¹2(3) èéóí 2012
152
özünü saxlaya bilmədi, zulum-zulum ağladı. Məndə, on dörd yaşlı bir uşaqda o itkin düşmüş el-
obasını, qohum-qardaşını, dost-aşnalarını tapmışdı sanki...
Podpolkovnikin üzünə baxdım. Kişi qapqara qaralmışdı. Əlləri əsə-əsə siqaret çıxartdı,
“papa, bağışla” deyib yandırdı. Nəmli gözlərini bizdən gizlədirmiş kimi döşəməyə baxa-baxa
qurcuxdu:
-Sən xoşbəxt adamsan ki, gedib ata yurdunu görmüsən...
-Nə var ki, a bala! İndi texnika əsridi, min maşına, iki günə sən də get gör, gəl, - bunu Ağası
dayı deyir.
Mən balaca çantamı qurdalayıb həmən saxsı parçasını çıxardıb qoyuram stolun üstünə.
-Bu
nədi? – deyə Hüseyn müəllim soruşur.
-Bunu onda kəndimizin (bu sözü ona baxıb deyirəm, yəni ikimizin kəndimizin)
xarabalığından tapmışdım... neçə illərdir ki, saxlayıram... hərdən ürəyim sıxılanda çıxarıb baxıram...
Ağası dayı harasa gedir. Podpolkovnik rəngli saxsı parçasını götürüb o üz bu üzünə çevirir,
sonra barmaqlarını üstündə gəzdirir, sonra naxışlarına barmaqlarının ucuyla toxunur... Elə bil
danışır saxsı parçasıyla. İnanmazsınız, çoxlarının bəlkə də zəhmindən üfütdüyü bu yekəpər milis
işçisi quzuya dönüb. Damarlarında Qaçaq İsrafilin, erməni qızı Marqonun qanı axan bu adam bir
kökə düşüb ki, çırtma vursan qanı çırtlayar. Bu vaxt Ağası dayı əlində bir bükülü bizə yanaşır.
Qırmızı vilvet parçaya bükülmüş bəzəkli naxışlarla işlənmiş saxsı küpəni parçanın içindən çıxardıb
stolun üstünə qoyur və deyir:
-Bu küpəyə Qaçaq İsrafilin əli dəyib. İçindəki qızıldan danışmayacam, bu heç. Amma bu
küpdə neçə-neçə insan oğlunun yaddaşı var. Mən bir az oxumuşam o illərdə. Gərək ki, Sokratın
sözüdü: “Müdriklik heyrətdən başlayır.” Mən bu küpdə, onun üzərindəki işləmələrdə bir heyrət
gördüm. İnanın, o dəyirmana gecə getmişdim. Ocaq daşlarının altını qazanda elə bil o zərbələr
torpağa deyil, ürəyimə dəyirdi. Düzdü, həm qorxurdum, həm də nəsə möcüzəli bir şey gözləyirdim.
Təkcə qızılı demirəm ha, qızıl da möcüzədi əslində, amma mən ayrı bir möcüzəylə rastlaşacağımı
fikirləşirdim, elə rastlaşdım da. Bax, bu qabı gecə vaxtı ordan çıxardanda bir səs mənə dedi ki, qızılı
boşalt, özünü tulla o şırhaşır axan Bəsid çayına, çıx get. Amma başqa bir səs, daha güvənli səs isə
demək nədi, hökm elədi ki, o biri səsə fikir vermə, bu qabı – küpü ata bilməzsən, onu da
götürməlisən. Bir orqan işçisi üçün bu, həddindən artıq risk idi. Amma mən onsuz da qədərindən
artıq riskə getmişdim. Daha geri yol yoxuydu. Onsuz da mənə nə olmalıydısa, olacaqdı. Beləcə, indi
gördüyünüz bu küpü içindəki qızılıyla bərabər Marqonun yanına gətirdim. O da qızılla yarım olan
küpün üstünə pendir yığdı və bir gün bu Hüseyni də götürüb özünün yüngül şələ-şüləsiylə Bakıya
yola düşdü... Heç Hüseyn də, o biri uşaqlar da bu sirri bilmirlər... (Yox, elə baxma, Hüseyn, kimin
oğlu olduğunu, kimin belinnən gəldiyini bilir, demişik ona, amma bu küp məsələsini indi açıram)
Siz həm qohumsunuz, həm də dünya dəyişir axı... Bir az sonra Qaçaq İsrafil kimi adamların
sahibləri onlar haqqında əsil həqiqəti üzə çıxardacaqlar. Mən istəyirəm ki, bu sirr mənimlə qəbirə
getməsin...
-Var ol, e, ay papa! Sən kişi adamsan! – Hüseyin əlini küpə sürtə-sürtə deyir. Özü də elə
deyir ki, elə bil bu sözləri Ağası kişiyə deyil, küpə deyir. Qoca bu dəqiqələrdə lap da qocalır elə bil.
Kişinin nəfəsi çatmır. Amma özünü toplayıb danışır yenə:
-Bax, bu küpün içində yüzəcən beşlik qızıl da var. Maralnan mən bizə lazım olanından
artığına dəyməmişik. O qızılları Qaçaq İsrafilin özünə xərcləyərsiniz. Bir rəssama şəklini şəkdirin,
haqqında kitab-zad yazdırın... Film çəkdirin. Bu millət öz qoçaqlarını tanımalıdı axı... Bir də qoy
bilsinlər ki, bu iki milləti, erməniynən türkü düşmən eləyənlər düşmən eləyib, əslində onlar dost ola
bilərlər, onların arasını vuranları allah cəzasına çatdırsın...
