Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

Rüstəm Kamal 
 
86 
 
anlamaq  üçündür.  Yuxu  -  ruh  yaddaşıdır.  Zülfüqar  yuxuda 
vaxtilə 
öldürdüyü 
Peykanlının 
uryadniki 
Sarıca 
oğlu 
Məhəmmədi görür. 
"Son  beş  ildə  bircə  kərə  də  yadına  salmadığı,  haçan 
öldüyünü  belə  unutduğu  dayısı  Mustafa  kişini  yuxusunda 
görmüşdü." 
Yuxu  mifoloji  düşüncədə  kiçik  ölümdür.  Yusif  Səmədoğlu 
qəhrəmanlarını  gündəlik  məişətdən,  hadisələrdən,  profan 
həyatdan  ayırır,  onları  mistik  -  simvolik  gerçəklik  içinə  atır. 
Qəhrəmanları  daim  spiritual  atmosfer  içindədirlər,  bir-
birilərinin varlığını yuxu (ölüm) ilə dərk edirlər. 
Bu  nəsrin  "mifoloji  sütunu"  iki  dünyanın  -  ölülər  və  dirilər 
dünyasının  ünsiyyətindən  ibarətdir.  "O"  dünyanın  sakinləri 
("ölü  də  yuxuya  girərmi,  a  kişilər?")  daim  "bu"  dünyanın 
içindədir.  Dirilərin  (xəstələrin,  şikəstlərin)  bir  ayağı  "ordadır", 
həmişə  "Ölümün  mübarək!",  "Ölümə  qənşər!"  deməyə 
hazırdırlar.  Ona  görə  də  onun  qəhrəmanları  (əgər  belə  demək 
mümkünsə),  iki  dünyanın  arasındadırlar.  Tatar  Temir, 
Səməndər,  canavar  iki  dünya  arasında  vasitəçilik  statusuna 
malik marginal, sosial varlıqlardır. 
Yusif Səmədoğlu üçün iki cür baxış tipi səciyyəvidir: uzağı 
və yaxını, yer üstündə və göy üzündə olanları eyni vaxtda görə 
bilir. 
Yusif  Səmədoğlu  demonik  baxışa  malikdir,  ancaq  uzağa 
baxır,  uzağı  görür.  Bu  baxış  uzaqdan  gələn  səsləri  eşitməyə, 
üfüqləri,  ulduzları  görməyə  imkan  verir:  "...canavar  tez-tez 
uzaqdakı vələsin kəlləsinə qorxa-qorxa baxırdı..." 
Personajları bir-birinin üzünü ancaq qaranlıqda görə bilirlər, 
zülmətdə eşidə və görə biliriər, çünki ruhlardır. Barakın axşam 
qaranlığında  Səbzəli  dayı  sulanan  gözlərini  onun  ağzında 
papiros kimi közərən qızıl dişindən çəkmir. 
"Tatar  Temirin  ayaqları  altında  yanan  fənərin  işığında 
Mahmud,  Moşunun  düyünlənmiş  qaşlarını  və  yarıyuxulu 


Rüstəm Kamal 
 
87 
 
gözlərini gördü." ("Qətl günü"). Ancaq Y.Səmədoğlu  kimi 
demonikbaxışlı  yazıçı  "iki  qaraltının  əl-ələ  verib,  daşların 
üstü  ilə,  Kürün  quruyub  cadar  olmuş  vadisi  boyu  şimala 
tərəf. uzaqlardakı dağlara doğru addımladığını görə bilər". 
("Qətl  günü").  Xalq  inanclarında,  mifoloji  təsəvvürlərdə 
suda, çay üstündə qaraltı, kölgə ruhların obrazıdır. 
Y.Səmədoğlu  kosmosunda  iki  stixiya  var:  külək  və  işıq  - 
zülmət. 
"Qətl günü" külək dağıdıcı stixiyadır, Sədi əfəndinin "uşkol 
dəftərində"  də  yavur.  "Külək  kəsmirdi  ki,  kəsmirdi,  qapı-
pəncərəni yerindən oynadırdı, deyirdin axır - əl - zamandı 
gəlib  çıxıb";  Hökmdar  da  Xacə  Ənvərə  küləkdən 
şikayətlənir:  "Uzaqda  ey,  bilmirəm  hansı  cəhənnəmdə. 
Əsir,  Ənvər,  əsir.  Bir  uğultu  küləkdi,  bu  səmtə  gəlir." 
Xaosa,  uzağa,  dağlardakı  mağaraya,  Baba  Kahaya 
mənsubdur.  Küiəyin  dağıdıcı  qüvvəsi  Xaosun  daşıyıcısı 
olan insanlara yönəlib. 
"Qətl günü" "dünyanın qəzəbini canına hopdurmuş" küləyin 
təsviri  ilə  başlayır.  Xaosun  vahiməli  gəlişi  külək  uğultusu  ilə 
təqdim  olunur:  "burada  kim  vardısa  bilirdi  ki,  çox-çox 
uzaqlarda,  hardasa  dünyanın  o  başında  bir  külək  ya-
tağından  baş  qaldırır,  Baba  Kahanın  zülmətində  gərnəşir, 
ordan  çıxıb,  ağır-ağır,  sürünə-sürünə,  batman  ləngəri  ilə 
torpaqda  dərin  şırımlar  açırdı,  daş-qayanın  gövdəsində 
uğultu  sala-sala  bu  başıbəlalı  dünyaya  meydan  oxumağa 
hazırlaşırdı". 
Boğanaqlı  qara  külək  qiyamət  işarəsidir,  qətl  gününün, 
zülmətin əlamətidir: 
"Arxadakı  qapıda,  qabaqdakı  qapı  kip  bağlı  idi  və 
yalnız telefon dəstəyindən gələn boğanaqlı küləyin səsindən 
nə  qulağı  eşidirdi,  nə  də  göz  gözü  görürdü.  Sonra  Baba 
Kahanın  oyumundan  qopmuş  qəfil  külək,  topa-topa  qara 
buludları boğanaqlı axarına qatıb, adı küləklər şəhəri olan 
bir şəhərin göy üzünə yığdı." 


Rüstəm Kamal 
 
88 
 
Bu  kosmosda  bəzən  ulduz  işığının  emanasiyası  (nəsnə 
arxetipləri,  yaxud  yaddaş  obrazları)  görünməz  ola  bilir.  Bu, 
deməli, mahiyyətdən ayrılmış varlığın obrazıdır. 
Hal  arvadı  kimisə  çağıranda  "yerdə  tanrının  işıqları, 
göydə isə ulduzları yoxa çıxırdı..." ("Deyilənlər gəldi başa") 
Mahmud qarabasmalarda qaraltıya çölə çıxır, göydə bir dənə 
də ulduz görmür. Ulduz insan öləndən sonra ruhunun obrazıdır. 
Temir  yuxuda  canavar  gözlərində  ulduz  görür.  "Gördüm  ki, 
bir  qotur  canavar,  o  kinolarda  göstərən  qalxanlar  var  ey, 
hə,  onlardan  birinin  üstündə  oturub,  mənciyəzə  baxır, 
gözlərində də, başın haqqı, yekə-yekə ulduzlar yanır..." 
Mahmud  Zülfüqarın  gözlərini  qapayarkən  ölümün  işığını 
görür - "o gözlərin hər birində hərəsi alma boyda bir ulduz 
görmüşdü, buz qəlpəsi kimi işıldayırdılar." 
Sədi əfəndinin ruh salnaməsində ulduzlu göyün təsviri var: 
"Mən yenə göyə baxdım, dəxi ayı görmədim, gördüm ki, 
göyün  üzündə  hərəsi  alma  boyda  iri-iri  ulduzlar  yanır  və 
bu  ulduzlardan  mənim başım üstünə əməlli  soyuq  axır, az 
qala donmuşdum..." ("Qətl günü") 
Göydə  ulduzun  yoxluğu  fəlakətdən,  xaosdan  xəbər  verir. 
Yusif Səmədoğlu kosmosunda ulduz  və  insan  (insan ruhu)  bir 
dünyaya bağlıdır. Onun inancına görə, insanın yuxuda gördüyü 
ulduz işığı mistik məna daşıyır. 
Yusif 
Səmədoğlunun 
metafizik 
xronotopunda 
otaq 
personajların sığındığı sonuncu qaranlıq yerdir. 
Kərimin  bülbül  qəfəsi  də  mifoloji  semantika  baxımdan 
qapalı məkanın (otağın, türmə kamerasının) ekvivalentidir. 
220 №-li otaq mənəvi  "ölümlərin"  məskənidir. Yad ölkədə, 
kefdə-damaqda  olub  milli  dəyərlərdən  uzaqlaşmış,  keçmişinə 
arxa çevirən qara adamların yığışdığı yerdir. 
Yusif  Səmədoğlu  kosmosunun  bir-iki  detalı  var  ki,  alt 
dünyanın  işarələridir:  pul  və  gümüş.  Pul  və  gümüş  alt  dün-
yanın,  axirət  dünyasının  atributlarıdır.  Pul  dünyalar  arasında 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə