Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə79/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   75   76   77   78   79   80   81   82   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
169
semantika haqqında da demək olar. Saf semantik nəzəriyə, başqa sözlə, məntiqi semantika 
adlandırılır. Məntiqi sintaksis və semantika qaydadan kənara çıxmanı, təsadüfi və tarixi məqamları 
nəzərə almadan dili öyrənir. Elə buna görə  də onlar bütün dillərdə “təmizlənmiş” xüsususi halları 
tədqiq edir.Təsviri sintaksis və semantika isə bütün halları  nəzərdən keçirir, qaydadan kənar və 
tarixi məqamları da öyrənir. Süni dillərdə müəyən məhduduiyyyət və bununla bağı sintaktik və 
semantik strukturların istifadəsində bir dəqiqlik vardır.      
Sintaktik və semantik əlaqələrin növləri haqqında dildə söylənilən ifadələr metadilə aiddir.  
Beləliklə, biz 4 cür əlaqənin hər tipi barədə müəyyən nəzəriyyələr yaratmış oluruq. İşarələr 
üçün əlaqələr sinifləri müəyyən edirlər. Ayrı-ayrı sintaktik sistemlər ümumi sintaksis nəzəriyyəsinin 
xüsusi hallarıdır: Belə demək olar: x– y dilinin sintaktik sistemidir. Bütün bu dörd əlaqələri öyrənən 
nəzəriyyələrin məcmusu semiotika adlanır.  
Sintaksis  İ  və  İ
1
 arasındakı  əlaqəni öyrənir. Bu zaman sosial amillər və  işarə ilə onu işlədən 
arasındakı  əlaqələr nəzərə alınmır, yəni sözlər və söz birləşmələri, fonemlər, morfemlər və s. 
arasındakı qaydalar öyrənilir (funktorlar, arqumentlər, kvantifikatorlar və s.). Bu birləşmələrin 
düzgünlüyü müəyyən edilir, bir forma başqasına keçir. Formanın məzmuna uyğunluğu  a priori 
nəzərdə tutulur.  
İşarələrin düzümündə sintaktik (formal və ya təsviri) birmənalılıq mühüm rol oynayır. Ancaq 
bəzən cümlə ikimənalı da ola bilər. Müq.et: /o qoca/ atlıya yaxınlaşdı// və ya /o/, qoca atlıya 
yaxınlaşdı/. Burada fasilə  və tonun hərəkəti başadüşməni asanlaşdırır və yersiz izafilikdən 
(redundantlıqdan) qaçmağa imkan verir. N.Xomskinin təbirincə desək, alt qat üst qatdakı düzümdən 
asılı olaraq müxtəlif cür açıla bilər. 
Özü də bu ikimənalılıq cümlədəki sözlərin çoxmənalığından deyil, cümlənin sintaktik 
strukturundakı ambiqivitlikdən irəli gəlir. Təbii dillərdə belə  şeylər tez-tez olur. Amerikan alimi 
H.Karri (Carry) çoxmənalı işarə düzümünü «politektonik» adlandırır. Sintaktik nəzəriyyə müəyyən 
etməlidir: düzüm politonikdir, ya yox. Məlumdur ki, formal sintaksisdə belə şey ola bilməz. Belədə 
maşın çıxılmaz vəziyyətdə qalar, ya da səhv həlli ortalığa qoyar. Deməli, süni dildə aydın 
çatışmazlıq təbii dil üçün üstünlük ola bilər.  İkimənalı cümlələrin olması artıq redundantlıqdan 
qaçmaq üçün əsas yaradır. Məs., /Professorun dəvəti hamının ürəyindən oldu// cümləsi iki cür başa 
düşülə bilər. /Professoru dəvət edirlər/ və /Professor özü kimisə  dəvət edir//. Real danışıqda 
presuppozisiya və danışıq məqamı belə çoxmənalılığı aradan qaldırmağa xidmət edir. Bu zaman 
semantik və praqmatik faktorlar həlledici rol oynayır. Burada transformasiya mühümdür. Məs., /o 
siqaret çəkir//→/siqareti o çəkir//→/siqaret onun tərəfindən çəkilir//→/o çəkir//→/siqaret çəkilir//, 
ancaq */siqaret onu çəkir// və */o çəkilir// mümkün deyildir. Qısaldılmış elliptik cümlələrdə 
redundantlıq yoxdur, ancaq anlaşılmazlıq hər zaman meydana çıxa bilər. 
Sintaksis dildə mümkün olan və ya hələ  də  işlənməmiş, ancaq qrammatik cəhətdən düzgün 
cümlələrin siyahısını sintaktik əməliyyatlar vasitəsilə müəyyənləşdirməyə imkan verir. İkinci 
məsələ isə cümlənin konkret dilə məxsus olduğunu müəyyən etməyə xidmət edir. Cümlə düzdürsə
deməli, sayıla bilər, ancaq bütün sadalanan cümlələr heç də həmişə düzgün olmurlar. 
Bəzən cümlə düzgün qurula bilər, ancaq dil sisteminə uyğun gəlməz, mənası olmaz. Məs., 
L.V.Şerbanın «Qlokaya kuzdra şteko budlanula bokra i kudryaçit bokryonka» misalı bunun bariz 
nümunəsidir
19

Qeyd edək ki, neopozitivizmin görkəmli nümayəndəsi olan Vyana məktəbi sintaktik 
tədqiqatlara xüsusi önəm verirdi. Bu zaman düzlük anlayışı sübut olunmaq və düzəldilmək 
kriteriyaları ilə  məhdudlaşırdı, başqa sözlə  hər hansı cümlə cümlə strukturuna malik olmasının 
sübutu və düzəlmə qaydalarının dildəki kimi olması əsas götürülürdü. Lakin qondarma cümlələrin 
də dildə mümkünlüyü vyanalıları semantik tədqiqatlara üz tutmağa vadar etdi. İşarənin  şüurda 
inikasla, məfhum və söyləmlə əlaqəsi semantikanın, obyektlə, onun əlamət və nədənilə əlaqəsi isə 
siqmatikanın sahəsidir. Onların tədqiqində insan və cəmiyyət nəzərə alınmır. Bəziləri bu iki  aspekti 
birləşdirirlər. Bəzən bunu məzmun və  məna (stoiklər və sxolastiklər), bəzən də  məna və ifadə 
(Karnap) kimi fərqləndirirlər. Sözün – adın məzmunu məfhumdur, onun mənası isə obyektdir. 
Cümlənin məzmunu ifadədir, onun mənası isə gerçəkliyin dəyəridir.  


¹2(3)    èéóí 2012 
 
170 
Karnap işarə  və cümlələrin intension və ekstension aspektlərini fərqləndirir. Belədə  nəqli 
cümlənin inikası varlıq, ekstensiya isə həqiqətin dəyəridir. Amerika alimi V.Quin semantikanı məna 
və referensiya nəzəriyyəsi olmaqla iki yerə bölür.  
Əlbət ki, işarə ilə onun referenti və ya denotatı arasında münasibətlər çox mürəkkəbdir.  
Ancaq işarələyən işarələnənin yerində gəlirsə, bəs onda onun semantikası nədir? Bu, xüsusilə, 
cümlələrdə və frazeoloji birləşmələrdə özünü daha aydın büruzə verir. İşarənin obyektə münasibəti 
mental və psixi xarakter daşıyır. 
   
      İşarə  inikas 
 
     nüsxə obyekt 
 
Dildə  mənanın obyekti əks etdirməsi konkret kriteriyalarla verilir. Obyektin kənd,  şəhər, 
qəsəbə və ya hansı rəngdə olmasını biz asanlıqla cümlədən aydınlaşdırırıq. Məsələni daha dəqiq həll 
etmək üçün elmi terminlər işlədilir. Bunu riyaziyyat daha dəqiq ifadə edir. Əksolunmanın obyekti 
onun şüurdakı inikasından fərqləndirilməlidir. 
Deməli, semantika işarə ilə  şüurda inikas arasındakı  əlaqələri öyrənir. O, işarədən istifadə 
edəndən və onun ifadə etdiyi obyektdən və varlıqdan abstraktlaşıb ayrır. 
Siqmatika işarənin obyektlə  əlaqəsini öyrənir. Bu da məna vasitəsilə  aşkar edilir. Odur ki, 
siqmatika sintaksisin və semantikanın olmasını  tələb edir. O da istifadəçidən abstraktlaşır. 
Metadildə  bəzən semantika ilə siqmatika fərqləndirilmir, hər ikisi, xüsusilə  də süni dillərin 
təhlilində, semantikanın tərkib hissələri kimi götürülür. 
İşarənin mənası olan şəkillər və inikas olunanların xarakterindən belə aydın olur ki, onlar 
bilavasitə  tədqiq oluna bilməzlər, onlara yol, işarələrdən və adı  çəkilən obyektlərdən keçir. Bu 
zaman polisemiya, omonimiya və ya sinonimiya  yaranır. Məs.,ing. d.  /hand/-(əl) /he has a book in 
his hand/ (o kitabı  əlində saxlayır), /I know his hand//, (Mən onun xəttini tanıyıram), /a factory 
hand/ (işçi, icraçı). Omonimiya misal: /spring/ (yaz), /spring/ (yay), /spring/ (mənbə, mədən) və s. 
Sinonimiyaya isə aşağıdakı misald ola bilər: /nəm/-/yaş/-/höyüş/ və s. İşarə o zaman polisemdir ki, 
ona iki və ya daha çox məna şamil edilir. Təbii dillərdə bu adi haldır. O, tarixi prosesdə meydana 
gəlir. Yeni hadisə və ya məfhum yarananda, əvvəl mövcud olan sözü işlədirlər. Bu zaman məna ya 
genişlənir, ya da bölünür. Məs., /peyk/ (yerin peyki), (süni peyk) və s..  
İkinci məsələ sinonimlə bağlıdır. Alm.d. /Schimmel/ (ağ at) və  /weißes Pferd/ sinonimdirlər. 
Azərbaycanca  /su/ və /H
2
O/ da sinonimlərdir. Ancaq onların  işlənmə  məqamları müxtəlifdir. 
Bəzən elə olur ki,  eyni obyektləri bildirən sözlər (məs. alm. d.  /Morgenstern/ və  /Abendstern/ (hər 
ikisi dan ulduzu deməkdir) və ya /hindi/ və /qədim amerikalı sakin/ və s. sinonim deyillər. Biz deyə 
bilərik ki,  H
2
O valentliyə görə düzələn birləşmədir, ancaq burada /su/ sözünü işlətmək olmaz. 
Deməli, iki intensional dəyər eyni olsa da, ekstensional baxımdan onlar  eyni deyillər və  əksinə.  
Semantika işarələr arasındakı  əlaqələri öyrəndiyindən sinonimlik onun bir hissəsi kimi 
götürulə bilər. Burada sintaktik əlaqəyə girən elementlərin də  məna strukturunun öyrənilməsi 
vacibdir. Eyni zamanda, bir cümlənin o biri cümləyə mənaca bağlılığı da mühüm rol oynayır. 
Dil işarələri  ifadə etdikləri məna ilə  ən azı dolayısı ilə obyektiv gerçəkliklə bağlı olur. Səs 
təqlidində isə birbaşa bağlılıq göz qabağındadır. Deyirlər ki, gerçəkliklə  işarə arasında bir 
izomorfluq var, yəni sözlərlə şeylərin bağlılığı ən azı strukturlarda üzə çıxır. Yəni işarələrin struktur 
birləşmələri gerçəkliyin abstrakt əlaqələrini əks etdirirlər.        
Cümlə  səhv ya da düz olur. Cümlə o zaman düzdür ki, ifadə olunan həqiqətən də realdır. Real 
olmayan isə  səhvdir. Məs. /Bakı Azərbaycanın paytaxtıdır// düzdür. /Sumqayıt da Azərbaycanın 
paytaxtıdır// isə səhvdir. 
Birinci faktiki gerçəklikdir. Ancaq məntiqi həqiqət də var ki, bu cümlənin strukturundan hasil 
olur. Məs., əgər a b-yə bərabərdirsə və b də t-yə bərabərdirsə, deməli, a da t-yə bərabərdir. Buradakı 
gerçəklik qanunauyğunluğu dildə öz əksini tapı. 
1.İşarə ilə insan arasındakı münasibətləri öyrənən elm praqmatika adlanır. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə