Kəvir, Dəşt-e
Lut,
Dəşt-e Naümid, Dəşt-e Mərğ və b.) landşaftının üstünlüyüdür.
Landşaftın yeksənəqliyi əhalinin məskunlaşması və təsərrüfatın
formalaşmasına təsir etmişdir. Şəhər həyatı hələ qədimdən sahil boyu
bölgələrdə, xüsusilə qərbdə cəmlənmişdir. Cənubda isə rütubətlə
nisbətən yaxşı təmin olunan Yəməndə əhali sıxdır. Köçəri və
yarımköçəri heyvandarlıq, suvarma əkinçiliyi region ölkələri əhalisinin
tarixən ənənəvi məşğuliyyət sahələri olmuşdur.
Faydalı qazıntıları. Yaxın və Orta Şərq neft və təbii qazla
zəngindir. Regionda aşkar olunmuş neft ehtiyatı 100 mlrd. tondur.
Dünya neft ehtiyatının (156,7 mlrd. ton) 64 faizi, neft istehsalatının
(3,1 mlrd. ton) 29,6 faizi Yaxın və Orta Şərq regionunun payına
düşür. Regionda 500 mln. ton neft çıxarılmışdır. Region daxilində
İran körfəzi neft-qaz hövzəsi, xüsusilə seçilir (cədvəl 1).
Cədvəl 1
İran körfəzi hövzəsinin nəhəng və nadir neft yataqları
*
(2005-ci
il)
Yataqlar Ölkə
İlkin
ehtiyat
mlrd. ton
Yataqlar Ölkə
İlkin
ehtiyat
mlrd. ton
Havar S.Ərəbistanı 11,9
Bibi –
Hakimə
İran 1,1
Ağa–Cari İran 10,0
Zubayr
İran 1,0
Böyük
Bürhan
Küveyt 9,3 Dəmmam S.Ərəbistanı 0,8
Səfaniyə S.Ərəbistanı 3,5
Berri
S.Ərəbistanı 0,8
Kərkük
İraq 3,0 Husaniyə S.Ərəbistanı 0,8
Rumeyla
İraq 2,8 Abu –
Hədriyə
S.Ərəbistanı 0,8
Raudatayn Küveyt
2,0
Vəfra Küveyt 0,7
Abkayk S.Ərəbistanı 1,6
Murban
BƏƏ 0,6
Qoçsaran İran 1,5 Duhan
Qətər 0,6
Marun
İran 1,4 Məscide –
Soleyman İran 0,5
Fereydun– İran, 1,3 Bu
–
Həza BƏƏ 0,5
*
Neft geologiyası sahəsindəki mütəxəssislər ehtiyatı 500-1000 mln. ton
olan yataqları nəhəng, 1 mlrd. tondan artıq olanları nadir yataqlar adlandırır.
8
Mərcan S.Ərəbistanı
Əhvaz
İran 1,2
Katif S.Ərəbistanı 1,2
XX əsrin 70-ci illərinədək region dövlətlərində neft istehsalına
Qərb dövlətlərinin iri şirkətləri nəzarət edirdi. 1973-cü
ildə neft
çıxaran dövlətlər OPEK
*
çərçivəsi daxilində fəaliyyət göstərərək
beynəlxalq şirkətlər mübarizədə öz maraqlarını qorumaq məqsədilə
neftin qiymətini bir neçə dəfə qaldırır.
Satılan neftə qiymət qoyulması, neft satışından gəlirin yük-
səldilməsi sahəsində neft ixrac edən ölkələrin marağının birgə mü-
dafiəsinə qulluq edən OPEK ölkələri arasında narazılıqlar da olur.
Ötən əsrin 80-ci illərində üzv dövlətlərdən İraq, Küveyt, BƏƏ
arasında baş verən narazılıq gərginləşərək 1990-cı ildə «Səhrada
fırtına» əməliyyatınadək böyüyür. İraq OPEK üzvü olan qonşu
dövlətləri neftin satışında bu təşkilat tərəfindən təyin edilmiş həddi
qaldırdıqları və nefti aşağı qiymətə satdıqları üçün təqsirləndirir.
İqtisadiyyatını «neft dolları» hesabına dirçəltmək istəyən İraq üçün
bu sərfəli deyildi. Digər tərəfdən Küveyt gizli yolla İraqın Rumeyla
yatağından neft çıxarmaqda günahlandırılır. Nəticədə 1990-cı il
avqustun 1-də İraq Küveyti işğal edir. Ölkənin 7 ay müddətində
işğalı dünya bazarında neftin qiymətinin dəyişilməsinə səbəb olur.
İraq ordusu Küveytə soxulmazdan əvvəl neftin 1 tonu 130-140 dolar,
Küveyt işğal edildikdə 220, daha sonra 250-280 dollar təşkil edirdi.
«Səhrada fırtına» əməliyyatına başlanılması ilə bu, 220 dollara,
qələbədən sonra 130-140 dollara enmişdi. Qeyd edək ki, 2007-ci ildə
neftin qiyməti çox qeyri-stabil olmuşdur.
Yaxın Şərqdə neft çıxaran xarici şirkətlər
üzərində milli
nəzarətin yaradılması region xalqlarının həyatında mühüm tarixi
hadisə kimi qiymətləndirilə bilər. Nəticədə İraq hökuməti ölkədə neft
çıxarılması, emalı və ixracını tam milliləşdirdi, Səudiyyə Ərəbistanı,
Küveyt, Qətər, BƏƏ, Oman, Bəhreyn xarici neft şirkətlərinin
ölkədəki fəaliyyətini xeyli zəiflətdi. Yaxın və Orta Şərqdə təbii qaz
*
OPEK – 1960-cı ildə İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Vene-
suelanın təşəbbüsü ilə neft ixrac edən dövlətlərin maraqlarının birgə
müdafiəsi məqsədilə yaradılmışdır. Sonralar təşkilata Əlcəzair, Qabon,
İndoneziya, Liviya, Nigeriya, Ekvador, BƏƏ, Qətər daxil olmuşdur. İqa-
mətgahı Vyana (Avstriya) şəhərindədir.