Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

Rüstəm Kamal 
 
67 
 
Həyan  olmaq  iman  kamilliyinin  göstəricisi,  ömrün 
“genişlənmə  instinktidir”    (O.Şpengler  ),  Tanrı  övladları 
arasında doğmalıq, duyğusunun əməli təsdiqidir.  
Canlı  bilıik  həqiqət  вя  təbiətlə  ünsiyyətdən  yaranır  (“Biz 
kimik  ünsiyyət  olmayan  yerdə”).  Hüseyn  Arifin  фялсяфи 
qənaəti budur: “Ağacdı insanın dostu, həmdəmi,// Axşamlar 
hayına hay da vermişəm”. 
Şair  cır  armudun  gövdəsindəki:  “acgöz  ayıların  dırnaq 
yarası”nı,  yaxud  adını  yazmaq  üçün  bir  nadanın  bıçaqla 
yaraladığı ağacın ağrısını (“Ağac yaralanır”// Yara ağrıdır”) 
чякмяси həmin ъанлы блик təcrübəsindən gəlirdi.  
Ölüm  səsin  tamam  batmasıdır.  Yaranın  da  səsi  (iniltisi, 
fəryadı)  olur.  Yara  zədələnmiş  bədənin  səsidir,  ağrının 
fəryadıdır.  H.Arifdə  yaralı  varlıqlar  həmişə  inildəyir,  fəryad 
edir: “İnləyir sinəmdə bu yaralı saz”. 
Yara  bədəni  (gövdəni)  işarəyə  çevirir.  “Йара  юlümün 
işindən” (M.Fuko) xəbər verir. Yara cismin - bədənin tarixi və 
tale haqqında bilgi verir, canlı варлыьын (ağacın, qartalın, dağ 
kəlinin)  taleyini  hiss  etdirir.  Yara  ölümля  -  həyatын  çarpışma 
ərəvəsidir. 
 
Küləyin ağzında, yelin önündə 
Atılır sağ - sola qopmuş bir qanad. 
Qaya koğuşunda, selin onündə 
Yaralı bir qartal qoparır fəryad. 
 
 “Bir  dağ  kəli  yaraladım  zirvədə”  şeirinin  fatalist  yönlü 
“davranış mətni”dir müəyyənləşdirilir: “Ey Hüseyn, müxtəsər 
et  sözünü//Bu  qan  səni  tutasıydı, tutdu  da”.  Bir  dağ  kəlinə 
qıyması  ilə oğlu  Arifin  nakam ölümü arasında səbəb axtarırdı. 
Axı  əski  təsəvvürlərə,  inanclara  görə,  durnaya,  qartala,  dağ 
kəlinə  atılan  güllədən  insana  mütləq  bir  zərər  toxunur.  Ona 
Tanrının dəhşətli cəzası qaçlmazdir. Günah-peçmanlıq duyğusu 
şeirlərində metafizik ovqatı gücləndirir. 


Rüstəm Kamal 
 
68 
 
 
Amandı, durnaya güllə atmayın, 
Tapar öz yerini haqdan gələn söz. 
 
Günaha batmayın, qana batmayın, 
Əbəs deyilməyib bu deyilən söz. 
 
Yaxud: 
 
Sevinc yarı yolda gəlməzdi bada, 
Ağrını, acını salmazdım yada. 
Alagöz ceyranım bir dar məqamda 
Ömrünü yarıda bitirməsəydim. 
 
Elə peşimanam öz əməlimdən 
Əbəs ələnməyib saçlarıma dən. 
Xəlvəti açılan bir gülləyə mən 
Məğrur dağ kəlinin qəddini əydim. 
 
Günah  və  peşmanlıq  hissi  təbiətlə  -  insanın  ünsiyyətin 
pozulması insanı suclu edir:  
 
 
Yuvada turacın üstünü kəsib  
Havada qartalın xətrinə dəydim.   
 
Qohumluq  -  şairin  həyat-təbiət  fəlsəfəsinin  (eləcə  də 
ünsiyyət  fəlsə-fəsinin)  mühüm  mövzusudur.  Qohumluq  eldə-
gündə,  nəsildə  iyerarxiyasında  böyük-kiçik,  ağsaqqal-ağbirçək 
yerini  müəyyənləşdirir.  Ailə-qohumluq  münasibətləri  şairin 
mifoloji  təfəkkür  strukturunu  “armatur”  kimi  birləşdirən, 
möhkəmləndirən amildir. Cəmiyyətdə yadlaşma, ayrılıq - ölüm 
kimi  məsələlər,  qarşılıqlı  mənəvi  borcların,  öhdəliklərin 


Rüstəm Kamal 
 
69 
 
pozulması  və  s.  nəsiliçi  əlaqələrin  ilkin  qırılma  nöqtəsi  olur, 
yəni kosmosun dağılmasına səbəb olur. 
Kənddən  fərqli olaraq, şəhərdə qohumların dialoqu tədricən 
monoloqa  keçir.  Monoloq  bütöv  bir  nəslin,  elin  tarixini 
“mifoloji məhvərdən” məhrum edir. Ona görə də kənd pozitiv, 
şəhər neqativ başlanğıcın simvoludur.  
 
Bir-birinə qonşu ikən şəhərdə, 
Bir-birindən çox kənardı qohumlar. 
Axı şəhərdə  “Qonşu bilmir kimdir onun qonşusu”. 
 
Şəhər  yaman  gündə,  çətin  vaxtda,  xeyirdə-şərdə  bir-birinə 
arxa-dayaq  olmuş  yaxın  qohumları  yadlaşdırır,  özgələşdirir. 
Onu ağrıdan da budur. 
 
Hüseyn Arif, nə deyəsən bu yerdə, 
Harda qaldı o şirinlik, o pərdə,  
Bir-birinə qonşu ikən şəhərdə, 
Bir-birindən çox kənardı qohumlar. 
 
Şair  üçün  “qonşu-qohum”  sözünün  ayrı  şirinliyi  var. 
Atalarımız  “Qonşu  haqqı  -  Tanrı  haqqı”  deyiblər.  Axı,  qutsal 
qonşu  haqqı  təbiətdə  də  müsbət  enerji  balansını  qoruyub 
saxlayır. 
 
Qonşu sözü müqəddəs, qonşu sözü mötəbər, 
Harayına hay verib, hoyuna çatar sənin. 
Oyananda obaşdan: - Sabahın xeyir! – deyər, 
Qəlbinin istisini qəlbinə qatar sənin. 
 
 “Ev arası o cığırlar, o izlər” - дarıxdığı kəndля ünsiyyət 
ишаряляридир.  Kənd,  ağsaqqallarla  və  ağbirçəklərlə  görüş 
yeridir. 
Гоъалыьын  урватлы  мяканыдыр:  “Kənddə 
qocalasan qocalanda da”. 


Rüstəm Kamal 
 
70 
 
Şəhər - qadın, kənd (təbiət) isə kişi başlanğıcını təmsil edir. 
Kənd peyzajı, kənd yeri onun varlığının, ruhunun təsdiqidir.  
Hüseyn  Arifin  ruh  məkanı  iki  obrazın  -  “evlə”  “bağ”ın 
arasındadır.  “Ev”  -  məhdud,  qapalı,  “bağ”  -  açıq,  geniş 
məkandır. 
“Ev” sadəcə bir tикили - nümunəsi, yaxud insanın yaşadığı 
yer  deyil.  О,  кüçəни,  şəhərя,  ölkəни  də  metoforik  “ev” 
adlandıra  bilər:  “Sıxılmayın,  əzizlərim,  köçkünlük”  -  deyə// 
Evinizdən evinizə xoş gəlibsiniz”.  
Bunların  sırasında  “kənd  evi”  (yaxud  kənddəki  ev)  şairin 
unuda  bilmədiyi  yerdir.  Belə  bir  inanc  var:  “insan  hara  getsə, 
evin  ruhu  onunla  bir  yerdə  olur  (Rus  folklorunda  adamlar  bir 
yerdən  başqa  yerə  gedəndə  ev  ruhları  -  “domovoylar”  onun 
dalınca gedirlər). Deməli,  insan  həmişə,  hər  yerdə öz “evi”  ilə 
qalır, çünki bu kainatda hər kəsin öz bucağı, öz küncü var”.  
Hüseyn  Arifin  “ev”lərinə  təkcə  Ağstafadakı  ata-baba  evi, 
qartal  yuvası,  koma,  tələbə  yataqxanası,  çoban  yatağı,  neftçi 
mənzili... daxildir: 
 
Qartala bax, yuvasında tutmuş qərar. 
Hər yuvanın öz istisi, öz şəkli var. 
Mən - Aç! Desəm qapısını o da açar 
Torpaq əsil, qartal əsil, yuva əsil. 
Belə olanda  
Necə deyim yuva mənim evim deyil?! 
Kür qırağı, Ceyran çölü, neçə yataq, 
Çoban dostum, qaynar baxış - qaynar bulaq. 
Sürülərdən, naxırlardan verdi soraq, 
Təzə işıq, təzə dirək, təzə mənzil, 
Belə olanda, 
Necə deyim bu ev mənim evim deyil?!. 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə