Rüstəm Kamal
17
olar. Mirzə Fətəli Axundzadə poetikasının səciyyəvi cəhəti
uğursuz nitq aktlarının intensivliydir.
Mirzə Fətəlinin ilk illokutiv uğursuzluğu 12 yaşından
atasından ayrılması və bir daha onunla əlaqə saxlamamasından
başlayır.
Mirzə Fətəlinin həyatında ilk uğurlu nitq aktı isə Mirzə Səfi
ilə söhbətdə baş verir:
“- Mirzə Fətəli, elmləri öyrənməkdən məqsədin nədir?
Cavab verdim ki, ruhani olmaq istəyirəm.
Dedi: - Demək, riyakar və şarlatan olmaq istəyirsən?
Təəccüb edib çaşıb qaldım ki, görəsən, bu nə sözdür? Mirzə
Səfi mənim vəziyyətimə nəzə salıb dedi:
-
Mirzə Fətəli! Öz ömrünü bu iyrənc camaatın sıralarında
zay etmə! Başqa bir peşə dalınca get!” [6, 217] Bu dioloq
performativ aktla şərtlənir: “Bu əhvalatdan sonra ruhaniliyə
nifrət etdim və əvvəlki niyyətimi dəyişdirdim” [6, 217].
Mirzə Fətəli əlifba layləsini, “Aldanmış kəvakib”i Mirzə
Kazımbəyə göndərir, ancaq ondan cavab gəlmir.
Vyana, Parisdə, Londonda şərqşünaslıq mərkəzlərinə
(həmin ölkələrdəki diplomatik nümayəndəliklər vasitəsi ilə)
müraciətləri də cavabsız qalır.
İstanbula gedir, İranın İstanbuldakı konsulu Mirzə Hüseyn
xanın kini, ədavəti nəticəsində Osmanlı Cəmiyyəti –
Elmiyyəsinin toplantısında biganəliklə üzləşir:
“... İran sərəfətxanasında mənim fikirlərimə güldülər və
nəhayət İran səfiri məni töhmətləndirdi də!
İstanbuldan mən kədər və təəssüflə qayıtdım. Bununla belə,
yenə də öz fikrimdən əl çəkə bilmədim... zəhərdən acı bir həyat
keçirirəm” [4, 225]
Bu mücadilədə Mirzə Fətəli, nəhayət, yorulub əldən düşür,
əlifba sevdasından tamam əlini üzür.
Mirzə Melkum xana yazdığı məktubda bu ümidsizlik ağrısı
daha çox hiss olunur: “... Mənim qəmlərə mübtəla olan
qardaşım! Yadındadırmı ki, əlifba məsələsini nə mən həyata
Rüstəm Kamal
18
keçirə bildim, nə də siz... Mənim bu məktubumun surətini bir
kitabçaya saxlayın! Barı qoy gələcək nəsil bilsin ki, mən və siz
bu xüsusda nə qədər zəhmətlər çəkmişik, lakin səyimiz heç bir
nəticə verməmişdir” [3, 389]
Nitq aktlarının uğursuzluğu “Hekayəti-müsyö Jordan
həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” pye-
sinin mahiyyətini müəyyənləşdirir.
Mirzə Fətəlinin həyatının və yaradıcılığının əsasını təşkil
edən din-elm arxetipik qarşıdurma təşkil edir. Müsyo Jordana
(Avropa, təbabət, elm) qarşı Məstəli şah (şərq, cəhalət, əqidə-
inanc) çıxarılır. Bu qarşıdurmada Məstəli şahınperformansı baş
tutur – “Paris dağılır: “Ya Məlixa, ya Səlixa, ya Bəlixa!
Qaldırın Pariji yerindən, vurun yerə, bu saatda necə ki, mən bu
heykəli vurub zirü zəbər edərəm. (Bir qədər geri çəkilir,
dəyənək ilə cızığa üz qoyub içindəki taxtaparalardan yapılmış
balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır,
sonra bir ləmhə dayanıb üzün Şərrəbanı xanıma tutur) Xanım,
gözünüz aydın olsun, Parij dağıldı! Razı oldunuzmu?” (4, 65)
Həmin vaxt qapı arxasıdan Müsyo Jordanın səsi eşidilir:
“Səyatınlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər. Hamısını
deyim! Aman, Hatəmxan ağa, at hazır edin, dayanmaq
mümkün deyil! Dimaj Parij! Tülyeri! Mon diyö, seterri!”
