Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

Rüstəm Kamal 
 
60 
 
Bu həm də bu dünyada insanın öz yerini, öz ölçüsünü dərketmə 
üsuludur.  Şair  Zal  qızı  Gülnaz  nənəsini  daim  xatırlamasıyla 
əslində  nəslin  şərəfli  tarixini  və  bu  tarix  içində  öz  taleyini 
dərindən düşünməsi imkanı əldə edirdi.           
 
Fikrimdə, duyğumda Zal qızı Gülnaz, 
O, müqəddəs südüm, təmiz qeyrətim… 
 
Hüseyn  Arifin  irrasional  düşüncəsi,  coşqun  intuisiyası, 
mütləq,  konkret  tarixi  xronologiyaya  və  faktlara  o  qədər  də 
etibar  edib,  çox  bel  bağlamırdı.  «Baba  (nənə)  –  nəvə» 
qarşıdurması  gerçək  qanqohumluğunu,  soy  kök  əlaqələrinin 
poetik yaddaşda təsbitləşməsi idi.  
Şeirdə Ana obrazı Ata (Kişi) adları ilə bir yerdə, bir sırada 
çəkməsi  milli-mənəvi  dəyərin,  göstəricisdir:  Zal  qızı  Gülnaz, 
Xan qızı Natəvan («Anamız Xan qızı Natəvan yatır…») Alının 
Həcəri… Ancaq köhnə kişi kontekstində Analar Anası – Nənə 
statusu şairin hər sözündən boylanıb görümlü olur. 
Zal qızı Gülnaz, xan qızı Natəvan, Həcər… obrazları sakral 
informasiyanın qoruyucusu «müdrik qarı» arxetipinə bağlanır. 
Hüseyn  Arif  üçün  Babaları  və  Nənələri  düşünmək  və 
xatırlamaq  –toplumun  sakral  keçmişini  anmaq  inancıdır 
(«Yaşınmı,  vaxtınmı  hökmüdür  belə  //  Daha  çox  dünəni 
anıram  bu  gün…»),  insanları  bu  hökmün,  bu  inancın  təsiri 
altında  yaşamağa  çağırır.  Millətə  mənəvi  güc,  kosmik  eneri 
verməkdir  onun  bu  dünyada  varlığını,  özünəməxsusluğunu 
təsdiq edir. 
 
Allaha çox şükür bənddə, bərədə   
Köhnə kişilərdən qalanlar da var. 
 
Hüseyn Arif nəvələrin «üzünü», «baxışını» həmişə babalara 
tərəf  «yönəldir».  Ata-anasından,  ilk  müəllimlərindən  tutmuş 


Rüstəm Kamal 
 
61 
 
ustad şairlərə – aşıqlara, gerçək-mifik qəhrəmanlara (Koroğlu, 
Səməd  Vurğun…)  qədər  –  özünü  əcdad  işığının  bir  zərrəsi 
hesab  edir.  («Babamız  Abbasın  nəvəsi  Abbas…»).  Qəti 
inanıram: Türk şeirinin əsas məqsədini– bu gün də, sabah da - 
Əcdad  kultunu,  Atalara  sayğını  unutmamalıdır,  kökə  bağlılıq 
ruhunu təbliğ (vəsf) etməlidir!  
Şeirlərinin  birində  diqqətimizi  çəkən  «dədə-baba  dağlar» 
epiteti 
sadəcə 
(yaxud: 
«Bizim 
dədə-baba  Ceyran 
çölündə…») dilin  genetik  yaddaşından qopmuş bu «meteorit» 
-  söz  qırıntısı  deyil,  dağlarлa  dərin  doğmalığın,  qan 
qohumluğun тарихи sübutudur: 
 
