Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
175
3. Danışıqda söz birbaşa dünyaya aid olur.
4. Söz özü dünyada prototipi olmayan müstəqil yaddaş obrazı olur.
İndi bunları qısaca izah edək.
5.1.
Fonetik söz prototipi olan yaddaş obrazının bildirəni olur. Məsələn, at, it, ağac. su,
quş, külək və s. sözləri oxuyanda və eşidəndə belə olur. Dilaçmada bunlar birinci şifahi sözlər
olubdur. Artıq dediyimiz kimi, bu sözlər instinktdə oturan işarə səslərin davamı kimi işlənməyə
başlayıb. Sözdən əvvəl dünyanı heroqliflərlə işarələmək təşəbbüsü ortada idi. Lakin fonetik səslərlə
hadisə və şeyləri işarələmək, bir birindən-fərqləndirmək savad, heroqlifi bilmək tələb etmirdi. Ona
görə şeylərin və ibtidai hərəkətlərin adlarını bildirən isim və fellər ilkin olaraq ibtidai yazıya düşdü
və deməli, sözləşdi. Sözün tarixi baxımdan birinci funksiyası dünyanı şifahi
səs işarəsi vasitəsilə
bildirmək, adlandırmaqdır.
Dünyanı bildirən sözlər – əsasən birinci siqnal sistemi obrazlarının – görülən və eşidilən
yaddaş obrazlarının adı olurdu. Belə sözlər əsas lüğət fonudur və müasir dildəki sözlərin ancaq 5-10
faizini təşkil edir. Bunlar ikinci siqnal sistemi idi.
6.1.
Söz o biri sözün bildirəni olur. Bu artıq sözün fonetik yazıda doğan funksiyasıdır.
Əslində sözün bütün xassələri yazıda doğur və tam müəyyənləşir, çünki söz yazılanda, yazıya
düşəndə doğulmuş olur. Əvvəl iki tərkibli söz birləşməsi yarandı
: qırmızı nar formulu. Bu formul
yazının inkişafına yol açdı. Adi söz birləşməsi artıq insan iradəsi ilə yaradılan yeni virtual dünya
obrazıdır, onun balaca hissəsidir – dünya obrazının başımızda yaranma prosesidir. Məlum oldu ki.
sözlərlə dünyanı təsvir etməyin imkanları hüdudsuzdur. İkinciyə
qoşulan söz, hər yeni söz
birləşməsi dünyanın operativ və təzə obrazı olurdu! Bütün mətnlər bir-birini aydınladan söz
sırasıdır. Sözlərin və yazı işarələrinin 90 faizi digər sözləri yazıda aydınlatmaq ehtiyacından
yaranıb.
İnsan dalbadal yazılmış 2-3 sözü görüb oxuyanda (bunu öyrənəndə), sözün ən böyük
möcüzəsi ortaya gəldi: yaddaşda bir-biri ilə əlaqəsi olmayan 2-3 obraz arasında əlaqə yarandı!
Oxunan, eşidiləm, tanınan söz sırası beyindəki müvafiq yaddaş obrazları arasında məna
əlaqəsi yaradan naqil funksiyası kəsb etdi. İnsanlar yeni, gözə görünməyən alət icad etmiş
oldular: bu, passiv yaddaşı sözlə idarə edə bilən, onu
aktivləşdirə bilən alət idi, sözün möcüzəsi idi!
7.1.
Danışıqda söz birbaşa dünyaya aid olur. Biz gördük ki, ibtidai insanlar və heyvanlar da
işarə səslərdən istifadə edirlər. Bu, instinktiv jest ünsiyyətinin bir əlavəsi idi və dilə aid deyildi.
Lakin fasiləsiz mətn mədəniyyəti formalaşandan sonra onun bazasında müasir danışıq, nitq
qabiliyyəti təşəkkül etdi. Bu yazının yaddaşda yaratdığı bacarıqların nəticəsi idi və son 3500 ilin
hadisəsidir.
Fonetik yazıdan doğan nitqdə sözlər operativ niyyətlə işlədildi və onlar dünyaya birbaşa aid
oldular. Danşıqda sözlərin hamısı işarə əvəzliyinə yaxın olan bir funksiya icra edir: dünyanı
göstərir, ayırır, fərləndirir, səciyyələndirir, obrazlaşdırır və s. Bu sözün operativ funksiyasıdır və
yazılı sözdən köklü fərqlərə malikdir. Danışıqda işlənən söz:
1.
Fərdi intonasiya daşıyır
2.
Subyektin dünyaya
birbaşa müdaxilə aləti olur
3.
Yazıya aid olmayan deyim, dialoq və söyləmə şəklində olur.
4.
Ani səslənib yox olur
5.
Qaydasızlıq potensialı daşıyır
6.
Maddi daşıyıcı istəmir, yaddaşda dialekt variantında hifz olunur.
7.
İdentikliyi yazılı variantındadır.
8.1.
Söz özü dünyada prototipi olmayan müstəqil yaddaş obrazı olur.
Biz dedik ki, sözün
real dünyanı bildirmə xassəsindən ancaq yazıda işlənən sözlərin 5-10 faizi yaranıb. Qalan sözlər
yazıda mücərrəd yaddaş obrazlarının işarəsi kimi təşəkkül tapıb. Məsələn, “Vicdanlı olmaq,
¹2(3) èéóí 2012
176
vətənçilik, əzmkarlıq, sədaqət, rəşadət yaxşı vətəndaşın vacib xüsusiyyətləridir” cümləsində
sözlərin heç birinin dünyada maddi qarşılığı yoxdur, prototipi yoxdur. Amma biz cümləni
anlayırıq. Nəyə görə? Ona görə ki,
daş dəmir, şüşə sözləri kimi,
vətənçilik, əzmkarlıq, vergül,
qanun, təhsil, qəzəl, mif, tənlik və s. sözlərinin də yaddaşınızda obrazı, həcmi var və onlar da məna
sahəsi və prosesi yarada bilirlər.
Bu o deməkdir ki, yazıdaki dünya obrazını təşkil edən əsas sözlərin
çoxunun müəllifi dünya
özü yox, söz və yazı yaddaşıdır. Mücərrəd yaddaş obrazları dünyanı birbaşa bildirmir, onun yazıda,
mətndə obrazını yaratmağa, konkretləşdirməyə, onların dəqiqliyinə nail olmağa xidmət edir. Bu
sözlərin əsas həyatı mətn mədəniyyəti daxilindədir, çoxu terminlərdir. Hərçənd ki, şifahi
nitqdə də
məhdud dairədə istənirlər.
Müasir insanın yaddaşı 99 faiz söz yaddaşıdır. Bu da sözlərin yaddaş həcmi və obrazı olmaq
xassəsinin nəticəsidir.
9.1. Nəticə: söz bildirən və bildiriləndən ibarət deyildir. Qat-qat mürəkkəbdir.
Ədəbiyyat:
Əliyev Rəhim, Ədəbiyyat nəzəriyyəsi, Bakı, 2012
Əliyev Rəhim, Sözün mifi, Baki, 2011.
UMBERTO EKO
İŞARƏLİ ƏSR
Kumirlər haqqında
Frenk Sinatra mənim ən çox sevdiyim müğənni idi, onun ölümünə çox üzüldüm,
ancaq bu
barədə başqa heç nə demək istəmirəm. Ümumiyyətlə hər mövzudada fikir söyləməyə can atmaq
konseptual düşüncə tərzidir, bu müəllifin və oxucunun intellektual məqsədindən sapması deməkdir.
Yaradıcılıq haqqında
Yaradıcılıq ancaq anarxist xassəli olduqda həyatda qala bilər. O Darvinin qoyduğu kapitalist
qanunlarla, yalnız ən güclülərin mövcud olduğu yerdə yaşayır... Mən sürətlə düşünə bilmərəm, bir
nəticəyə gəlmək üçün mənə üç ay lazımdır, ancaq bundan sonra mən fikrimi ifadə edə bilərəm. Nə
ardıcıllıq, nə dövrülük məni ilgiləndirmir. Auditoriyanı tərbiyə etmək, yetişdirmək mənlik deyil.
Hər
müəllif bu gün bir cür, sabah başqa cür danışmaq, səhv etmək ya da tamamilə susmaq haqqına
sahibdir.
Mütaliə haqqında
Qalstuk və çəkmələr ayrı-ayrı şeylərdir, lakin onlar arasında heç bir ziddiyyət yoxdur. Məgər
mən qalstuk taxmışamsa, indi nə etməliyəm, çəkmələrimi geyinməməliyəm? Yalnız ağıllı kitablar
oxuyan adamın düşüncəsi, vur-tut qəzetlərlə başını qatan adamın düşüncəsi qədər məhduddur...