Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

Rüstəm Kamal 
 
41 
 
Şeirdə  hər  bir  rəngin  mənası  kontekstdən  asılıdır,  hər  bir 
rəng çaları başqa tonun qonşuluğunda yaradılır.  
Yaşanılan (yaşanılmış) щяр günün ovqatında  hər rəngin  öz 
yeri var.  
Şairin  ümumi  baxış  strategiyasında  “sarı”nın  yeri  o  qədər 
önəmlidir  ki,  sarı  həm  peyzaj  elementidir,  həm  də  fəal  poetik 
fiqur (епитет, тяшбещ, синекдоха) kimi çıxış edir.  
Azərbaycan şeirində  Rəsul  Rza бялкя дя  yeganə  şairdir ki, 
sarı  rəng  təhtəlşüurda  üstün  və  fərqli  mövqeyə  (mənalara) 
malikdir, yəni “sarı”nın ayrıca hipnoz - magik təsiri var.   
Bütün хатирялярин rəng йаддашы - “sarı”dan törəmədir.  
 
Söylə, Mayakovski, 
O qaynar qəlbində 
bu köhnə, 
sarı günlərin, 
sarı xəzan axşamı kimi xəstə, 
bir fikri necə bəslədin? 
 
“Sarı”  funksional  detal  kimi  müxtəlif  simvollara  çevrilə 
bilər. Hər bir simvol йаддашдан образлара bizdə  inamıмызы 
artırır.  
 
Evimizdə bir kitab vardı 
köhnə, 
vərəqləri sapsarı 
 
Бир  шеириндя  heyva  qoxusunу  хатырлайанда  metonimik 
olaraq йеня “sarı” йада дцшцр: 
 
Payız vaxtı hər kəs bağına getsə, 
heyva qoxusundan tez sərxoş olar. 
 
Yaxud 


Rüstəm Kamal 
 
42 
 
 
Bu bahar axşamı 
mavi qaranlıqda 
üfüqə yayılıb 
 
Tənhalıqdan gələn 
işıq sarısı. 
 
Qəti  inanır  (və  inandırır)  ki,  tənhalığın,  qəm-kədərin  rəng 
çaları da sarıdır: 
Tənhalığın, qüssənin 
rəngi varsa, 
sarıdır. 
 
Böyük  şairin  təbiət  fəlsəfəsində panteizmlə,  fransız  impres-
sionizmi, 
yapon 
hokkusu 
ilə 
yaxınlığını 
görsəniz, 
təəccüblənməyin.  Belə  düşüncə  və  yazı  tərzi  təsvirdə  ilin 
fəsillərinə, mövsümlərə işarənin (söz) olmasını tələb edir. 
 
Göylərində at oynadır şimşəklər, 
Bir an olur gur yağışı, dolusu. 
Əlvan çiçək xalıları yamacda, 
Baş qaldırır nərgiz, gözü dolu su.  
 
“Uzaq”  -  R.Rzanın  (üfüq  ,  qürub  işığı,  dəniz  sonsuzluğu, 
İraq...)  sevdiyi  məkan  obrazıdır.  Onun  baxışları  uzaqlara 
yönəlir. Hər günün вя дцнйанын dərki uzaqları seyr етмякdən 
başlayır. 
 
 
 
Hərdən buludlar axır 
durna qatarı kimi. 
sallanırlar üfüqdən. 


Rüstəm Kamal 
 
43 
 
geniş, mavi göylərin 
gümüş hasarı kimi. 
 
Bəlkə  bu  şeirlərin  vizual  məqsədi  uzaqda  olanları  yaxına 
gətirmə  istəyilə  bağlı  olub?  Uzaqlıq  həsrətin,  ayrılığın 
щиъранын  adıdır.  Kərkük  хойратларына  щяср  етдийи 
məşhur  yazısında  (“Uzaq  ellərin  yaxın  töhfələri”)  ilk  cümləni 
xatırlayın:  “İraq  sözü  nədənsə  həmişə  fəraq  sözünü  mənim 
yadıma salır”.  
“Uzaqlıq” sonsuzluğu, heçliyi битирир. R.Rzada эюйлярин 
sonsuzluğuнда дяниз formasına malikdir. Maраглыдыр:  
 
Pəncərəmdən görünən 
bir dənizdir 
kvadrat içində 
bir də... göylərin sonsuzluğu.  
 
Onun  эюзляриндя  вя  təhtəlşüurunda  göylərin  sonsuzluğu 
ilə  dənizin  sonsuzluğu  eynidir,  çünki  göylə  dəniz  mifoloji 
düşüncədə əkizdir. 
 
Üstündə göygöz səma 
ulduz-ulduz çiçəkli 
Ətəyində göy dəniz 
dalğalarla bəzəkli.  
 
Рясул  Рза  sinekdoxa  və  sinesteziyanı  birləşdirməyin 
ustasıdır.  
Məsələn,  səs  və  ətir  qıcıqlanmasının  qarşılıqlı  təsiri  nəti-
cəsində  rəng  obrazı  ortaya  çıxır.  Yəni  bir  rəngdən,  səsdən, 
yaxud ətirdən, daddan başqasına ötürülmə − keçid (bu hadisəni 
fransız simvolistləri  “korrespondensiya” adlandırırlar) hadisəsi 
baş verir.  
 


Rüstəm Kamal 
 
44 
 
Çöldə yağış yağır, 
mən onu görmürəm, 
ancaq duyuram; 
küçədən keçən maşınların 
təkər səsindən, 
bir də pəncərəmin sol çəkisindəki 
sarı nərgizin 
əsəbi insan kimi diksinib titrəməsindən. 
 
Elə  bu  parça  da  kifayətdir  ki,  Rəsul  Rza  şeirlərinin 
sonosferasına xüsusi fikir verək: Ömrü – günü səslərlə doludur. 
Gün  işıq  və  səs  peyzajından  başlayır.  Səs  obrazları  poetik  
assosiasiyalar  oyadan  ovsunlu  təsir  gücünə  malikdir.  Yuxuda 
da səsi eşitmək olarmış! 
 
Bu gecə yuxu gördüm. 
Gördüm, 
Çörək dadı kimi tanış bir otaq. 
Nənnidə bir uşaq. 
Nənnidə uşaq mən idim. 
Layla səsi gəlirdi... 
 
Rəsul  Rza  üçün  həm  ötən  günün  səsi  kədərli  nəğməyə 
dönür.  Hər  səs  mahiyyətcə  nəğmədir.  R.Rza    bir  şeirində 
yazanda ki, “quşlar nəğmələnir” (“quşlar oxuyur” yerinə) – bu, 
daha dürüstdür.   
Onu  da  qeyd  edək  ki,  dünyanı  qavramanın  başqa  zahiri 
formalarından  fərqli  olaraq,  iy-qoxu  -  ətir  mədəniyyətimizdə 
müstəqil  semantikaya  (simvolikaya)  malik  deyil.  Шаирин 
йaddaşы  torpağın  qoxusunu,  çörəyin  ətrini  xatırlamaq 
gücündədir.  
 
İndi  də torpağın qoxusu 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə