Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   2   3   4   5   6   7   8   9   ...   63

Rüstəm Kamal 
 
17 
 
olar.  Mirzə  Fətəli  Axundzadə  poetikasının  səciyyəvi  cəhəti 
uğursuz nitq aktlarının intensivliydir.  
Mirzə  Fətəlinin  ilk  illokutiv  uğursuzluğu  12  yaşından 
atasından ayrılması və bir daha onunla əlaqə saxlamamasından 
başlayır.  
Mirzə Fətəlinin həyatında ilk uğurlu nitq aktı isə Mirzə Səfi 
ilə söhbətdə baş verir: 
“- Mirzə Fətəli, elmləri öyrənməkdən məqsədin nədir? 
Cavab verdim ki, ruhani olmaq istəyirəm. 
Dedi: - Demək, riyakar və şarlatan olmaq istəyirsən? 
Təəccüb edib çaşıb qaldım ki, görəsən, bu nə sözdür? Mirzə 
Səfi mənim vəziyyətimə nəzə salıb dedi: 
-
 
Mirzə Fətəli! Öz ömrünü bu iyrənc camaatın sıralarında 
zay  etmə!  Başqa  bir  peşə  dalınca  get!”  [6,  217]  Bu  dioloq 
performativ  aktla  şərtlənir:  “Bu  əhvalatdan  sonra  ruhaniliyə 
nifrət etdim və əvvəlki niyyətimi dəyişdirdim” [6, 217]. 
Mirzə  Fətəli  əlifba  layləsini,  “Aldanmış  kəvakib”i  Mirzə 
Kazımbəyə göndərir, ancaq ondan cavab gəlmir. 
Vyana,  Parisdə,  Londonda  şərqşünaslıq  mərkəzlərinə 
(həmin  ölkələrdəki  diplomatik  nümayəndəliklər  vasitəsi  ilə) 
müraciətləri də cavabsız qalır.  
İstanbula  gedir,  İranın  İstanbuldakı  konsulu  Mirzə  Hüseyn 
xanın  kini,  ədavəti  nəticəsində  Osmanlı  Cəmiyyəti  – 
Elmiyyəsinin toplantısında biganəliklə üzləşir: 
“...  İran  sərəfətxanasında  mənim  fikirlərimə  güldülər  və 
nəhayət İran səfiri məni töhmətləndirdi də! 
İstanbuldan mən kədər və təəssüflə qayıtdım. Bununla belə, 
yenə də öz fikrimdən əl çəkə bilmədim... zəhərdən acı bir həyat 
keçirirəm” [4, 225] 
Bu  mücadilədə  Mirzə  Fətəli,  nəhayət,  yorulub  əldən  düşür, 
əlifba sevdasından tamam əlini üzür.  
Mirzə  Melkum  xana  yazdığı  məktubda  bu ümidsizlik  ağrısı 
daha  çox  hiss  olunur:  “...  Mənim  qəmlərə  mübtəla  olan 
qardaşım!  Yadındadırmı  ki,  əlifba  məsələsini  nə  mən  həyata 


Rüstəm Kamal 
 
18 
 
keçirə  bildim,  nə  də  siz...  Mənim  bu  məktubumun  surətini  bir 
kitabçaya saxlayın! Barı qoy gələcək nəsil bilsin ki, mən və siz 
bu xüsusda nə qədər zəhmətlər çəkmişik, lakin səyimiz heç bir 
nəticə verməmişdir” [3, 389] 
Nitq  aktlarının  uğursuzluğu  “Hekayəti-müsyö  Jordan 
həkimi-nəbatat  və  dərviş  Məstəli  şah  caduküni-məşhur”  pye-
sinin mahiyyətini müəyyənləşdirir.  
Mirzə  Fətəlinin  həyatının  və  yaradıcılığının  əsasını  təşkil 
edən  din-elm  arxetipik  qarşıdurma  təşkil  edir.  Müsyo  Jordana 
(Avropa, təbabət,  elm)  qarşı  Məstəli  şah  (şərq,  cəhalət,  əqidə-
inanc) çıxarılır. Bu qarşıdurmada Məstəli şahınperformansı baş 
tutur  –  “Paris  dağılır:  “Ya  Məlixa,  ya  Səlixa,  ya  Bəlixa! 
Qaldırın Pariji yerindən, vurun yerə, bu saatda necə ki, mən bu 
heykəli  vurub  zirü  zəbər  edərəm.  (Bir  qədər  geri  çəkilir, 
dəyənək  ilə  cızığa  üz  qoyub  içindəki  taxtaparalardan  yapılmış 
balaca  evlərin  və  otaqların  əşkalını  çırpıb  darbadağın  dağıdır, 
sonra bir  ləmhə dayanıb üzün Şərrəbanı  xanıma tutur) Xanım, 
gözünüz aydın olsun, Parij dağıldı! Razı oldunuzmu?” (4, 65) 
Həmin  vaxt  qapı  arxasıdan  Müsyo  Jordanın  səsi  eşidilir: 
“Səyatınlər,  əcinnələr,  divlər,  ifritələr,  bəd  əməllər.  Hamısını 
deyim!  Aman,  Hatəmxan  ağa,  at  hazır  edin,  dayanmaq 
mümkün  deyil!  Dimaj  Parij!  Tülyeri!  Mon  diyö,  seterri!” 
Şahbaz  bəy  Avropaya  getmək  –  xoşbəxt  olmaq  şansı  bitir. 
(“Başına dönüm, əmican, rüsxət verin, müsyo Jordan ilə gedim, 
əgər mənim xoşbəxt olmağımı istəyirsiniz, heç vaxt belə fürsət 
ələ düşməz” [4,54]) 
Molla  İbrahimxəlilin  “kimya  qayırmağı”na,  kələklərinə 
inanan  “nuxulular”  Hacı  Nurunun  doğru  sözünü  eşitmək 
istəmir,  onu  məclisdən  qovurlar.  “Hacı  kərim  Zərgər  –  Bu  nə 
qələt  edir,  nə  yava  danışır?  Səni  kim  bu  məclisə  çağırdı? 
Nəsihət  verən  vaqe  oldu?  Görəsən,  haradan  bu  belə  filosof 
olubdur?. Çıx get, sənin nəsihətin bizə lazım deyil!. 


Rüstəm Kamal 
 
19 
 
Daha bir uğursuz illokutiv akt Kəmalüddövlə məktublarının 
nəşri  ilə  bağlıdır.  “Kəmalüddövlə  məktubları”nın  nəşri  üçün 
müxtəlif  naşirlərə,  Adolf  Berjeyə  müraciətlər  edir,  Fransa 
şərqşünası  Nikolaiyə  məktub  (1872)  yazır:  “Filosofluq 
üslubunda  yazdığım  “Kəmalüddövlə”  əsərimi  də  sizə  gön-
dərməyi  arzu  edirəm.  İstəyirəm  ki,  Fransada  çap  etdirmək  və 
bütün  Avropa  dillərinə  tərcümə  etdirməyin  hüquqlarını 
tamamilə  sizə  verib,  kitabı  yaymaq  və  satmaq  yolu  ilə  əldə 
ediləcək  qazancı  da  bütünlüklə  sizə  həvalə  edim”  [2,  342] 
Mirzə Yusif xandan gələn məktub bütün ümidlərini alt-üst edir: 
“Nə  üçün  mənim  ümid  dünyamı  məyusluq  dünyası  ilə  əvəz 
etdiniz? Nə üçün siz mənə bu sonuncu məktubunuzu yazdınız? 
Nə  üçün  mənə  bildirdiniz  ki,  dünyada  sizin  üçün  Hüseyndən 
daha  əziz  olan  bir  nüsxə  çap  etdirəcəksiniz  ki,  həm  şiə,  həm 
sünni,  həm  fransız,  həm  büdpərəst,  həm  yəhudi  onun 
məzmununa  görə  sizə  sonsuz  hörmət  bəsləyəcəkdir?..  [6,  91-
92]. M.Melkumxan “Kəmalüddövlə məktubları”nın çapına söz 
versə  də,  İstanbulda  çap  etdirə  bilmir.  Burda  da  onu  illokutiv 
uğursuzluq  gözləyir.  Beləliklə,  bu  əsərin  nəşrini  öz  sağlığında 
görmür.  
Dostu  Manukçi  Sahibə  ölümündən  iki  il  qabaq  göndərdiyi 
18 may 1876-cı il tarixli məktubunda M.F.Axundzadə yazırdı: 
“Haqq taaladan yalnız bunu xahiş edirəm ki, ölümündən qabaq 
bizim  bir-birimizlə  görüşməyimizə  imkan  versin.  Amma 
bilmirəm,  mənim  bu  arzum  həyata  keçəcək,  ya  yox?  Çünki 
qocalmışam, artıq 65  yaşım  var. Saçın-saqqalım  ağarıb, amma 
bədənimin  taqətini  və  sağlamlığını  hələ  saxlamışam,  gözlərim 
yaxşı  görür.  Daha  11    il  yaşamaq  istəyirəm  ki,  yeganə  oğlum 
Mirzə  Rəşidin  hazırda  Universitetində  mühəndislik  elmini 
öyrəndiyi  Belçikanın  paytaxtı  Brüsseldən  qayıtmasını  görüb, 
onun  toyunu  edəydim,  sonra  xələflərimə  “Kəmalüddövlə”  və 
daha  iyirmi  başqa  əsərimi  yadigar  qoyaraq  bu  fani  və  tühaf 
dünyanı tərk edəydim...” [6, 200]. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə