¹2(3) èéóí 2012
156
“Mən dədən gorbagor olsun, ay oğul! Özümü təmizə çıxartmaq üçün yox, sənin ağrıı
azaltmaq üçün deyəcəhlərim var... Gərəh onnarı deyim saa... Amma inan ki, mən bunnarı deyib
səndə özümə qarşı istək-mistək yaratmaq fikrində dəyiləm. Deyirəm ki... sənin çəkdiyin dərdi qov
qədər də olsa yüngülləşdirəm bəlkə...”
“...”
“Mən sənin nənənnən qabax Asyanı istəmişəm... Yox e, mən nə karayam ki, istiyəm...
Düzdü, özümün koolum olub o qıza... Ama, birinci dəfə o qız maa söz atıb, maa göz qaş-eliyib...
Özü də bilirsən nə təhər? Bax, o pəncərəyə bax, tutax ki, o pəncərə olsun televizor, biz səniynən
qayıdax düz on yeddi-on səkkiz il qabağa...”
Pəncərənin şüşəsinə baxıram və gülməyin mənə, doğrudan da, orada kəndimizi, Bəsidin
kənarını, Əlif bulağını görürəm. Bir qız, - bu, Səkinəgilin Bakıdakı evlərində gördüyüm Asyanın
qızlıq çağıdır – çiynində səhəng gəlir bulağa. Bulağın üstündəki çinarın dibində nəhəng bir adam –
bu, indi mənimlə danışan atamın cavanlığıdır - yarıçılpaq vəziyyətdə uzanıb yanıqlı-yanıqlı oxuyur:
Canımın içində can ağlıyır
Bir dərddən dişğarı canan ağlıyır
Vay yandım, yandım, elə yandım, kül oldum
Yox anam eyyy, yox atam eyyy
Bı can sənnən ötrü belə ııııııııı səfil oldu,
Belə bı xata, dədəm balası, ıııııııııııı.... qəfil oldu....
Bedad aman ay aman, balalı balam ay aman
Ölürəm, ölürəm, yanıram, yanıram... eeeeyyyyyyy....
Qız yavaşca gəlib əli ilə oğlanın gözlərini qapayır. Oğlan tez qalxıb köhnə-külüş köynəyini
geyinir, sonra gözlərinin yaşını silib gülümsəməyə çalışır. Fəqət, bu gülmsəmək yox, elə ağlamaq
kimi bir şey olur. Qız qəhqəhə çəkib gülür...
-Ə, Eylas, nə qəşəng oxuyurdun?
-Nəvlim, ay Asya... Kənd-kəsəyimiz yadıma düşmüşdü...
-Eeee, ay Eylas, day oraları yadınnan çıxart dana! Demirsən indi orda heç kim yaşamır?
-Nəvlim axı... Yadımdan çıxır ki...
Qız su doldurur. Əyiləndə koftasının yaxalığı aralanır, döşlərinin arası görünür. Bir az da
əyiləndə döşlərinin yarısı qalır çöldə və Eylasın içindən bir “ah”, “uf” kimi səs eşidilir. Qız əslində
onun hara baxdığını görür və içini çəkməsini də açıq-aydın eşidir. Özü qəsdən bir az da əyilir və bu
vaxt elə bil Eylası da tutub yay kimi əyirlər. Ağzı-gözü də əyilir, dil-dodağı yanıb pörşələnir, ürəyi
elə şiddətlə döyünür ki, qız az qala bu ürək döyüntüsünü eşidir və elə başıaşağı su doldura-doldura
deyir:
-Eylas, o nə tappıltıdı elə? Elə bil at çapır?
Dili topuq çala-çala deyir:
-Ürəyimdi, Asya. Bir yaralav kimi qaçıb sinəmnən çıxmax, sənin o deşdə qalmış
şamamalarıa baxmax istiyir...
Qız başını qaldırıb ölüb-itmiş Eylasa baxır və şaqqanaq çəkib gülür. (Bu, gülməkdisə,
kəndimizin arvadlarının sözü olmasın, maa lənət! Bu gülüşdən çox, almazın şüşəni kəsməsinə,
doğramasına oxşayır. Elə qız həmişə belə güləndə Eylası da beləcə kəsib-doğrayırdı. Adamın bir
yeri kəsiləndə qanı çıxar, axar gedər, bununki isə çölə yox, içəri axardı. O səbəbdən görünməzdi.
Amma Eylas yüz faiz bilirdi ki, onun haralarısa qanayır...) Səhəng çoxdan dolub, amma qız eləcənə
əl qabını doldurub dolu səhəngin ağzına tökür, su ordan bir qəribə “şuş-şuş-şuş” kimi səslər
çıxardaraq təzədən bulağa tökülür. Eylas da bunu görür, amma fəhm eləyə bilmir ki, qız dolmuş
səhəngə niyə təzədən su tökür... Bu dəm qız səhəngi qırağa qoyub əllərini bulağa salır, əvvəl suyu
ovuclayıb bir ovuc ləzzətlə içir, sonra üzünə vurub onsuz da qənirsiz olan sifətini bir az da
gözəlləşdirir – üzü, gözü, yanağı aşağı su elə süzülüb axır ki, elə bil su deyil, baldı, axıb qurtarmaq
bilmir - sonra qəfildən qoşa ovcunu suyla doldurub oğlanın üstünə çiləyir. “Uy” eləyən oğlan
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
157
diksinsə də yerindən də tərpənmir. Və nə düşünürsə, bulağa enib o da qıza su çiləyir. Və bir anda
oğlanla qız bir-birilərini isladırlar. Qızın nazik çit yubkası, elə o materialdan da koftası islanıb
yapışır bədəninə. Sanasan ki, lümlütdür: yumrupəsək dalı, ağ maya əndamı, dimdik döşləri (kənddə
qızlar adətən ilk vaxtlar lifçik taxmazlar) Eylas demişkən deşdə (çöldə) qalır və oğlanın yenə ağlı
başından çıxır. Qız nə fikirləşirsə, “gəl kömək elə səhəngi şəllənim” deyib, ayaq üstə içi keçmiş
oğlanı yanına çağırır. Eylas iki barmağıyla səhəngi qaldırır qoyur qızın kürəyinə, bu vaxt qız
səhəngin qulpuna bağlanmış çatını çiyninin üstündən atır arxaya və Eylas ipi qızın kürəyindən
aşağıya endirəndə barmaqları qızın əvvəl böyrünə, sonra sağrısına, bir az yuxarıda isə islanmış çit
koftanı od kimi yandıran dimdik döşlərinə dəyir. Qız elə dolu səhəngin altında bu iri, yöndəmsiz
əlləri tutur, sinəsinə daha möhkəm sıxır, bir “ah” çəkərək Eylasın onsuz da alışıb-yanan ürəyinə bir
köz də basıb çıxıb gedir.
“Kino” bitir və pəncərəmizin şüşəsi adi şüşəyə dönür. Bu vaxt atam görünür. (O, qocalıb-
eləməyib – bir də axı bədbəxtin nə yaşı var ki, olsa-olsa qırx, olar, ya olmaz – hələ cavandır, saçları
da şəvə kimi qaradır; enli kürəkləri, iri qulaqları, at üzü kimi enli sifəti, iri, möhkəm çənəsi, süsüb
qabağa çıxmış yekə dişləri ona qorxunc görkəm versə də, bu adama yavaş-yavaş qanım qaynayır
deyəsən)
“Mən bilirsən kimi görmüşəm?
Mənim onunla söhbətə girişməyimdən sevinən təhər olsa da yorğun halda deyir:
“Kimi?”
“Ağası kişini, Hüseyin müəllimi.”
“Onlar kimdi elə?”
“Toplu
Qaçaq
İsrafil haqda eşitmisən?”
“Hə, deyirdilər xalq düşmanı olub... Məhtəbdə məllimlər danışırdılar ki...”
“Nə xalq düşməni? O qəhrəman olub, igid olub, rusları, erməniləri qırıb... Sovet
hökumətinin qənimi olub!”
“Elə danışma... Sən heylə danışıb özüu bədufana verərsən. Neynirsən qaçaq-quçağı? Başıı
sal aşağı, dərsiı oxu... Nənəni hirsləndirmə... Yazıqdı... Mən ona bir gün ağlayammadım, barı sən
ona yaxşı oğul ol...”
“Mən bir dəfə Topa getmişdim...”
“Doğrudan?” (Gözləri dolur)
“Hə, ora maa elə doğma gəldi ki!”
“Ora
bizim dədə yurdumuzdu dayna. Xaraba qoydular...”
“Sən maa ayrı söz deməyə gəlmisən axı...”
“Hə, indi genə o pəncəriyə bax... Qalanını da orda görəssən.”
Pəncərəmizdəki “televizor” yenə işə düşür.
Budur, Güləhmədin o tayı dediyimiz yer. Nənəm Zərişin qızlıq vaxtıdır. Əlində çin qarğıdalı
biçir. Biçdikcə də qarğıdalının sütüllərini aralayıb dənliləri seçir, yığır bir qırağa. Bu vaxt dədəm
Eylas hardansa çıxır (onun da cavanlıq çağıdır), söyüd şivindən kəsib düzəltdiyi düzgüyə taxdığı
bir xeyli balığı göstəririmiş kimi göyə qaldırır.
“Eylas,
satırsan onu?”
“Satmax
nədi, ayıb dəyi... İstəsən eləcənə də verərəm.”
“Yox, ay gədə, sənin də dolanışığın onnan çıxır dana. Deyirəm, yanı satsan, maa ver,
alacam. Çoxdandı balıx yemirik...”
“Elə çörək verərsən, ya da un da olar. Amma bişmiş çörəyə verirəm də çox vaxt, axı mənim
bişirənim yoxdu...”
“Saa un da lazımdı, unnan çörək bişirən də.”
Qız bunu deyib şaqqa çəkib gülür. Onun gülüşü Asyanınkına oxşamır. Bu gülüş bir az
aşağılayıcı gülüşdür, belə bir qədər tənə var elə bil onda. Oğlan düşünür ki, nəsə deməlidir. Bir az
ürkə-ürkə deyir
“Əsgərliyi çəkənnən sohra istədim qalam oralarda. Urus qızdarı mənim kimisini əl-əl gəzir.
Qala bilmədim. Gəldim bıra... bırda da...”
Dostları ilə paylaş: |