Sonra qoca stola bir şüşə qoyub üzünü Hüseynə tutaraq deyir:
-Bu konyakı sən mənə neçə il qabaq vermisən, gərək ki, Moskvadan gətirmişdin. Ürəyim
içmək istədi. Dur stəkan tap gətir, adama bir rumka içək...
Konyakı podplkovnik süzür. Sonra özü də tost deyir:
-Bu cavan oğlanın şərəfinə içək! Moy daraqoy, sən xoş gəlmisən!
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
153
İçirik və mənim gözüm birdən küpün üstündə ərəb əlifbasıyla yazılmış yazılara sataşır. İstər-
istəməz qışqırıram:
-Burda
yazı var!
Üçümüz
də diqqətlə küpə tərəf əyilirik.
-Hə, yazıdır... Əski əlifbayla... – Bunu Hüseyn deyir. Qoca isə eynəyini taxıb zəndlə baxır,
amma deyəsən bir şey sezə bilmir. Nəhayət, dillənir:
-Mənim o gecə, haman bu küpü çıxardanda ürəyimə nəsə dammışdı... Bilirdim ki, tarixi bir
iş görürəm... Amma nə idi gördüyüm, bunu bilmirdim... Apararsınız Ziya müəllimin yanına...
Bütün olub bitəni o kişiyə danışarsınız... Qoy bu sirr batmasın.
Qoca üşüyürdü deyəsən. Gedib gödəkçəsini çiyninə saldı. Hüseyn müəllim də ayağa qalxıb
mənimlə, Ağası dayıyla vidalaşdı. Mən Hüsü Hacıyev küşəsiylə düz aşağı – Beşmərtəbə səmtə
düşməyə başladım. Bu təzə xəbəri babama, Hafiz müəllimə mütləq yazmalıydım. Qaçaq İsrafilin
oğlunun sağ olduğunu onlar mütləq bilməliydilər. Bu onlarçün necə bir sürpriz olacaq, bunu mən
bilirəm. Amma evdə məni daha betər sürpriz gözləyirmiş.
SÜRPRİZİN ƏN YEKƏSİ
Səkinəgilin həyəti təxminən eni səkkiz, uzunası on metr olar. Həyətə girəndə soldan birinci
qapı ev sahiblərininkidir. İçəridən içəri iki otaq. Sağda mənim qaldığım. Bir otaq, bir də balaca
mətbəx. Otaqların pəncərələri həyətə açılır. Həyətin ortasında dəmirdən stol var. Kamil gedəndən
bu stolda demək olar ki, oturmuruq. Bəlkə də oturardıq, Nanənin burnumuzdan gətirəcəyini
fikirləşib, o barədə heç düşünmürdük də. Bir də bu soyuq noyabr günlərində həyətdə oturmaqmı
olar? Elə soyuq idi ki, adamın dişi-dişinə dəyirdi. Mən bu Bakı küləyiylə heç cür barışa bilmirdim.
Adamın saçını-başını elə qarışdırırdı, elə bil səninlə ədavəti var. Belə küləkli günlərin birində
özümü qaça-qaça həyətə saldım və gördüyüm mənzərədən quruyub qaldım. Gənc bir qadın, 45-50
yaşlarında kişi, elə o yaşlarda başqa bir qadın (deyəsən rusa oxşayırdı) və bir suyumu elə mənə
oxşayan, bəlkə də mənimlə yaşıd, amma boyca məndən hündür olan bir oğlan Səkinəylə həyətdəki
stolun ətrafında əyləşib çay içirdilər. Nanə yoxdu, yəqin Səkinə salmışdı içəri.
-Salam.
-Gəl, Xostan, bınlar sənin qohumlarındır!
Yox bir! Mən dalbadal belə sürprizə hazır deyiləm axı! Hüseyn əhvalatını hələ əməlli həzm
edə bilməmişəm, birdən durub təzə qoumlarım gəlir, özü də birini də tanımıram. Anası erməni
qohumum tapıldığı bəs deyil, (indi belə qohumluğu heç kim arzulamır!) hələ bir rus qohumum da
tapılıb deyəsən... Nəysə, keçib bir tərəfdən əyləşirəm və təzə qonaqları – “qohumlarımı” diqqətlə
müşahidə edirəm. Nəhayət, Səkinə mənə də çay süzüb deyir:
-Xosu, bu kişi Zəriş xalanın dayısı Qorxmaz kişinin oğlu Qədir əmidi... Bu da bacısı
Asyadı... bu... bu da...
Səkinə əli ilə rusa oxşayan qadını göstərir, amma sözünü tamamlaya bilmir. Qədir deyilən
adam ona kömək edir:
-Mənim yoldaşım Zaradı...
Səkinə davam edir:
-Bu da Asyanın oğlu Elaydı...
İçimdə elə bil nəsə qırılır, yox, qırılmır, kəsilir elə bil. Kəsməyən, bizim tərəfdə deyildiyi
kimi, korş bıçaqla elə bil içimi-içalatımı kəsib doğrayırlar. Bıçaq o qədər korşdur ki, xırçıltısı açıqca
eşidilir. “Bunun adı Elay-zad deyil, eləcə Eylasdır, sadəcə məni hövülləndirməmək üçün Elay
deyirlər – Elaydı, Eltaydı, Elnardı, indi təzə dəbdə olan adlardır. Bu, atamın oğludur, papağı boş
qalmışın. Gör hələ anam bunları görsə nələr olacaq! Kül olasan, a Xosrov!”
Qədir başlayır söhbətə:
-Biz orda, Stıkvarda Azərbaycan obşinası qurmuşuq... Tak şto, sənin qəzetdə statyanı
oxuduq, bir də Bakıda gedən bu perestroykanı, mitinqləri, ermənilərin niprav işlərini fikirləşib
Dostları ilə paylaş: |