¹2(3) èéóí 2012
138
krantda əlini yuyan Gülmalı kişiyə yanaşdım. Onunla əllə görüşmək
istəyəndə kişi boynumu
qucaqlayıb üzümdən öpdü. Sonra üzünü anama tutdu:
-Maşallah, ağıllı oğlun var. Bir dəfə ətdiyə bir-iki mal aparıram, nə illah eləyirəm, camış
suya girmir. Cöngə bir yana, inək o biri yana dazıyır... Allah saxlamış, bı hində hardansa çıxdı,
neynədi, neynəmədi, bir çəngə tut yarpağıynan malları alladıb o taya keçidi... Allah bağışlasın,
deyillər savadlı baladı... Həşim kişi bıra gətiməhdə düz iş görüb, uşaxlar bir-birinə həyan olarlar bı
çətin zamanada...
Sonra Səkinə gəldi. Ağlamışdı. Görünür, ərinin elədiyindən xəbərdardır. Elə nəsə demək
istəyirdim,
bir qoca arvad, dalıncan da bir kişi çıxdı Səkinəgilin qonaq otağından. Arvadın üzü
didik-didik idi. Bizim kənddə cavan adam öləndə arvadlar üzlərini belə didərdilər. Arvad cığıldaya-
cığıldaya
(səsi batmışdı) dedi:
-Səkinə, qızım, bizim şələ-şüləmiz qalsın bırda, özümüz saa yük olmuyax... Gedirik
bacoğlumgilə. Əhməddi tərəfdə olullar. Əvin sənəd-sünəti ollardadı, görəh nağayra bilirih, əvi
erməniynən dəyişə bilirihmi?..
Səkinə xalaxətrinqalmasın dedi:
-Xala,
qalın dana... İndi Kamil gəlib hirsdənər ki, niyə qoydun getdilər...
Arvadla kişi bir-birindən tuta-tuta bu şəhərə heç cür uyuşmayan bir yerişlə qapıdan çıxdılar.
Mən heyrətdən qurumuşdum. Qadının bu görkəmi məni əməllicə sarsıtmışdı. Səkinə bunu başa
düşüb dedi:
-Dursun dədəsinin maşınıyla bunların veş-vüşünü daşıyanda qrad düşür, maşın aşır, arvadın
cavan
nəvəsi ölür, Dursun da qolunnan yaralanır... Ona görə üz-gözünü bu kökə salıb...
-Bəs Dursun?– mən boğula-boğula soruşdum.
-Dursun yaxşıdı. Sağ olsun, vallah! Camahatın yaman qolunnan qapır... Həmi silahnan
qoruyur, həmi də maşınnan daşıyır şələ-külələrini ki, erməniyə qalmasın... Onun sürdüyü o QAZ –
66 yaxşı maşındı e, dağa da dırmaşır...
-Hə, hə, bala, allah onun babalarına irəhmət eləsin! O olmasaydı, biz neynərdik?! Bir körpə
uşax olasan, allah saa belə təpər verə... – bunu da Gülümalı kişi
deyir.
Bir azdan anamla mən bizim otağa keçirik. Anam gətirdiyi
yer-yeməlini stola yığa-yığa soruşur:
-Ə, bala, bəs yoldaşın hanı?
-Gələr indi, o gündüz işləyir, axşam oxuyur... Yəqin
meydana gedib, gecikib.
-Sən də ordaydın?
Anama baxıram. Üzündə bir nigarançılıq var ki, bunu
sözlə ifadə edə bilmirəm.
Söyüş söymək istəyən, amma
utandığındanmı, ya nədənsə sözlər içində kirəcləşib qalan adama
oxşayır – söyüş üzünə çıxıb sanki. Yalan nəyə lazım? İndi hansı
zəmanədi? Olanı deyirəm.
-Hə, indi hamı ora yığılır. Kamil də çıxış elədi, dedi
cəbhəyə gedəcək, döyüşməyə...
-Doğrudan? Vay əvin yıxılsın! Gülmalının qızını bədbaxt
elədi...
Anam tülyan Səkinəgilə keçir. Bir azdan ordan ağlaşma səsi gəlir. Səkinə ağlayır. Özümü
saxlaya bilmirəm, mən də ora keçirəm. Səkinə şişmiş gözlərini çevirib mənə baxır və göz yaşı
axıda-axıda deyir:
-Gördün Kamili? Axşam vaqonda maa demişdi, inanmadım, dedim məni qoyub getməz...
Uy, uy... Nolacam mən? Bı yad yerdə atdı getdi məni... Uy allah, bı nə qandı mən düşdüm...
Gülmalı kişi papirosunu tüstülədə-tüstülədə dedi:
-Ay bala, gedər davaya, sən də qapıı bağlıyıb gələrsən kəndə... Neyniyək tay...