Ürək yorulanda, can darıxanda 
Dədə-baba dağlar yaxşı ki, varmış… 
 
Xakaslar bu gün də  даьлара «ağalarım, analarım» - deyə üz 
tutarlar.  Başqa  Sibir  türkləri  (şorlular)  bahar  mövsümü  ilə 
əlaqədar  böyük  dağa  «anamız»  -  deyə  dua  edirlər.  Ənənəvi 
obrazların 
dərin 
semantikası 
şairin 
seirlərini 
xalq 
təsəvvvürlərinin,  inanslarının  və  ideyalarının  mürəkkəb 
universumuna qatmağa imkan verir.  
Hüseyn  Arif  yaradıcılığında  nənə  obrazı  –  «epik  qarı» 
архетипидир  və  müəyyən  mənada  «müdrik  qoca»  obrazızını 
əvəz edir. Nənə gerçək mənada xalq məнəвiyyаtыnыn, folklor 
dilinin  canlı  daşıyıcısıdır.  (Əcdadlarımızın  mərasim  həyatında 
qadın  başlanğıcının  itkinliyi  və  bir  çox  hallarda  üstünlüyü 
məsələsi  maraqlı  etnoqrafik-filoloji  araşdırma  mövzusu  ola 
bilər).  
 
Nənəm keçənlərdən yetirir soraq, 
Nəsildən-nəsilə sözü var kimi… 
 


Rüstəm Kamal 
 
62 
 
Nənə  nəslin,  топлумун  qutsal  bilgilərini,  əski  inanclarını, 
йяни  irrasional  həyat  təcrübəsini  qoruyandır,  nəsildən  nəsilə 
ötürəndir.  Nənənin  çağırdığı  bayatılar,  söylədiyi  şirin-şəkər 
nağıllar  uşaqlıq  dünyasına,  «ilhamın  mayasına»  (Z.Yaqub)  bir 
hallalıq və saflıq gətirmişdir. 
O,  sevimli  nənəsinin  adına  “Nənənin  söhbətləri”  ayrıca 
silsilə  də  bağlayıb.  «Nənəmin  söhbətləri».  Çünki  inanırdı  ki, 
məhz Zal qızı Gülnazın sözü-söhbəti, bayatısı, oturuşu, duruşu, 
yaşayışı onu şair edibdir. 
Ağsaqqalların,  Köhnə  kişilərin  varlığı  varislərin,  gələcək 
nəsillərin  xoşbəxtliyinin,  mutluğunun  təminatçısı  olur.  Bu 
inancın mübarək səbəbi budur:  
 
Elə dədələrə nəvələrik ki, 
Ayrıla bilmərik öz kökümüzdən.       
                                                              
Hüseyn  Arif    milli  ədəbiyyatımızın  obrazına  inanırdı,  onun 
dərin və etibarlı köklərdən boy atdığına çox inanırdı. 
H.Arif dağların (geniş mənada, təbiətин) dilini bilirdi. «Dağ 
mətni»  şairin  bədii-estetik  təfəkküründə  ayrıca  bir  işarədir, 
«Dağ» yalnız «ətraf mühiti», təbiət-landşaft hadisəsini bildirən 
bir  anlam  deyil.  Şair  bu  dünyaya  эяляндян  özünü  dağlarla 
(təbiətlə) bir yerdə görübdür, özünü даьларда tapıbdır və dərk 
edibdir. Hüseyn Arif sözü bu bu «canbir, qanbir» doğmalıqdan 
yaranıbdır. 
“Dağ” 
ata-ana 
başlanğıcının 
vəhdətidir, 
(«Anamı 
düşünürəm/Dağlara  çən  düşəndə»),  həm  də  mifoloji 
əcdaddır,  mədəni  qəhrəmandır.  («Koroğlu  getsə  də,  vüqarı 
getmir, // Koroğlu dağ olub, dağ olan itmir»).  
Oнун ömrü-günü təbiətlə canbir  yaşamaq duyğusu üstündə 
гурулmuşdu.  Онун  аляминдя  təbiətdə  canlı  varlıqların  ruha, 
düşüncəyə  malikdir.  «Düşünmək»  yalnız  bəşər  övladı  üçün 
deyil,  həm  də  təbiət  üçün  səciyyəvi  psixoloji  aktdır.  Onun 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə