Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

Rüstəm Kamal 
 
56 
 
Vaxt çilləyə yetişməmiş. 
Həştad bizi yaxalayır 
Yaş əlliyə çatmamış. 
 
Yaxud: 
 
Vədə tanış, vaxt tanış 
Pəncərən açılmamış. 
Həştad döyür qapını, 
Şair, həştaddan danış 
Yaş əllini aşanda. 
 
Ömrün müəyyən yaş həddinə (əlli yaşa) yetməsi, yaşın əllini 
aşması,  qocalıqla  bağlı  təlaş-nigarançılıq  hissləri  onun 
şeirlərinə ayrıca fəlsəfi–duyğusal ovqat gətirir. 
 
Getdi uşaqlığım, getdi gəncliyim, 
Bircə mənə qalan qocalığımdır. 
 
“Xəbər tutdumu?” şeirində həmən ovqat təkrarlanır. 
 
Getdi uşaqlığım, getdi gəncliyim, 
İllər o illərdən xəbər tutdumu? 
Getdi rahatlığım, getdi dincliyim, 
Dostlar bu xəbərdən xəbər tutdumu? 
 
Həmən narahatlığın ritorik sualları şeirin fəlsəfi məzmununu  
 
Ey Hüseyn Arif, daha nə deyim? 
Hanı rahatlığım, hanı dincliyim? 
 
Yaş  gəldikcə  yaşın  üstə,  insanın  rahatlığı,  əvvəlki  yaşam 
dincliyi pozulur. 


Rüstəm Kamal 
 
57 
 
Qocalıq  ömür  kosmosunun  tədricən  pozulması  əlaməti 
(nizamsızlıq-sahmansızlıq),  ərəfəsi  кими  дцшцнцлцр.  Yaşam 
sabitliyi, könül rahatlığı, məişət dincliyi - insan varlığının arzu 
olunan  ideal  imkanıdır.  Bu  məişət  rahatlığını,  könül  dincliyini 
ancaq  kənddə  (“ev”də)  tapır.  Bu,  fizikadan,  statikadan 
anladığımız  mütləq  hərəkətsizlik  deyil.  Əksinə,  hərəkətsizlik 
mifoloji düşüncədə ölümə bərabərdir. 
Xatirələr  (xatirə  -  ruh  əlaqəsi)  onu  o  yerlərdə  (“evi”)  gəzib 
dolaşdırır. 
Hər  xatirənin  öz  obrazı  öz  qəhrəmanları  (qocalar,  uşaqlar, 
aşıqlar...) var. Hüseyn Arif qocaları, uşaqları və aşığı toplumun 
qəbul 
olunmuş 
mövcud 
normalarından 
və 
davranış 
qaydalarından kənara çıxardır ki, bu da mifopoetik düşüncədən 
irəli gəlir. 
Qoca-müdriklik, məsləhət-gənəşmə yeridir. 
 
Bir dağlı qocanın müdrik sözləri 
Şeirimə süzülüb, dilimə gəldi. 
 
(Maraqlıdır,  tanınmış  ingilis  etnoqrafı  V.Terner  ənənəvi 
toplumlarda, 
ənənəvi  mədəniyyətlərdə  qocaların  sosial 
rolundan  bəhs  edərkən  “bir  sıra  magik  kult  bilgiləri  sahəsində 
“ekspert”  olmayan  yaşlı  adam  tapmağın  mümkünsüzlüyünü” 
qeyd  edir...  Qoca  obrazında,  qoca  statusunda  profanlıq  və 
sakrallıq (adilik və müqəddəslik) birləşir...) 
Şair üçün adqoyan babalar mənalar dünyasının yaradıcısıdır. 
Babaların  adverməsi  dünyadakı    elementlər  heçlikdən  varlığa, 
Xaosdan Kosmosa çevrilir. 
 
 
Yaxşı ki, çox şeyə ad qoymuşuq biz, 
Yaxşı ki, babalar varmış dünyada... 
 
