¹2(3) èéóí 2012
78
illərdən sonra
niyə hələ də öz yerindədi, mənim yarıcanım niyə hələ də o kənddədi?
Yazılarımın çapını illər uzunu ləngidən də hər şeydən çox, elə o işıq oldu. Əfsus ki, indi çox aydın
görünən bir gerçəyi o zaman dərk edə bilmədim: istedadsız olmaq çapın qarşısını nə qədər alırsa,
bəzən istedadlı olmaq da adama elə bir o qədər mane olur. Nə az, nə çox, tənbətən.
Zamanla ölçüləndə otuz beş sənəlik yaradıcılıq dövründə ömrümün üst-üstə, bəlkə də, on beş
ilini müntəzəm bu işlə məşğul olmadım. Onu da yalnız qələm əhli bilər ki, inamsızın yazı yazmağı
ac adamın dağ aşmağı kimi bir şeydi. O üzdən yazılarımın böyük əksəriyyətini puç olmuş ümidlərin
və sarsılmış inamın zəif közərtisində qələmə aldım. Hazırda
da qəti qənaətimdi ki, bu vaxtacan
yazı-pozu aləmində pis-yaxşı duruş gətirə bilmişəmsə, bu hələ orta məktəb illərindən özümdə
tərbiyə etdiyim inad, inam və iradənin hesabına olub. Əbləhlərə görə haqq bildiyin yoldan dönmək?
Nə də olsaydı, bircə bu olan deyildi.
Hayıfsılandığım bir odu ki, şəhərin min cür xırdalıqlarından, məişət qayğılarından oğurlaya
bildiyim vaxtı və olub-qalan gücümü, sənət yanğısını, yaradıcılıq şövqünü yazı yazmağa, dəyərli bir
şey yaratmağa yox, daha çox onları çap etməyə və murdar məxluqlarla «amansız mübarizəyə»
xərcləyəsi oldum: 80-də tamamlanan «Köhnə kişi» 88-də, 82-də yazılan «Gözmuncuğu» 89-da, 83-
ün məhsulu olan «Gümüşü gecələr» 89-da, 87-də qələmə alınan «Güdaz» isə 93-də işıq üzü görüb.
Təəssüf ki, o acı tale boy-buxunu bu yazıların üçdə, dörddə biri qədər olan hekayələrimdən də yan
keçməyib.
İndi bunu gizlətməyim nəyi dəyişəndi ki: kirayələrdə, onun-bunun qapısında can çürütdüyüm
illərdə mənim təkbaşına şəhərdə edə bilmədiklərimi sözü və ərki keçən bir sanballı kişi
kimi məhz
«Köhnə kişi» elədi. Ondan ötrü illərlə çəkdiyim əziyyətlərin əvəzini borclu qalmağı şəninə və
qeyrətinə sığışdırmayan bir insan tək vaxtında və artıqlaması ilə geri qaytardı: ilk iki kitabım onun
hesabına işıq üzü gördü, Yazıçılar İttifaqının qapısını üzümə o açdı, şəhərdə ev almaq kimi əlahiddə
bir xoşbəxtliyə də onun sayəsində çatdım. Çapından ötrü ləlik-giryan olduğum o əsər mənə
xeyirxahlarım arasında həm də köhnə kişi adı qazandırdı. Amma bunu necə deməyim ki, o əsər həm
də canbir qəlbdə olduğum, intəhası əlli beş ilə tanıya bilmədiyim bir sıra dostlarımı da
mənə qəvi
düşmən elədi.
Yazı-pozu aləminə gəlməyim belə olub.
Bu sənətdən yarıyıb-yarımadığım, onun mənə nə verib, əvəzində nə aldığı bir içlər acısı... Di
gəl, onunla məşğul olmayacağım halda, özgə daha hansı bir işin qulpundan yapışa biləcəyim də bu
günədək cavabını tapa bilmədiyim suallar sırasındadı.
Mən öz işini yenə də heç bir təmənna güdmədən, sədaqətlə görən vicdanlı qələm əhlinə bu
gün bir az ayrı gözlə baxıram. İndi o mənimçün mağardan qıraqda, eləcə eşitdiyi toy havasına
oynayan uşaq kimidi. Toyun tamadası, zurnaçıları, oynayanları, tamaşaçısı, bəyi, gəlini, şabaş
verənləri… mağarın o üzündə isə heç nəyi vecinə almadan oynayan uşaq… O, heç fərqində də deyil
ki, oynadığı hava öz havasıdı, ya onun sifarişçisi bir başqasıdı. Ona Allahın quruca şabaşını belə
verən yoxdu, o isə öz işindədi, eləcə oynayır, oynayır…
Ömrünü cənglə, güləşlə başlayıb, əcaib oyun havası ilə davam etdirənlərdən biri olmaq nə
qədər ağırsa da, savaşın hələ də bitmədiyini bilmək ondan da ağırdı. İllah da ömür anlamına gələn
vaxtı da
yoxsulun pulu kimi qənaətlə, qədrini bilə-bilə işlətdiyin bir vaxt ola… Bu qədər əzilib,
sındırılıb, məşəqqətlərə sinə gərib də gecə-gündüz əsəblə pəncələşdiyin bir məqamda nəyə əsasən
ümid eləyə bilərsən ki, ömrün növbəti dayanacağına çatmağa həyat bəs edəcək, ya yox? Dəqiq olan
bircə odu ki, o, bir daha geri qayıdası, yeri nə iləsə doldurulası bir nəsnə deyil.
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
79
ПОЕЗИЙА
CAMAL YUSİFZADƏ
“Ïîåçèéà” êèòàáûíäàí èêè øåèð
1. DOST VAR
Dost var
Məndən
öncə -
Qəfil güllə sıçrasa
Ondan ötə, ötməyə.
Tənha yol var
Tənha adamdan öncə.
Bu iplik-iplik yolun
Əvvəli yox, sonu yox.
Yüyür, yüyür ölüncə -
Ya bitə, ya bitməyə.
Sevda var
Ölümdən öncə,
Sol əli sol döşündə
İçinə çökənlərə
Ya yetə, ya yetməyə.
2. KOR GÖRDÜ, KAR EŞİTDİ
Açdımı sədəf düyməsini
közərən məhəbbətin;
Kor gördü, kar eşitdi.
Yüyürdü şil, dindi lal.
Bu nə dünya, bu nə hal?!
Bir az işığından,
Bir az rəngindən.
Alovundan da bir az,
Kədərindən də az-maz,
Yuxusundan bir çimir,
Nağılından
bir əlçim,
Həsrətindən bir içim,
Çəkdim başıma – içdim! –
Havalandı arzu, qəm,
Qəfil dəyişdi aləm!
Bu havalı başlı,
Bu dürlü yaşlı
ölmək çətin olacaq!
Bu oddan, kədərdən, ehtirasdan,
Deyəsən həzin bir ağrı qalacaq!?
A.UĞUR OLQAR
1951-ci İldə Türkiyədə Kayseri şəhərində doğuldu. Sivaslı ata tərəfinin
Azərbaycandan Türkiyəyə qaçqın olduğu deyirlər. Uşaqlıq illəri Kayseri və
İstanbulda keçdi. Liseyi Bakırköydə, Universiteti İstanbul Hüquq Fakültə-
sində tamamladı. Gömrük təşkilatında uzun illər işlədi. Sinopda, Kuşa-
dasında və əsgərlik vəzifəsi səbəbiylə də Qarsda oldu. Mersin Silifkedə
1990-cı ildə başladığı Xəzinə Vəkili vəzifəsini hələ də davam etdirməkdə.
Orta yaşlar;nda şeirə könül verdi. İndiyə qədər 8 şeir kitabı nəşr olundu.
BİR MƏN QALDIM QOVUŞMASIZ
ah, külək şərqdən əsir
gəlincik tozları qaçır gözlərimə
ağrıdan dayana bilmirəm, qapıldığımdan bəri
daşlı bir çayın həsrət axan sularına
qar çiçəkləri yığıram xülyalarımda
saxlayıram kənar gecə yarısına qədər
dan vaxtına qızıram ağardığı üçün
bu küləyə güc göstərirmi bu gəlincik
tac yarpaqlarını verirmi bir gün
ümidin ağ küçələrinə
cızır
mı
çarəsiz ayrılığın şəkilini