Rüstəm Kamal
52
Təbrizин образы xəyallarda, gözlərdə canlandırılır. Fri-
dunun uzaqdan eşitdiyi bir bayatı səsi “şirin bir ana laylası”
kimi, “bir xəyal kimi” Təbrizi gözündə canlandırır: “Təbriz
üstü Marağa...”
Tonqal başında səslənən bir bayatı da Kərim dayını xəyalən
Təbrizə aparır:
Təbrizin küçələri,
Banlamaz beçələri.
Girəydim yar qoynuna
Payızın gecələri. (“Tonqal başında”)
Ümumiyyətlə, Мирзя Ибращимовун “Təbriz mətni”ndə
“gözündə canlandırmaq” ifadəsi çox təkrarlanan psixoloji
durum aktıdır. Mifoloji düşüncədə xatirə və dirilmə ontoloji
baxımdan eynidir. Təbrizi xatırlamaq əslində, yenidən
dirilməkdir. Onların dilində “Təbriz” adı dua - ovsun mətni
kimi səslənir: “İki gündən sonra Təbriz! Təbriz!.. Təbriz
bilirsənmi nədir? Xəyal, ümid və gələcəkdir.” (“Gələcək gün”)
Fridunun, Azadın, Xosrov Ruzbehin hər sözü, щяр andы -
performativ akt kimi сяслянир. Hər söz olacağın, gələcəyin
layihəsidir. “Təbriz mətni”nin ritorikası tamamilə proqnostik
mahiyyətli olub бцтюв Azərbaycanın sabahına inamı
proqramlaşdırır.
“Qardaşlarım, gəlin sabahlarımızı ürəyimizə basıb onun pak
ruhu qarşısında and içək... And içək ki, ölüm bizi
Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan
döndərə bilməz! (“Azad”); “Görənlər nağıl edirdilər ki, Azər
dar ağacının altında da: “Yaşasın azadlıq! “deyə qışqırıbdır.
Kəndiri boğazın atanda: “Yoldaşlarımız bizim intiqamımızı
alarlar!” deyibdir.” Saqqalımın bu ağ vaxtında tüfəngi bihudə
yerə çiynimə salmamışam, mənim əzizlərim” (“Tonqal
başında”); “Fridun inanırdı ki, qaldırdıqları al bayraq bir də
Rüstəm Kamal
53
xalqın qanına boyanacaq, bir də yatırılacaq olursa, yenə
mürtəce və müstəbidlərə qurtuluş yoxdur. Ölüm onların
yaxasından əl çəkməyəcəkdir. Çünki gələcək, azadlığın və
əməyindir. Bəli, tarixin pozulmaz hökmü belədir!” (“Gələcək
gün”).”
Mirzə İbrahimov özü də buna црякдян inanırdı...
Инанырды ки, Тябриздяки евя (Евиня) гайыдаъаг...
Rüstəm Kamal
54
ЩЦСЕЙН АРИФ ЕКОСОФИЙАСЫ:
ЕВИН ДЯРКИ
Nизами Ъяфярова
Hüseyn Arif poetik ləhcəmizin-şivəmizin qoruyucusu. Türk
(tərəkəmə, elat…) insanının sözdə, ləhcədə möhürlənmiş
ruhudur. Xalq şairi Hüseyn Arifin fəlsəfəsini ekosofiya
adlandıra bilərik. Ekosofiya yurd, ev sevgisidir, evin dərkidir.
İlkinliyə, əsliliyə, yaddaşa qayıdış sevgisidir. Evin, nəslin və
təbiətin dərki ömrün dəyərini anlamaq imkanıdır. Ev Hüseyn
Arif fəlsəfəsinin başlıca simvoludur.
Hüseyn Arif poeziyasına təbiət varlıqları ilə mənşə birliyi,
qohumluq duyğusu hakimdir. H.Arif təbiətin həm sultanıydı,
həm də qulu. Özünü dağ kəli ilə, qartalla dost saymaq heç də
coşqun şair təxəyyülünün məhsulu deyil, poetik statusunun və
davranış aktı idi.
Bu fəlsəfənin, bu dünyagörüşün (poetik inancın) əsası –
qohumluq, soykök axtarışıdır. Hüseyn Arif adamlar içində
tənhaydı (“Dağları insansız qoymaq olarmı?”).
H.Arif güclü şəcərə - nəsil təfəkkürünün daşıyıcısı idi. Onun
epik
təfəkkürü
qohumluq
obrazını,
qohum-əqrəbalıq
münasibətlərini yaşadırdı. Öz əcdadlarını (yeddi arxa dönənini)
axtaran şair bütün ətraf dünyanı da bu münasibətlərin
konkestində dərk edirdi. Bu təfəkkür tipi üçün abstrakt
kateqoriyaların, anlayışların elə bir əhəmiyyəti yox idi. Biz
essemizdə Hüseyn Arifin obraz məntiqini bərpaetməyə
çalışırıq.
* * *
Yaradıcılıq psixologiyasından məlumdur ki, şairlər ömrün,
yaşın eyni bir fazasını fərqli qavrayırlar və dərk edirlər. Bəzi
yazıçıların (məsələn, XX əsrin ünlü fransız yazıçıları Marsel
Rüstəm Kamal
55
Prustun və ya Jan Koktonun) yaşamına, taleyinə, qismətinə
həmişəlik “uşaqlıq möhürü vurulur” (Andre Morua): onlara
böyüklərin dünyası daxilən həmişə yad olmuş, onlar isti ana
qucağını heç vaxt unuda bilmir. Ömrüboyu daim yeniyetmə
havası ilə yaşayanlar da var. B. Pasternak şeirlərinin birində öz
yaşını göstərmişdir: “Mne çetırnadüatğ let...” Ona görə də A.
Voznesenski onu “əbədi yeniyetmə” adlandırırdı.
H.Arifdə sanki ömrün iki çağı - iki yaş fazası mövcuddur:
uşaqlıq və qocalıq. Cavanlıq daha çox ruhun işıqlı ötəri - keçid
fazası kimi çıxış edir. Cavanlıq uşaqlığın davamı olsa da, qoca-
cavan durmasına getmir. (“Mən nə deyim görürsünüz,
özünüz, //Qocaldıqca cavanlaşan şairəm”; “Qocalan
deyiləm ki, //Cavan olam bir də mən”).
H.Arif isə bizim üçün əlli yaşlı olaraq qalır. Ömür və söz
yaradıcılığında əlli yaşın zəhmi çox ağırdır. Ümumiyyətlə, XX
əsr Azərbaycan şairi üçün ömrün xronoloji dərki əlli yaşdan
başlayır. Əlli yaş – ömrün müdriklik fəhmidir, şair ömrünün
zirvəsi sayılır.
Hüseyn
Arif
“əlli”sinin təhtəlşüur tarixçəsi, bəlkə
S.Vurğunun əlli yaşında ölümündən sonra başlayır?
Həmən mistik yaş hüdudu Cəfər Xəndana həsr etdiyi
şeirində də xatırlanır:
Çoxunu yandırıb, yaxdı ayrılıq,
Zaman nələr etdi,vaxt nələr etdi.
Yaşımız əllini aşmışdır artıq,
O isə əlliyə yetmədi getdi.
Cavanlaşmaq, cavan qalmaq istəyi folklor - epos
təfəkküründən gəlir.
Altmış, yetmiş, səksən yaş ... əllidən sonra şairin təlaşla,
həyəcanla gözlədiyi юмцр rəqəmlərиdir.
Yollar, izlər buz bağlayır,
Dostları ilə paylaş: |