* * * 


Rüstəm Kamal 
 
58 
 
Bənövşə, qərənfil, nərgiz, yasəmən, 
Bu reyhan, bu yarpız, bu quzqulaqdır. 
Qaynar bulaqların içib gözündən, 
Dedilər: bu “Turşsu”, o “Buzbulaqdır”. 
 
Qocaların,  ata-babaların  əcdadlar  dünyasına,  əcdad  kultuna 
bağlılığı  türk  etnik-mədəni  sistemində  həmişə  dərindən  dərk 
edilib.  
Yakutlar “baba” və “nənə” sözləri ilə hər bir tanrını, hər bir 
dağı, çayı, hətta böyük çölü çağırırlar. İblisləri də həmin adlarla 
şərəfləndirirlər.  Qadın  ərindən    cavan  olsa,  ona  hörmət  etmək 
istəyirsə, onu “qoca” adlandırır. 
H.Arif  öz  dostu  İsmayıl  Şıxlını  “Qoca”  deyə  çağırması 
həmin etnik yaddaşın təzahürüdür? 
Qoca (Hüseyn Arifdə: babalar) ölülər-dirilər, insanlar-ruhlar 
arasında  bir  aralıq  mərhələsidir,  nəsillər  arasında  vasitəçilik 
funksiyasını  yerinə  yetirəndir.  Qoca  varislərin  rifahının 
təminatçısıdır. 
Qocaya,  qocalığa  hörmət  türk  epik-estetik  təfəkküründən 
gələn ənənədir, əcdad arxetipi  ilə bağlıdır. 
 
Mən yox idim, 
Atam vardı, 
Babam vardı. 
Əcdadlarım yaşayardı, 
Məndən sonrakı dünyada. 
 
“Qoca”  H.Arifin  poetik  sözündə  konkret  mənəvi-estetik 
məna kəsb etsə də, “qocalıq” sözünün fərqli məna tutumu var. 
 “Qoca”  sözündən  yaranmış  “qocalıq”  sözünün  mənası 
dəyişir.  “Qoca”  insanın  sosial  statusudursa,  “qocalıq”  onun 
ontoloji durumudur. Zamanın başqa bir adıdır.    
 


Rüstəm Kamal 
 
59 
 
Dayan, vədə, tələsmə, vaxt, 
Qara saça tez ağ düşər. 
Yaxınlaşma, ay qocalıq, 
Dağlar məndən uzaq düşər. 
 
Qocalıq  ömrün  ovqat  havasının  və  yaşam  ritminin 
dəyişməsidir.  Ömür  payızının  ilin  bahar  mövsümündə  qəmli, 
hüzünlü xatırlanmasıdır.  
 
Baxar qocalara fikirləşərdim, 
Baharda nə üçün onlar qəmlənir? 
 
Qocalıq ömrün yuxu olması fikrinin təsdiqidir.  
Qocalıq  şair  üçün  qəfil  onu  haqlamış  itki  qorxusudur, 
yaxınların  -  doğmaların,  xüsusən  oğlunun  vaxsız  itirilməsi 
təhlükəsidir.  
Hüseynin də qocalıq vaxtnda – «yaşının əllini aşan çağında» 
itirdiyi oğlu Arifin nakam ölümünə bir şair qəlbi elə ağlayır; bir 
ata belə yas saxlayır: 
 
Hüseyn xəstədir qəm yatağında, 
Buludlar toqquşur qaş-qabağında, 
Yaşımın əllini aşan çağında 
Arxamın da kimi, arxası getdi. 
 
«Dədə Qorqud»da Salur Qazanın qoca vaxtında əsir düşmüş 
oğlu Uruzu ağlamasını xatırlayın. 
 
Qara tağım yüksəgi oğul! 
Qanlı suyun taşqunu oğul!  
Qocalığım vəxti aldırdığım yalnız oğul! 
 
 «Baba-nəvə»,  «nənə-nəvə»  münasibətləri  böyük  şairin 
inanc dünyasının, qutsal dəyərlər sisteminin əsasını təşkil edir. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə