Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   2   3   4   5   6   7   8   9   ...   63

Rüstəm Kamal 
 
10 
 
Görmə 
motivi 
üçün 
tanıma/tanımama 
situasiyası, 
ümumiyyətlə,    əsl  adaxlının  tanınmazlığı  motivi  arxaik 
sujetlərdə  (məsələn,  yakut  olonxolarında)  geniş  yer  tapıbdır. 
Olonxo  qəhrəmanı  ərə  gedən  qızın  evində  yazıq,  miskin 
görkəmdə bir yetimə çevrilir. Gəlindən  başqa, hamı bu yetimə 
gülür. «Yetimi» çimizdirib bir gecəlik «xappaçıq»da yatmasına 
icazə verilir. Gəlin gecə yuxusunda gözəl bir oğlanla yatdığını 
görür,  səhər  yuxudan  ayılanda  isə  yanında  heç  kimi  görmür). 
Beyrək  mifoloji  «özgə»nin  görünməzliyini,  tanınmazlığını 
imitasiya  edir.  «Bu»  dünyanın  sakinləri  adətən  «o»  dünyadan 
gələnləri  tanımırlar.  Banıçiçək  əsirlikdən  (alt  dünyadan) 
qayıtmış nişanlısı Beyrəyi də tanımır.  
«Kitabi-Dədə  Qorqud»  məkanı  göz  mimikasının  zənginliyi 
ilə  seçilir.  Qəhrəmanların  qeyri-verbal  davranışı,  əsasən 
«baqdı-gördi»  formulu  ilə  təqdim  olunur.  Mətndən  gətirilən 
бир нечя юрняйя diqqət yetirək:  
«Qazanın  üzərinə  alğar  yetdi.  Baqdılar  gördilər  altı 
bölük toz endi»;  
«Ulu  qız  qarındaşları  yanına  gəldi,  Baqdı-gördi  qız 
qardaşları qaralu-göglü oturarlar»;  
«Baqdı – gördi bir ozan gedər…»; 
«Kafərlə aydır: «Hay, nə uymaq, qoltıqı altından baqar, 
qalqar, bizə gen yazuyu tar göstərər» - dedilər»; 
«Qıya tikübən Baybarə bəgin yüzinə baqdı»; 
«Qarşüsından ol əri çanctum vəqt dikdim göz ucilə ol ərə 
baqdım.  Dayım  Əmən  imiş,  anı  bildim.  Döndüm  ol  ərə 
səlam  verdim.  Oğuz  ellərində  kimsən  dedim.  Qapaqların 
qaldırıb yüzimə baqdı»; 
«Qazana  qarşı  gəldi.  Qabaq  qaldırdı.  Qazanın  yüzinə 
toğrı baqdı. Sağlan solına göz gəzdirdi. Oğlancuğını – Urızı 
görmədi».  
Оğuz  бяйляри  insanı  yalnız  kafirləri,  demonoloji  perso-
najları  (Təpəgöz,  Əzrayıl)  deyil,  həm  də  yuxularda  düşdükləri 


Rüstəm Kamal 
 
11 
 
məkanı görürlər. Qazan xan qardaşı Qaragünəyə yuxusunda nə 
gördüyünü  danışır  «Bilirmisən,  qarındaşım  Qaragünə, 
duşumda  nə  görindi?  Qara  qayğulu  vaqiə  gördüm, 
yumruğumda  talbınan  şahin  bənim  qışumı  alur  gördüm, 
düm qara pusarıq  ordumun  üzərinə tökilür gördüm…». 
Yegnəyin «yuxu mətni» də görmə kodu üstündə qurulur: 
«Bяйlər qafillicə qara başım-gözüm uyxıda ikən düş gördü. 
Ala  gözüm  açuban  dünya    gördüm.  Ağ-boz  atlar  çapdırır 
alpanlar  gördüm…  «…»  Qarşusunda  ol-əri  sanctum  vəqti 
dikdim göz ucilə ol ərə baqdım…»
 
Epik  metonimiya  üçün  göz  (baxış)  demonoloji  personajları 
səciyyələndirmə  üsullarından  biridir.  Rəvayətlərdə,  nağıllarda 
epik  qəhrəmanın  demonoloji  personajla  qarşılaşması,  йахуд 
görüşməsi situasiyanın dəyişməsini bildirir. Real personajlarын 
«özgə»  dünya  varlıqları  ilə  əlaqəsi,  personajların  bir-birini 
görməsi qəfildən, gözlənilmədən baş verir.  
 
