¹2(3) èéóí 2012
158
“Hə, bırda nə?”
“Maa...
mənim kimi yetimə kimdi çörəh bişirən verən?”
“Sən gedib uşax-muşağa ilişəndə bimirsən heylə olar? Gördüm o günnəri sizi bulaxda...
çiləşirdiniz... Sənin namxuda əvlənən vaxtındı, onunsa hələ ağzınnan süd iyi gəlir... nolsun ki,
dınqıl-dınqıl eliyir? Saa yıxılıb-durmuş, bərkdən-boşdan çıxmış özün yaşda qız lazımdı... “
“Hardan
tapım mən bədbaxt eləsini?”
“Gəl,
gəl otur çörək qoyum, ye, sohra da yerin deyərəm, gedib taparsan...”
Onlar
diz-dizə oturub çörək yeyirlər və ”televizor”un ekranı qaralır.
Kişi nigaran-nigaran mənə baxıb qapıdan çıxa-çıxa deyir:
“Dünya
qarışıqlıqdır, özüu gözdə. Nənəni incitmə. “
Qan-tər içində ayılıram. Atam yuxuma gəlmişdi. Bu yazıq da nigarandı məndən...
* * *
Dekabr qarnan gəldi. Mənim də əynim nazikdir. Meşin gödəkcəm soyuğu əməlli saxlaya
bilmir. Anamın verdiyi pula gedib Kubinkadan bir qalın palto aldım. Buranı Ağası kişi nişan
vermişdi. Yaxşı ki, o, var. Mən bu şəhərdə çox şeyi bilmirəm axı. Elə bu gün başıma gələn bir şeyi
danışsam, fikrim aydın olar.
Paltonu alıb geyindim, gödəkçəni də müşəmbə torbaya qoyub təzə bazar tərəfdən 44 saylı
məktəbin yanıyla düşə-düşə əlimdəki siqaret kötüyünü yerə atdım və bu zaman kimsə məni arxadan
səslədi:
-Eyyy!
Geri qanrıldım. Yaşlı bir kişi idi. Əlində təzə ayaqqabı tayını tutmağından
al-verçi olduğu
bilinirdi. Məni barmağının işarəsiylə yanına çağırdı və hələ də asvaltda tüstülənən siqaret kötüyünü
göğstərib yavaşca dedi:
-Unu
götür.
Tərəddüdlə də olsa əyilib götürdüm. Kişi divarın dibindəki çuqun zibilqabına barmağını
tuşladı:
-Unun yeri uradur, bildün?
Mən pərt olsam da, bunu biruzə verməməyə çalışaraq kötüyü ora atıb kişiyə tərəf döndüm və
dedim:
-Bağışlayın...
* * *
Bura gəlmişkən Hüseyn müəllimə də zəng edim dedim. İşləmək istəyirdim. Anamnan pul
almağa utanırdım daha. Dedim bəlkə uyğun bir iş olar.
Lap fəhləlik olsun, işləyərəm. Təki pul
çıxsın.
İki qəpikliyi salsam da, telefondan səs gəlmədi. Dedim yəqin xarabdır. Onsuz da, bizim çox
şeyimizdə anormallıq var. Şüurumuzdan tutmuş, telefon budkamıza dək... Hələ çox şeyimiz
düzəlməlidir.
* * *
İmtahanların hamısından beş aldım. Uşaqlar rayona getsə də, mən getmədim. Axı Hüseyn
müəllimin köməyiylə işə düzəlmişəm. Voladarski adına fabrikdə çeşidləyici köməkçisiyəm. Əslində
çeşidlənmiş malları arabalara yığıb o biri şöbəyə təhvil veririk. Axşam saat
beşdən on ikiyəcən işdə
oluram. Yeni növbə gələn kimi bizi buraxırlar. Məni on birdən buraxırlar. Elə çox vaxt ayaqla
gəlirəm evə.
İlk maaşımı alanda Ağası dayıya bir ətir dəsti almışdım. Götürmürdü ki, sən tələbəsən,
qıymaram. Güclə verdim.
HAFİZ MÜƏLLİM VƏ ATLAS XALA
Yazın burnu təzə qanayıb. Amma burda heç yazın gəlməyi bilinmir. Kəndimizçün
burnumun ucu göynəyir. Getsəydim, yıxılardım bağımızdakı bənövşəliyə, öpərdim onların
yarpağından, ətrini çəkərdim sinəmə.
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
159
Elə bu fikirlərlə məktəbdən evə dönürəm. Həyətə girəndə gördüyüm mənzərədən çaşıb
qalıram. Mən son vaxtlar yuxuynan aşkarı qarışıq salmışam. İndi
gəl baş aç görüm yuxudu, ya
aşkardı?!