Olacağa çara
yoxdu... Qar yağıb ayax üşütməyə. Bir də deyəllər ki, elnən gələn dərd toy-bayramdı...
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
139
Səkinə elə bil birdən ayıldı, üzünə krantdan su vurub kal səslə:
-Yox, - dədə, - dedi. – Mən heş yana gedən dəyiləm. Mən əsgər külfətiyəm, bir... Hökümət
Kamilin mayışın verəcək, bı evi yiyəsiz qoyammaram, bı da iki. İndi qaçax-quçaxnan doludu
dünya, gələr, girəllər evimizə... Bax, Xosrov da bizim həyətdə dostuynan qalır, bı da üç. Onnar da
maa,
yeri düşəndə, hayandılar... Sən də, nənəm də mənnən heş nayran olmuyun... Bədə bəddə gedib
işə girəcəm...
Anam arif adamdı. Mənə də işarə elədi, çıxdıq onlardan, gəldik öz otağımıza. Anam
qazançadakı döşəmə plovu qaza qoydu.
-Mən özüm saa işarə elədim ki, çıxax ordan, bəlkə dədə-bala sirləri-sirpicləri var,
qoy irahat
danışsınnar.
-Bildim, hə, düz elədin. Səkinə üzünü yuyanda bildim ki, çıxmaq lazımdı. Mən saa işarə
eləmək istəyirdim, sən qabağa düşdün...
Elə təzəcə süfrəyə oturmuşduq ki, Aslan da gəldi. Elə ilk sözü də könüllülərdən oldu:
-Meydanda milli özünümüdafiə dəstələrinə yazılış gedir... Mən də yazıldım, sabah yola
çıxırıq.
Anam nigaran baxışlarla mənə baxdı, yəni sən belə etməyəsən ha! Qaşığı ağzıma apara-
apara dedim:
-Mənim kimilərini götürmürlər... Ancaq sovet ordusunda xidmət edənləri aparırlar...
(Əslində doğrudan da, beləydi. Amma mən indi bunu sırf anamı sakitləşdirməkçün
deyirdim.)
Bir azdan Aslan şələ-şüləsini yığıb bağladı, bizimlə halalaşıb getdi. Anam onun dalınca su
ata-ata ağladı. Səkinə isə özünü saxlaya bilməyib hönkürdü:
-Bax,
bı genə gəlib bizimlə görüşdü, Kamil elə bir daş bir gölə düşdü...
* * *
Gülmalı kişi axşama getdi. Mən ona bilet alıb Bakı-Noraşen qatarı ilə yola saldım. Anam isə
hələ bir-iki gün qalacaqdı. Almalı şeylər alasıydı. Mənim paltarlarımın yumalısı vardı, yuyacaqdı.
Bir də hiss elədim ki, mənə indiyəcən demədiyi şeylər vardı, deyəsiydi.
Mən bunu onun sözlü
baxışlarından oxumuşdum. Ta uşaqlığımdan buna alışıq idim. Arvad mühüm deməlisini bir-iki gün
içində gəzdirər, sonra üzünə çıxardar, bir az da üzündə rəsmini cızdıqdan sonra lazım bilsə,
söyləyərdi. Bəzən mən elə bunları onun üzündən oxuyardım deyin, daha zəhmət çəkib danışmazdı.
Biz ana-balanın arasında belə görünməz bir pərdə vardı.
* * *
Gecədən keçənəcən Səkinənin yanında oturduq anamla. Ağlamaqdan gözləri şişsə də, bu
onu daha da gözəlləşdirmişdi. Zalımın qızının evdə geyindiyi paltar
(bu, özündən gülləri olan adicə
ağavış bir çit don idi) ona elə yaraşmışdı, deyirdin bəs allah öz əllərilə biçib. Üstəlik, parçası o
qədər nazik idi, əndamı qalmışdı düzdə. İnanın, anamın burda olmasını hərdən unudur, qızı
gözlərimlə yeyirdim. Və bu dəm anamın baxışlarıyla baxışlarım toqquşdu,
dünəndən bəri onun
içində gəzdirdiyi narahatçılığı oxudum: “Sən kimin oğlu olduğunu unutdun? Sən bir nacinsin
belindən gəlmisən. Ona görə hər dəm sən öz-özünə təkrarlamalısan: mən pis iş tutmuyacam, mən
babam Haşım kişinin, anam Zərişin adına layiq olmayan işlər tutmuyacam! Tutmuyacam!
Tutmuyacam!”
Başımı saldım aşağı və bir də öz otağımıza gedəndə qaldırdım.
* * *
Saat bəlkə iki olardı, bilmirəm, amma biz hələ də yerdən-yerə danışırdıq. Daha doğrusu,
anam danışır, mən də hərdən cavab verirdim.
-Sənin adıı niyə Xosrov qoymuşuq, bilirsən?
-Hə...