Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   2   3   4   5   6   7   8   9   ...   63

Rüstəm Kamal 
 
13 
 
Yedi başlu əjdərhaya yetüb vardım, 
Heybətindən sol gözüm yaşardı. 
Hey gözüm, namərd gözüm, müxənnət gözüm, 
Bir yılandan nə var ki, qorxdun. 
 
 
Epik qəhrəmanı məhv etmək, öldürmək üsullarından biri дя 
onun  kor  edilməsi,  gözlərin  oğurlanması  (çıxarılmasıdır)  иля 
баьлыдыр.  Altay  eposu  «Altay  Bunçay»da  qəhrəmanın  iki 
gözünü çıxardırlar, özünü isə dərin quyuya atırlar  (Суразаков 
С.С.  Героическое  сказанние  о  богатыре  Алтай-Буучае. 
Горно – Алтайск, 1916, с.96). «Kara-Maas» oyrot dastanında 
qəhrəman  nişanlısının  ata-anasını  həyata  qaytarmaq  üçün  ilk 
növbədə  onların  oğurlanmış  gözlərini  axtarmağa  gedir 
(Ойротские народные сказки. Л., 1969, с.252-253). Бамсы 
Beyrək  сарча  бармаьынын  дясмала  сцртцб  atasının  kor 
gözlərinя чякмякля onu yenidən həyata qaytarır. 
«Bu  məhəldə  bəglər  Beyrəgi  gətürdilər.  Qazan  bəg 
aydır:  «Muştuluq,  Baybira  öəg!  Oğlan  gəldi»  -  dedi. 
Baybirə  bəg  aydır:  «Oğlım  igidin  andan  biləyim,  sırça 
barmağını  qanatsun,  qanını  dəsmala  durtsun,  gözimə 
sürəyin: acılacaq olursa. Oğlım Beyrəkdir!» - dedi. 
Zira  ağlamaqdan  gözləri  görməz  olmuş  idi.  Dəsmalı 
gözinə silcək, Allah-təalanın qüdrəti ilə gözi açıldı». 
Basat  Təpəgözün  gözünü  məhv  etməklə  bütün  Oğuzu 
xilas  edir:  «Mərə  qocalar  munın  ölümi  nədəndir?» 
Ayıtdılar:  «bilməziz,  amma  gözündən  qeyri  yerdə  ət 
yoqdır» - dedilər. Basat dəpəgözün başı uçına gəldi. Qapaq 
qaldırdı. Baqdı gördi kim, gözi ətdir. Aydır: «Mərə qocalar 
sügiligi  ocağa  qoyun,  qızsın!»  -  dedi.  Sügiligi  ocağa 
bıraqdılar, qızdırdılar. 
Basat əlinə aldı. Adı görklü Məhəmmədə salavat gəturdi. 
Sügüligi  Dəpəgözün  gözünə  eylə  basdı  kim,  Dəpəgözün 
gözü həlak oldı”.   


Rüstəm Kamal 
 
14 
 
Görmə  ənənəvi  dünya  modelində  korluq,  gorünməzlik 
yoxluğun elementlərindən biridir . Altayda alt dünyanın  yiyəsi 
Erlik  “sokor  görmös”  epiteti  ilə  çağırırlır  (Анохин  А.В. 
Материалы  по  шаманству  у  алтайцев.  Л.,  1924,  с.136). 
Bir  xakas  nağılında  qəhrəman  orman  qızından  soruşur:  «Sən 
günəş  adamısan,  yoxsa  görünməz  dünyalardan  gəlmisən?» 
Orman  qızı  belə  cavab  verir:  «Mən  bir  vaxtlar  günəşli 
dünyadan  idim.  İndisə  sanki  tamam  görünməz  oluram» 
(yəni  tədricən  ölürəm,  ruha  çevrilirəm)  (Анохин  А.В. 
Материалы по шаманству у алтайцев. Л., 1924, с.140).  
“Dədə  Qorqud”  oğuznamələrinin  çöyləyicisi  görmə 
kodunun  məna  çeşidlərini  gücləndirmək  üçün  yüksəklikdən, 
yuxarıdan  baxma  motivini  epik  təhkiyəyə,  kommunikativ 
situasiyalara,  personajların  jest  sisteminə  daxil  edir.  Oğuz 
bəyləri  bir  qayda  olaraq  ətrafı,  savaş  və  ya  tamaşa  meydanını 
yüksəklikdən  (təpə  başından,  köşkdən,  çardaqdan)  baxıb 
müşahidə edirlər. Yüksək yerdən – «yuqarıdan» baxma (tamaşa 
etmə, seyr etmə) epik məkanın  tərkib elementidir.  
Köşk,  çardaq  yüksək  mövqeli  məkan  obyektləridir, 
qəhrəmanlara ətrafı görməyə, uzaqları seyr etməyə imkan verir.  
«Atına  mahmuz  urdu.  Bir  yüksək  yerə  çıqdı,  gözlədi, 
gördü kim, bir dərənin içində toz gah dərilür, gah tağılur». 
«Məgər  ol  gün  kafərlərin  ağır  günləriydi.  Hər  biri 
yeməkdə  –  içməkdə  idi.  Beyrəyi  dəxi  götürüb,  qopuz 
çaldırırlardı.  Beyrək  yuca  çartağdan  baqdı,  bazırğanları 
gördü. Bunları gördiyində xəbərləşdi.» 
«Qanturalı  niqabın  sərpdi.  Qız  köşkdən  baqardı.  Taraqlığı 
boşaldı, kedisi mavıldı». 
Qazan  xan  oğluna  yüksəkliyə  qalxıb  savaş  meydanını  seyr 
etməyi, pusquda durmağını tələb edir. 
«Köksi gözəl qava tağlar başına çıqqıl 
Mənim savaşdığım, mənim qılınclaşdığım 
Gorgic, ögrəndil!» 


Rüstəm Kamal 
 
15 
 
Və mən bizə pusu oldıl, oğul, oğul» - dedi». 
 
Uruz  babasının  sözün  sınadı,  qayıdıb  geri  dgndü.  Yerədən 
yuca tağlar başına yoldaşların alıb çıldı. 
Beyrək Banıçiçəkdən təpə başına çıxıb dörd tərəfə baxıb 
onun yolunu gözlədiyini xəbər alır: 
«Beyrək gedəli Bambam dərə başına çıqdınmı qız? 
Qatılatıb dört yanına baqdınmı qız?» 
«Nibelunq  haqqında  nəğmə»də  Зигфрид  qaladan  baxıb 
gələn  qonağı  von  Ksanten  kimi  tanıyır.  Kremhilda  gələcək 
ərinə onдан xəbərсиз pəncərədən baxır və Brünhilda yuxarıdan 
ərlərinin yarış döyüşlərini izləyirlər. 
Etsel  yalnız  yuxarıdan  baxыб  şən,  dinc  şəraitdə  keçən 
cəngavər oyununu görür. 
Бахма  görmə  kodu  “Kitabi-Dədə-Qorqud”un  məkanın 
təşkilində, kommunikativ münasibətlərin qurulmasında mühüm 
rol  oynayır,  бязи  нитг  жанрлары  да  (хябяр-хябярляшмя, 
юймя) бахыш кодунда эерчякляшир. 
 
 
 


Rüstəm Kamal 
 
16 
 
МИРЗЯ ФЯТЯЛИ АХУНДЗАДЯ:  
ÖMÜR НИТГ AKTЫ KIMI 
 
Nitq  aktları  nəzəriyyəsi  analitik  fəlsəfədə  1940-cı  ilin  axır-
larında  Oksford  analitiki  C.Ostinin  yaratdığı  istiqamətlərdən 
biridir.  Nitq  aktları  bizi  sözün  köməkliyi  əşyalarla  necə 
manipulyasiya  etməyi  öyrədir  (Bu,  C.Ostinin  kitabının  adında 
əksini tapıbdır. “How to do things with words”) [Bax: 1] Nitq 
aktları  nəzəriyyəsinə  görə,  dilin  gerçəkliklə  proektiv  əlaqəsi 
yoxdur, yalnız bir nöqtə də ona toxunur və özü gerçəkliyin  bir 
hissəsi olur. 
Nitq  aktının  tərkib  elementlərindən  biri  illokutiv  aktdır. 
İllokutiv akt kommunikativ məqsədin ifadəsidir. 
Danışan  məqsədi,  yaxud  deyimin  intensional  aspekti, 
C.Serlin təbiri ilə desək, deyimin illokutiv məqsədidir. İllokutiv 
məqsəd  –  adresatın  deyimdə  bildirilənə  müəyyən  cavab 
reaksiyasıdır [2] 
İllokutiv  akt  adi  deyimlər  kimi  gerçəkliyi  təsvir  etmir,  özü 
gerçəkliyin bir hissəsidir və söyləm aktı olaraq hərəkət yaradır. 
C.Ostin  nitq  aktları  üçün  yalan  və  həqiqət  anlayışlarını 
uğurlu/uğursuz anlayışları ilə əvəz edir: 
Məsələn,  əgər  nitq  aktı  nəticəsində  iclas  açılırsa,  kilsədə 
nigah  bağlanırsa,  professor  mənim  salamıma  cavab  verirsə  və 
məktəbli  sözə  baxıb  daha  dəcəllik  etmirsə,  onda  həmin  nitq 
aktlarını uğurlu adlandırmaq olar. 
Əgər  mən  deyirimsə:  “Mən  sizi  salamlayıram,  cənab 
professor!”, professor salama cavab vermək əvəzinə küçənin o 
biri  tərəfinə  keçir,  əgər  uşaq  bir  də  etməyəcəyinə  söz  verir, 
ancaq  əməlindən  əl  çəkmirsə,  nigah  zamanı  keşişin  rütbəsi 
əlindən  alınırsa  və  iclas  sədri  fitə  basırsa  həmin  nitq  aktları 
uğursuzdur.  
Mirzə  Fətəli  Axundzadənin  yaradıcılıq  fəaliyyətinə  uğur-
lu/uğursuz nitq aktlarının əvəzlənməsi kimi nəzərdən keçirmək 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə