¹2(3) èéóí 2012
166
СЕМИОТИКА
ЛАБОРАТОРИЙАСЫ
“Semiotika laboratoriyası” rubrikamızı davam etdiririk. Elmin bu sahəsi ola bilsin ki,
oxucularımızın böyük əksəriyyətini ilgiləndirməsin. Verdiymiz materiallar mübahisələr də doğura
bilər. İstərdik ki, mütəxəssislər – dilçi, ədib və filosoflar bu rubrikada iştirak etsinlər. Səhifələrimiz
polemika üçün açıqdır. Semiotika klassiklərindən tərcümələrə də yer ayırmışıq və bunu davam
etdirəcəyik.
F. VEYSƏLLİ
İŞARƏLƏRİN ASPEKTLƏRİ HAQQINDA
Semiotika ilə inikas nəzəriyyəsi arasındakı əlaqələri filosoflar daha çox xüsusi və süni dillərin
timsalında çözməyə çalışırlar, çünki belədə təbii dillərin mürəkkəbliyi minimuma enmiş olur. Məs.,
işarə ilə onun maddi varlığı arasındakı əlaqə təbii dillərdə çox mürəkkəbdir.
Eyni işarələrin müxtəlif
variantlarda çıxış etməsini dilçiliyin bir neçə sahəsi – fonologiya, morfologiya, semantika və s.
öyrənir. Təbii dillərin sintaksisində də mürəkkəbliklər çoxdur.
Məşhur alman alimi G.Klaus semiotikanı, ilk növbədə, dil işarələri haqqında ümumi nəzəriyyə
kimi tərifləndirir. Onun fikrincə, semiotik baxımdan dilin tədqiqi zamanı aşağıdakı faktorlar nəzərə
alınmalıdır:
1.
Şüurda əks olunan obyekt (O)
2.
Dil işarələri (İ)
3.
Fikirdə əks olunanlar (Ə)
4.
İşarələrdən istifadə edən
və başa düşən adamlar, işarələrin cəmiyyətlərlə əlaqəsi (A) (bax:
şəkil 1)
1
.
Beləliklə, işarə nəzəriyyəsində 4 cür əlaqədən söhbət gedir. Birinci halda
onu sintaksis adlandırırlar, söhbət bir işarə ilə digərlərinin birləşməsindən
gedir.
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
167
sintaksis
(birləşmə qaydaları)
İ
praqmatik
İ (C)
kimə və nəyə
yönəlikliyi
semantika
siqmatika
İnikasın obyekti
(əşyalar, əlamətlər,
əlaqələr)
Ə
əks olunan obyekt
Şəkil 1. İşarələrin əlaqə formaları
İşarələrin 2-ci aspekti məfhum və söyləmlərin fikri ifadəsidir. “Tozsoran” sözü motivləşib, o
mürəkkəb işarə kimi /toz/ və /sormaq/ işarələrinin məcmusundan irəli gələn məna ifadə edir.
Tozsoran, /qabyuyan deyil/, /maşın sürən/ deyil, məhz evin, həyətin, hər hansı bir əşyanın tozunu
təmizləmək üçün istifadə olunan texniki avadanlıqdır. İşarənin bu aspektinə
semantika deyilir.
Üçüncü əlaqə işarənin onu işlədən adam, cəmiyyət, kollektiv və s.
olan münasibətdir, yəni
söz, cümlə, ifadə kimə və nəyə yönəlib. Məs., pambıqçı qarşısında çıxış edən natiq nəzərə almalıdır
ki, o elektron hesablayıcılar istehsal edənlər qarşısında çıxış etmir, o deyərsə ki, «pambıq kolunun
hər biri 2 bit informasiya daşıyır», əlbəttə, pambıqçılar onu başa düşməyəcəklər. Bu aspekti
praqmatika adlandırırlar(daha ətraflı irəlidə).
Nəhayət, dördüncü aspekt işarənin inikası olan obyekt avadanlığın, aparatın özüdür,
böyükdür ya kiçikdir, hansı rəngdədir, gücü nə qədərdir, yaxın və uzaq məsafəyə daşına bilirmi,
haradadır, necədir və s. Bu aspekti isə
siqmatika adlandırırlar
2
.
Semiotika ayrı-ayrı konkret işarələrin materiyası və ya yazıda
necə verilməsilə balavasitə
məşğul olmur, o işarələrin obrazlarını öyrənir. Hər bir maddi işarə xüsusi individdir, fərddir, o iki
dəfə eyni cür gələ bilməz və onun bir sıra əlamətləri var ki, onlar semiotik yanaşmada rol oynamır.
Məs., bizim mətndə işlətdiyimiz işarə sözünün hər dəfə işlənəndə elə əlamətləri olur ki, başqa
hallarda bu əlamətlər olmurlar. Səhv yazanda və ya düzgün deməyəndə eyni işarə obrazını, onun
haqqında yaranan fikirləri asanlaqla duymaq olur. Əsas odur ki, bir sözün reallaşmaları oxşar olsun
və eyni obrazı əks etdirsinlər. Burada abstraktlaşma olmalıdır. Biz deyə bilərik ki,
x və
y arasındakı
əlaqə ekvivalentdir. İşarələrin təmsilçiləri mücərrəd siniflərdir. İşarənin nüsxələri abstraksiyanın
elementləridir, yəni eyni işarə obrazının reallıqlarıdır. Bu reallıqlar eyni işarə obrazına ekvivalentlik
İşarənin dilin başqa
işarələrilə əlaqəsi
(morfem, leksem,
cümlə və s.)
Dil işarələri
(morfem,
leksem, cümlə
və s.)
İşarədən istifadə
edən başqa
cəmiyyətlər və
insanlar
инсанлар
Anlayış və ifadələrin
fikirdə inikası
,
əksi və s.
¹2(3) èéóí 2012
168
əlaqəsilə bağlanır. Bir işarə obrazı ekvivalent işarə nüsxələrinin
strukturunu təşkil edir, yəni elə
sxem və ya modeldir ki, ondan ünsiyyətdə istənilən qədər işlətmək olar. Onlar düzəldikdən sonra
qalmır, yox olur, dildə və ya lal-karların ünsiyyətində və jestlərdə olduğu kimi ünsiyyət məqamı
keçəridir, işarə də qalır keçmişdə.
İşarə nüsxələri işarələrin daşıyıcıları və ya işarə hadisələri adlandırıla bilərlər. Onlar hər hansı
bir işarə obrazına, geştaltına aid edilməlidir, yəni onun təmsilçisi olmalıdır ki, tanınsın, hər hansı bir
məlumatın daşıyıcısı məna tutumlu işarənin nüsxəsi olsun. İşarələrin nüsxələri işarətanıma
nəzəriyyəsinin obyektidir. Onların düzəldilməsi və tanınması mürəkkəb psixoloji prosesdir. Ancaq
elektron avtomatlarla görülən işlər hələ də arzu olunan səviyyədə deyildir.
İşarə nüsxəsinin işarə obrazına münasibəti əks olunan ilə obrazı, şəkli arasındakı münasibətə
parallelik təşkil edir. Məfhumun inikası şüurda əks olunan obyektlərin abstraktlaşması sayəsində
mümkün olur.
İşarə nüsxəsi konkret təbiətə malikdir, hissi qavranılan şəkildir. Məcburi
deyil ki, o
əksolunmanın obyekti olsun. Eynilə, fikri proseslər də əks oluna bilərlər. Bu da semantik aspektin
sahəsidir. İşarə gestaltı əsasında nəinki işarə nüsxələri eyniləşdirilir, həm də düzəldilə bilərlər. Bu
qarşılıqlı əlaqəni alman alimi G. Klaus belə əyaniləşdirir.
İşarə obrazı inikası
İşarə nüsxəsi əksolunmanın
obyekti
Deməli, dilin işarələri arasındakı əlaqələri sintaksis öyrənir. Təbii və süni dilin sintaksisi təsvir
olunan obyekt dili üçün qaydalar sistemi müəyyənləşdirir ki, buna da metadil deyilir. Məs., biz süni
dili Azərbaycan dilindən
istifadə etməklə öyrəniriksə, burada süni dil obyekt dili, Azərbaycan dili
isə metadil kimi çıxış edir. Eynilə semantika dildə ifadə olunan məfhum və anlayışların əlaqəsini
təsvir edir. İşarə ilə əks olunan obyektlər və şeylər arasındakı əlaqələri siqmatika, nəhayət, işarə ilə
ondan istifadə edənlər arasındakı əlaqəni praqmatika öyrənir. Aşağıdakı sxem bu əlaqələri daha
əyani göstərir:
/su içməlidir//, /duzludur// /su/ arxdakı
/su aydınlıqdır// /təmizdir /su istəyirəm/ göldəki
/susuz çətindir// /şirindir///su istəmirəm/ dənizdəki
/su həyatdır// /lillidir// və s
. /susuzlamışam/
qabdakı
sintaqmatika semantika praqmatikasiqmatika
Sintaksis təbii dildəki birləşmə qaydalarını araşdırır. Məs., /dilxor/, /rüşvətxor/, /nəşəxor/
işlənir; ancaq */çayxor/, */şorbaxor/ deyilmir.
Süni dillərdə isə dildəki birləşmə əlaqələri formullar əsasında müəyyən edilir. Deməli,
quraşdırılan dildə hansı əlaqələrin olub-olmaması müəyyən edilir.
Semantika da işarənin hansı mənalara malik olmasını öyrənir,
konkret bir məqamda işarənin
hansı mənada işlənilməsini araşdırır. Məs., /baş/ (ağacın, dağın, insanın) və s. başı anlamlarında
işlənə bilir. Deməli, təsviri sintaksis və semantika dilçiliyə, formal sintaksis və formal semantika
məntiqə aiddir.
Formal və təsviri sintaksisin oxşar cəhətləri onların hər ikisindəki birləşmə əlaqələrini
öyrənməsindədir. Ancaq onların fərqi də var. Belə ki, formal sintaksis təsadüfləri nəzərə almır;
işarələrin düzümü dəqiq və yoxlanılan olmalıdır. Təsviri sintaksis isə tarixi əlaqələri də nəzərə alır.
Bu deyilənlər eynilə semantikaya da aiddir. Bundan başqa süni dillərin sintaktik özəlliklərini də
sintaksis öyrənir. Süni dillər öz sintaktik strukturu baxımından formal məntiqin xüsususi hallarıdır.
Odur ki, bu sintaksisi saf sinaktik nəzriyyə və ya məntiqi sintaksis kimi göstərirlər.Eyni sözləri