Şahbaz bəy Avropaya getmək – xoşbəxt olmaq şansı bitir.
(“Başına dönüm, əmican, rüsxət verin, müsyo Jordan ilə gedim,
əgər mənim xoşbəxt olmağımı istəyirsiniz, heç vaxt belə fürsət
ələ düşməz” [4,54])
Molla İbrahimxəlilin “kimya qayırmağı”na, kələklərinə
inanan “nuxulular” Hacı Nurunun doğru sözünü eşitmək
istəmir, onu məclisdən qovurlar. “Hacı kərim Zərgər – Bu nə
qələt edir, nə yava danışır? Səni kim bu məclisə çağırdı?
Nəsihət verən vaqe oldu? Görəsən, haradan bu belə filosof
olubdur?. Çıx get, sənin nəsihətin bizə lazım deyil!.
Rüstəm Kamal
19
Daha bir uğursuz illokutiv akt Kəmalüddövlə məktublarının
nəşri ilə bağlıdır. “Kəmalüddövlə məktubları”nın nəşri üçün
müxtəlif naşirlərə, Adolf Berjeyə müraciətlər edir, Fransa
şərqşünası Nikolaiyə məktub (1872) yazır: “Filosofluq
üslubunda yazdığım “Kəmalüddövlə” əsərimi də sizə gön-
dərməyi arzu edirəm. İstəyirəm ki, Fransada çap etdirmək və
bütün Avropa dillərinə tərcümə etdirməyin hüquqlarını
tamamilə sizə verib, kitabı yaymaq və satmaq yolu ilə əldə
ediləcək qazancı da bütünlüklə sizə həvalə edim” [2, 342]
Mirzə Yusif xandan gələn məktub bütün ümidlərini alt-üst edir:
“Nə üçün mənim ümid dünyamı məyusluq dünyası ilə əvəz
etdiniz? Nə üçün siz mənə bu sonuncu məktubunuzu yazdınız?
Nə üçün mənə bildirdiniz ki, dünyada sizin üçün Hüseyndən
daha əziz olan bir nüsxə çap etdirəcəksiniz ki, həm şiə, həm
sünni, həm fransız, həm büdpərəst, həm yəhudi onun
məzmununa görə sizə sonsuz hörmət bəsləyəcəkdir?.. [6, 91-
92]. M.Melkumxan “Kəmalüddövlə məktubları”nın çapına söz
versə də, İstanbulda çap etdirə bilmir. Burda da onu illokutiv
uğursuzluq gözləyir. Beləliklə, bu əsərin nəşrini öz sağlığında
görmür.
Dostu Manukçi Sahibə ölümündən iki il qabaq göndərdiyi
18 may 1876-cı il tarixli məktubunda M.F.Axundzadə yazırdı:
“Haqq taaladan yalnız bunu xahiş edirəm ki, ölümündən qabaq
bizim bir-birimizlə görüşməyimizə imkan versin. Amma
bilmirəm, mənim bu arzum həyata keçəcək, ya yox? Çünki
qocalmışam, artıq 65 yaşım var. Saçın-saqqalım ağarıb, amma
bədənimin taqətini və sağlamlığını hələ saxlamışam, gözlərim
yaxşı görür. Daha 11 il yaşamaq istəyirəm ki, yeganə oğlum
Mirzə Rəşidin hazırda Universitetində mühəndislik elmini
öyrəndiyi Belçikanın paytaxtı Brüsseldən qayıtmasını görüb,
onun toyunu edəydim, sonra xələflərimə “Kəmalüddövlə” və
daha iyirmi başqa əsərimi yadigar qoyaraq bu fani və tühaf
dünyanı tərk edəydim...” [6, 200].
Dostları ilə paylaş: |