Həyətdəki stolun başında Hafiz müəllim əyləşib, yanında da inanmayacaqsınız, amma bu
belədi: Atlas xala! Bu gözəl gəlin özündən çox yaşlı olan ərinin yanında elə əyləşib ki, elə bil
qaçmağa hazırlaşır. Küçədən, həyətdən bir səs gələndə dik atılır. Məni də görəndə çaşıb qaldı,
bilmədi ayağa dursun, ya oturduğu yerdə qalsın.
Mən Hafiz müəllimə yaxınlaşıb əl verirəm, amma o, məni qucaqlayıb öpür.
Sonra Atlasa da
göstərir və deyir:
-Bu,
Xosrovdu...
Qadın gülümsər gözləriylə mənə baxır və təkrar gülümsəyir. Bu o mənaya gəlir ki, tanıdım.
Axı o kənddə məndən və Dursundan başqa adam görməyib.
Səkinə mənə də çay süzür. Kamilin hərdən həyətdə odladığı samovarı çıxardıb qaynadıb.
(O,
gedəndən samovar həyət üzü görməmişdi) Mən müəllimimə baxsam da cəsarət eləyib ilk sözü deyə
bilmirəm. O, bunu başa düşür və təbəssümlə deyir:
-Necədi işlərin? Səkinə dedi işə də düzəlmisən?
-Hə, fabrikdə bir yüngülvari iş veriblər, malları çeşidləyirik... seçib-seçələyirik... Onsuz da
boş vaxtım çoxdur...
-Bəs dərslərin necə gedir? Başın qatışar işə, dərs yadından çıxar ha...
-Yox, yox, dərslərim yaxşıdı... Yeddi imtahan vardı, hamısından beş almışam.
-Müyəllim, namxuda Xostan elə məktəbdə də yaxşı oxuyanıydı dana, - bunu da Səkinə deyir
və aradakı rəsmiyyət bir az səngiyir.
Mənim əslində elə bir narahatçılığım yoxdur, sadəcə bu Atlas xalanın
birdən-birə belə peyda
olmağına çaşıb qalmışam. Ona görə də hələ də özümə gələ bilməmişəm. Yoxsa müəllimimi allah bu
yaz günündə bu şəhərə göndərməynən mənim ürəyimdən keçəni eləyib. İndi mən bu kişidən
kəndimizin, evimizin, torpağımızın, suyumuzun iyini alıram. Məni qınayan olmasa, bu kişinin üst-
başını iyləyərəm, kəndimizin torpağına bulaşan o ayaqqabılarının altından öpərəm...
-Atlas xalan bir az nasazlayıb... Dedim, gətirim o kəççi balnisiyasında bir yoxlasınlar...
Mənim də bu şəhərdə bir-iki dəyməli yerim var, onlara da dəyim... Bir də...
Kişi nədənsə bir az tutuldu. Əlini saçına çəkib dəyişilmiş səslə deyir:
-Bizim gədə axı Tümendəydi... kadrovı afserdi... Kapitandı... İndi bizdən xəbərsiz qayıdıb
Bakıya, ordan da gedib Qarabağa...
Gəldik bura ki, bəlkə Kamilin xəbəri ola, görüb-eləyə bizim
Nazimi... o da ki... Səkinə dedi, Kamil gedib, bir səs-sorağı da yoxdu...
Nəhayət ki, Atlas xalanın da səsi çıxır, özü də qəhərlənib eləmir, elə şappadan-xeyir deyir:
-Xostan, deyillər ki, sən böyük vəzifədə olan qohumuu tapmısan,
bəlkə ona deyəsən, görəy
bizim Nazimi hara göndəriblər?
Mən key-key gah Hafiz müəllimə, gah da arvadına baxıram, amma bir şey başa düşmürəm.
Nəhayət, Səkinə dillənir:
-Ay Xosu, o nədi e, toplu kişi, mayordu, nədi deyirdin ha, təzə bazarın altda Qormilisiyədə
işləyən dana...
Hə, indi başa düşdüm nə istəyirlər.
-Hüseyin
müəllimi deyirsiz? – deyirəm və özüm də cavab verirəm:
-Hə, o bilər, qoy elə indi gedim küçədən telefon budkasınnan zəng vurum...
Hafiz müəllim əlinin işarəsi ilə məni yerimdə oturdur:
-İndi belə tələm-tələsik lazım dəyil, onsuz da səhər də burdayıq, lazım gəlsə, bürüsüyünü də
qalarıq, lap tabürüsüyünü də... İndi biz yaz tətilindəyik axı, məktəb yoxdu...
Bir qədər o yandan-bu yandan söhbət eləyirik. Sonra Hafiz müəllim durub
həyətin küncünə
qoyduğu bağlamaları gətirir.
-Səkinə, qızım bu sənin payındı, Atlas xalan özü büküb...
Səkinə gülümsünür:
-Eee, ay məllim, ayıb dəyil sanallah!