Özgə dünya varlıqları zahirən, görkəmcə qeyri-müəyyənliyə 
malikdir.  Onlar  ya  tanınmırlar,  ya  da  gözə  görünmürlər. 
«Başqa  dünya  varlıqlarının  mahiyyəti  insana  görünməz 
olmasıdır,  onların  görünməsi,  yaxud  bu    və  ya  digər  görkəmə 
malik  olması  müəyyən  şəraitdə  daha  çox  zaman  və  məkan 
hüdudlarında  insana  görünmək  qabiliyyəti  ilə  birləşir» 
(Левкиевская Е.Е. Невидимый//  Славянские древности 
т.3, М., 2004, с.388). Arxaik düşüncə üçün hadisənin bir anda, 
gözlənilmədən 
baş 
tutması 
önəmlidir. 
«Kitabi-Dədə 
Qorqud»un  xronotop təşkilində  «nagahan», «nagah», «birdən» 
zərflərindən fəal istifadə olunması da bu üzdəndir. 
Demonoloji 
olan 
Əzrayıl  Dəli  Domrulun  gözünə 
görünməklə  özünün    gerçək  varlığını  ona  hiss  etdirir.  «Dəli 
Domrul qır yigit ilən yeyub  – içub oturarkən  nagahandan 
Əzrayıl çıqa gəldi. Əzrayılı nə çavuş gördi, nə qapuçı. Dəli 
Domrulun görər gözi görməz oldı, tutar əlлəri tutmaz oldı. 
Dünya-aləm dəli Domrulun gözinə qarannu oldu». 


Rüstəm Kamal 
 
12 
 
Əski  təsəvvürlərə  görə,  insan  demonoloji  personajlarla  
baxışla görüşməməlidir. Ancaq Dədə Qorqud personajları istər-
istəməz xtonik varlıqları  gözləri ilə görməli olur. 
Özgə dünyadan olanlarının tanınma nişanəsi məhz «göz»dən 
başlayır.  «Bu  dünya»nın  Əzrayıl,  Beyrək  ilə  (дяли  озан)  илк 
təması «göz» üstündə qurulur.   
Bacılar dəli ozanı gözlərindən Beyrəyə oxşada билирляр:  
 
Qara qıyma gözlərin cöngəlməsəydi, 
Ağam Beyrək diyədən, ozan, sana! 
Yüzini qara saç örtməsəydi, 
Ağam Beyrək diyədəm, ozan, sana! 
Qunt-qunt biləklərin solmasaydı, 
Ağam Beyrək diyədəm, ozan, sana! 
Apul-apul yutişındən 
Aslan kibi tutışından. 
Qanrıluban baqışından 
Ağam Beyrəgə bənzədurəm, ozan səni! 
 
Real  personajlar  onlarla  qarşılaşanda    qorxu,  щейрят  və 
narahatlıq  keçirirlər.  Dəli  Domrulun  Əzrayılla  kontaktı  еля 
gözlənilməz  olur  ки  onun  ilk  emosional  təəssüratı    heybətli 
qocanın - Əzrayılın «gözъügəziн» дян йараныр. 
 
Ağzım içi buz kibi,  
Sümüklərim tuz kibi oldı. 
Mərə saqalcığı ağca qoca, 
Gözcigəzi cöngə qoca, 
Mərə, nə heybətli qocasan? 
 
Вахтиля  йeddibaşlı  əjdaha  иля  гаршылашан  Qazan  xanın 
горхудан sol gözü yaşarмышdı. 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə